 Viki Klifton başçılığı altında Adelaida Universitetində aparılan 12-illik araşdırma nəticəsində bilindi ki, ananın hamiləlik zamanı keçirdiyi uzunmüddətli stress kişi cinsindən olan embrionlara daha pis təsir edir.
Aydın oldu ki, məsələn ana hamiləlik zamanı siqaret çəksə oğlan uşaqlarına bu daha az təsir edir. Lakin qadın hamiləlik zamanı uzun müddət stress keçirirsə, yalnız qız uşaqları normal inkişaf edə bilərlər, və belə şəraətdə oğlan uşaqları ya inkişafdan dayanırlar, ya da yarımçıq doğulurlar.
Maraqlıdır ki, bu vaxta kimi qızların və oğlanların inkişafı eyni olduğunu hesab edirdilər. Indi isə alimlər hesab edirlər ki, uşağın cinsinə uyğun olaraq inkişafdan qalmanın hüsusi terapiyasını tərtib etmək lazımdır.
Bir şeyi dəqiq demək olar ki, oğlan uşaqları ilə hamilə olan qadınlar, öz emosiyalarını nəzarət altında saxlamalıdırlar.
|