Sual No: 57 | aygun | salam..men xesdeliye aid yox sinem haqinda sual vermek isdeyirem ..menim 22yasim var amma sinem balacadi niye ve ne ede bilerem boyusun ve boyumek ehtimali var??cavab alsam sevinerrem cox sag oluz... | | Mütəxəssisin cavabı : mexpara ( mexpara ) | Salam!
Adətən sinənin ölçüsü irsiyyətlə müəyyən olunur.
Sinənin kiçik ölçüsü hormonal pozuntular zamanı, dəqiq desək qadın hormonların (estroqen, proqesteron) disbalansı zamanı ola bilər. Lakin bu pozuntular sinənin kiçik ölçüsündən savayı, menstruasiyanın pozulmaları (gec-gec və requlyar olmayan, uzunsürən pauzalarla) kişi tipli tüklənmə və sair əlamətlərlə müşahidə olunur.
Qanda hormonların analizi və menstrual siklin pozuntuları aşkar olunmursa, deməli sinənin kiçik ölçüsü Sizin bədən quruluşun individual hüsusiyyətidir.
Ayrıca qeyd etmək istərdim ki, qadın arıxlayanda sinənin ölçüsü azalır, çəki artanda isə, sinənin ölçüsü artmır, ona görə də tez-tez pəhrizdə oturan, kökəlib-arıxlayan qadınlar kiçik sinə problemi ilə tez-tez rastlaşırlar.
Demək istərdim ki, heç bir fiziki məşğələ sinənin ölçüsünü artıra bilməz, lakin döş əzələsini inkişaf etdirən məşğələlər sinənin quruluşuna müsbət təsir göstərə bilər.
Hamiləlikdən sonra sinənin ölçüsü fizeoloji səbəblərdən artır.
Nəticədə (bir patologiya yoxdursa) Sizə özünüzü və bədəninizi olduğu kimi qəbul etməyi və sevməyi məsləhət görürəm.
Sağlam olun! |
Sizin şərhiniz.
|