HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
 Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
 
 
 
SORĞU
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
 
Digər Sorğular
 
MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT  | 5518 dəfə oxunub

Müasir ekstrasenslər  yaxud orta əsr cahilliyini yaşayan cəmiyyət

“Rəğbət bəslədiyi fikrə inanmaq insan üçün xasdır”
Adını unutduğum müəllif

 Cəmiyyətdə mövhumat orduda qorxaqlar kimidir,

özləri həyəcanlanır, başqalarını da vahiməyə salırlar”

                                   Volter

 

Elm bütün inkişaf tarixi boyunca davamlı olaraq özünun təhrif olunmuş əksi - psevdoelmlə (qərb ölkələrində “parascience”) mübarizə aparmaq məcburiyyətində olmuşdur. Maraqlısı da odur ki, əldə etdiyi dahiyanə nailiyyətlərinə baxmayaraq, həmişə uduzan tərəf elmdir.  XX əsrin sonu XXI  əsrin başlanğıcı elmin sıçrayışla inkişaf dövrüdür: gen mühəndisliyi (bir hüceyrədən istənilən canlını və ya onun orqanını yaratmaq bacarığı), kompyuter – informasiya texnologiyaları bəşəriyyəti yalnız xülyalarda təsəvvür oluna bilinən gələcəyə aparır. Bütün bunlar fonunda bir neçə on ilin ərzində dünya elminin nailiyyətlərinə (mobil telefonlar, peyk televiziyası, ağıllı avtomobillər, mürəkkəb tibbi əməliyyatların mümkünlüyü) asanlıqla vərdiş etmiş, artiq həyatı bunlarsız təsəvvür etməyən Azərbaycan cəmiyyətinin mentallığı həm də orta əsr cahalətinin yeni vüsət alması ilə səciyyələnir.  İstər radio - televiziya kanallarında, istərsə də əhalinin kütləvi toplaşma tədbirlərində ən sevimli, auditoriya toplayan baxıcı, bilici, falçı, ekstrasens  mövzusudur (Vanqa, Juna, Zirəddin, Astaradakı falçı və s.).  Sanki filmlərdə gördüyümüz,  əynində cins materialından qısa şalvar və şəkilli futbol köynəyli, boynundan boş Koka – Kola bankası asmış, əlində meşədə işləməyən mobil telefon tutmuş,  yerli şamanın və daş-kəsəydən düzəldilmiş bütün (idolun) qarşısında səcdə edən Amazonka qəbiləsindənik (bəlkə də, qərbdən biz belə də görünürük). Bəs nə üçün bunlar baş verir? Axı Azərbaycan xalqı tərəqqiyə meylli, savadlı, imkan verilən kimi inkişafa cəhd  edən bir xalqdır. Deyilənlərə görə də, bizə hər bir imkan verilib. Sözsüz ki, səbəblər çoxsaylıdır:

  1. Cəmiyyətin sistem xarakterli böhranı səbəbli elmin və savadın nüfuzunun enməsi;
  2.  Alimlərin  və ali məktəb müəlliminin  “təsadüfən” aşağı məvacibli və qeyri – populyar kateqoriyaya çevrilməsi;
  3. Cəmiyyətin ictimai – etik  istiqamətvericilərinin itirilməsi, naməlum gələcək qarşısında  çaşqınlıq, panika, dövlət ictimai institutlarına     etibarın olmaması;
  4. Cəmiyyətin inkişafının keçid dövründə din institutlarının və aparıcı din xadimlərinin Sovet ateizmi dövründən əhali arasında daxili tələbata çevrilmiş dinə rəğbət hisslərini nə səbəbdənsə məqsədyönlü söndürmələri, əhalinin onlardan daxilən və ruhən gözlədiyi   ilahi təmizliyi, xalq uğrunda fədakarlığı görməməsi və buna görə, ümid yeri kimi gözəgörünməzdən tədricən və duymadan uzaqlaşaraq, daha real nəticələr vəd edən “kosmik, o dünyəvi, ekstrasensor, telekinetik və s.” qüvvələrə meyl etməsi;
  5. Senzuranın götürülməsindən sonra ictimai informasiya vasitələrində  qeyri – elmi və açıq fırıldaqçı təbliğatın başlanması;
  6. Elm xadimlərinin bu mübarizədə geriyə çəkilməsi, “abırını gözləyərək” passiv pozisiya tutması (həqiqətən, açıq efirdə fırıldaqçı yaxud psixopatla  “söz güləşdirmək”   mümkün deyildir).

Qeyd olunanların məcmusu  qısa müddətdə cəmiyyətin bütün təbəqələrinin mentalitetində  qeyri – elmi, qeyri – dini meyllərin ciddi kök atmasına səbəb olmuşdur. Aparılan uzunmüddətli müşahidələr göstərir ki, qeyri – elmi, mistik dünyagörüşünün belə asanlıqla geniş auditoriyanı əhatə etməsinin ciddi bioloji  və psixoloji əsasları da vardır.  Hər bir canlı varlıq kimi insanın da  şüurlu həyatı boyunca bir sıra aparıcı meylləri – motivasiyaları olur. Sözsüz ki, bunlardan ən güclüsü  bədii ədəbiyyatda daim tərənnüm olunan həyat eşqi  - yaşamaq meylidir. Ölüm qorxusu, öldükdən sonrakı naməlumluq fikri həyatının müxtəlif dövrlərində istənilən insanı dəhşətə gətirib. Bu cür fikirləri daim müşayət edən həyəcan, qorxu, vegetativ və endokrin aktivasiya ümumi adaptasion sindromun – stressin məğzini təşkil edir. Qorxular bizi ibtidai dövrlərdən hazıra qədər müşayət edirlər. Açıq meydana çıxmaq qorxusu – aqorafobiya - (vəhşi heyvanlara tuş gəlmək ehtimalı artır), bağlı yerdə qalmaq qorxusu – klaustrofobiya - (uçulub dağılmış mağarada tək qalıb acından ölmək), hündür binalara yaxınlaşmaq (təhlükəni görmək çətindir), hündürlük qorxusu – akrofobiya, hipsofobiya - (yıxıla bilərəm), valideyndən ayrı düşmək qorxusu – autofobiya, izolofobiya -  (qəbilədən ayrı düşmək ölümə bərabərdir) və s. Ən  çox  həyəcana və  qorxuya səbəb olan faktorlardan biri də gecə, qaranlıqdır - niktofobiya. Bu hissi hamı keçirib. Nə üçün qaranlıq bizi bu qədər qorxudur? Çünki görmənin məhdudlaşdığı və müvafiq olaraq, bizim təhlükələrə qarşı mübarizə aparmaq imkanlarımız zəiflədikdə qorxu hissi şiddətlənir.

 

Bu hiss əsasında formalaşmış “qara qüvvələr” anlayışı da vardır. Hərçəndi, bəzi gecə həyatı  keçirən heyvanlar üçün təhlükəli işıq və “ağ qüvvələr” olmalıdır. O cümlədən, hər hansı bir məxfi əməliyyat zamanı işığın olması xoşagəlməz, qaranlıq və   gecə isə arzuolunan hesab edilə bilər. O deməkdir ki, qara qüvvələr, qara fikir, qara niyyət, qaranlıq və sair bu tip anlayışlar həqiqətən bu məxluqatın (cinlər, əcinnələr, qulyabanılar)  olmasından deyil, sadəcə olaraq insanın özünü müdafiəsiz, aciz, təhlükə şəraitində  hiss etdiyi günün axşam və  gecə perioduna şamil edilir.

Bəs qara qüvvələrin şərindən qurtarmaq üçün nə lazımdır?  İşıq -  yəni günəş, tonqal, məşəl, şam – bütün xalqların ibtidai dövrlərdə sitayiş etdiyi büt (idol). Digər yol, birgə olmaq, yəni istər Afrikada və  Amerikada, istərsə də bizdə olan halay rəqsləri.  İnsanlar birlikdə olduqda qorxu azalır. Növbəti yol, səs salmaq – halayla  birgə mahnılar oxumaq, təbilləri bərk vurmaq. Indi də biz gecə naməlum, insan yaşamayan ərazidən keçəndə fənər götürür, özümüzə yol yoldaşı axtarır və səs salaraq, bərk danışmağa çalışırıq.  İnsan ictimai varlıq olduğuna görə  zaman keçdikcə bütün xalqlarda tədricən bu qoruyucu vasitələri özündə təcəssüm etdirən ibtidai din nümayəndələri – şamanlar əmələ  gəlir.

 Nəticədə, həyəcan, qorxu hisslərini bölüşmək, insana ümüd vermək mexanizmi formalaşır. Qəribəsi odur ki, yəhudi tarixi ilə nəzərə alsaq, 5 min illik hər şeyi görən, hər bir canlının yaradıcısı olan ALLAHIN intensiv təbliğatına baxmayaraq, qorxuya qarşı ibtidai mübarizə mexanizmi olan müasir şamanlar, yəni ekstrasenslər, bilicilər, baxıcılar, falçılar geniş əhali kütləsini kontrolda saxlayırlar. Onlar insana elmin və dinin verə bilmədiyi nəyi vəd edirlər? Yaxın gələcəyi görə bilməyi, xəyali olaraq  xoşagəlməz hadisələrdən qaçmaq imkanı və insanı sakitləşdirməyi.

Axı biz müasir insanıq, nə üçün XIX əsrdən bəri ziyalıların mübarizə apardıqları mövhümatdan, cəhalətdən  azad ola bilmirik?  Bunu insanın psixoloji durumunda və şəxsiyyət tiplərində axtarmaq lazımdır. Karl Leonqardın  tərtib etdiyi xarakterlərin aksentuasiyasının təsnifatına görə 12 tip aksentuasiya  ayırd edilir. Aksentuasiya norma olub, hər hansı bir xüsusiyyət tipinin ifrat təzahürüdür – ifrat həyəcanlıq, ifrat sığortalanma, ifrat şübhəlilik, ifrat xırdaçılıq və s. 

 Müəllifin tədqiqatlarına görə, əhalinin 50% qədəri aksentuasiyalıdır və həqiqətən də, bu tipli insanları biz ətrafımızda görürük. Normal, amma ifratçı, o cümlədən həyəcanda.  Belə insanın həyatda yaşaması müəyyən spesifik davranış stereotipini tələb edir. Daim  sığortalanma, hər şeydən.  Xəstələnmədən, vəzifəni itirmədən, bəd hadisələrdən, pis gözdən.  Dini pozisiyasından asılı olmayaraq     ALLAHA iman gətirmək həyəcanlı şəxsi tam təmin etmir. GÖZƏGÖRÜNMƏZ uzaqdadır, gözə görünmür, duyulmur. Dərində  nəsə deyir, bəlkə heç yoxdur (“Lənət sənə kor şeytan”).  Varsa da sığortalanmaq pis olmazdı. Axı bilici, ekstrasens, falcı realdır, əllənir, duyulur, görünür. “Deyilənə görə, Fatmanisənin qızının bəxtini açdı, Məmmədi vəzifəyə qoydurdu.  Yalandırsa, bəs bu qədər insan səhv edir? Bəs televiziya, radio, qəzet. Yalan olsaydı, 100 illərdir bilicilərə inam qalardımı? Bu haqda hətta Quranda da yazılıb.  Bilirəm ki, Allah onları lənətləyib. Deməli, onlar vardır. ”

Bir çox yarım – elmi, bədii, tarixi ədəbiyyatlarda keçmişdə yaşamış və ya hazırda guya prezidentlərin, VİP şəxslərin  köməkçiləri kimi çalışan  bilicilər, öncəgörənlər haqda daimi məlumatlar rast gəlinir. Bütün bunlar yalandırmı? Mənim çox məsələlərdə etibar etdiyim məlumatlı bir şəxs  digər yüksək ranqlı bir məmur haqda belə danışır: ”Hər dəfə vəzifəsi ilə əlaqədar  işi çətinə düşən kimi,  gecə ilə maşını sürdürür Astaraya, öz falçısının yanına. Dua yazdırır, rəhbərinin dilini bağladır  və yenə vəzifədə qalır”.  Müayinə zamanı başqa bir çox yüksək vəzifəli, bir neşə rayonun  maliyyə işlərinə nəzarət edən  şəxsin məlumatı: “Əgər səhər arvadım təsadüfən ardımca su atmasa, ya səhər qarşıma boş vedrəli adam çıxsa, işdə oturmuram ya da maşını sürdürürəm pirə”.

Qeyd etdiklərim ola bilsin ki normal, aksentuasiyalı şəxslərdir. Bunlardan əlavə nə qədər ruhi xəstə, savadsız, sağlamlıq və ya digər ümüdsizlikdən əli hər yerdən kəsilmiş insanlar vardır ki mövhumatçıların sırasını artırırlar.

Bu məsələlərı araşdırmaq üçün hər bir insanın konkret mövqeyi olmalıdır: “Mən nəyə etibar edirəm, deyilən, yazılan sözlərə, özümün həyat təcrubəmə ya məntiq elminin əsaslandığı faktlara?” Aydındır ki, televiziya, radio, qəzetlərə bu məsələdə inanmaq olmaz. Ona görə ki, media işçiləri insan psixologiyası üzrə mütəxəssis deyillər, problemin dərinliyinə gedə bilməzlər və nəhayət, reytinq, biznes xatirinə istənilən  qeyri etibarlı məlumatı həqiqət kimi təqdim edə bilərlər. Ədəbiyyatçılar, tarixçilər də həmçinin. Siz hazırda ətrafınızda olan saray şairləri, saray tarixçilərinə etibar edirsinizmi? 

Bəs həqiqət haradadır? Bu sualı aydınlaşdırmaq üçün digər  suala cavab verilməlidir: Hakimlər kimdir? (A.S. Qriboyedov). Hazırki vəziyyətdə cəmiyyətin ziyalısı  və kütlə ilə ən çox təmasda olan sənət sahibləri kimi bu məsələdə hakimlik hər birimizin üzərinə düşür. Hakim isə şəxsi hisslərdən və subyektivlikdən qaçaraq obyektiv faktlara əsaslanmalıdır.

Deməli, yalnız faktlar.     

  1. Hazıra qədər heç bir  kəsdə ekstrasensor xüsusiyyət rəsmi sübut olunmayıb. Keçən əsrin 60 – cı illərindən başlayaraq bütün inkişaf etmiş ölkələrdə insanın qeyri – adi bioloji xüsusiyyətlərinin tədqiqatları aparılmışdır. Hazıra qədər heç bir araşdırma insanın “ekstrasensor, telepatik, telekinetik” xüsusiyyətlərini sübut etməmişdir. Əgər qeyri – adi talant sübut edilərsə, Fransada 1 milyon, Avstraliyada 100 min dollar məbləğində mükafatlar sahibini gözləyir. Təəssüf ki, hələ heç kim bu bacarığı təqdim edə bilməyib. Bir müəllifin dediyi kimi, “əgər bu qabiliyyət (gələcəyi bilmək) mümkün olsaydı, təbiət onu bizdən əvvəl canlılara verərdi”. 
  2. Bütün  ciddi hay – küy qaldırmış oncəgörənlərın həyatına dinamikada baxmaq lazımdır. 20 – 30 il əvvəllər Sovetlər Birliyində ən populyar olan, hazırda da təkrar qayıtmaq məqsədilə interneti yenidən çoxlu məqalələrlə dolduran    Juna Davitaşvili deyilənə görə L. Brejnevin, E. Şevardnadzenin məsləhətçisi olub. Amma, onları xəbərdar edə bilmədi ki, Sovetlər Birliyinin taleyi necə olacaq,  həmçinin öz cavan oğlu  avtomobil qəzasında öləcək.  Bilici qoca qadın Vanqa guya L. Brejnevin, Bolqariya prezidenti T. Jivkovun, Rumıniya prezidenti N. Çauşeskunun vaxtaşrı müraciət etdiyi şəxs olmuşdur.  Buna baxmayaraq Kommunist Birliyi qəflətən dağıldı, N. Cauşeskunu isə arvadı ilə birlikdə güllələdilər. Tofiq Dadaşov - bütün SSRİ –ni  “lərzəyə salmış”  məsafədən fikiroxuyan şəxs. Nəsə SSRİ dağıldıqdan sonra şəraitə uyğunlaşa bilmədi və gündəmdən düşdü, “qabiliyyəti” ilə birgə. Məşhur L. Kaşpirovski hazırda “əsas ixtisasını donduraraq”   Birləşmiş Ştatlarda kiçik zibil emalı zavodu işlədir. A. Çumak və astroloq Qlobalar  isə artıq dəbdə deyillər. Gözləyək, son vaxtlar Azərbaycan efirini işğal etmiş, yüksək ranqlı məmurlar arasında populyar olan öncəgörənlərin “professional taleyi”  necə olacaq.
  3. İnamlar (üzərrik, qara pişik, boş vedrə, it kəlləsi, papış tayı, sarımsaq qıçası, at nalı.  və s.)  yüzillərin sınağından çıxıb, buna görə etibarlıdır.  Sizə elə gəlmir ki, şamanın üst-başındakı əşyaları sayırıq.  Üzərrik əgər bizim üçün daha yaxındırsa, boş vedrə inamı son 40-50 ildə rus inamlarından bizə təcavüz edib. Afrikalı üçün isə səhər tezdən boş vedrə rast gəlməsi, ümumiyyətlə xoşbəxtlikdir, içərisinə mer-meyvə yığar.  Üzərrik hindistanlı, yaxud Cənubi Amerika aborigeni üçün əhəmiyyətsiz,  bəzi ibtidai qəbilələrdə hətta yaxınlaşmaq belə qadağan olunmuş (tabu) baobab ağacını isə biz Bakı bulvarında əkib, qarşısında şəkil çəkdiririk.  Bəzi kəndlərdə göz dəyməsin deyə hasara taxılmış it  kəlləsi cinli üçün  yalnız xaş bişirməyə yarayır. İnamların yüzilliklərdən bəri ötürülməsi isə mürəkkəb məsələ deyil.  Məgər şəkərburanın, paxlavanın, bozbaşın resepti, novruz bayramı, qurşaqatma mərasimi yüzillərdən, heç biz duymadan ənənə kimi bir nəsildən digərinə ötürülməyib?  İbtidai qorxuların üstələdiyi, yeganə yaradıcı və bərabəri olmayan ALLAHA inamın  azaldığı  hallarda cəhalət önə çıxır.
  4. Hazıra qədər heç bir ekstrasens hər hansı bir təbii fəlakətı, təyyarə qəzasını, müharibəni, ciddi siyası hadisəni qabaqcadan deyə bilməyib. Hansı pir sahibi, hansı oncəbilici deyə bilər ki, Qarabağ hadisələrinin sonu necə olacaq?  Bir ildən sonra US dollarının kursu  və ya kartofun kilosu neçə olacaq? Təxminisini yalnız bu işlərlə məşğul olanlar, mütləqini isə yalnız ALLAH bilir.
  5. Bütün ekstrasenslər  yalnız insanın psixi durumu, dərdləri, istəkləri, qorxuları üzrə “ixtisaslaşıblar”.  Çünki insan asan idarə olunan  varlıqdır. Adi reklam kompaniyası bizi Koka – Kola içməyə, Bounti yeməyə, “X” klinikasına müraciət etməyə, “Y” şadlıq evində toy etməyə yönəldir. Hamısının kökündə isə  məqsəd bu insandan mənfəət əldə etməkdir.  Hərçəndi, tətbiqi neft – mədən, faydalı qazıntı axtarışları, kosmik  və informasiya texnologiyaları üzrə ixtisaslaşmış ekstrasenslər olmur. Çünki, bu sahələrdə boşboğazlığa yer yoxdur. Iki  varant var: Hə,Yox.
  6. “Mən dəfələrlə sınamışam, yuxuda gördüklərim çin olur”.  Öz  şahidi olduqlarıma da inanmayım?   Sözsüz ki, dəfələrlə dedikdə 50 – 100 dəfə deyil, 2 -3 dəfədən söhbət gedir. Yuxu heç də passiv istirahət prossesi deyil, müəyyən fazalarında intensiv informasiya mübadiləsi gedən fizioloji vəziyyətdir. Yuxuda  gün ərzində baş verən hadisələr və məlumatlar  vaciblik süzgəcindən keçirilir, analiz olunur, keçmişdə baş vermiş hadisələrlə tutuşdurulur, nəticələr çıxarılır, qısa və uzunmüddətli proqnozlar hazırlanır.  Buna görə nəyinsə çin olması qəribə deyildir. Biz elə bu çin olmaların əsasında həyatımızı normal qururuq. Ehtimallara, proqnozlara istinad etməsəydik, xaotik həyat sürsəydik,  ali varlıq olmazdıq. Sadəcə olaraq, kimsə düzgün çıxan ehtimallara mistik şəkil verir, kim isə adi həyatını yaşayır.  50 illik şüurlu həyatı müddətində insan təxminən 70 000 dəfə yuxu görür (365 gün x 50 il x bir gecədə 4 dəfə yuxugörmə fazası).  70 000 yuxudan birinin, beşinin, onunun düzgün çıxması heç də yüksək statistik etibarlı və təəccüblü deyil. Son illər tibbdə “sübutlu təbabət” tələbləri qoyulub. Hər hansı metod və ya preparat ikili kor randomizə olunmuş tədqiqatdan keçdikdən sonra effektliyi haqda qərar verilir. Yəni, hər hansı şəxsin, həkimin, həkimlər qrupunun fikri sübut kimi nəzərə alınmır. Çünki, insan səhv edə bilər, təsir altına düşər, bilməyərəkdən özünü inandırar.  Buna görə, elmdə yalnız ciddi metodologiya üzrə hazırlanmış tədqiqatlara etibar edilir.
  7. Qurani – Kərimdə “düyünlərə üfürən qarılar” haqda yazılması  onların olmasına sübutdur.  Müqəddəs Kitabda onların lənətlənməsi artıq “ekstrasens, falçı, öncəgörən, bilici, müqəddəslik verilmiş, arzuları həyata keçirən, övlad verən və s.” dediklərimizə inamı olanları YARADICIYA şəkk gətirənlərə aid edir.  Çünki bu xüsusiyyətlər yalnız YARADICININ ixtiyarındadır. Heç mübarək Peyğəmbərimiz də belə talanta malik deyildi. Falçılıq, biliciliklə məşğul olanları və onlara etibar edənləri  orta əsrlər xristian ölkələrində inkvizisiya məhkəmələrinin qərarı ilə odda yandırırdılar, daha humanist İslam dini isə yalnız qadağa ilə kifayətlənir, inamın yalnız bir ALLAHA olmasını tələb edir. Qurani – Kərimdə onların adının çəkilməsi qeyri – adi xüsusiyyətli falçıların qabiliyyətlərinin sübutu deyil, o  dövrlərdə yeni yaranmış birallahlılıq dininə ciddi müqavimət  göstərən bütpərəstliyi neytrallaşdırmaq  məqsədi daşıyırdı.
  8. Əgər ekstrasens, falcı, öncəgörən yalan olsa da insanın işinə yarayırsa, onu sakitləşdirirsə nə üçün istifadə olunmasın?  Çünki, belə halların qarşısı alınmasa  qanunlar əsasında fəaliyyət göstərən dünyəvi cəmiyyətdə xaos,  mənəviyyata nəzarət edən dini cəmiyyətdə isə ALİYƏ inamsızlıq, şəkk yaradır. “Əgər falcı mənim talehimi, yaxın - uzaq işlərimi nəzarətdə saxlamağa gadirdirsə, Allah vacibdirmi”?

Volter deyib ki, “Mövhümatçı dövrlər həmişə ən dəhşətli cinayətlər dövrü olur”.

 Beləliklə, qərarı özümüz verməliyik, biz kimdənik.

Yalnız iki variant var: HƏ, YOX.

 Saytımızım qonağı professor R.L. Həsənov.

 

 

 v

Sizin şərhiniz.

Adınız 

E-mail: 


Şərh yazın




Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED ! HACKED !
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100