Kateqoriyanı seçin |
|
|
|
|
 |
|
SORĞU |
|
|
|
 |
|
Saytımızdan istifadə haqqında müqavilə və onun şərtləri.
Saytın məlumatlarından istifadə aşağıda qeyd edilən müqavilənin
şərtlərilə tanışlıq və onların qəbul edilməsini tələb edir. Bu
müqavilə Medexpert.az (Medekspert.az) və ondan istifadə edən istifadəçi
(elektron və ya çap şəklində oxuyan və nəzərdən keçirən) arasında
bağlanılır. Medexpert.az (Medekspert.az) layihəsinin yaradıcıları
tibbə aid daha müasir, dəqiq və tam informasiya yerləşdirməyə
çalışırlar. Eyni zamanda tərtibatçılar müstəsnasız bütün təqdim edilən
informasiyaların dəqiq, tam, etibarli və müasir olmasına zəmanət
vermirlər. Medexpert.az (Medekspert.az) internet-resursu və orada dərc
edilən bütün məlumatlar heç bir növ zəmanət olmadan "olduğu kimi"
prinsipinə əsasən təqdim edilir. Heç bir halda saytın administrasiyası,
tərtibatçılar, konsultantlar və hüquqi sahibkarlar Medexpert.az
(Medekspert.az) resursundan hər hansı istifadə və ya daxil ola bilmə
yaxud istifadə və ya daxil ola bilmənin mümkünsüzlüyü nəticəsində
meydana çıxan hər hansı dolayı, təsadüfi ziyan və ya mənfəət itkisinə
məsuliyyət daşıya bilməz. Dərc edilən məlumatlardan heç biri tibbi
müayinəni əvəz edə və müalicəyə əsaslanma kimi istifadə edilə bilməz.
Yalnız xəstə ilə şəxsən təmasda olan, onun xəstəlik tarixi ilə tanış
olan və səhhətinə nəzarət edən həkim bu və ya digər müalicə metodunu
tövsiyyə edə bilər. Səhhətinizlə bağlı suallarla hər zaman öz həkiminizə
və ya digər tibb mütəxəssisinə müraciət edin. Hal-hazırki resursun
məlumatlarından istifadə edən şəxslərə əldə etdiyi məlumatların müalicə
həkimi ilə müzakirə etməsi məsləhət görülür. Bu saytda təqdim edilən
informasiya və digər xidmətlər müvafiq həkim iştirakı olmadan
diaqnostika və müalicə üçün əsas ola bilməz. Saytın materialları
müəlliflərinin mövqeyini əks etdirə bilər və onlardan istifadə edən hər
bir kəs digər mütəxəssis və təşkilatların deyilən fikirlərlə razı ola
bilməməsi riskini öz üzərinə götürür. Saytın auditoriyasının sualları
cavablanarkən açıq nəşriyyatda əldə edilə bilən tibbi informasiyadan
istifadə edilir. Beləliklə, resursun səhifələrində yerləşdirilən
cavablar həkim konsultasiyası deyil və əyani həkim konsultasiyasını
qətiyyən əvəz edə bilməz və belə bir məqsəd daşımır. Medexpert.az
(Medekspert.az) tərtibatçıları və konsultantları qeyri profil və qeyri
konkret;resursun tematikası ilə əlaqəsi olmayan;kompitensiyalarında
olmayan;qeyri etik formada verilən və resursun mövzusuna uyğun lakin
cavabları sayt səhifələrində tapıla bilən suallara cavab verməmək
hüququna malikdirlər. Medexpert.az (Medekspert.az) layihəsinin
administratorları ayrı-ayrı istifadəçilərin fəaliyyətini izləmir.
Medexpert.az (Medekspert.az) yaradıcıları zəmanət verirlər ki, hal
hazırki resursun istifadəçiləri barədə hər hansı fərdi məlumatlar yayıla
və üçüncü şəxsə ötürülə bilməz. Açıq nəşr edilə və digərinə ötürülə
biləcək yeganə informasiya forması statistikadır.Eyni zamanda
istifadəçilərin Medexpert.az (Medekspert.az) serverinə göndərdiyi bütün
informasiya, məxfi, şəxsi və ya Medexpert.az (Medekspert.az) resursunun
müəllif hüquqlarından başqa digər hər hansı qanunla müdafiə edilmiə
hesab edilə bilməz. Sayt administrasiyası bu informasiyanın istifadə
edilməsinə görə heç bir məsuliyyət daşımər və istədiyi şəkildə ondan
istifadə edə bilər. Reseptlə buraxılan preparatlar haqqında
məlumatlar yalnız ali və orta tibb təhsili olan şəxslər üçün nəzərdə
tutulub. Reseptsiz buraxılan preparatlardan isifadə etməmişdən öncə
həkim və ya əczaçı ilə məsləhətləşin, təlimatı diqqətlə oxuyun. Təqdim
edilə bilən əmtəə nişanları və əmtəə çeşidləri sahibkarlarının mülki
hüquqları ilə qorunur. Əmtəə və xidmətlər bilavasitə satıcılar və ya
onları təchiz edən təşkilatlar tərəfindən mütləq sertifikatlaşmalıdır. Resursun
səhifələrində yerləşdirilə bilən reklam təsvirləri(bannerlər), üçüncü
şəxslərin reklamıdır və Medexpert.az (Medekspert.az) resursuna heç bir
aidiyyəti yoxdur. Medexpert.az (Medekspert.az) administrasiyası
bannerlərin və üçüncü şəxslərin informasion materiallarının məzmununa
görə məsuliyyət daşımır. Hal hazırki serverdə olan bəzi linklər digər
təşkilatların məxsus olduğu serverlərlərdə yerləşən resurslara apara
bilər. Bu linklər istifadəçilərin rahatlığı üçün olub, digər serverlərin
məzmununun Medexpert.az (Medekspert.az) administrasiyası tərəfindən
bəyənildiyini bildirmir. Serverin administrasiyası bu müqaviləyə
istifadəçini xəbərdar etmədən dəyişiklik etmək hüququna malikdir.
Dəyişikliklər Medexpert.az (Medekspert.az) serverində yerləşdirilmə
anından qüvvəyə minir.
|
|
|
|