Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
Araz Bayramov
Araz Bayramov
MD FEBU
Uroloq - transplantoloq Cərrah

Avropa Uroloq Mütəxəssisi

1999-2005  Həkim Fərqlənmə Diplomu
                   Müalicə - Profilaktika Fakultəsi
                   Cərrahi Bölüm – M.Topçubaşov adına Təqaüdçü
                   Azərbaycan Tibb Universiteti

2005-2009  Cərrahi Urologiya Rezident  
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                                                    Lyon, Fransa
2009-2010  Uroloq Transplantoloq Cərrah
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                   Lyon, Fransa
 01.11.2010 Uroloq Transplantoloq Cərrah 
                   Urologiya Şöbəsinin Rəisi
                   Mərkəzi Gömrük Hospitalı                   
Diplomlar:   

  • Laparoskopik Uroloji Cərrahiyyə (Strasburq, Fransa)
  • Orqan Transplantasiyası ( Lyon, Fransa)
  • Laparoskopik  Cərrahiyyə (Montpellier, Fransa)
  • Mikrocərrahiyyə (Lyon, Fransa)
  • Kliniki Andrologiya ( Lyon, Fransa)

2008-2010  Master Elmi Dərəcəsi ( Paris, Fransa)

09.09.2010  Avropa Uroloq Mütəxəssisi

Professional Cəmiyyətlər:
Aktiv Uzv          Avropa Uroloqlar Assosiasiyası   ( EAU )   
Aktiv Uzv          Avropa Orqan Transplantasiya Cəmiyyəti  ( ESOT )
Aktiv Uzv          Fransa Uroloqlar Assosiasiyası      ( AFU )

Uroloji Cərrahi Əməliyyatlar:

  • Azərbaycanda ilk  Laparoskopik Nefrektomiya əməliyyatı 03.11.2010 ( Kəsiksiz büzüşmüş böyrəyin çıxarılması)
  • Laparoskopik Canli Donor Nefrektomiya , Parsial Nefrektomiya (Böyrək xərçəngi)
    Laparoskopik Radikal Prostatektomiya ( Prostat xərçəngi), Promontofiksasiya
  • Endo Urologiya: Kəsik olmadan Böyrək daşlarının çıxarılması  FibroRenoskop və Perkutan yolla (Holmium Lazer),
  • Prostat vəzinin adenomasının Lazer və ya TUR ilə rezeksiyası
  • Androloji Cərrahiyyə : Protez ( AMS 700) , Plastik  Əməliyyatlar
  • Kişi inkontinansı ( sidik saxlamaq qabiliyyətinin pozulması) : Protez  Malesling, AMS 800
  • Böyrək Transplantasiyası : Canli Donor Böyrək köçürmələri

Rəsmi adresi: Urologiya Şöbəsinin Rəisi
Mərkəzi Gömrük Hospitalı
K,Kazımzade küç. 118
AZ 1065 BAKI 
Telefon:  (012) 537 01 83 
Fax :        (012) 510 86 90
Mob:        050 234 55 60
Mob :       050 365 82 02
Email : araz_bayramov@yahoo.fr, araz.bayramov@customshospital.az

Azər Abdullayev

Azər Abdullayev

Dəri-zöhrəvi həkimi

Təhsil-Ali tibbi (ATU)
Fakultə-müalicə-profilaktika
İxtisas-dəri-zöhrəvi həkimi
İş  stajı-15 il.
Dəri-zöhrəvi sahəsi üzrə ixtisaslaşdığını təsdiq edən beynəlxalq sertifikatları var.
ABŞ, Böyük Britaniya və Türkiyədə təcrübə keçmişdir.
İş yeri-Turkish American Medical Center.
Həmçinin dermatoloq kateqoriyasında konsultasiyalar verir.


Elgün Ağamalıyev

Elgün Ağamalıyev

Nevroloq

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas -nevroloq.
İş yeri -Respublika Klinik xəstəxanası,
Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutu, Nevrologiya kafedrası.
A.Kazımov adına 1 saylı şəhər poliklinikası
e-mail:dr.woland@inbox.ru


Elman Kazımzadə

Elman Kazımzadə

Androloq
(Sankt-Peterburq)

Təhsil-Ali tibbi (ATU)
Fakultə-pediatriya
İxtisas-androloq
İş stajı - 10 il
1999-2000 - reanimatologiya üzrə DİN-nin hospitalında ; və neonatal renimasiya üzrə 5 saylı doğum evində internatura.
2000-2002 - Hərbi qulluq, ümumi təcrübə həkimi.
2003-2005 - urologiya və andrologiya üzrə klinik ordinatura. Медицинскaя Академия Последипломного Образования, Санкт-Петербург
2006-ci ildən - Urologiya və andrologiya kafedrasının aspirantı. СПбМАПО
Sertifikatlar:
2009 "Seksologiya. Seksual disfunksiyaların müalicə metodları" sikli.
2008 andrologiya üzrə ixtisas artırma kursu.
2008 "endokrinologiya və andrologiyada cinsi vəzilərin xəstəlikləri"sikli.
2008 "Diplomdan sonrakı tibb təhsilində müasir texnologiyalar"sikli
2007 "Andrologiya və üzvi seksual pozuntuların cərrahi müalicəsi"kursu
2007 urologiya üzrə ixtisas artırma kursu
2006 "Elmi tədqiqatlarda tibbi informatika və statistika"silsiləsi
2005 ftiziourologiya sikli
2005 reanimasiya üzrə sikl
2003 urologiya üzrə ixtisas artırma kursu

Elmi işlər:
Andrologiya üzrə 10 və daha çox dərc edilmiş elmi məqalə, andrologiya üzrə 8 beynəlxalq və rusiya qurultay və konferensiyalarda iştirak, "Kişilərdə obstruktiv sonsuzluğun müalicə və diaqnostikasının mükəmməlləşdirilməsi"mövzusu üzrə elmi dissertasiya üzərində iş.


Fikrət Əfəndiyev

Fikrət Əfəndiyev

Аnestizioloq-reanimatoloq

Tibb elmləri namizədi, hal hazırda tibb elmləri doktoru adını almaq üzərində işləyir.
Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas - anestizioloq-reanimatoloq .
1975-1978 - 2 saylı şəhər Klinik Xəstəxanası - медбрат.
1978-1979 - 2 saylı şəhər Klinik Xəstəxanası - həkim-interna.
1979-1985 - S.Nəzərli adına 6 saylı doğum evi- reanimasiya-anesteziologiya şöbəsinin müdiri.
1985-ci ldən - Mərkəzi Neftçilər Xəstəxanası - intensiv terapiya, аnesteziologiya və renimasiya şöbəsinin müdiri işləyir.

Azərbaycan Prezidentinin Göstərişilə "Тərəqqi" nişanı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Dəfələrlə dünyanın aparıcı klinikalarında iş səfərində olmuşdur (ABŞ, Hyuston (1998); Almaniya, Мünhen (2001), Reqensburq (2002); Тürkiyə, İstambul (2001); İran, Теhran (1996); Rusiya, Моskva (1994,2000))


Fuad Səmədov Fərman Fərmanov
Fərman Fərmanov

Həkim-narkoloq

Təhsil-Ali (ATU)
Fakültə:müalicə-profilaktika
İxtisas:həkim-narkoloq
2007-2008 :ƏN TBİ MM internatura
2010-dan :ƏN TBİ İMM həkim-narkoloq

Huseyn Memmedov Lalə Seyfullayeva
Lalə Seyfullayeva

LOR

Təhsil-Ali tibbi (ATU,1998-2004)
Fakultə-pediatriya
İxtisas-uşaq otorinolarinqoloqu
2005-2007-otorinolarinqoloqiyə üzrə klinik ordinatura(MAПO,Sankt-Peterburg)
Iş yeri:"HB" klinika,həkim-otorinilarinqoloq
Namiq Mustafayev

Mustafayev Namiq

Oftalmoloq

Tibb elmləri namizədi
, oftalmoloq-cərrah. Avropa Katarakta və Refraksiya Cərrahları Cəmiyyətinin üzvü (ESCRS). Fəaliyyətinin əsas istiqamətləri – kataraktanın mikrocərrahiyəsi (fakoemulsifikasiya və tikişsiz tunel texnikası üsulları ilə), qlaukoma və refraksiya cərrahiyəsi. 4,5 mindən çox mikrocərrahiyə əməliyyatı aparıb.
1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (müalicə-profilaktik fakultəsini) bitirib. 1995-1996-cı illərdə Zərifə Əliyeva adına Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda internaturanı keçib və həkim-oftalmoloq diplomunu alıb. 1996-1997-ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz şöbəsində oftalmoloq kimi fəaliyyət göstərib. 1998-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına aspiranturaya qəbul olunub. 2000-ci ildə Moskva şəhərində Svyatoslav Fyodorov adına MNTK “Mikroxirurgiya qlaza” kompleksində “Göz mikrocərrahiyəsi” kursu üzrə təkmilləşmədə olub. 2001-2002-ci illərdə “Xəzər Qayğıkeşlik Cəmiyyəti” humanitar göz klinikasında işləyib və amerika həkimlərinin rəhbərliyi ilə 400-dən artıq göz cərrahiyə əməliyyatı aparıb. 2002-ci ildə professor Çingiz Carulla-zadənin rənbərliyi ilə “UNIVERSAL II fakoemulsifikatorunun və alternativ üsulların sərt nüvəli kataraktaların cərrahiyəsində istifadəsinin imkanları” adlı namizədlik dissertasiyasını müdafiə edib və 14.00.08 –“Göz Xəstəlikləri” ixtisası üzrə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 2000-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzində fəaliyyət göstərir. Bir neçə beynəlxalq konqress və konfransların iştirakçısıdır.

Doktor Mustafayev N.N. oftalmoloji konqress və konfranslarda məruzələrlə çıxış etmişdir:

1.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.\\ I Научная Конференция Молодых Офтальмологов Азербайджана, Bakı, Dekabr 2006il.

2.Fakoemulsifikasiya zamanı implantasiya olunan asferik intraokulyar linzaların effektivliyinin təhlili.\\ I Съезд Молодых Офтальмологов Азербайджана, Bakı, 2 Dekabr 2007il.

3.Односторонняя склеральная фиксация ИОЛ при нарушении целостности капсульного мешка.\\ XV Научно-Практическая Конференция Офтальмологов, Yekaterinburq, 27 dekabr 2007il.

4.Büllurun arxa kapsulasının tamlığının pozulması zamanı intraokulyar linzaların birincili birtərəfli transskleral fiksasiyası.\\ Международная Конференция «Актуальные проблемы офтальмологии», посвященная 85 летию академика Зарифы Алиевой, Bakı, 29 aprel 2008il.

5.Assessment of post-op astigmatism after unilateral scleral IOL fixation.\\ XXVI Congress of ESCRS, Berlin, 17 sentyabr 2008il.

 

         Doktor Mustafayev N.N. bir neçə məqalə və ixtiraların müəllifidir:

1.Отбор больных для факоэмульсификации в Азербайджане. //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsindəki nailiyyətləri.- XI respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu. 1-ci Tom. Bakı, 2000, s.295-297

2.Наш опыт факоэмульсификации аппаратом “Universal 2”. //Neft kəşfiyyatcılarının birləşmiş xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları.- Bakı, 2001, s.378-381

3.Факоэмульсификация катаракт с плотным ядром (icmal məqaləsi). //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsində nailiyyətləri.- XIİ respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu 2-ci Tom. Bakı, 2001, s.629-640

4.Метод определения плотности хрусталика. //Azərbaycan Tibb Jurnalı, 2001, №3, s.66-68 (həmmüəllif Carulla-zadə Ç.C.)

5.Метод удаления хрусталика через малый разрез. //Vita medical journal, 2001, №1-2, s.39-41 (həmmüəllif Carulla-zadə Ç.C.)

6.Шпатель глазной и способ выбора метода экстракапсулярной экстракции катаракты. //Sənayə mülkiyyəti (ixtiralar). Rəsmi bülleten, Bakı, 2001,№2, s.40

7.Оценка результатов имплантации переднекамерных ИОЛ с открытой сгибающейся гаптикой. // Azərbaycan Tibb Jurnalı, 2005, №4, s.83-85 (həmmüəllif Quliyeva S.Ç.)

8.Контроль за астигматизмом с помощью швов при тоннельной экстракции катаракты.// Qaradəniz ölkələrinin 4-cü Beynəlxalq Elmi Konfransının məqalələr toplusu. Krasnodar, 2006, s.136-139 (həmmüəlliflər Cəfərova R.N., Quliyeva S.Ç.)

9.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.110-112 (həmmüəllif Quliyeva S.Ç.)

10.Наш опыт использования внутрикапсульных колец в хирургии катаракты с сублюксацией I, II, III степени.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.113-115 (həmmüəllif Cəfərova R.N.)

11.Имплантация переднекамерных интраокулярных линз при несостоятельности или отсутствии капсульной сумки (icmal məqaləsi).// Azərbaycan Tibb Jurnalı, 2006, №3, s.156-161

12.Служба мобильной офтальмологической помощи в населенных пунктах, не имеющих офтальмологических стационаров.// Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.200-203 (həmmüəlliflər Carulla-zadə Ç.C., Bədəlov S.A.)

13.Сравнительная оценка индуцированного роговичного астигматизма при тонельной экстракции катаракты и факоэмульсификации.//Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.216-219 (həmmüəllif Quliyeva S.Ç.)

14.Изменение положения интраокулярной линзы в послеоперационном периоде и тактика хирурга для исправления данного осложнения (icmal məqaləsi).//Oftalmolojı jurnal (Odessa), 2007, №1, s.52-57

15.Техника устранения иридодиализа при тоннельной экстракции катаракты.//”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.51-53 (həmmüəllif Cəlilova E.R.) 

16.К анализу эффективности факоэмульсификации с имплантацией асферических ИОЛ.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.59-60 (həmmüəllif Aşumova G.N.)

17.Сравнительный анализ эффективности факоэмульсификационных систем Accurus 800 и Nidek CV7000.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.61-63 (həmmüəllif Aşumova G.N.)

18.Анализ причин иридодиализа при тоннельной экстракции катаракты.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.64-66 (həmmüəllif Cəlilova E.R.)

19.Анализ степени и причин развития послеоперационного астигматизма при односторонней склеральной фиксации иол.//Oftalmoloqların XV elmi-praktiki konfransının materialları. Yekaterinburq, 2007, s.63-65 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə Ü.M.)

20.Анализ результатов первичной односторонней транссклеральной фиксации интраокулярной линзы.//Azərbaycan Tibb Jurnalı, 2008, №2, s.102-105, (həmmüəlliflər Carulla-zadə Ç.C., Cəfərova R.N., Quliyeva S.Ç.)21.Сравнительный анализ результатов первичной имплантации переднекамерных ИОЛ и заднекамерных ИОЛ с фиксацией в склере.//Материалы Международной научной конференции "Современные аспекты клиники, диагностики и лечения глазных болезней". Odessa, 2008

22.Assessment of post operative astigmatism after one side sutured IOL scleral fixation.//Book of Abstracts, XXVI Congress of the ESCRS, Berlin, 2008, s.110 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə U.M.)

 

Rasim Səmədzadə
Rasim Səmədzadə 

Travmatoloq-ortoped

2004 - bu günə kimi

Professor, cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü 
2002-2004
Cərrah-travmatoloq, Ortopedik Cərrahiyə şöbəsi, Al-BAHA reqionu, Səudi Ərəbistan
2000-2002
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü
1983-2000
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1982-1983
Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının assistenti, cərrah-travmatoloq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutunin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1977-1982
Cərrah-travmatoloq, M.Qasımov adına Azərbaycan Dövlət Hospitalın Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1975-1977
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunun kiçik elmi işçisi
1975-1977
Cərrah-travmatoloq, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1973-1975
 Aspirant, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1971-1973
Batalyonun hərbi həkimi
1965-1971
Azərbaycan Dövlət Tibb Universiteti
Elmi işləri:
Cərrahi travmatologiya və ortopediya sahəsində 18 patent və 98 elmi işlərin müəllifidir
2000
Dissertasiyanı müdafiə edib və Tibb elmləri Fəlsəfə Doktorun dərəcəsini alıb, Moskva, Russiya
1993
Professor assistenti
1982-1988
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində elmi-tədqiqat iş, Sankt-Peterburq, Russiya
1978-1982
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində assistent, Bakı, Azərbaycan
e-mail:srasim@mail.ru

Rəfadar XƏLİLOV Rəşad Sultan
Rəşad Sultan
Ginekoloq

Təhsil
1993-1999 - Azərbaycan Dövlət Tibb Universiteti
1999-2000 - Bakı ş. Azərsutikinti xəstəxanasında ümumi cərrahiyə ixtisası üzrə internatura
2004-2009 - İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsi Mama-Ginekologiya kafedrasında mama-ginekoloq ixtisası üzrə uzmanlıq təhsili
İş stajı:
2000-2002 - Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət. vəzifə- həkim,
2009-2011 - Mərkəzi Klinika Qadın Mərkəzində həkim mama ginekoloq
Hal hazırda HB-Güvən klinikasında həkim mama-ginekoloq
Samir Quliyev

Samir Quliyev

Pulmonoloq, Ftiziatr

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika
1999-2000 - Ağciyər Xəstəlikləri Elmi Tədqiqat inistitutunda internatura.
2004-ci ildən 7 saylı Ağciyər Xəstəlikləri Dispanserində ftiziatr-pulmonoloq işləyir.
2005 - təkmilləşmə kursu.
Yerli və beynəlxalq təşkilatların sertifikatlarına malikdir:
"Vərəmin Rezistent formasının müalicəsi"mövzusunda seminar, Latviya, Riqa, 2008.
"Vərəm xəstələrinin DOTS müalicəsi", AXETƏ, 2008
"Vərəm - HİV", 2009.


Sevinç Abdullayeva
Sevinç Abdullayeva

Həkim-Kosmetolog

Təhsil-Ali tibbi(Azərbaycan Tibb Universiteti,Xəzər Universiteti: fakultə - müalicə işi)
İxtisas: həkim- infeksionist,həkim-kosmetolog

Diplom RUDN peşə təkmilləşməsi üzrə - həkim dermakosmetoloq

Estetik tibb üzrə beynəlxalq diplomlar və sertifikatlar (inyeksiyalı mezoterapiya plastikası, butulotoksin tətbiqi, PRP metodikası – plazmoliftinq və başqa.)

Azərbaycanda Beynəlxalq mezoterapevtlər cəmiyyətinin SİM prezidenti postuna namizəd

Estetik tibb üzrə beynəlxalq konqresslərin məruzəçisi və iştirakçısı

Toscani Cosmetics və Dr Korman şirkətlərinin Azərbaycandakı rəsmi həkimi.
Tabu

"TABU" MMC, Hüquq Mərkəzi

 "Tabu" MMC-nin Hüquqşunasları. Əlaqə üçün (050) - 286-46-45; (050) 245-54-07; (050)-287-47-46; (055)-201-26-11

(012)-492-08-17 nömrələrə müraciət edə bilərsiniz.
Tural Melikov Zehra esgerova
 
 
Kateqoriyanı seçin
Ailə həkimiAndroloqAnestezioloq - reanimatoloqBilmirəm kimə müraciət edim?CərrahDəri-zöhrəviFtiziatrGinekoloqGənc valideyinlərHüquqşunas (new)KardioloqKombustioloqKosmetoloqLaborantLOR (qulaq - boğaz - burun)NarkoloqNevroloqOftalmoloqOnkoloqPediatrPlastik, Rekonstruktiv və Estetik cərrahPsixiatrPsixoloqQastroenteroloqQİÇS üzrə məsləhətçiStomatoloqTerapevtTravmatoloq-ortopedUroloq - Transplantoloq
 
 
Foto-müsabiqə
 
SORĞU
Saytımız barədə haradan bilgi almısınız?
İnternetdən(axtariş sistemindən)
Reklam vasitələrindən
Tanişlardan
Digər vasitələrdən
 
Digər Sorğular
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür  | 3686 dəfə oxunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ  -  HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.

Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
AZƏRBAYCAN RESBUPLİKASININ RƏHBƏRİ HEYDƏR ƏLİYEV - 1969-1982-Cİ İLLƏR

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı.

Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir.

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində - milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir hal da, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi.

İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir.

İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir.

70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu - 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı.

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Heydər Əliyevin başçılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Bu, həmin dövr idi ki, hətta Moskvada, Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ -  1993-2003-CÜ İLLƏR

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
 
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

HEYDƏR ƏLİYEV HƏR ZAMAN ZİRVƏDƏDİR!

Heydər Əliyev ömrünün 81-ci ilində dünyasını dəyişdi. Millət və dövlətə xidmətə həsr olunmuş mənalı bir ömür başa çatdı. Bu, mürəkkəb, enişli və yoxuşlu, fərəhli anları ilə yanaşı, uğursuzluq zolaqlarından da xali olmayan illər olub. Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb çox məqamları vurğulamaq mümkündür.

Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.

Bu, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən böyük simalarının, fikir və mülahizələri ilə dünyanın hesablaşdığı politoloqların gəldiyi yekdil və dəqiq qənaətdir. Zənnimizcə, bu qənaətin əlavə şərhə, izahata ehtiyacı yoxdur. Hələ 42 il öncə Heydər Əliyevin sovet Azərbaycanının partiya təşkilatının rəhbəri seçilməsi də, sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və şəxsi-intellektual imkanlarına o vaxtkı mərkəz, Kreml tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir. Heydər Əliyev bu qiymət və etimadın müqabilində, sadəcə, Moskvanın təlimat və göstərişlərini həyata keçirən adi partiya funksionerinə çevrilmədi. Hərçənd, Kreml "mətbəxindən" bütün müttəfiq respublikalara ünvanlanan instruksiya məhz bu cür siyasi idarəçilik və texnologiyanı nəzərdə tuturdu. Heydər Əliyev sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını Azərbaycanın (müttəfiq respublika statusunun bəlli çərçivələri içində olsa da) rifahı, onun gələcəyi və strateji maraqlarına transformasiya etməyi bacaran bir lider oldu.

Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim. Heydər Əliyev 38 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 38 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi.

Təkcə bir məqamı xatırlamaq yetər ki, o vaxtlar SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış qərarına görə, ali hərbi məktəblər, əsasən, Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi. "Bunları görəndə, düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Və nəticədə bu məktəbi yarada bildik... Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm" - Heydər Əliyev bu sözləri 2003-cü il aprelin 21-də, "Respublika" sarayında Naxçıvanski adına məktəbin yubileyində çıxış edərkən bəyan etmişdi. Bəli, həmin məşum gün Heydər Əliyev 38 il öncə təməlini atdığı bu məktəbin yubiley təntənəsində iştirak etməkdən böyük iftixar hissi keçirirdi. Onun bu iftixara, fərəhə tam haqqı vardı. Çünki Heydər Əliyevin 38 il öncə atdığı cəsarətli addımın müstəqil Azərbaycan dövlətçiliyi üçün nə qədər tarixi əhəmiyyət daşıdığını tarix özü sübut etmişdi... Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə tarix tərəfindən adekvat qiymətini alan (və alacaq) neçə-neçə belə cəsarətli addımlar atıb. Heydər Əliyevin illər öncə atdığı uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını bizlər sonralar, Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik. Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı.

Heydər Əliyev realist siyasətçi idi. Onun siyasi və idarəçilik prinsiplərinə romantizm və xülyaçılıq yad idi. Qəbul etdiyi qərarlar ilk baxışdan qeyri-populyar görünə bilərdi (məsələn, 1994-cü ildə atəşkəsin əldə edilməsi), lakin bu, son nəticədə düzgün və bütün reallıqları nəzərə alan ən optimal qərar olurdu. Heydər Əliyev xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. Heydər Əliyevin opponentlərinin ona ünvanladıqları iradlar daha çox Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı idi. Bəziləri Heydər Əliyevi qeyri-effektiv siyasətdə, güzəşt və kompromislərə meylli olmaqda ittiham edirdilər. Və bu ittihamın müəllifləri o kəslər idi ki, effektli siyasət dedikdə hay-küy, meydançılıq və asıb-kəsmə ilə danışmağı nəzərdə tuturdular. Heydər Əliyev isə populizmdən hər zaman uzaq olub. Populistlərdən fərqli olaraq o mürəkkəbliyi hamıya bəlli olan bu problemin çözülməsi üçün ardıcıl və aramsız siyasət aparıb. Bu siyəsət kəmhövsələ qafaları qane etməyə bilərdi. Amma onun ilk addımından uğura hesablandığı və həmin uğurun da mütləq gerçəkləşəcəyi kimsədə şübhə doğurmasın.

...Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi və həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır. Heydər Əliyev siyasəti tarazlı siyasətdir, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında ümummilli liderə məxsus bütün keyfiyyətləri -rasionalizm və müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görürdü.

Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.

Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq - bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.

Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib - dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib.

Otuz ildən artıqdır ki, Heydər Əliyev cənabları sənin, mənim, onun - Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının qəlbində əbədi yaşayacaq - bugünkü nəslin də, sabahkı nəslin də.

Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.

... O, ömrünün 81-ci ilində - müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq...

Azerbaijan.az
www.milli.az

Sizin şərhiniz.

Adınız 

E-mail: 


Şərh yazın




Vərəm


Məqalələr
Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
İnfomərkəz
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




Saytımızın Qonağı
            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 








Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100