Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
Araz Bayramov
Araz Bayramov
MD FEBU
Uroloq - transplantoloq Cərrah

Avropa Uroloq Mütəxəssisi

1999-2005  Həkim Fərqlənmə Diplomu
                   Müalicə - Profilaktika Fakultəsi
                   Cərrahi Bölüm – M.Topçubaşov adına Təqaüdçü
                   Azərbaycan Tibb Universiteti

2005-2009  Cərrahi Urologiya Rezident  
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                                                    Lyon, Fransa
2009-2010  Uroloq Transplantoloq Cərrah
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                   Lyon, Fransa
 01.11.2010 Uroloq Transplantoloq Cərrah 
                   Urologiya Şöbəsinin Rəisi
                   Mərkəzi Gömrük Hospitalı                   
Diplomlar:   

  • Laparoskopik Uroloji Cərrahiyyə (Strasburq, Fransa)
  • Orqan Transplantasiyası ( Lyon, Fransa)
  • Laparoskopik  Cərrahiyyə (Montpellier, Fransa)
  • Mikrocərrahiyyə (Lyon, Fransa)
  • Kliniki Andrologiya ( Lyon, Fransa)

2008-2010  Master Elmi Dərəcəsi ( Paris, Fransa)

09.09.2010  Avropa Uroloq Mütəxəssisi

Professional Cəmiyyətlər:
Aktiv Uzv          Avropa Uroloqlar Assosiasiyası   ( EAU )   
Aktiv Uzv          Avropa Orqan Transplantasiya Cəmiyyəti  ( ESOT )
Aktiv Uzv          Fransa Uroloqlar Assosiasiyası      ( AFU )

Uroloji Cərrahi Əməliyyatlar:

  • Azərbaycanda ilk  Laparoskopik Nefrektomiya əməliyyatı 03.11.2010 ( Kəsiksiz büzüşmüş böyrəyin çıxarılması)
  • Laparoskopik Canli Donor Nefrektomiya , Parsial Nefrektomiya (Böyrək xərçəngi)
    Laparoskopik Radikal Prostatektomiya ( Prostat xərçəngi), Promontofiksasiya
  • Endo Urologiya: Kəsik olmadan Böyrək daşlarının çıxarılması  FibroRenoskop və Perkutan yolla (Holmium Lazer),
  • Prostat vəzinin adenomasının Lazer və ya TUR ilə rezeksiyası
  • Androloji Cərrahiyyə : Protez ( AMS 700) , Plastik  Əməliyyatlar
  • Kişi inkontinansı ( sidik saxlamaq qabiliyyətinin pozulması) : Protez  Malesling, AMS 800
  • Böyrək Transplantasiyası : Canli Donor Böyrək köçürmələri

Rəsmi adresi: Urologiya Şöbəsinin Rəisi
Mərkəzi Gömrük Hospitalı
K,Kazımzade küç. 118
AZ 1065 BAKI 
Telefon:  (012) 537 01 83 
Fax :        (012) 510 86 90
Mob:        050 234 55 60
Mob :       050 365 82 02
Email : araz_bayramov@yahoo.fr, araz.bayramov@customshospital.az

Azər Abdullayev

Azər Abdullayev

Dəri-zöhrəvi həkimi

Təhsil-Ali tibbi (ATU)
Fakultə-müalicə-profilaktika
İxtisas-dəri-zöhrəvi həkimi
İş  stajı-15 il.
Dəri-zöhrəvi sahəsi üzrə ixtisaslaşdığını təsdiq edən beynəlxalq sertifikatları var.
ABŞ, Böyük Britaniya və Türkiyədə təcrübə keçmişdir.
İş yeri-Turkish American Medical Center.
Həmçinin dermatoloq kateqoriyasında konsultasiyalar verir.


Elgün Ağamalıyev

Elgün Ağamalıyev

Nevroloq

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas -nevroloq.
İş yeri -Respublika Klinik xəstəxanası,
Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutu, Nevrologiya kafedrası.
A.Kazımov adına 1 saylı şəhər poliklinikası
e-mail:dr.woland@inbox.ru


Elman Kazımzadə

Elman Kazımzadə

Androloq
(Sankt-Peterburq)

Təhsil-Ali tibbi (ATU)
Fakultə-pediatriya
İxtisas-androloq
İş stajı - 10 il
1999-2000 - reanimatologiya üzrə DİN-nin hospitalında ; və neonatal renimasiya üzrə 5 saylı doğum evində internatura.
2000-2002 - Hərbi qulluq, ümumi təcrübə həkimi.
2003-2005 - urologiya və andrologiya üzrə klinik ordinatura. Медицинскaя Академия Последипломного Образования, Санкт-Петербург
2006-ci ildən - Urologiya və andrologiya kafedrasının aspirantı. СПбМАПО
Sertifikatlar:
2009 "Seksologiya. Seksual disfunksiyaların müalicə metodları" sikli.
2008 andrologiya üzrə ixtisas artırma kursu.
2008 "endokrinologiya və andrologiyada cinsi vəzilərin xəstəlikləri"sikli.
2008 "Diplomdan sonrakı tibb təhsilində müasir texnologiyalar"sikli
2007 "Andrologiya və üzvi seksual pozuntuların cərrahi müalicəsi"kursu
2007 urologiya üzrə ixtisas artırma kursu
2006 "Elmi tədqiqatlarda tibbi informatika və statistika"silsiləsi
2005 ftiziourologiya sikli
2005 reanimasiya üzrə sikl
2003 urologiya üzrə ixtisas artırma kursu

Elmi işlər:
Andrologiya üzrə 10 və daha çox dərc edilmiş elmi məqalə, andrologiya üzrə 8 beynəlxalq və rusiya qurultay və konferensiyalarda iştirak, "Kişilərdə obstruktiv sonsuzluğun müalicə və diaqnostikasının mükəmməlləşdirilməsi"mövzusu üzrə elmi dissertasiya üzərində iş.


Fikrət Əfəndiyev

Fikrət Əfəndiyev

Аnestizioloq-reanimatoloq

Tibb elmləri namizədi, hal hazırda tibb elmləri doktoru adını almaq üzərində işləyir.
Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas - anestizioloq-reanimatoloq .
1975-1978 - 2 saylı şəhər Klinik Xəstəxanası - медбрат.
1978-1979 - 2 saylı şəhər Klinik Xəstəxanası - həkim-interna.
1979-1985 - S.Nəzərli adına 6 saylı doğum evi- reanimasiya-anesteziologiya şöbəsinin müdiri.
1985-ci ldən - Mərkəzi Neftçilər Xəstəxanası - intensiv terapiya, аnesteziologiya və renimasiya şöbəsinin müdiri işləyir.

Azərbaycan Prezidentinin Göstərişilə "Тərəqqi" nişanı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Dəfələrlə dünyanın aparıcı klinikalarında iş səfərində olmuşdur (ABŞ, Hyuston (1998); Almaniya, Мünhen (2001), Reqensburq (2002); Тürkiyə, İstambul (2001); İran, Теhran (1996); Rusiya, Моskva (1994,2000))


Fuad Səmədov Fərman Fərmanov
Fərman Fərmanov

Həkim-narkoloq

Təhsil-Ali (ATU)
Fakültə:müalicə-profilaktika
İxtisas:həkim-narkoloq
2007-2008 :ƏN TBİ MM internatura
2010-dan :ƏN TBİ İMM həkim-narkoloq

Huseyn Memmedov Lalə Seyfullayeva
Lalə Seyfullayeva

LOR

Təhsil-Ali tibbi (ATU,1998-2004)
Fakultə-pediatriya
İxtisas-uşaq otorinolarinqoloqu
2005-2007-otorinolarinqoloqiyə üzrə klinik ordinatura(MAПO,Sankt-Peterburg)
Iş yeri:"HB" klinika,həkim-otorinilarinqoloq
Namiq Mustafayev

Mustafayev Namiq

Oftalmoloq

Tibb elmləri namizədi
, oftalmoloq-cərrah. Avropa Katarakta və Refraksiya Cərrahları Cəmiyyətinin üzvü (ESCRS). Fəaliyyətinin əsas istiqamətləri – kataraktanın mikrocərrahiyəsi (fakoemulsifikasiya və tikişsiz tunel texnikası üsulları ilə), qlaukoma və refraksiya cərrahiyəsi. 4,5 mindən çox mikrocərrahiyə əməliyyatı aparıb.
1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (müalicə-profilaktik fakultəsini) bitirib. 1995-1996-cı illərdə Zərifə Əliyeva adına Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda internaturanı keçib və həkim-oftalmoloq diplomunu alıb. 1996-1997-ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz şöbəsində oftalmoloq kimi fəaliyyət göstərib. 1998-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına aspiranturaya qəbul olunub. 2000-ci ildə Moskva şəhərində Svyatoslav Fyodorov adına MNTK “Mikroxirurgiya qlaza” kompleksində “Göz mikrocərrahiyəsi” kursu üzrə təkmilləşmədə olub. 2001-2002-ci illərdə “Xəzər Qayğıkeşlik Cəmiyyəti” humanitar göz klinikasında işləyib və amerika həkimlərinin rəhbərliyi ilə 400-dən artıq göz cərrahiyə əməliyyatı aparıb. 2002-ci ildə professor Çingiz Carulla-zadənin rənbərliyi ilə “UNIVERSAL II fakoemulsifikatorunun və alternativ üsulların sərt nüvəli kataraktaların cərrahiyəsində istifadəsinin imkanları” adlı namizədlik dissertasiyasını müdafiə edib və 14.00.08 –“Göz Xəstəlikləri” ixtisası üzrə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 2000-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzində fəaliyyət göstərir. Bir neçə beynəlxalq konqress və konfransların iştirakçısıdır.

Doktor Mustafayev N.N. oftalmoloji konqress və konfranslarda məruzələrlə çıxış etmişdir:

1.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.\\ I Научная Конференция Молодых Офтальмологов Азербайджана, Bakı, Dekabr 2006il.

2.Fakoemulsifikasiya zamanı implantasiya olunan asferik intraokulyar linzaların effektivliyinin təhlili.\\ I Съезд Молодых Офтальмологов Азербайджана, Bakı, 2 Dekabr 2007il.

3.Односторонняя склеральная фиксация ИОЛ при нарушении целостности капсульного мешка.\\ XV Научно-Практическая Конференция Офтальмологов, Yekaterinburq, 27 dekabr 2007il.

4.Büllurun arxa kapsulasının tamlığının pozulması zamanı intraokulyar linzaların birincili birtərəfli transskleral fiksasiyası.\\ Международная Конференция «Актуальные проблемы офтальмологии», посвященная 85 летию академика Зарифы Алиевой, Bakı, 29 aprel 2008il.

5.Assessment of post-op astigmatism after unilateral scleral IOL fixation.\\ XXVI Congress of ESCRS, Berlin, 17 sentyabr 2008il.

 

         Doktor Mustafayev N.N. bir neçə məqalə və ixtiraların müəllifidir:

1.Отбор больных для факоэмульсификации в Азербайджане. //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsindəki nailiyyətləri.- XI respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu. 1-ci Tom. Bakı, 2000, s.295-297

2.Наш опыт факоэмульсификации аппаратом “Universal 2”. //Neft kəşfiyyatcılarının birləşmiş xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları.- Bakı, 2001, s.378-381

3.Факоэмульсификация катаракт с плотным ядром (icmal məqaləsi). //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsində nailiyyətləri.- XIİ respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu 2-ci Tom. Bakı, 2001, s.629-640

4.Метод определения плотности хрусталика. //Azərbaycan Tibb Jurnalı, 2001, №3, s.66-68 (həmmüəllif Carulla-zadə Ç.C.)

5.Метод удаления хрусталика через малый разрез. //Vita medical journal, 2001, №1-2, s.39-41 (həmmüəllif Carulla-zadə Ç.C.)

6.Шпатель глазной и способ выбора метода экстракапсулярной экстракции катаракты. //Sənayə mülkiyyəti (ixtiralar). Rəsmi bülleten, Bakı, 2001,№2, s.40

7.Оценка результатов имплантации переднекамерных ИОЛ с открытой сгибающейся гаптикой. // Azərbaycan Tibb Jurnalı, 2005, №4, s.83-85 (həmmüəllif Quliyeva S.Ç.)

8.Контроль за астигматизмом с помощью швов при тоннельной экстракции катаракты.// Qaradəniz ölkələrinin 4-cü Beynəlxalq Elmi Konfransının məqalələr toplusu. Krasnodar, 2006, s.136-139 (həmmüəlliflər Cəfərova R.N., Quliyeva S.Ç.)

9.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.110-112 (həmmüəllif Quliyeva S.Ç.)

10.Наш опыт использования внутрикапсульных колец в хирургии катаракты с сублюксацией I, II, III степени.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.113-115 (həmmüəllif Cəfərova R.N.)

11.Имплантация переднекамерных интраокулярных линз при несостоятельности или отсутствии капсульной сумки (icmal məqaləsi).// Azərbaycan Tibb Jurnalı, 2006, №3, s.156-161

12.Служба мобильной офтальмологической помощи в населенных пунктах, не имеющих офтальмологических стационаров.// Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.200-203 (həmmüəlliflər Carulla-zadə Ç.C., Bədəlov S.A.)

13.Сравнительная оценка индуцированного роговичного астигматизма при тонельной экстракции катаракты и факоэмульсификации.//Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.216-219 (həmmüəllif Quliyeva S.Ç.)

14.Изменение положения интраокулярной линзы в послеоперационном периоде и тактика хирурга для исправления данного осложнения (icmal məqaləsi).//Oftalmolojı jurnal (Odessa), 2007, №1, s.52-57

15.Техника устранения иридодиализа при тоннельной экстракции катаракты.//”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.51-53 (həmmüəllif Cəlilova E.R.) 

16.К анализу эффективности факоэмульсификации с имплантацией асферических ИОЛ.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.59-60 (həmmüəllif Aşumova G.N.)

17.Сравнительный анализ эффективности факоэмульсификационных систем Accurus 800 и Nidek CV7000.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.61-63 (həmmüəllif Aşumova G.N.)

18.Анализ причин иридодиализа при тоннельной экстракции катаракты.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.64-66 (həmmüəllif Cəlilova E.R.)

19.Анализ степени и причин развития послеоперационного астигматизма при односторонней склеральной фиксации иол.//Oftalmoloqların XV elmi-praktiki konfransının materialları. Yekaterinburq, 2007, s.63-65 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə Ü.M.)

20.Анализ результатов первичной односторонней транссклеральной фиксации интраокулярной линзы.//Azərbaycan Tibb Jurnalı, 2008, №2, s.102-105, (həmmüəlliflər Carulla-zadə Ç.C., Cəfərova R.N., Quliyeva S.Ç.)21.Сравнительный анализ результатов первичной имплантации переднекамерных ИОЛ и заднекамерных ИОЛ с фиксацией в склере.//Материалы Международной научной конференции "Современные аспекты клиники, диагностики и лечения глазных болезней". Odessa, 2008

22.Assessment of post operative astigmatism after one side sutured IOL scleral fixation.//Book of Abstracts, XXVI Congress of the ESCRS, Berlin, 2008, s.110 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə U.M.)

 

Rasim Səmədzadə
Rasim Səmədzadə 

Travmatoloq-ortoped

2004 - bu günə kimi

Professor, cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü 
2002-2004
Cərrah-travmatoloq, Ortopedik Cərrahiyə şöbəsi, Al-BAHA reqionu, Səudi Ərəbistan
2000-2002
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü
1983-2000
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1982-1983
Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının assistenti, cərrah-travmatoloq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutunin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1977-1982
Cərrah-travmatoloq, M.Qasımov adına Azərbaycan Dövlət Hospitalın Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1975-1977
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunun kiçik elmi işçisi
1975-1977
Cərrah-travmatoloq, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1973-1975
 Aspirant, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1971-1973
Batalyonun hərbi həkimi
1965-1971
Azərbaycan Dövlət Tibb Universiteti
Elmi işləri:
Cərrahi travmatologiya və ortopediya sahəsində 18 patent və 98 elmi işlərin müəllifidir
2000
Dissertasiyanı müdafiə edib və Tibb elmləri Fəlsəfə Doktorun dərəcəsini alıb, Moskva, Russiya
1993
Professor assistenti
1982-1988
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində elmi-tədqiqat iş, Sankt-Peterburq, Russiya
1978-1982
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində assistent, Bakı, Azərbaycan
e-mail:srasim@mail.ru

Rəfadar XƏLİLOV Rəşad Sultan
Rəşad Sultan
Ginekoloq

Təhsil
1993-1999 - Azərbaycan Dövlət Tibb Universiteti
1999-2000 - Bakı ş. Azərsutikinti xəstəxanasında ümumi cərrahiyə ixtisası üzrə internatura
2004-2009 - İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsi Mama-Ginekologiya kafedrasında mama-ginekoloq ixtisası üzrə uzmanlıq təhsili
İş stajı:
2000-2002 - Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət. vəzifə- həkim,
2009-2011 - Mərkəzi Klinika Qadın Mərkəzində həkim mama ginekoloq
Hal hazırda HB-Güvən klinikasında həkim mama-ginekoloq
Samir Quliyev

Samir Quliyev

Pulmonoloq, Ftiziatr

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika
1999-2000 - Ağciyər Xəstəlikləri Elmi Tədqiqat inistitutunda internatura.
2004-ci ildən 7 saylı Ağciyər Xəstəlikləri Dispanserində ftiziatr-pulmonoloq işləyir.
2005 - təkmilləşmə kursu.
Yerli və beynəlxalq təşkilatların sertifikatlarına malikdir:
"Vərəmin Rezistent formasının müalicəsi"mövzusunda seminar, Latviya, Riqa, 2008.
"Vərəm xəstələrinin DOTS müalicəsi", AXETƏ, 2008
"Vərəm - HİV", 2009.


Sevinç Abdullayeva
Sevinç Abdullayeva

Həkim-Kosmetolog

Təhsil-Ali tibbi(Azərbaycan Tibb Universiteti,Xəzər Universiteti: fakultə - müalicə işi)
İxtisas: həkim- infeksionist,həkim-kosmetolog

Diplom RUDN peşə təkmilləşməsi üzrə - həkim dermakosmetoloq

Estetik tibb üzrə beynəlxalq diplomlar və sertifikatlar (inyeksiyalı mezoterapiya plastikası, butulotoksin tətbiqi, PRP metodikası – plazmoliftinq və başqa.)

Azərbaycanda Beynəlxalq mezoterapevtlər cəmiyyətinin SİM prezidenti postuna namizəd

Estetik tibb üzrə beynəlxalq konqresslərin məruzəçisi və iştirakçısı

Toscani Cosmetics və Dr Korman şirkətlərinin Azərbaycandakı rəsmi həkimi.
Tabu

"TABU" MMC, Hüquq Mərkəzi

 "Tabu" MMC-nin Hüquqşunasları. Əlaqə üçün (050) - 286-46-45; (050) 245-54-07; (050)-287-47-46; (055)-201-26-11

(012)-492-08-17 nömrələrə müraciət edə bilərsiniz.
Tural Melikov Zehra esgerova
 
 
Kateqoriyanı seçin
Ailə həkimiAndroloqAnestezioloq - reanimatoloqBilmirəm kimə müraciət edim?CərrahDəri-zöhrəviFtiziatrGinekoloqGənc valideyinlərHüquqşunas (new)KardioloqKombustioloqKosmetoloqLaborantLOR (qulaq - boğaz - burun)NarkoloqNevroloqOftalmoloqOnkoloqPediatrPlastik, Rekonstruktiv və Estetik cərrahPsixiatrPsixoloqQastroenteroloqQİÇS üzrə məsləhətçiStomatoloqTerapevtTravmatoloq-ortopedUroloq - Transplantoloq
 
 
Foto-müsabiqə
 
SORĞU
Saytımız barədə haradan bilgi almısınız?
İnternetdən(axtariş sistemindən)
Reklam vasitələrindən
Tanişlardan
Digər vasitələrdən
 
Digər Sorğular
 
Ağayev F.B.  | 2204 dəfə oxunub
Bizim qonağımız Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Ekologiya Elmləri Beynəlxalq Akademiyasının müxbir üzvi F. B. Ağayevdir.
F.B Ağayev :
1979 – cu idən indiyə qədər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasına rəhbərlik edir (indiki ictimai sağlamlıq, səhiyyənin təşkili və gigiyena kafedrası).

Elmi fəaliyyətinin əsas istiqaməti ana və uşaqların mühafizəsi problemi olmuşdur. 1988 – ci ildə “Perinatalogiyanın sosial-gigiyenik problemləri” mövzusunda doktorluq dissertasiyasını SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda müdafiə etmiş və müvafiq elmi dərəcə almışdır. 1990 – cı ildə ona sosial gigiyena və səhiyyənin təşkili kafedrası üzrə professor adı verilmişdir. Azərbaycan alimlərinin elmi pedaqoji kadr hazırlanması çətin dövrdə professor F. Ağayevin rəhbərliyi altında “Atmosfer havasının çirklənməsi və onun bir yaşa qədər uşaqların sağlamlıq durumuna təsiri”  və “İri sənaye şəhərlərində atmosferin çirklənməsinin ana ölümü və mamalıq patologiyalarına təsirinin kompleks qiymətləndirilməsi”  mövzularında tibb elmləri namizədliyi dissertasiyaları hazırlanır və müvəffəqiyyətlə müdafiə olunur və bir neçə namizədlik və doktorluq dissertasiyası planlaşdırılır. 1991 – ci ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi adı verilir.

    F. Ağayevin sonrakı elmi tədqiqatlarında da ana və uşaq sağlamlığı probleminin prioritetləri seçilmişdir. F. Ağayevin tədqiqatlarında əhalinin ayrı-ayrı sosial təbəqələrinin sağlamlıq durumu, ona təsir edən risk amillərinin öyrənilməsi xüsusi yer tutur. Pedaqoji işçilərin, superfosfat və məişət kondisionerləri istehsalında çalışanların, dəniz gəmiçilərinin, neftçilərin və digər sənaye mütəxəssilərinin sağlamlıq durumu dərindən araşdırılmış və onların sağlamlığının mühafizəsi üçün tədbirlər kompleksiyasını əsaslandrmaq məqsədi ilə ölkədə ölümün səbəblərinə həsr olunmuş doktorluq və namizədlik dərəcələrinə layiq görülmüş dissertasiyalara rəhbərliyi diqqəti cəlb edir. “Qan dövranı patologiyalarının pedaqoqlar arasında inteqral profilaktikasının elmi əsasları” , “Azərbaycan kənd rayonlarında tibbi-demoqrafik vəziyyətin xüsusiyyətləri və səhiyyənin islahat yolları” , “Uşaq əhalisinin ölümün səbəbləri, risk amilləri və profilaktika yolları” , “Vaxtsız ölüm”  və sair işlər müvəffəqiyyətlə müdafiə olunmuşlar. Bütövlükdə F. Ağayevin rəhbərliyi ilə 9 elmlər doktoru, 52 namizədlik işləri bitirilmiş və bir neçə müvafiq tədqiqatlar planlaşdırılmışdır.

Medexpert.az :Tibb elminə açılan yolunuz necə başlayıb? Sizi nə vaadar etdi ki, məhz bu peşəni seçdiniz?

F.B Ağayev :Mən orta məktəbə  oxuyanda əsas fikrim riyaziyyatçı olmaq idi. O vaxt ölkədə keçirilən riyaziyyat üzrə olimpiadada 1-ci yeri tutmuşdum. Nədənsə, 11-ci sinifdə oxuyarkən həkimlərə olan böyük hörmət və maraq məni Tibb İnstitutuna gətirdi və 1964-cü ildə həmin instituta daxil oldum. Tibb İnstitutunda təhsil alarkən əsas məqsədim cərrah olmaq idi, buna görə də Semaşko adına xəstəxananın Cərrahiyə korpusunda üç il ərzində orta tibb işçisi kimi işləyirdim və eyni zamnada institutda təhsilimi davam etdirirdim. Lakin təhsilimi başa vurduqdan sonra, mənə cərrah kimi təyinat verilmədi və Sovet Ordusu sıralarına hərbi həkim kimi göndərildım.  Iki il hərbi qulluq keçdikdən sonra, artıq cərrahiyəyə olan həvəsim sönmüşdür, bu səbəbdən səhiyyə təşkili sahəsini seçdim və elə o vaxdan bu sahə ilə məşğul oluram.

 Medexpert.az :Səhiyyə təşkilatı ilə bağlı hal-hazırda gördüyünüz iş Sizin üçün nə qədər əhəmiyyətli  və maraqlıdır?

F.B Ağayev :Səhiyyə təşkili ilə bağlı gördüyüm iş və ya elmi istiqamət məni tam qane edir. Hal-hazırda tutduğum vəzifədə 1979-cu ildən çalışıram, yəni 33 yaşımdan bu günə qədər Kafedra müdiriyəm və tutduğum vəzifə məni kifayət qədər qane edir, çünki əsas tədris prosesi ölkənin səhiyyə təşkilatçıları ilə, baş həkimlərlə bağlıdır  və onlarla işləmək mənim üçün maraqlıdır, ona görə də gördüyüm işdən özümü razı hesab edirəm.

 Medexpert.az :Ölkədəki demoqrafik vəziyyəti necə qiymətləndirirsiniz? Belə bir fikir mövcuddur ki,  Azərbaycanda kişi əhalisinin sayı qadın əhalisinin sayından daha çoxdur, bu nə ilə əlaqədardır?

F.B Ağayev :Bu barədə mənim çoxlu mülahizələrim və eyni zamanda mətbuatda dərc olunan məqalələrim də var. Bu məqalələrin birində  mən qeyd edirdim ki, Azərbaycanda əhalinin sayı hətta 20 milyona qədər artması, ölkə üçün heç bir ciddi problem yaratmaz. Çünki Azərbaycan kifayət qədər zəngin ölkədir, onun ərazisi, iqlimi, təbii sərvətləri həm də insanlarının bacarıqları, bu ərazidə 20 milyondan çox insanın firavan yaşamasına şərait yaradır. Buna görə də, ölkədəki demoqrafik durum müsbət qiymətləndirilə bilər, hesab edirəm ki, əhalinin sayının artımı da SNQ ölkələri ilə müqayisədə optimal gedir. Hal-hazırda insanlar arasında vaxtaşırı gündəmə gətirilən məsələ, əhali arasında kişilərin sayının artımı problemi çox da ciddi problem deyil, bu müvəqqəti və süni şəkildə yaranmış bir məsələdir. Bəllidir ki, təbiətin işinə müdaxilə olunmasa hər 100 doğulan qıza – 105,106 oğlan düşür. Təbii seçim nəticəsində oğlanların sayının çox olması, gələcəkdə onların ölüm riski ilə çox bağlıdır və təbiət bununla tarazlıq yaratmaq istəyir. Amma çox təəssüf, belə bir tendensiya müşahidə olunur ki, süni abortlar zamanı ehtimal olunan qız uşaqları anaları tərəfindən həmin üsul ilə götürülürlər, buna görə də bu problem az da olsa mövcuddur. Lakin ciddi təhlükə yoxdur, sadəcə bu sahədə insanları maarifləndirməklə nəticə əldə edə bilərik və bu aspektdə xüsusi hüquqi sənədin qəbuluna, hesab edirəm ki, ehtiyac yoxdur.

   Medexpert.az : Necə düşünürsünüz,  Azərbaycanda kvalifikasiyalı tibbi kadrların çatışmazlığı varmı? 

F.B Ağayev :Azərbaycanda həm təbabət sahəsində həm digər sahələrdə yüksək ixtisasa malik olan mütəxəssislər var, amma bu mütəxəssislərin hamısının ixtisas dərəcəsi müasir tələblərə cavab vermir. Bunun çoxlu səbəbləri var, bu səbəbləri xüsusi təhlil etmək lazımdır, lakin xüsusi-elmi təhlil aparmadan, təcrübəmizə əsasən deyə bilərik ki, həm diploma qədər, həm diplomdan sonra alınan təhsilin sistemli şəklində aparılmaması, xüsusilə ali təhsili bitirdikdən sonra, yerlərdə təhsilin davam etdirilməməsi nəticəsində tibb işçiləri bir qədər öz ixtisas səviyyəsini itirirlər. Bu da əsasən periferiyalarda olur və onların mütəmadi olaraq diplomdan sonra təhsilə cəlb olunmadıqlarına görə, onların ixtisas səviyyəsi müasir tələblərə cavab vermir. Digər tərəfdən elmi-texniki tərəqqinin tempi çox yüksək olduğu üçün, bizim kadrların bir qismi həmin tempə uyğunlaşa bilmir, buna görə də Azərbaycanın tibb kadrlarının narahatedici qədər zəif olduğunu təsdiq etmirəm, hesab edirəm ki, bu aspektdə problemlər var, həmin problemlərin həlli ilə məşğul olurlar və bu problemin həlli yolları var, çünki Azərbaycanın tibb sahəsindən olan mütəxəssislərin demək olar ki əksəriyyəti, yüksək intellektual səviyəyə malik olan insanlardır. Tibb Universitetinə daxil olmaq istəyən gənclərə fikir verməyiniz kifayətdir, bunlar əksər hallarda məktəbi yüksək qiymətlərlə qurtaran gənclərdir. Buna görə də onların gələcəkdə yüksək səviyyəli mütəxəssis olmasına heç bir şübhə yoxdur.

   

Medexpert.az :  Əvvəllər Şərqdə həkimə məvacibi o vaxta qədər verirdilər ki, nə qədər ki, onun pasientləri sağlam qalırdı. Buna görə də həkim, çox güman ki, xəstənin sağlamlığının daim dəstəklənməsi  istiqamətində çalışırdı. Hal-hazırda vəziyyət bir qədər fərqlidir...

F.B Ağayev :Son illərdə səhiyyədə profilaktik istiqamətin zəifləməyə meyilliliyi müşahidə olunur. Bu onunla bağlıdır ki, müalicə ilə məşğul olan mütəxəssislərin xalq arasında reytinqi profilaktik yönümlü fəaliyyətlə məşğul olan həkimlərə nisbətən yüksəkdir. Əgər müalicə almaq üçün özəl sektora vətəndaşlar tərəfindən müraciətlər çoxdursa və bununla əlaqədar müəyyən vəsait ödənilirsə, profilaktik yönümlü fəaliyyət üçün vətəndaşlar demək olar ki, heç nə ödəmir. Profilaktik işin hamısı dövlət səhiyyəsinin üzərinə düşür, buna görə dövlət səhiyyə sistemində profilaktik yönümlü işlərin azalması müvəqqəti xarakter daşıyır. Səhiyyədə tarazlıq yarananda və iqtisadi münasibətlərin tarazlaşma prosesi gedəndə bu məsələ də öz həllini tapacaq, gələcəkdə profilaktik yönümlü fəaliyyət güclənəcək, daha çox sağlam insanlarla işləməyə üstünlük veriləcək. 

 Medexpert.az : Həkimin səhlənkarlığı və ya həkim səhvi bunların nisbətini necə təyin edib, müəyyən etmək olar?

F.B Ağayev :Həkimin səhvi və həkim səhlənkarlığı, bunlar təmamilə biri-birinə zidd olan amillərdir. Həkim səhvinin hüquqi izahı yoxdur, həkimin xoş məramından irəli gələn səhvi ola bilər, əgər həkim məqsədyönlü, bilərəkdən səhvə yol verirsə, bu cinayətdir. Buna görə də səhlənkarlıq və səhv biri-birini inkar edir, biri-birindən kəskin fərqlənən məsələlərdir. Səhlənkarlıq termini hüquqi termindir və bu o deməkdir ki, öhdəsinə düşən və yaxud tutduğu vəzifə ilə bağlı yerinə yetirməli olduğu vəzifələri yüksək səviyyədə, yüksək keyfiyyətlə icra etmir, əgər bunun motivi həkimin bilərəkdən bu hərəkəti etməsidirsə, əlbətdə bunu səhlənkarlıq adlandırmaq olar. Lakin əksər hallarda həkimin səhlənkarlığı ilə, həkimin imkanlarının məhdud olması eyniləşdirilir. Həkimlər əksər hallarda bu və ya digər hadisələrdə xəstələrə tibbi xidmət göstərə bilmirlər, ona görə yox ki, onlar səhləkardırlar, sadəcə ona görə ki, onların lazımi tibbi xidmət göstərməyə imkanları çatmır. Bir qisminin imkansızlığı ixtisas səviyyəsinin məhdudluğu ilə bağlıdır, digər qisminin imkansızlığı isə müalicə, diaqnostika resurslarının olmaması ilə bağlıdır. Həkim səhvinin əsas səbəbi onun bilik və bacarığı ilə deyil, təbabətin özünün həmin imkanlara malik omaması ilə bağlıdır. Həqiqətən, təbabətin bu günkü inkişaf səviyyəsinə baxmayaraq, həkim tərəfindən edilən səhv üçün şərait qalır.  

 Medexpert.az : “Ailə həkimi” – gələcəyin həkimidir?

F.B Ağayev :Ailə həkimi haqqında bizim ölkədə çoxdan söhbətlər gedir. Ailə həkimi anlamı bizim ölkəmiz çar Rusiyası tərkibində olarkən mövcud olub. Sovet hökuməti dövründə ixtisaslaşma daha dərinə getdiyinə görə, sahə həkimi, sahə terapevti, sahə mama-qinekoloqu, sahə pediatrı kimi ixtisaslar yaranıb və onların hər biri xarici ölkələrin əksəriyyətində olan ailə həkiminin funksiyasını yerinə yetirib. Ailə həkimi anlamı artıq bizim ölkədə hüquqiləşib, onların hazırlığına artıq başlanılıb. Ailə həkimi səhiyyəmizə böyük yenilik verə bilməz, çünki onlar mövcud olan sahə həkimlərini əvəz edəcəklər. Ailə həkimlərinin sahə həkimlərindən üstün olması ehtimalı çox azdır, çünki sahə pediatrının və sahə teraprvtinin bilik və bacarıqları biri-birindən kəskin fərqlənir və ailə həkiminin onların hər ikisini özündə cəmləşdirmək şansı çox azdır. Ailə həkimlərinin daha effektli fəaliyyətini kənd yerlətində müşahidə edə bilərik. Hal-hazırda bizim rayonlarımızda və kənd yerlərimizdə işləyən bütün sahə həkimləri ailə həkiminin funksiyalarını daşıyırlar.

Ailə həkiminin mahiyyətini Avropa ölkələrində və yaxud Amerika birləşmiş Ştatlarında qoyulmuş qayda üzrə həyata keçirsək, bunun üçün böyük maliyyə vəsaiti lazımdır, çünki ailə həkimlərinin texniki təchizatı daha çox vəsait tələb edir. Bizim sahə həkimləri bu cür texniki təchizatla və diaqnostik avadanlıqlarla təmin edilsə, onların müvəffəqiyətlə fəaliyyət göstərməsinə heç bir şübhə yarana bilməz. Amma bu o, demək deyil ki, bizim ailə həkiminə ehtiyacımız yoxdur, bununla əlaqədar vahid bir qərar qəbul etmək lazımdır, ya ailə həkimi, ya sahə həkimləri, bunların hər ikisi texniki təchizatla  təmin olanda və işlərini düzgün quranda effektli fəaliyyət göstərə bilərlər. Əgər ailə həkimlərini formal olaraq işə qəbul etsək və onların texniki təchizatını iş şəraitini indiki sahə həkimlərinin səviyyəsində saxlasaq, əminliklə demək olar ki, heç bir müsbət nəticə əldə olunmaz. Yol birdir,  ya sahə həkimlərinin texniki imkanlarını güclındirmək, ya da ailə həkimlərinin yüksək təchizat fonunda tətbiq edərək yüksək nəticə gözləmək olar. Mexaniki surətdə sahə həkimlərini ailə həkimləri ilə əvəz etmək,  əlbətdə heç bir müsbət nəticə almağa imkan verməz.

 Medexpert.az :    “Ana ölümü” ilə bağlı ölkədə olan durum ?

F.B Ağayev :Ölkəmizdə ana ölümü ilə bağlı mübahisələr, diskussiyalar çoxdan mövcuddur. Doğrudan da Azərbaycanda Sovet dövründə ana ölümü çox yüksək səviyyədə idi, hətta ana ölümünün rəsmi statistikası həqiqəti əks etdirmirdi. Son illərdə Azərbaycanda ana ölümünün səviyyəsi aşağı düşmüşdür, lakin ümumən ana ölümü faktı gərək cəmiyyətdə olmasın. Çünki ananın özünün ən müqəddəs funksiyasının icrası reproduktiv fəaliyyəti heç vaxt onun həyatı üçün təhlükə yaratmamalıdır. Buna görə də biz ana ölümü problemi deyəndə ana ölümü riskinin artması və azalması aspektində yox, ümumən ana ölümünün qarşısının alınması aspektində aparmalıyıq.  Bunun üçün dünya təcrübəsi göstərir ki, real imkanlar var. Ana ölümünün qarşısını almaq, bərabər səviyyədə əhalinin özündən və tibb işçilərindən asılıdır. Burada yalnız tibb işçilərini günahlandırmaq düzgün deyil, tibb işçiləri hətta ideal çalışsalar belə, bizim əhalinin bu günkü tibbi davranışı, hamiləlik dövründə özünü aparması, özünə qayğı göstərmə səviyyəsi qənaətbəxş olmadığına görə, ana ölümü ehtimalı mövcuddur. Bunun qarşısını almaqdan ötrü, ilk növbədə vətəndaşların, xüsusən ailə quran gənclərin reproduktiv sağlamlıq barədə düzgün məlumatlandırılması, sağlam reproduktiv davranışa riayət etməsi və bununla bağlı müəyyən məsuliyyətin olması vacibdir. Mənə elə gəlir ki, hüquqi cəhətdən qadının hamiləlik dövründə həkimə müraciəti icbari olmalıdır. Qadınlar üçün hamiləliyin 12-ci həftəsinə qədər həkimə müraciət etməsi faktı zəruridir, bunu ailənin digər üzvləri, yəni  qadının əri, anası, atası ona bu məsələdə köməkilk etməlidirlər. Hamilə qadının 12-ci həftəsinə qədər həkimə müraciət etməməsi onun özünün və ailəsinin qəbahəti hesab olunmalıdır. Beləliklə, ailənin qadına fərd kimi qayğı göstərməsi birinci növbədə olmalıdır. İkinci bir tərəfdən həkimlərin məsuliyyəti çox böyükdür. Həkimlərin məsuliyyəti deyəndə biz məsələni belə qoymalıyıq, həkim ona müraciət edən hamilə qadın üçün dövlət standartında nəzərdə tutulmuş bütün müayinə, müalicə metodlarını tətbiq etməyə və ona düzgün yol göstərməyə borcludur. Amma qadının müraciət etməməsini, həkimdən yayınmasını həkimin günahı kimi qələmə vermək olmaz. Çox təəssüf ki, bizim ölkəmizdə belə tendensiya vardır. Sual yarana bilər ki, niyə qadınlar vaxtında həkimə müraciət  etmir?  Bu barədə elmi müşahidələr də var, həyatda fərdi müşahidələrimiz də var. Qadınların həkimlərə vaxtında müraciət etməməsinin birinci səbəbi onlarının özlərinin bu barədə məlumat bazasına az malik olmasıdır. Lakin həkim yardımını almaq üçün real imkanın da olmaması özünü biruzə verir. Xüsusən kənd yerlərində mama-ginekoloqlar yoxdur, onların əksəriyyəti rayon mərkəzlərində çalışırlar. Kəndlərlə rayon mərkəzləri arasında olan  məsafə çox uzaq olduğuna görə qadınların həmin həkimlərə müraciət etmək imkanları məhdudlaşır. Buna görə də çalışmaq lazımdır ki, mama-ginekoloji xidmət maksimum qadınlara yaxınlaşdırılsın. İri kəndlərdə, qəsəbələrdə, ya da ki, biribirinə yaxın olan bir neçə kəndin inteqrasiyası əsasında onlar üçün mama-ginekoloji yardımını təmin etmək olar. Əgər bu mümkün deyilsə, onda mobil mama-ginekoloji yardım təşkil olunmalıdır. Yəni xüsusi nəqliyyatla təmin olunmuş rayonların mama-ginekoloqları əvvəlcədən planlaşdırılmış marşrutla bütün kəndləri, müəyyən edilmiş qrafiklə gəzməli, həmin qrafiki əhali də bilməli və həmin kəndlərdə yaşayan hamilə qadınların müayinəsinin aparılmalı və lazımi halda onları növbəti etapa, tibbi yardıma cəlb olunması təmin edilməlidir. Bununla da qeyd etmək istərdim ki, ana ölümünün qarşısını almaq üçün səhiyyə işçiləri və həkimlər ilə əhali qarşılıqlı ünsiyyət quraraq birgə çalışmalıdırlar. Qadınlar özləri həkimə müraciət etməli, əgər onların belə bir imkanı yoxdursa, onda səhiyyə özü, öz aktivliyini nümayiş etdirməli və xidməti əhaliyə yaxınlaşdırmaqla qadınların mama-ginekoloqlara müraciətini və müvafiq tibbi xidmət yardımının alınmasını  təmin etməlidirlər.     

 Medexpert.az :    Bunlardan hansı daha yaxşıdır, düzgün qidalanmaq və idman zalına getmək, yaxud tez-tez həkimin qəbulunda olmaq?

F.B Ağayev :Əlbərdə ki, bu sual bütün insanlar üçün maraq kəsb edir. Mən bir mütəxəssis kimi yox, adi bir insan kimi, bir vətəndaş kimi fikirləşirəm ki, hər bir insanın sağlamlığının əsasında onun normal qidalanması durur. Hətta belə bir deyim də var ki, insanlar öz dişləri ilə özlərinə qəbir qazırlar. Bu fikir onu göstərir ki , insan normal qidalanmaqla həm öz sağlamlığını qoruyar, həm həyatının keyfiyyətini yaxşılaşdırar, həm də ömrünü uzada bilər. Normal qidalanmayan insanın öz sağlamlığını həkim kabinetində axtarması mənasızdır.  Həkim yalnız və yalnız ona düzgün yol göstərə bilər. Sağlamlığın qorunması insanın özünün şəxsi işidir, fərd özü buna çalışmalıdır. Buna görə də, sağlam qidalanma, sağlam həyat tərzi, aktiv həyat tərzi, idman, bütün bunlar sağlamlığın möhkəmləndirilməsi üçün vacib şərtdir. Sağlam həyat tərzi termini nə qədər geniş istifadə olunsa belə, bu barədə vahid bir fikir yoxdur. Bütün bəşəriyyətin tarixi boyu müəyyən adətlər, ənənələr, vərdişlər yaranmışdır, hər bir insan üçün hər bir cəmiyyət üçün sağlam həyat tərzi deyəndə onun sağlamlığı üçün problem yaradan zərərli amillərlə mübarizə, fəal həyat tərzi keçirmək, normal qidalanma kimi problemlər ortaya çıxır. Zərərli amillərlə mübarizə, hesab edirəm ki, bizim ölkədə sağlamlığın qorunması üçün mühüm rol oynaya bilər, çünki bizim ölkədə bu proses zəif gedir. İlk növbədə qeyd etməliyəm ki, tütün məmulatlarından istifadə, yəni siqaret çəkmək kimi zərərli vərdiş mənə elə gəlir ki, bizim ölkəmizdə hətta təbliğ olunur. Tibb işçiləri bu sahədə öz fəaliyyətini genişləndirmək imkanlarından məhrum olublar, çünki əvvəllər mövcud olan sanitariya üzrə maarifləndirmə dövrü öz fəaliyyətini demək olar ki, dayandırıb. Həkimlər aktiv sanitariya maarifləndirmə işi apara bilmirlər, amma reklam xarakterli informasiyalarda tütün məmulatlarının gizli reklamı gedir, buna görə də ölkədə siqaret çəkənlərin sayı çoxalır. Bütün dünya, xüsusən inkişaf etmiş ölkələr tütün məmulatlarına qarşı mübarizə apardığı halda, bizidə əksinə siqaret çəkmə geniş fürsət alır. Hesab edirəm ki, bu barədə ciddi şəkildə düşünməyə dəyər. Sağlamlığın digər tərəfi isə idman və bədən tərbiyyəsidir. Çox təəssüflə qeyd etmək olar ki, məktəblərdən başlamış ali məktəblərə qədər bədən tərbiyyəsinə, fiziki inkişafa, bədənin fiziki möhkəmləndirilməsinə diqqət azalmışdır. Lakin buna baxmayaraq Azərbaycanda çoxlu sayda Olimpiya Kompleksləri tikilmişdir, həmin komplekslərin imkanları çox genişdir, orada minlərlə gənc öz sağlamlığını möhkəmləndirə bilər, sadəcə gəncləri bu komplekslərə cəlb etmək lazımdır. Bu idman komplekslərinin şəbəkəsini daha da genişləndirmək lazımdır ki, hətta uzaq kəndlərimizdə belə gənclərimiz idmanla məşğul ola bilsinlər və bu da öz növbəsində onların sağlamlığlarının möhkəmləndirilməsinə  köməklik göstərə bilər.  

 

Medexpert.az  :Biz pasientin hüquqlarının müdafiəsi haqqında çox danışırıq, bəs həkimi kim qoruyacaq? 

F.B Ağayev :Açığını desək, hələlik bizim ölkədə həkim və pasientin münasibətlərini tənzimləyən əsaslandırılmış hüquqi baza yoxdur. Bununla yanaşı, həkimin davranış kodeksi də mövcud deyil, bütün bunların nəticəsi olaraq bu sahədə müəyyən boşluqlar yaranmış və bu boşluqların bir qismi obyektiv, digər qismi isə  subyektiv xarakter daşıyır. Həkimin müdafiəsi üçün ilk növbədə bizim ölkədə həkimin vəzifə və öhdəliklərini tənzimləyən hüquqi sənədlər toplusu olmalıdır. Bu sənədlər toplusunun içində ən vacibi kliniki protokollar hesab oluna bilər. Kliniki protokollarda həkimin xəstəsi üçün nə etməli olması öz əksini tapmalıdır.  Həkim öz xəstəsi üçün kliniki protokollarda, yəni standartlarda nəzərdə tutulmuş bütün işləri görürsə, onda həkimi pasientin qeyri obyektiv davranmasından müdafiə etmək olar. Əks təqdirdə həkimin haqlı olub-olmamasını sübut etmək mümkün deyil. Pasientlərin hüquqlarının müdafiəsi üçün həmin standartların böyük rolu ola bilər. Pasient qabağcadan bilməlidir, müraciət etdiyi tibb müəssisəsi və həkim onun üçün nə etməlidir. Pasientin həkimə qarşı tələbi subyektiv olmamalıdır. O, qanuna söykənməlidir, tibbi standartlara əsaslanmalıdır. Bu hazırlanan standartlar yalnız həkimlər üçün nəzərdə tutulmamalıdır, onlar internet şəbəkəsi vasitəsilə və yaxud nəşriyyatda dərc edilrək pasientlərin özlərinə çatdırılmalıdır. Pasientlər öz hüquqlarını və həkimin onlar üçün nə etməli olduğunu bilsələr, onda yüksək ixtisasa və davranışa malik olan həkimlərə qarşı aqressiv olmazlar. Hal-hazırda elə hallara rast gəlmək olur ki, xəstələr subyektiv iradlarla həkimlərə qarşı öz aqressiyasını biruzə verirlər. Mən hesab edirəm ki, həkim-pasient münasibətlərinin tənzimlənməsi real problemdir, bu problem üzərində həm səhiyyə təşkilatçıları, həm həkimlər, həm də ictimaiyyət məşğul olmalıdır. 

 Medexpert.az “Sağlam o deyil ki , onun problemi yoxdur, sağlam odur ki, problemlərin həlli yolunu tapır”, Siz bununla razılaşırsınız? 

F.B Ağayev :İnsan öz problemlərini həll etməyi bacarırsa, əlbətdə ki, əgər onu əhatə edən problemlərlə bağlı əsəb gərginliyindən özünü mühafizə edirsə, bunun nəticəsində öz sağlamlığını qoruyub saxlaya bilər. Bu deyimlə razılaşmaq olmaz, çünki problemsiz insan mövcud deyil, amma öz problemini başa düşən, problemin mahiyyətini anlayıb, həllini tapan insanlar sağlamlıqlarını mühafizə etmiş olurlar. 

 Medexpert.az  :Düzdür ki, Azərbaycanda hal-hazırda “bebi-bum”dur? 

F.B Ağayev :Əlbətdə ki, yox, bu həqiqət deyil. Azərbaycanda doğum səviyyəsi bu günkü demoqrafik duruma uyğundur və yaxşı səviyyədədir, lakin bu o demək deyil ki, Azərbaycanda çoxuşaqlı ailələrin sayı çoxalır. Gərgin demoqrafik durum da mövcud deyil, bunu birmənalı şəkildə qeyd etmək olar.  

 Medexpert.az  :İnsanlara öz səhhəti ilə məşğul olmaq üçün təbliğat keçmək azdır, onlara bu yönümdə sağlamlıqlarını qoruyub saxlamağa və möhkəmləndirməyə imkanlar yaratmaq lazımdır və əsasən də profilaktik sahədə, Siz bu fikirlə razısınız?

F.B Ağayev :Əlbətdə, insanlara sağlamlıqlarını qorumaq fikrini aşılamaq və onlara heç bir şərait yaratmamaq düzgün deyil. Buna görə də sağlamlıq haqqında qanunvericiliyimizdə insanların sağlam ekoloji mühitdə yaşaması kimi, dövlət vəzifəsi mövcuddur və Azərbaycan dövləti ekoloji durumun və ətraf mühitin mühafizəsi üçün müəyyən işlər görür. Bizim ölkənin ekoloji durumunda sağlamlıq üçün təhlükə törədən çox böyük amillər yoxdur, amma bu o demək deyil ki, xarici mühitin amillərindən biz əhalimizi tam qoruyuruq. Sağlamlığın qorunmasının mühüm amillərindən olan digər aspekt, iş yerlərində insanlar üçün sağlam əmək fəaliyyətini təmin etmək üçün müvafiq maddələr mövcuddur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, iş yerlərinin şəraiti təmamilə sağlamlıq üçün əlverişli deyil. Bunu obyektiv və subyektiv səbəbləri var, amma insanların sağlamlığının qorunması üçün ümumi bir konsepsiya odur ki, insan özü öz sağlamlığının qorunmasına qayğı göstərməlidir, dövlət onun sağlamlığının qorunması üçün vacib olan mühit amillərindən onun qorunmasına dəstək verməlidir. Тibb işçiləri və səhiyyə sistemi isə profilaktik istiqamətdə məsləhətlər verməli, profilaktik təbdirlərin vaxtında aparılmasını təmin etməli, profilaktik müayinələri vaxtında həyata keçirərək risk amillərinin potensial zərərini aşkar etməli və bundan qorunmaq üçün yollar göstərməlidir.   

 Medexpert.az : Həmkarlarınıza müraciət edərək onlara nə arzu edərdiniz? Heç də asan olmayan bu peşəni seçənlərə xeyir-dualarınız ?

F.B Ağayev :Çox ağır sualdır, ilk növbədə həmkarlarıma can sağlığı arzulayardım, mən başa düşürəm ki, həkim vəzifəsi qədər ağır və məsuliyyətli vəzifə yoxdur. Buna görə də, təbabətə və tibb elminə özünü həsr etmiş bütün insanların qayğılarının çox olduğunu anlayıram. Öz növbəmdə onlara arzu edirəm ki, sağlam olsunlar, qayğıları az olsun və öhdələrinə düşən vəzifələrini yüksək səviyyədə həyata keçirsinlər.  O ki qaldı təbabətə özünü həsr etmək istəyən gənclərə demək istərdim, təbabət elə bir sahədir ki, ona insan ömrünü həsr etməyinə dəyər, çünki mən sağlamlığı qorumaq qədər müqəddəs olan başqa bir iş tanımıram. Bu uğurlu və çətin yoldur, xalqa və insanlara xeyir verən bir yoldur.

 Medexpert.az administrasyası  maraqlı müsahibəyə görə Sizə öz minnətdarlığını bildirir. 

 

 

 

 

 

 

 

 

 


Vərəm


Məqalələr
Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
İnfomərkəz
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




Saytımızın Qonağı
            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 








Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100