Əsəblər hamiləliyin qarşısını alır
Amerika alimləri müəyyən ediblər ki, depresiya qadın sonsuzluğunun effektiv terapiyasına maneə törədə bilər. Bu halda müalicə kursunun qiyməti, xəstənin yaş həddi ikinci dərəcəli rol oynayır.
San Fransiskoda yerləşən Kaliforniya universitetinin elmi əməkdaşları sonsuzluğdan müalicə olunan zərif cinsin 434 nümayəndəsinin iştirakı ilə tədqiqat aparıbılar.
İlkin mərhələdə, xanımlar depresiya və həyəcan simptomları daxil olmaqla, tam tibbi müayinədən keçdilər. Bundan əlavə, onların həyatının sosial və iqtisadi xüsusiyyətləri də qiymətləndirilib. İlkin müayinədən 4, 10 və 18 ay keçdikdən sonra, bütün xanımların iştirakı ilə sonsuzluğun müalicəsinin inkişafı predmeti barədə sorğu keçirilib. Məlum olub ki, xanımların 13 faizi ümumiyyətlə həkim məslləhətlərinə riayət etməmiş və müalicə rejimindən çıxmışlar. Onları bu hərəkətə vadar edən səbəb kimi maddi çətinlik, həkimlərə inamsızlıq və emosional stres göstərilmişdi.
Tədqiqatçılar yaş həddi və təhsil səbiyyəsi kimi əlavə faktorları da nəzərə almışdılar. Müəyyən edilmişdir ki, yaş artdıqca, müalicədən imtina halları çoxalır.
Çox güman ki, bu hamilə qalmağın çətin olması fikri ilə əlaqədar olub. Müəyyən edilmişdir ki, ali təhsili olan xanımlardan fərqli olaraq, orta təhsili olan xanımların 79 faizi həkim məsləhətlərindən ümumiyyətlə faydlanmayıblar. Nəhayət, alınan müalicənin qeyri effektiv olmasında depresiyanın xüsusi rolu oynaması aşkar edilib. Depresiyanın mövcudluğu həkimin müalicə sxeminin pozulması ehtimalını 23 faiz çoxaldır.
Tədqiqatın rəhbəri, professor Maykl Ayzenberq hesab edir ki, depresiv vəziyyətin müalicəsi və müəyyən edilməsi üsularının təşkili, sonsuz qadınlara məsləhətin ilkin etaplarınada zəruridir. Həkimlər, maddi vəziyyətin qənaətbəxş olmaması və yaş həddi xüsusiyyətləri qarşısında aciz qaldıqları halda, həyəcan və depresiya simptomlarını əksər hallarda müalicə edə bilirlər.
|