Hər 100 canlı körpənin təxminən biri ürək qüsuru ilə doğulur. Ürəyin qulaqcıqlar arasındakı çəpərdə olan defektə ASD ( Atrial septal defekt) deyilir. Bütün anadangəlmə ürək qüsurlarının 3-20 %- ni təşkil edir. Bu defekt yolu ilə təmiz qanın bir hissəsi sağ mədəciyə keçir. Ağciyərlərə gedən qanın artması ilə əlaqədar olaraq, bir neçə ildən sonra ağciyər damarlarında təzyiq yüksəlməsinə və ürəyin böyüməsinə səbəb ola bilər.
Uzun illər boyu heç bir əlaməti olmaya bilər. Həkimlərə çox zaman 30-60 yaşında xəstələr müraciət edir. Daha əvvəl əməliyyatla düzəldilən ürək qüsurları bəzi xəstələrdə artıq əməliyyatsız, damardan girərək kateterizasiya yolu ilə amplatzer deyilən cihazla bağlana bilər. Lakin hər xəstənin müalicəsində bu metoddan istifadə etmək mümkün olmur, yalnız defektin ölçüləri uyğun olduğu hallarda bu müalicə növündən istifadə edilir.
Dəliyin ölçüsünə əsasən müalicənin vaxtı təyin edilir. Öz-özünə bağlanmayan, ağciyər arteriyasında təzyiqin yüksəlməsi təhlükəsi olan defektlər, əsasən 3-6 yaşlarında bağlanılır. Amplatzer ilə müalicənin əməliyyatdan fərqləri :
- ümumi anesteziya uzun müddətli aparmır
- xəstə reanimasiyada yatmır
- əməliyyatdan riski daha azdır
- estetik olaraq heç bir yara izi qalmır
- lazım gələrsə rahatlıqla təkrarlana bilər
- xəstəxanada 1 gün qalıb ertəsi gün evə getmək olar
- xəstəxanadan çıxdıqdan dərhal sonra məktəbə və ya işə qayıda bilərlər
Mərkəzi Klinikada 39 və 50 yaşında iki qadın xəstənin qulaqcıqlar arasındakı çəpər defekti əməliyyatsız yolla, damardan girilərək bağlandı. 16 iyun 2009-cu il tarixində ölkəmizdə ilk dəfə olaraq Professor doktor Alpay Çeliker və Dr. Üzeyir Rəhimov tərəfindən əməliyyat icra edildi. Bu əməliyyatın icra edildiyi xəstələr gündəlik həyat fəaliyyətlərini davam etdirirlər.
16 iyun 2009-cu il tarixində Mərkəzi Klinikada "Anadangəlmə ürək qüsurlarının invaziv yolla müalicəsi" mövzusunda seminar keçirildi. Seminar İstanbul Acıbadem Xəstəxanasının həkimi, Türkiyə pediatrik kardiologiya dərnəyinin Sədri Prof. Dr. Alpay Çelikerin başçılığı altnda keçirildi. Seminarda müxtəlif xəstəxanaların həkimləri iştirak edirdi. Seminarın əsas mövzusu Dr. Üzeyir Rəhimovun ilk dəfə olaraq icra etdiyi qulaqcıqlararası çəpər defektinin əməliyyatsız yolla bağlanılmasının müzakirəsi idi.
www.merkeziklinika.az