BIHE2011 sərgisinin anonsu
Sentyabr ayının 13-dən 15-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 17-ci illik Azərbaycan beynəlxalq səhiyyə sərgisi (“BIHE”) keçiriləcək. Tibb və səhiyyə sahəsində regionun yeganə nüfuzlu ekspo-tədbiri olan “BIHE” sərgisi dövlət qurumlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və ləvazimatların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün əhəmiyyətli görüş yerinə çevrilmişdir. Beynəlxalq səhiyyə sərginin sentyabr ayında keçirilməsi artıq bir ənənəyə çevrilib və təkcə paytaxtda deyil, həm də Azərbaycanın regionlarında səhiyyə islahatlarının həyata keçirilməsi fonunda xüsusi aktuallıq kəsb edir. Bu tədbirin yüksək statusunu təsdiq edən amillərdən biri “BIHE” sərgisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilməsidir. Artıq 5 ildir ki, “BIHE” sərgisi Ümumdünya sərgi sənayesi assosiasiyasının (UFI) keyfiyyət nişanına malikdir.
Bu ilki sərgidə Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən, ümumilikdə isə 13 ölkədən 100-dən yuxarı şirkətin iştirak edəcəyi gözlənilir. Bavariya Milli Stendi isə ardıcıl olaraq iki ildir ki, öz milli stendi ilə çıxış edir. Yerli şirkətlər iştirakçıların ümumi sayının təxminən 40 faizini, yəni sərgi ekspozisiyasının əsas hissəsini təşkil edəcəklər. Ənənəvi olaraq, “BIHE-2011” sərgisi əsas inkişaf istiqamətlərini, eləcə də müasir səhiyyə sektoru üçün zəruri və tələb olunan ən yeni texnologiyaları təqdim etməyə imkan yaradacaq. Beləliklə, “BIHE” sərgisi tibbi məhsul və xidmətlərin geniş spektrini – tibbi və laboratoriya avadanlıqları, əczaçılıq aparatları, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələri və bir sıra digər məhsulları təqdim edəcəkdir. Bundan əlavə, sərgidə “xaricdə müalicə” sektoru da təqdim olunacaq.
“BIHE” sərgisi ilə paralel olaraq daha iki tədbir – “Stomatology Azerbaijan” 6-cı Azərbaycan beynəlxalq stomatologiya sərgisi və “Beauty Azerbaijan-2011” 5-ci Yubiley Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi keçiriləcək. Sözügedən sərgilər çərçivəsində stomatologiya və gözəllik sənayesi sahələrinin yeni ixtiraları nümayiş etdiriləcəkdir.
Beləliklə, sərgi bu il də yenidən öz iştirakçı və ziyarətçilərinə əməkdaşlıq perspektivləri, tibb sahəsinin inkişaf yollarının müzakirəsi, səhiyyə sistemi mütəxəssislərinin geniş dairələrinə isə tibb sahəsində mövcud olan tendensiya və yeniliklərin nümayiş etdirilməsi üçün unikal platforma təklif etmək niyyətindədir.
Tədbir “Baku Ekspo” sərgi mərkəzində keçiriləcək. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti bu sərginin təşkilatçıları qismində çıxış edirlər. Təşkilatçılar məsləhət görürlər ki, “BIHE-2011” sərgisinə gəlməyi arzu edən bütün peşəkar ziyarətçilər sərgiyə giriş prosesini sürətləndirmək üçün www.bihe.az/registration vebsaytında öncədən qeydiyyatdan keçsinlər. |