Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.
Milli.Az xəbər portalının ABŞ KİV-nə istinadən verdiyi məlumata görə, bu, 59 min qadın arasında aparılmış araşdırma nəticəsində sübut olunub.Alimlər araşdırmanın nəticəsinə kənar amillərin təsir etməməsi üçün XIX əsrdə əkiz uşaq anası olmuş qadınlarla bağlı araşdırma aparıb. Bununla da hamiləliyə qarşı həblərin, sonsuzluğu aradan qaldıran dərmanların və digər faktorların tədqiqata təsir ehtimalı aradan qaldırılıb.Tədqiqatçılar əkiz uşaq anası olan qadınların nədən daha çox yaşadığını hələ ki müəyyənləşdirə bilməyib.Milli.Az |