Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Milli Vərəm Proqramı (2009-2013)Layihə  | 1547 dəfə oxunub
VƏRƏMLƏ MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
"MİLLİ VƏRƏM PROQRAMI" 2008-2012-ci il


I MƏLUMAT
Vərəm xəstəliyi kəskin yoluxucu xəstəlik olmaqla ictimai təhlükəli xəstəliklər qrupuna aid edilir. Ümümdünya Səhiyyə Təşkilatının (bundan sonra ÜST) statistik məlumatına əsasən dünyada 9.000.000 insan bu xəstəliyə yoluxur və 2.000.000 insan bu xəstəlikdən vəfat edir. Ona görə də vərəm problemi Dünya Səhiyyə Təşkilatının global problemlərindən biri hesab edilir. Cəmiyyətin sağlam inkişafında vərəmin təhlükə amilləri aşağıdakılardır.
Vərəm hava-damcı yolu ilə yoluxan, təhlükəli yoluxucu xəstəlikdir.
Vərəmin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.
Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 insanı yoluxdurma qabiliyyətinə malikdir.
Vərəmin müalicə müddəti çox vaxt və çox vəsait tələb edir. Belə ki, 1-ci qrup vərəm dərman pereparatlarına həssaslıq göstərən bir vərəm xəstəsinin müalicə müddəti 6-9 ay, sərf edilən maddi vəsait 400-500 manat.
1-ci qrup vərəm dərman pereparatlarma həssaslıqı itirilmiş multirezistent formalı bir xəstənin müalicə müddəti 18-24 ay, tələb olunan maddi vəsait isə 50.000 manat təşkil edir.
Müalicəyə dair rejim qaydalarının pozulması, vərəm xəstələrinin geyri
ixtisaslı həkim-mütəxəssislər tərəfındən pərakəndə müalicə olunması, vərəm
preparatlarının geyri düzgün təyinatı, vərəm preparatlarının apteklərdə açıq
satışı daha ağır fəsadlara, vərəmin multi-poli rezistent formalarına keçidi ilə
nəticələnir ki bu da əlillik və ölüm göstəricilərinin artmasına xidmət edir.

Vərəmə şübhəli kontingentlərin, vərəmli xəstələrin vaxtında aşkar edilməsi və ixtisaslı mütəxəssislər tərəfındən aparılan düzgün müayinə-müalicə kursu sağalmaya təminat verir.
Vərəm xəstəliyinin yayılma amillərinə kasıblıq, sosial problemlər, qeyri-kafı qidalanma, pis həyat şəraiti, migrantlar, qaçqınlar, qeyri-kafı epidemioloji vəziyyət, xəstələrin səhlənkarlığı və digər amillər də aid edilir.
Son 10 ildə Azərbaycan Respublikasında bu xəstəlik problemi Səhiyyə sistemində əsas problemlərdən biri hesab edilmiş və bu problemin həlli istiqamətində bir sira tədbirlər həyata keçirilmişdir. Lakin buna baxmayaraq vərəm problemi bu gün də bütün regionlarda mövcuddur. 2007-ci ilin mart ayında keçirilən vərəmə qarşı mübarizəyə dair I Respublika Konfransında aparılan müzakirələr bir daha onu göstərdi ki, respublikamızda vərəmin epidemioloji vəziyyəti gərgin olaraq qalır və vərəmlə bağlı problembrin köklü sürətdə həll edilməsində yeni strateqiyanın "Milli Vərəm Proqramı"-nın qəbul edilməsinə ehtiyac vardır. Ona görə də vərəmə qarşı mübarizə Səhiyyə Nazirliyinin hal-hazırda apardığı islahatların ən vacib tərkib hissələrindən biri hesab edilir.


II PROQRAMIN ƏSASLANDIRILMASI
Vərəm problemi dünya səhiyyə sisteminin vacib problemlərindən biridir. Uzun illər vərəmə qarşı səmərəli müalicə və profılaktiki tədbirlər aparalmasına baxmayaraq, bu xəstəlik həm cəmiyyət, həm də millionlarla insanlar üçün təhlükəli xəstəlik kimi qalmaqdadır. Son onillikdə bütün dövlətlər tərəfındən vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri hazırlanır və həyata keçirilir.
1993-cü ildən etibarən ÜST-nın vərəm xəstəliyinin yayılmasına və epidemioliji təhlükəsizliyinə qarşı dünyada fövqəladə epidemioloji vəziyyət elan etmiş, bu xəstəliyə görə, bütün ölkələrə birgə mübarizə aparılmasını tövsiyyə etmiş, xəstəliyin profılaktikası, diaqnostikası, müayinə, müalicəsində yeni strateqiyanın qəbul edilməsi və bu istiqamətdə yeni islahatların aparılmasına dair tövsiyyə xarakterli tapşırıqlar vermişdir.
Vərəmə qarşı mübarizədə həyata keçirilən tədbirlər yüksək səviyyədə olsa da, bu xəstəliyin qarşısının alınması və müalicə - profilaktika tədbirlərinin həyata keşirilməsində, nəticə effektivliyi istənilən səviyədə deyil və bu istiqamətdə epidemioloji vəziyyət gərgin olaraq qalır. Afrika regionunda HİV epidemiyası, bütün aləmdə multirezistent vərəmin inkişaf tendensiyası, xüsusi ilə Avropada göstərilən faktorların mövcütluğu effektiv nəticələrin əldə edilməsinə imkan verməmişdir. Bunun nəticəsidir ki ÜST 2005-ci ildə bu xəstəliyin Avropaya doğru sürətlə addımlamasını nəzərə alaraq "fövgalədə vəziyyət" elan etmiş və bu problemin qarşısının alınması məqsədi ilə Avropa ölkələrinin diqqətini yeni islahatların aparalmasına cəlb etmişdir. Azərbaycan Respublikasında da vərəm xəstəliyi içtimai təhlükəli xəstəliklər qrupuna daxil edilmiş və ÜST-nın vərəmlə mübarizədə məsləhətlərinə uyğun olaraq, respublikada vərəmə qarşı mübarizə tədbirləri işlənib hazırlanmış və bu xəstəliyə qarşı mübarizə işlərinə başlanılmışdır. Azərbaycan Respublikasında 1995-cü ildə Xaçmaz, Lənkəran rayonlarında, Bakı şəhərinin 4 saylı vərəm əleyhinə dispanserində, Ədliyyə Nazirliyinin tabeçiliyində olan penitensiar sahədə "pilot" xarakterli ÜST-nin DOTS strategiyası qəbul edilmiş və bu proqramın həyata keçirilməsinə başlanılmışdır. 02.05 2000-ci il tarixli " Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikasının qanunu haqqında fərman imzalanmışdır. Fərmanın müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "DOTS strategiyasının Azərbaycan Respublikasının bütün regionlara şamil olunması" haqqında 13.11.2001-ci il tarixli 114 saylı əmr vermişdir. Qəbul edilmiş proqramın nəticələri respublikanın aparıcı ftiziatr mütəxəssisləri tərəfındən dəfələrlə müzakirə edilmiş, proqramın səmərəli olduğu qeyd edilmiş və 2002-ci ildən başlayaraq DOTS proqramı vərəm xəstəliyinə qarşı mübarizədə respublikanın bütün regionlarına şamil edilməsi məqsədə uyğun hesab edilmişdir. 2005-ci ildən etibarən bütün respublikada DOTS strategiyası tam

şəkildə həyata keçirilir. Bu gün UST-nin DOTS proqramı respublikada vərəmə qarşı mübarizədə metadoloji proqram hesab edilir. Bunun nəticəsidir ki, son 5 ildə vərəm xəstəliyinin inkişaf tendensiyası aşağı düşmüş, vərəm xəstəliyindən baş verən ölüm hallarının sayı azalmışdır. Əldə edilən müsbət nəticələrə baxmayaraq vərəm xəstəliyinə qarşı həyata keçirilən mübarizə tədbirləri qənaət bəxş deyildir və bu sahədə kifayət qədər problemlər hökm sürməkdədir. Belə ki, vərəm xəstəliyinin erkən aşkarlanmasında, xəstəliyin vaxtında diaqnostikasında və xəstələrin müalicəyə cəlb edilməsində, ixtisaslı müəssisələrin maddi texniki bazasının müasir standartlara uyğun təşkilində, ftiziatriya sahəsində çalışan əməkdaşların sosial müdafıyəsində və s. məsələlərdə çoxlu problemlər vardır. Aparılan analitik təhlillər göstərir ki, vərəmin daha ağır formaları olan multi-poli-rezistent formalarının artımı respublikada daha təhlükəlidir. Məlum olur ki, ilkin xəstələr arasında multi-rezistent vərəm 23%, xroniki xəstələr arasında isə 53% təşkil edir. Respublikada vərəm mənşəlli meninqit hadisələrinin artımı müşahidə edilir.
Yuxarıda göstərilən amilləri və 02-may 2000-ci il tarixli "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası qanunun 2-ci fəslinin 4-cü maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 26 iyul 2000 - ci il tarixli 137 saylı sərəncamının 2-3 - cü maddələrinə əsasən Azərbaycan Respublikasında vərəmlə mübarizədə "Milli Vərəm Proqramı" - nin qəbul edilməsinə və vərəmlə mübarizədə yeni strategiyanın həyata keçirilməsinə ehtiyac vardır.
"Milli vərəm proqramı" - nın və yeni strateqiyanın qəbul edilməsi Azərbaycan Respublikasında vərəmlə mübarizədə müsbət nəticələrin əldə edilməsinə və bu təhlükəli problemin köklü surətdə həllinə təkan verəcəkdir.

 

III PROQRAMDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR
1. Epidemioloji vəziyyətin yaxşılaşdırılması.
Beynalxalq standartlara uyğun olaraq vərəm xidmətinin yenidən təşkili, xüsusi ilə standartlara uyğun vərəmin multirezistent formalarının müalicə şəbəkələrinin yaradılması və planlı şəkildə regionlara şamil edilməsi.
Vərəmli kontingentlərə (müayinə, müalicə, reabilitasiya məqsədi ilə sanator-kurort) pulsuz xidmətin tam təşkil edilməsi.
Vərəmin erkən aşkarlanması məqsədilə vərəm əleyhinə dispanserlərin, şöbələrin, kabinetlərin, bakterioloji labaratoriyaların müasir standartlara uyğun qurulması, göstərilən qurumların maddi-texniki bazalarının gücləndirilməsi və müasir tibb avadanlıqlarla təmin edilməsi.
Müalicənin effektivliyinin və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə büdcə xərclərinin artırılması, dispanserlərin, şöbələrin simptomotoloji vərəmdən kənar dərman pereparatları ilə təchizatının yaxşılaşdırılması.
Vərəmin erkən aşkarlanmasında, müalicəsində ilk tibbi yardım şəbəkəlirinin milli vərəm proqramının təşkilat komitəsi ilə birgə əməkdaşlığına və fəaliyyətinə nail olunması.
Qoşalaşmış xəstəliklər, xüsusilə HİV/AİDS-VƏRƏM xəstələrinin müayinə, müalicəsinə dair, hər iki sahənin ixtisaslı mütəxəsislərinin iştirakı ilə birqə fəaliyyət proqramlarının hazırlanması.
Vərəm xəstəliyinin profilaktikasına dair əhali arasında sanitar maarifi işinin gücləndirilməsi və stiqmanın azaldılması.


IV PROQRAMIN MƏQSƏDİ VƏ PLANLAŞDIRMA
1. Məqsəd
2008-2012-ci illərdə vərəmlə mübarizədə yüksək nəticələr əldə edilməsi üçün "Milli Vərəm Proqramı"-nin bütün komponentləri birmənalı olaraq həyata keçirilməlidir. Kiçik bir komponentin həyata keşirilməməsi effektivlik nöqteyi nəzərincə zəif nəticəyə və problemlərə səbəb ola bilər. Proqramın məqsəd və planlaşdırılmasında ÜST-nın 2007-2015-ci ilə dair "Vərəmi dayandırın" strategiyasının tövsiyəbri əsas götürülür. "Milli Vərəm Proqramı"-nın həyata

keşirilməsində məqsəd 2008-2012-ci illərdə xəstəlik hadisələrinin aşağı salınması, müayinə, diagnostika, müalicə və digər komponentlərə dair keyfıyyətin yaxşılaşdırılması, ölüm hadisələrinin azadılması, multirezistent formalı vərəmin inkişaf tendensiyasının qarşısının alınması və epidemioloji vəziyətin yaxşılaşdırılmasından ibarətdir. 2. Planlaşdırma :
Planlaşdırmaya dair cədvəl - əlavə №2
2010-ci ilə qədər ilkin aşkarlanmanın 70%-ə çatdırılması və növbəti illərdə bu ğöstəricinin daha da yaxşılışdırılması.
2012-ci ilə qədər 1-ci qrup vərəm dərmanlarına həssaslığı olan xəstələrin müalicə effektivliyinin 85%-ə çatdırılması.
2012-ci ilə qədər proqrama uyğun müalicə alan xəstələr arasında yarımçıg müalicələrin iki dəfədən çox aşağı salınması.
2010-ci ildən etibarən xəstələnmənin inkişaf sürətinin 10% aşağı salınması (gələcək illər nəzərə alınmaqla).
2008-ci ildə vərəmin multirezistent formalarının müalicə şəbəkəsinin yaradılması.
2008-ci ilin 2-ci 6 aylığında Bakı şəhərində 50 nəfər multi rezistent xəstənin müalicəsinin başlanılmasının və 2009-ci ilin sonuna kimi daha 100 -200 xəstənin bu proqrama uyğun müalicəsinin təşkil edilməsi.
2012-ci ilə qədər multirezistent formalı vərəmli xəstələrin müalicə effektivliyinin 60%-ə çatdırılması.
Beynəlxalq standartlara uyğun təkmilləşdirmə, trening və kurslarda vərəm xidmətində çalışan tibb işçilərinin 80%-in iştirakinın təmin edilməsi.

V PROQRAMIN YERINƏ YETIRILMƏSINDƏ ƏSAS ISTIQAMƏTLƏR

1. Vərəmlə mübarizədə və mübarizəyə dair nəzarət mexanizmində siyasi və döviət dəstəyinə nail olunması və bu istiqamətdə əlaqələrin genişləndirməsi
1.1      Respublikanın bütün regionlarında vərəmlə mübarizədə büdcə xərcləri
hesabına maddi dəstəyin artırılması.
Vərəmli xəstələrin müayinə və müalicəsində çalışan işçi heyətin sosial müdafıəsinin gücləndirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilən əmək haqlarına əlavə edilən 15%-in artırılaraq 60%-ə və vərəmin multi-poli rezistent formalarının müayinə, müalicəsi ilə məşğul olan tibb işçiləri üçün 60-100%-lə əvəz edilməsi haqqında qərarın qəbul edilməsi.
2008-ci ildə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (bundan sonra ETACXİ-u) bazasında və tabeçiliyində "Milli Vərəm Proqramı Mərkəzi" -nin yaradılması və mərkəzə əlavə ştat vahidlərinin verilməsinin təmin edilməsi, mərkəzin statusunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi (əlavə 1). "Milli Vərəm Proqramı Mərkəzi" -nin hüquqi əsaslarının və əsasnaməsinin təsdiq edilməsi.
2008-ci ilin əvvəlindən DOTS proqramı ilə işləyən regional dispanserlərin hüquqi əsaslarının və əsasnaməsinin təsdiq edilməsi (12 regional dispanser).
Ədliyyə, DİN, Müdafıə və digər nazirliklərin tibb xidmətlərində məxvilik prinsiplərinə əməl etmək şərtilə vərəmlə müalicə strategiyasına DOTS və multirezistent formalı xəstələrə dair strateji müalicə metodikalarının şamil edilməsi və bu istiqamətdə MVPM -i tərəfındən məsləhət və tövsiyyələrin verilməsi.
2008-ci ildən açıq satışda olan 1-ci qrup, 2009-cu ilin 2-ci yarımilliyindən etibarən tələb olunan (mütəxəssislərin rəyinə əsasən) 2-ci qrup vərəm preparatlarının açıq satışdan çıxarılmasının təmin edilməsi.

Vərəm xidmətində çalışan tibb personallarının texniki təhlükəsizliyinin gücləndirilməsi.
Müalicə kursu keçmiş vərəmli xəstələrin, xüsusilə vərəmin multi rezistent formalarının reabilitasiya məqsədilə, fəaliyyətdə olan ixtisaslı sanator-xəstəxanaların, sanatoriyaların maddi - texniki bazalarının yenidən qurululması.
2. Vərəmlə mübarizədə ÜST-nın DOTS strategiyasının və multirezistent formah xəstələrin müalicəsində tövsiyyə və məsləhətlərinin əsas strategiya kimi qəbul edilməsi
ÜST-nın DOTS proqramının yerinə yetirilməsində keyfiyyət mexanizminin yaxşılaşdırılmasına nail olmaq.
2008-2012-ci illər ərzində vərəmin gecikmiş ağır formalarının vaxtında aşkar edilərək müayinə və müalicəyə cəlb edilməsinə nail olmaq, əlilliyin aşağı salınması məqsədilə dispanser, şöbələrin müasir diaqnostik avadanlıqlar və sanitar transpotlarla təmin etmək, regional dispanserlərin və digər ixtisaslı müalicə müəssisəiərinin müasir standartlara uyğun yenidən qurulmasını təşkil etmək.
2008- ci ildə vərəmin müayinə, diaqnostika və müalicəsinə dair standartların və protokoların işlənib hazırlanması və epidemioloji vəziyyətə ciddi nəzarət edilməsinə nail olmaq.
2008-2012-ci illərdə vərəmlə mübarizədə laborator diagnostikanın gücləndirilməsi məqsədi ilə laboratoriyaların maddi - texniki bazalarının gücləndirilməsinə, müasir tibbi avadanlıqlarla və digər inventarlarla təchiztının yaxşılaşdırılmasına, regional (cənub-qərb, şimal şərq) bölgələrdə, Naxçivan MR-da 5 bakterioloji kultural laboratoriyaların yaradılmasına və

yüksək ixtisaslı kadrları hazırlanmasına nail olmaq (2008-2009 - cənub-qərb, Naxçivan MR, 2009-2010 - şimal-şərq).
2012-ci ilə qədər bəlğəmin mikroskopiyası ilə məşğul olan bakterioloji laboratoriyaların iş keyfıyyəti mexanizminin yaxşılışdırılması və 2-3-cü dərəcəli kultural laboratoriyaların təşkil edilməsinə nail olmaq.
Laboratoriyalar arası (daxili, xarici) əlaqələrin yaradılması və iş fəaliyəti nöqteyi nəzərincə keyfiyyət mexanizmini yaxşılışdırılması məqsədi ilə Milli Referens Laboratoriyanın nəzarət şəbəkəsinin yaradılmasını təmin etmək.
Respublikanın bütün regionlarında vərəmli xəstələrin müalicə strategiyasında birbaşa nəzarət proqramının (DOT) yaradılmasını təşkil etmək və ilk tibbi yardım xidmətini bu proqramın həyata keçirilməsinə cəlb etmək.
Yarımçıq müalicələrin qarşısının alınması məqsədi ilə ilk tibbi yardım müəssisələrində DOT kabinetlərin təşkil edilməsinə nail olmaq, kabinetlərin inventarlarla təchiz edilməsini təmin etmək, tibb işçilərinin treninglərini təşkil etmək. DOT kabinetbrinin dərmanlarla və sanitar-maarifi materialları ilə təmin etmək.
DOT kabinetlərinə müraciət edən vərəmli xəstələrə ərzaq paketlərinin verilməsinə dair xüsusi proqramın işlənib hazırlanması və həyata keçirilməsinə nail olmaq.

1-ci qrup vərəm dərman preparatlarına həssaslığı olan xəstələrin birincl qrup dərman preparatları ilə planlı şəkildə fasıləsiz olaraq təmin etmək.
Vərəmli xəstələrin müalicəsində istifadə edilən dərmanların alınmasının qrantlar başa çatdıqdan sonra dövlət və büdcə xərcləri hesabına alınmasına nail olmaq.
2008-ci ildən məlumat-statistik formaların ÜST-n vərəmlə bağlı proqramlarının tələblərinə uyğun yenidən işlənilərək istifadə edilməsinin və mərkəzdə cümlədən regional vərəm əleyhinə dispanserlərdə mərkəzləşmiş

elektron - məlumat sisteminin yaradılmasını təmin etmək. Mərkəzdə - 2008 -ci ilin 1-ci 6 aylığında Milli vərəm Proqramı Mərkəzinin elektron məlumat sistemin yaradılmasını təşkil etmək, regionlarda - 2008 - ci ilin 2- ci 6 aylığında regional dispanserlərin elektron məlumat sisteminin yaradılmasını təmin etmək.
2.13 2008-ci ildən hesabat formalarının rüblük vaxtında MVPM-nə təqdim edilməsini təmin etmək və bir pilləli məlumat statistik sistemin yaradılmasını təşkil etmək. Həyata keçiriləcək istiqamətləndirici tədbirlərin nəticələrini ETACXİ - nun "MVPM" - də rübdə bir dəfə olmaq şərti ilə müzakirə etmək və müzakirələrin nəticələrini Səhiyyə Nazirliyinin rəhbərliyinə təqdim edilməsini təşkil etmək. İllik yekun nəticələri ildə bir dəfə olmaqla ftiziatrların Respublika Konfransında müzakirəsini təmin etmək.
2.14MVPM-İ tərəfındən təşkilat, planlaşdırılma, təchizat, nəzarət
mexanizmlərinə dair planlı şəkildə tədbirlər işlənilməsini təmin etmək. 2008-ci ildə nəticələrin qiymətləndirilməsi- Milli Vərəm Proqramı Mərkəzi tərəfindən 6 ayda 1 dəfə, regionlarda isə 3 ayda 1 dəfə olmaq şərtilə regional dispanserlər tərəfındən həyata keçirilməsini təmin etmək.
3. Multirezistent formalı vərəmli xəstələrin müalicə şəbəkələrinin və müalicə strategiyasınm təşkil edilməsi
3.1 2008-2010 illərdə multirezistent formalı vərəmli xəstələrin müalicə strategiyasının həyata keçirilməsi məqsədi ilə respublikanın cənub-qərb, şimal-şərq bölqələrində, Naxçivan MR daha 5 vərəm əleyhinə dispanserlərin maddi-texniki bazasının yaradılmasına dair hazııiıq işlərinin aparılması və multi rezistent xəstələrin həmin dispanserlərdə ÜST-ın strategiyasına uyğun müalicəsinin təşkil edilməsi.

3.2      Multirezistent formalı vərəmli xəstələrin müalicəsində ciddi epidemioloji nəzarətin yaradılmasını təmin etmək və müalicə alacaq xəstələrə lazım olan vərəmdən kənar simptomoloji dərmanlarla təchizatını və ərzaq təminatının yaxşılaşdırılmasını təmin etmək.
2008-2010 illərdə Respublikanın cənub-qərb, şimal-şərq bölqələrində, Naxçivan MR-da multirezistent formalı vərəmli xəstələrin müalicəsinə dair proqramın yerinə yetirilməsi nəzərdə tutulan vərəm əleyhinə dispanserlərdə bəlğəmin kultural müayinəsi üçün bakterioloji kultural labaratoriyaların təşkil edilməsində maddi dəstəyi təşkil etmək.
2008-2009-ci ildə Bakı şəhərində referens labaratoriyadan başqa daha bir bakterioloji kultural laboratoriyanın yaradılmasını təşkil etmək.
4.İlk tibbi yardım şəbəkəsini vərəmin inteqrasiyasına cəlb edilməsi 2008-2009-cu illərdə ilk tibbi yardım şəbəkəsinin vərəmin inteqrasiyasına cəlb edilməsi məqsədi ilə proqram layihəsinin işlənib hazırlanmasıni təmin etmək. Bu istiqamətdə güvvədə olan əmr və təlimatlara əlavələr edilməsinə nail olmaq.
Poliklinika, həkim tibb məntəqələri, kənd, qəsəbə xəstəxanaları, feldşer -mama məntəqələri, ailə həkimləlri bölmələri, dispanserbrin potranaj sahələrində və s. ilk tibbi yardımda çalışan tibb işçilərinin treninqlərini təşkil etmək.
Treninqlərdən sonra hazırlanmış tibb işçilərinin vərəmlə mübarizə tədbirlərində aktiv iştirakını təmin etmək.
Hazırlanmış tibb işçilərinin qrantlar və dövlət hesabına mükafatlandırılmasını və ya maddi təchizatının gücləndirilməsini təmin etmək.

5.    Vərəm/HİV/AİDS qoşalaşmış (ko-infeksiyalar) xəstəliklərə qarşı birgə proqramın işlənib hazırlanması və həyata keçirilməsi
5.1   Qoşalaşmış xəstəliklər Vərəm/HİV/AİDS -xəstəliklərinə qarşı birgə mübarizə işinin təşkili məqsədilə, işçi qrupunun yaradılması və birgə proqram lahiyəsinin işlənib hazirlanmasını təmin etmək və 2008-ci ildən həyata keçirilməsini təşkil etmək.
Proqram Planlaşdırma Maddi-texniki baza Təhsil Nəticə
5.2   Proqramın həyata keçirilməsində qanunvericilik aktlarına uyğun olaraq məxfıllik prinsiplərinə əməl etmək.
6.   Vərəmin erkən aşkarlanmasında və profilaktikasında həyata keçiriləcək tədbirlər Vərəmin erkən aşkaıianmasında ilk tibbi yardım şəbəkələrinin aşkarlanma keyfıyətinin yaxşılaşdınlmasına nail olmaq Risk qrupları arasında (qaçqınlar, imiqrantlar, məhkümlar, narkomanlar və s.) vərəmin erkən aşkarlanmasında Aktiv vərəm xəstələrinin kontaktlarının vaxtında tam şəkildə tibbi müayinəyə cəlb edilməsini təmin etmək.
Risk qrupuna aid edilən kontingentlərin (qaçqınlar, təqsirləndirilən şəxslər, məhkumlar, HİV/AİDS, narkomanlar) müayinələrini təmin etmək.
Orduya çağırışçıların keyfıyyətli flüroqrafik müayinələrini təşkil etmək.

Beynəlxalq standartlara uyğun olaraq əhali arasında peyvənd işlərinin keyfiyətinin yaxşılaşdırılmasına nail olmaq.
Vərəm xəstələri ilə kontaktda olmuş sağlam və ya vərəmə şübhəli kontingentlərin ÜST-nın tövsiyyələrinə uyğun olaraq profılaktik müalicələrini təşkil etmək.
İstintaq təcridxanalarında, cəza çəkmə müəssisələrində saxlanılan kontingentlərin planlı şəkildə profılaktik tibbi müayinələrini təşkil etmək.
Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların və hərbi xidmətdə olan kontingentlərin planlı şəkildə tibbi müayinələrinin keyfiyətinin yaxşılaşdırılmsına nail olmaq.
7. Sanitar- maarifı
7.1      Sanitar - maarifı materiallarının mütəmadi çap edilməsini təmin etmək və
pulsuz olaraq əhaliyə çatdırılmasını təşkil etmək.
7.2      Radio - televiziya kanallarında vərəmin profılaktikasına dair müsahibələri
təşkil etmək və planlı şəkildə verilişlər hazırlamaq.
7.3      Vərəmin müayinə və müalicəsinin pulsuz olması haqqında əhalinin daimi
məlumatlandırılmasıni təmin etmək.
8Kadrların hazırlanması
Ftiziatriya sahəsində çalışacaq işçi - kadr heyətinin hazırlanma keyfıyyətinin yaxşılaşdırılması məqsədilə ftiziatriya kafedralarının, treninq mərkəzlərinin maddi - texniki bazalarının gücləndirilməsini təşkil etmək.
Ftiziatriya sahəsində elmin son naliyyətlərinin digər ölkələrin təcrübələrinin dəyərli hissələlərinin respublikanın ftiziatriya sahəsinə şamil edilməsi məqsədilə ixtisaslı mütəxəssislərin inkişaf etmiş ölkələrində treninq, kurs, ixtisaslaşmalara göndərilməsini təmin etmək.

VI PROQRAMA RƏHBƏRLIK
1.         Milli Vərəm Proqrami Mərkəzi ( bundan sonra MVPM)
1.1 MVPM-in quruluşu ( əlavə № 1)
2.         MVPM-in vəzifələri
Bütün regionlar üçün vərəmlə mübarizədə mütəmadi olaraq plan və tədbirlərin, təşkilatı metodik göstarişlərin, təlimat, əmrlərin hazırlanmasını və Səhiyyə Nazirliyinin rəhbərliyinə təqdim edilməsini təmin etmək.
Ftiziatriya sahəsində fəaliyyət göstərən bütün müalicə müəssisələrinin beynəlxalq standartlara uyğun qurulması və müalicə rejiminin müəyyən edilməsinə dair müasir standartlara uyğun göstərişlərin hazırlanmasını təmin etmək.
Respublikada baş verən vərəmli hadisələrin elektron məlumat - statistik şəbəkələrinə tam qeydiyyatına nail olmaq və nəzarətini təmin etmək.
DOTS və DOTS (+) proqramlarının yerinə yetirilməsi və vərəmə qarşı həyata keçirilən mübarizə tədbirlərinin mərkəzi qaydada qiymətləndirilməsi - superviziya işlərinin həyata keçirilməsini təmin etmək.
Regional Dispanserlərin Regional super viziyalarda iş keyfıyyətinin yaxşılaşdırılması istiqamətində məsləhətlər vermək və Regional Dispanserlərin fəaliyyət mexanizminə nəzarət etmək.
Vəzifə öhdəloklərini tam hərtərəfli icra etməyən və əmək intizamını pozan əməkdaşlann nizam - intizam məsuliyyətinə cəlb edilməsi, həmçinin məsul işçilər tərəfındən kobud nöqsanlara yol verildiyi hallarda tutduğu vəzifədən azad edilməsi barədə Səhiyyə Nazirliyi qarşısında vəsatətələrin qaldırılmasını təmin etmək.
Ftiziatriya sahəsində çalışan və işə yeni qəbul edibn ixtisaslı mütəxəssislərin proqramlara uyğun treninqlərini, həkim mütəxəssislərin ixtisasa uyğun təkmilləşdinTiə, ixtisaslaşma kurslarına göndərilməsini təmin

etmək və lazım gəldikdə Səhiyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatətlər qaldırmaq.
Ftiziatriya sahəsində aparılacaq islahatlarla bağlı donor, Beynəlxalq Təşkilatlarla əməkdaşlıq etmək, digər ölkələrin MVPM-i ilə təcrübə mübadiləsi aparmaq və əldə edilən müsbət nəticələri vərəmlə mübarizə tədbirlərinə şamil etmək.
Tibb Universitetlərinin, Həkimləri Təkmilləşdirmə Institutunun Ftiziatriya kafedraları ilə sıx əməkdaşlıq etmək.
2.10DİN, Müdafıə, Ədliyyə, Sərhəd qoşunları və s. Nazirliklərinin tabeçiliyində olan ftiziatrik sahələrdə DOTS və DOTS (+) proqramlarının həyata keçirilməsinə köməkdarlıq etmək, tövsiyyələr və məsləhətlər vermək.
Rüblük superviziyalar - qiymətləndirmələrin nəticələrini müzakirə etmək.
Aşkar edilən nöqsanlar haqqında Regionların Səhiyyə şöbələrini, Baş həkimlərini məlumatlandırmaq.
Kobud nöqsanlar aşkar edilərsə daha ciddi tədbirlər görülməsi haqqında vəsatətlər qaldırmaq.
ÜST - nin tələblərinə uyğun başqa ölkələrin əldə etdiyi nəticələrlə müqayisə etmək və müsbət nəticələri ftiziatriya sahələrinə şamil etmək.

VII MÜASIR MÜALICƏ STANDARTLARI
ÜST-nın DOTS strategiyası dünyanın 178 ölkəsində həyata keçirilir. Əldə edilən nəticələr onu göstərir ki, bu strategiya vərəmlə mübarizədə əsas strategiya hesab edilir. ÜST-nın 2006-2015-ci ilə dair "Vərmi dayandırın" strategiyasında da DOTS proqramı, "Milli Vərəm Proqram"- larının əsasını təşkil edir. Hal-hazırda vərəmə dair beynəlxalq standartlar bu proqramın əsasında qurulur. Yuxarıda göstərinləri əsas götürərək DOTS strategiyası "Milli Vərəm proqramı" çərçivəsində vərəm xəstəliyinin aşkar edilməsi, müayinə, diagnostika və müalicəsində müasir beynəlxalq standart kimi gəbul edilir.

ÜST-nın tövsiyələrinə və qəbul ediliən strategiya uyğun olaraq vərəm xəstələrinin müalicəsində istifadə edilən dərman preparatları və digər tibbi ləvazimatların alınması müqavilələr əsasında alınan qrantlar, müqavilələrin müddətləri başa çatdıqdan sonra dövlət büdcə xərcləri hesabına pulsuz olaraq həyata keçirilir.

VIII PROQRAMIN YERINƏ YETIRILMƏSINDƏ SIYASI DƏSTƏK
1. Dövlət Proqramın yerinə yetirilməsi üçün maddi dəstəyin göstərilməsi.
Proqramın yerinə yetirilməsində regionların icra aparatı orqanlarınnın dəstəyi.
Ftiziatriya sahəsində çalışan işçi heyətin sosial müdafıəsinin gücləndirilməsi məqsədilə maddi dəstəyin göstərilməsi.
Ftiziatriya sahəsinə şamil edilən dövlət - yerli büdcə xərclərinin artirilması.
2.         Səhiyyə Nazirliyi
Proqramın yerinə yetirilməsində təşkilati işləri və nəzarət mexanizmini icra edən MVPM-nin ştat vahidləri ilə təmin edilməsi və fəaliyyət statusunun müəyyən edilməsi.
MVPM-də Məlumat - Statistik mərkəzin və onun regionlarda bolmələrinin yaradılmasına dəstək göstərilməsi.
Regional dispanserlərin fəaliyyət çərçivəsinin genişləndirilməsi, statuslarının və səlahiyyətlərinin artırılmasmın müəyyən edilməsinə dair əsasnamənin hazırlanması və təsdiq edilməsi.
Proqramın yerinə yetirilməsində maliyyə dəstəyinin göstərilməsi.

IX  PROQRAMIN NƏTICƏLƏRININ GIYMƏTLƏNDIRILMƏSI
1. "Milli Vərəm Proqramı Mərkəzi"
1.1 Nəticələrin giymətləndirilməsi - "Milli Vərəm Proqramı Mərkəzi" tərəfındən azı 6 ayda 1 dəfə olmaq şərti ilə həyata keçirilir.
2.  Regional dispanserlər
2.1 Nəticələrin giymətləndirilməsi regionlarda regional dispanserlər tərəfindən 3 ayda 1 dəfə olmaq şərti ilə həyata keçirilir.
Nəticələrin giymətləndirilməsi - superviziyalara sərf ediləcək ezamiyyə xərcləri müqavilələr əsasında qrantlar hesabına, müqavilələrin müddətləri başa çatdıqdan sonra dövlət büdcə xərcləri hesabına həyata keçirilir.
Programın qiymətləndirilməsi ildə bir dəfə olmaq şərti ilə qiymətləndirilir və programın fəaliyəti Respublika konfransında müzakirə edilir.

X  PROGRAMIN MALIYƏLƏŞDIRILMƏSI
Azərbaycan Respublikasının Milli Vərəm Programı və Programın 2008-2012-ci illərə dair təsdiq edilmiş planı Dövlət büdcəsindən ayrılmalar, məqsədli fondun vəsaiti, hüquqi və fıziki şəxslərin ianələri, donor - humanitar təşkilatların qrantları hesabına maliyələşir.
Alınan qrantlar və ianələr başa catdıgdan sonra programın maliyələşməsi dövlət büdcə xərcləri hesabına həyata keçirilir.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100