Analar üçün ən pis ölkələr hansılardır? | 6248 dəfə oxunub | Araşdırmanın gözlənilməz nəticələri var.
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, beynəlxalq "Save the Children" təşkilatı ana ölümləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb. Bəlli olub ki, inkişaf etmiş dövlətlər arasında analar üçün ən pis ölkə ABŞ-dır.Orta statistik amerikalı qadının hamiləliklə bağlı səbəblər ucbatından ölmək "şansı" irlandiyalı qadınla müqayisədə 7, Yunanıstan vətəndaşı ilə müqayisədə isə 15 dəfə çoxdur. Yalnız ABŞ, Rusiya və Moldovanın göstəriciləri ABŞ-dan aşağıdır.Birləşmiş Ştatlar hesabatın reytinqində 31-ci yer tutaraq Estoniya və Latviyadan da aşağıdır.Analar üçün ən yaxşı ölkə Norveç, ən pis ölkə isə Əfqanıstandır.Siyahıda Norveçdən sonra lider mövqeləri Avstraliya, İslandiya, İsveç, Danimarka, Yeni Zelandiya və Finlyandiya tutublar.Norveçli anaların orta həyat sürəyi 83, əfqan anaların isə 45 ildir.Milli.Az |
Sizin şərhiniz.Arzu-qasanova85@mail.ru ARZU | 30.06.2011 | 20:13:10 SALAM. ACIGI MEN BU STATISTIK ACIGLAMANI OXUDUGUM ZAMAN NEDENSE HECDE CASMADIM. NEYIN KI ANALARIN ELE BUTUN INSANLARIN NORMAL YASAMASI UCUN NORMAL HEYAT SERAITI VE QIDA MUHITI OLAMLIDI. BUNLARINSA HEC BIRI ABS VE AFQANISTANDA YOXDU. AFQANISTANDAKI ANALAR ELE MUHABIREDEN ACLIQDAN VE OVLAD ITKISININ QEHERINDEN OLURLER.
|