Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Aytizm nədir?  | 1482 dəfə oxunub
Autizm sindromu nədir?

Uzun illər,eləcədə hal-hazırda “autizm”diaqnozu müəyyən etməklə həkimlər valideynlərə öz uşaqlarından imtina etməyi məsləhət görmüşlər. Dövlət himayəsi müəsisələrinə yerləşdirməklə belə uşaqlar cəmiyyət ücün görünməz olurdular. Onlara”perspektivi olmayan ,təhsilə uyumsuz” damğası vurulurdu,onlar cəmiyyətdən təcrid edilirdilər “təhsil imkanlarından ,xüsusi korreksiya edici köməkdən məhrum olurdular. Nəticədə onlar ətraf mühitə uyğunlaşma ,adaptasiya imkanlarından məhrum olurdular. Ailə öz övladından imtina etmədiyi təqdirdə isə həmin ailənin həyatı cox çətinləşirdi-belə uşaqlar üçün heç bir vacib korreksiya edici yardım olmurdu.Valideynlər çox vaxt övladının ətraf mühitə adaptasiya olması uğrunda təkbaşına mübarizədə məğlub olurdular. Onu qeyd etmək lazımdır ki,bu uşaqlara kömək lazımdır,lakin bunun üçün xüsusi məşğələlərə,böyük zəhmət tələb edən korreksiya işlərinə imkan daxilində erkən başlamaq lazımdır. Bu məşğələlər,korreksiya işləri onların cəmiyyətdə yaşamaq imkanlarını genişləndirməyə,məktəbdə təhsil almaq autik uşaqlara xas olduqları qeyri-adi bacarıqlarını aşkara çıxarmağa kömək edəcək.
Belə vəziyyət 20 il əvvəl başqa ölkələrdə də olmuşdu. Qeyri-adi övladlarının hüquqları uğrunda mübarizə aparan valideynlərin və mütəxəssislərin birgə rəyləri sayəsində bu vəziyyətin dəyişdirilməsinə nail olundu.İndi bir çox inkişaf etmiş ölkələrdə autik uşaqlar adi məktəblərdə təhsil almaq imkanına malikdirlər.Bundan əlavə xüsusi inkişafetdirici və korreksiya işləri aparan təhsil kompleksləri yaradılmışdır. Ölkələrdə valideyn cəmiyyətləri və assosasiyaları yaranıb ki,bunlar da ictimaiyyətin məlumatlandırılması və autik uşaqlar böyüdən ailələrə kömək işlərini oz üzərinə götürürlər.
Məsələn İngiltərədə ailələrə maraqlı kömək tətbiq edilir:xüsusi sosial xidmət sahələri var ki, onlar uşağı bir neçə saatliğa və ya bi neçə günlüyə öz ailələrinə qəbul etməyə hazır olan könüllü aılələri axtarıb tapırlar.
Rusiyada autik uşaqlara ictimai həyata daxil olmağı və cəmiyyətdə özünə layiqli yer tutmağı asnlaşdıran dəyişikliklər yenicə başlayıb. Görüləsi işlər hələ də çoxdur.Lakin indi övladından imtina etməyə və onların gələcəyi uğrunda mübarizəyə hazır olan ailələrin sayı getdikcə artmaqdadır.. İndi biz daha tez-tez küçədə mağazada,teatrda ,məktəbdə autik uşaqlara rast gəlirik.Və bizim hər birimiz onlara kömək edə və dəstək ola bilərik.
Əgər siz davranışı qəbul edilmiş ümumi qaydalara zidd olan uşaq görsəniz (məsələn o qışqırır ,qəribə hərəkətlər edir,əli ilə hər kəsi itələyir,daima pəncərədən baxmağa can atır,sizin müraciətlərinizə məhəl qoymur)onu ərköyün ,tərbiyəsiz hesab etməyə tələsməyin, ona və onun yaxınlarına qarşı səbirli ,təmkinli olun.


Mütəxəssislər autizm haqqında.Autizm nədir?

“Autizm “sözü latınca ,”autos”sözündən əmələ gələrək mənası “özü” deməkdir. Bu inkişafın elə pozuntusudur ki,bu zaman ətraf aləmlə və başqa şəxslə sosial əlaqələrin formalaşması çətinləşmiş olur. Autizm kifayət qədər geniş yayıimış haldır belə ki,təxminən 1000 uşaqdan 1 nəfərində (ingilis tədqiqatlarına görə isə 100 uşaqdan 1 nəfərində )müşahidə olunur.Autizm son zamanlar müxtəlif profil istiqamətlərdə mütəxəssislərin daha çox marağina səbəb olmaqdadır.. Bu maraq bir tərəfdən xəstəliyin klinik tətqiqi istiqamətindəki nailiyyətlər səbəbindən ,digər tərəfdən isə müalicə və korreksiyaya aid praktik sualların mürəkkəbliyindən və təxirəsalınmazlığından irəli gəlir. Eləcə də ,erkən diaqnostika məsələləri də diqqət mərkəzindədir. Bu səbəbdən,əqli gerilik diaqnozu almış(qoyulmuş) 10 uşaqdan 1-i əslində autizmdən əziyyət çəkir.
Baxmayaraq ki,autizmin təzahür spektri çox genişdir ,əsas simptomları ümumi xarakter daşıyır. Bu əlaqədən,ünsiyyətdən,qaçmaq,yayınmaq,ekstremal,təklik,eləcədə streatip davranış kimi mənəvi formalardır.Bu o zaman baş verir ki.uşaq həddən artıq həssas və kövrəkdir.,ünsiyyəti həyata keçirmək qabiliyyətinə malik deyildirlər.Autik uşaqlar ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə paradoksaldır.Autizmin ən çox rast gəlinən təzahürü insanın üzünə baxmağı bacarmamaq ,qarşısındakının gözünə baxmaqdan qorxmaq ,təkbətək,üzbəüz ünsiyyətə qoşulmaqdan çəkinməkdir.Belə uşaqları əlaqəyə ünsiyyətə daxil olmağa məcbur etmək ,bunda israrlı olmaq lazımdır.Amma həddi bilmək lazimdir.Ünsiyyət olmayan yerdə nitqdə olmaz.Uzun müddət bir sual ətrafında mübahisələr davam etməkdə idi ki,autizm halında ünsiyyətə tələbat qorunub saxlanırmı?Aparılan xüsusi tədqiqatlar və eləcə də valideynlərin və mütəxəssislərin müşahidələri göstərir ki,autik uşaqlarda ünsiyyətə tələbat var,lakin bu tələbatın həyata keçməsi təhrif olunmuş və mürəkkəbləşmişdir. Autizm əlamətli autik uşaq digərləri ilə “yaxın “olmaq istəyir,lakin “birlikdə”yox! O uzun müddət başqa uşaqların oynamasını müşahidə edə bilər,onların yaxınlığında oynaya bilər, lakin onlarla birlikdə yox! Onlardan oyuncaq ala bilər ,lakin onlarla birgə oyuna qoşulmaz, onlarla ünsiyyət qurmaz, onlara oyuncaq verməz!
Streatip davranış autik uşaqların təlaşlı və həssas olmaları ilə əlaqədardır. Onların həyacanlı olmaları , həddən artıq həssaslıqları həmin uşaqlarda ətrafdakılara aydın olmayan çoxlu qorxu halları yaradır.Məhz bu səbəbdəndir ki,autik uşaqlar ətraflarında daima dəyişməz ,sabit ,özlərinə tanış və məlum bir mühitin olmasına çalışırlar,bunu arzu edirlər. Onlar hər dəfə eyni nəqliyyatdan istifadə etməyi .həmişə adət etdikləri eyni yeməyi ,eyni paltarı geyinməyi , ətrafında hər dəfə eyni adamları görmək ,ümumiyyətlə hər dəfə eyni hadisələrdən eyni təəssüratları almağı xoşlayırlar. Bu uşaqlar hər dəfə əhatələrində tanış şəxsləri gördükdə özlərini daha rahat hiss edirlər.Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur,onlar müsbət emosiyaların çatışmamazlığından əziyyət çəkirlər.Bu emosiyaların yerindəki boşluqları özlərinə xas olan üsulla doldururlar. Beləliklə qıcıqlandırıcı hərəkətlər edirlər.Bu da professional dildə spereotip adlanır,hansı ki,davamlı , eyni xrakter daşıyir.streatip şərti olaraq hərəkətli (barmaqların soğulcanvari hərəkətləri ,hoppanmalar ,otaqda küncdəh-küncə gəzmək,qacmaq və s.) danışıq (eyni səsin və ya eyni sözün ,ya da eyni cümlənin təkrar edilməsi ),sensor (məsələn ,qoxlama )xarakterli ola bilər.Bu sadalanan tendensiyalar stereotipi ,ənənəvi davranışı formalaşdırır.
Həyatın insanlarla qarşılıqlı münasibət ,emosiya nümayişi ilə bağlı bütün aspektlərı ünsiyyət qabiliyyəti olmayan Autizmli uşaqlar üçün çətinlik yaradır.Məsələn:süjet rol oyunları (analar və qızlar, ” xəstəxana ” , ” dükan ”) özlüyündə insanlar arasında qarşılıqlı əlaqələr ünsiyyət əks etdirdiyi üçün uşaqlar üçün çətin olur. Autizm uşaqların oyunları əşyalar və onların əlamətləri ilə əlaqədar olan stereotipli manipulyasiyalardan (hərəkətlərdən)ibarətdir.məsələn;əl çalar –onların cingiltisi,poletilen torba-onun xışıltısı və s.
Autistik uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki,onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə,bəziləri isə geriləyə bilər.Məsələn, bəzi uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib ,mürəkkəb naxışları qura bildikləri halda ,özünəxidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər.
Təfəkkürün tədqiqinin standart metodikası bildirir ki, Autistik uşaqlarin 32-si si əqli inkişafın geriliyindən əziyyət çəkir.Lakin 10%isə bəzi sahələrdə inkişaf etmiş qabiliyyətə malikdirlər. məs; riyazi hesablamalar, musiqi, rəsm, atalar sözləri,mozaika, hətta bəziləri isə özlərini maraqlandıran sahələr üzrə ensiklopedik biliklərə malik olurlar.Yenə də bu metodikalar o prinsipə əsaslanırlar ki, bilik və bacarıqlar yalnız uşaqla yalnız bilavasitə ünsiyyət olduğu zaman aşkara çıxıa bilər. Ünsiyyət bacarığı pozulmuş bu uşaqlar sadəcə olaraq özləri öz bilik və bacarıqlarını nümayiş etdirə bilmirlər.Bu uşaqlardan söhbət getdikdə nəzərə almaq lazımdır ki,onların hamısı inkişafın və xarakterinin özünəməxsusluğuna malikdirlər.

www.autizm.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100