Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
Araz Bayramov
Araz Bayramov
MD FEBU
Uroloq - transplantoloq Cərrah

Avropa Uroloq Mütəxəssisi

1999-2005  Həkim Fərqlənmə Diplomu
                   Müalicə - Profilaktika Fakultəsi
                   Cərrahi Bölüm – M.Topçubaşov adına Təqaüdçü
                   Azərbaycan Tibb Universiteti

2005-2009  Cərrahi Urologiya Rezident  
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                                                    Lyon, Fransa
2009-2010  Uroloq Transplantoloq Cərrah
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                   Lyon, Fransa
 01.11.2010 Uroloq Transplantoloq Cərrah 
                   Urologiya Şöbəsinin Rəisi
                   Mərkəzi Gömrük Hospitalı                   
Diplomlar:   

  • Laparoskopik Uroloji Cərrahiyyə (Strasburq, Fransa)
  • Orqan Transplantasiyası ( Lyon, Fransa)
  • Laparoskopik  Cərrahiyyə (Montpellier, Fransa)
  • Mikrocərrahiyyə (Lyon, Fransa)
  • Kliniki Andrologiya ( Lyon, Fransa)

2008-2010  Master Elmi Dərəcəsi ( Paris, Fransa)

09.09.2010  Avropa Uroloq Mütəxəssisi

Professional Cəmiyyətlər:
Aktiv Uzv          Avropa Uroloqlar Assosiasiyası   ( EAU )   
Aktiv Uzv          Avropa Orqan Transplantasiya Cəmiyyəti  ( ESOT )
Aktiv Uzv          Fransa Uroloqlar Assosiasiyası      ( AFU )

Uroloji Cərrahi Əməliyyatlar:

  • Azərbaycanda ilk  Laparoskopik Nefrektomiya əməliyyatı 03.11.2010 ( Kəsiksiz büzüşmüş böyrəyin çıxarılması)
  • Laparoskopik Canli Donor Nefrektomiya , Parsial Nefrektomiya (Böyrək xərçəngi)
    Laparoskopik Radikal Prostatektomiya ( Prostat xərçəngi), Promontofiksasiya
  • Endo Urologiya: Kəsik olmadan Böyrək daşlarının çıxarılması  FibroRenoskop və Perkutan yolla (Holmium Lazer),
  • Prostat vəzinin adenomasının Lazer və ya TUR ilə rezeksiyası
  • Androloji Cərrahiyyə : Protez ( AMS 700) , Plastik  Əməliyyatlar
  • Kişi inkontinansı ( sidik saxlamaq qabiliyyətinin pozulması) : Protez  Malesling, AMS 800
  • Böyrək Transplantasiyası : Canli Donor Böyrək köçürmələri

Rəsmi adresi: Urologiya Şöbəsinin Rəisi
Mərkəzi Gömrük Hospitalı
K,Kazımzade küç. 118
AZ 1065 BAKI 
Telefon:  (012) 537 01 83 
Fax :        (012) 510 86 90
Mob:        050 234 55 60
Mob :       050 365 82 02
Email : araz_bayramov@yahoo.fr, araz.bayramov@customshospital.az

Azər Abdullayev

Azər Abdullayev

Dəri-zöhrəvi həkimi

Təhsil-Ali tibbi (ATU)
Fakultə-müalicə-profilaktika
İxtisas-dəri-zöhrəvi həkimi
İş  stajı-15 il.
Dəri-zöhrəvi sahəsi üzrə ixtisaslaşdığını təsdiq edən beynəlxalq sertifikatları var.
ABŞ, Böyük Britaniya və Türkiyədə təcrübə keçmişdir.
İş yeri-Turkish American Medical Center.
Həmçinin dermatoloq kateqoriyasında konsultasiyalar verir.


Elgün Ağamalıyev

Elgün Ağamalıyev

Nevroloq

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas -nevroloq.
İş yeri -Respublika Klinik xəstəxanası,
Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutu, Nevrologiya kafedrası.
A.Kazımov adına 1 saylı şəhər poliklinikası
e-mail:dr.woland@inbox.ru


Elman Kazımzadə

Elman Kazımzadə

Androloq
(Sankt-Peterburq)

Təhsil-Ali tibbi (ATU)
Fakultə-pediatriya
İxtisas-androloq
İş stajı - 10 il
1999-2000 - reanimatologiya üzrə DİN-nin hospitalında ; və neonatal renimasiya üzrə 5 saylı doğum evində internatura.
2000-2002 - Hərbi qulluq, ümumi təcrübə həkimi.
2003-2005 - urologiya və andrologiya üzrə klinik ordinatura. Медицинскaя Академия Последипломного Образования, Санкт-Петербург
2006-ci ildən - Urologiya və andrologiya kafedrasının aspirantı. СПбМАПО
Sertifikatlar:
2009 "Seksologiya. Seksual disfunksiyaların müalicə metodları" sikli.
2008 andrologiya üzrə ixtisas artırma kursu.
2008 "endokrinologiya və andrologiyada cinsi vəzilərin xəstəlikləri"sikli.
2008 "Diplomdan sonrakı tibb təhsilində müasir texnologiyalar"sikli
2007 "Andrologiya və üzvi seksual pozuntuların cərrahi müalicəsi"kursu
2007 urologiya üzrə ixtisas artırma kursu
2006 "Elmi tədqiqatlarda tibbi informatika və statistika"silsiləsi
2005 ftiziourologiya sikli
2005 reanimasiya üzrə sikl
2003 urologiya üzrə ixtisas artırma kursu

Elmi işlər:
Andrologiya üzrə 10 və daha çox dərc edilmiş elmi məqalə, andrologiya üzrə 8 beynəlxalq və rusiya qurultay və konferensiyalarda iştirak, "Kişilərdə obstruktiv sonsuzluğun müalicə və diaqnostikasının mükəmməlləşdirilməsi"mövzusu üzrə elmi dissertasiya üzərində iş.


Fikrət Əfəndiyev

Fikrət Əfəndiyev

Аnestizioloq-reanimatoloq

Tibb elmləri namizədi, hal hazırda tibb elmləri doktoru adını almaq üzərində işləyir.
Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas - anestizioloq-reanimatoloq .
1975-1978 - 2 saylı şəhər Klinik Xəstəxanası - медбрат.
1978-1979 - 2 saylı şəhər Klinik Xəstəxanası - həkim-interna.
1979-1985 - S.Nəzərli adına 6 saylı doğum evi- reanimasiya-anesteziologiya şöbəsinin müdiri.
1985-ci ldən - Mərkəzi Neftçilər Xəstəxanası - intensiv terapiya, аnesteziologiya və renimasiya şöbəsinin müdiri işləyir.

Azərbaycan Prezidentinin Göstərişilə "Тərəqqi" nişanı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Dəfələrlə dünyanın aparıcı klinikalarında iş səfərində olmuşdur (ABŞ, Hyuston (1998); Almaniya, Мünhen (2001), Reqensburq (2002); Тürkiyə, İstambul (2001); İran, Теhran (1996); Rusiya, Моskva (1994,2000))


Fuad Səmədov Fərman Fərmanov
Fərman Fərmanov

Həkim-narkoloq

Təhsil-Ali (ATU)
Fakültə:müalicə-profilaktika
İxtisas:həkim-narkoloq
2007-2008 :ƏN TBİ MM internatura
2010-dan :ƏN TBİ İMM həkim-narkoloq

Huseyn Memmedov Lalə Seyfullayeva
Lalə Seyfullayeva

LOR

Təhsil-Ali tibbi (ATU,1998-2004)
Fakultə-pediatriya
İxtisas-uşaq otorinolarinqoloqu
2005-2007-otorinolarinqoloqiyə üzrə klinik ordinatura(MAПO,Sankt-Peterburg)
Iş yeri:"HB" klinika,həkim-otorinilarinqoloq
Namiq Mustafayev

Mustafayev Namiq

Oftalmoloq

Tibb elmləri namizədi
, oftalmoloq-cərrah. Avropa Katarakta və Refraksiya Cərrahları Cəmiyyətinin üzvü (ESCRS). Fəaliyyətinin əsas istiqamətləri – kataraktanın mikrocərrahiyəsi (fakoemulsifikasiya və tikişsiz tunel texnikası üsulları ilə), qlaukoma və refraksiya cərrahiyəsi. 4,5 mindən çox mikrocərrahiyə əməliyyatı aparıb.
1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (müalicə-profilaktik fakultəsini) bitirib. 1995-1996-cı illərdə Zərifə Əliyeva adına Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda internaturanı keçib və həkim-oftalmoloq diplomunu alıb. 1996-1997-ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz şöbəsində oftalmoloq kimi fəaliyyət göstərib. 1998-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına aspiranturaya qəbul olunub. 2000-ci ildə Moskva şəhərində Svyatoslav Fyodorov adına MNTK “Mikroxirurgiya qlaza” kompleksində “Göz mikrocərrahiyəsi” kursu üzrə təkmilləşmədə olub. 2001-2002-ci illərdə “Xəzər Qayğıkeşlik Cəmiyyəti” humanitar göz klinikasında işləyib və amerika həkimlərinin rəhbərliyi ilə 400-dən artıq göz cərrahiyə əməliyyatı aparıb. 2002-ci ildə professor Çingiz Carulla-zadənin rənbərliyi ilə “UNIVERSAL II fakoemulsifikatorunun və alternativ üsulların sərt nüvəli kataraktaların cərrahiyəsində istifadəsinin imkanları” adlı namizədlik dissertasiyasını müdafiə edib və 14.00.08 –“Göz Xəstəlikləri” ixtisası üzrə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 2000-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzində fəaliyyət göstərir. Bir neçə beynəlxalq konqress və konfransların iştirakçısıdır.

Doktor Mustafayev N.N. oftalmoloji konqress və konfranslarda məruzələrlə çıxış etmişdir:

1.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.\\ I Научная Конференция Молодых Офтальмологов Азербайджана, Bakı, Dekabr 2006il.

2.Fakoemulsifikasiya zamanı implantasiya olunan asferik intraokulyar linzaların effektivliyinin təhlili.\\ I Съезд Молодых Офтальмологов Азербайджана, Bakı, 2 Dekabr 2007il.

3.Односторонняя склеральная фиксация ИОЛ при нарушении целостности капсульного мешка.\\ XV Научно-Практическая Конференция Офтальмологов, Yekaterinburq, 27 dekabr 2007il.

4.Büllurun arxa kapsulasının tamlığının pozulması zamanı intraokulyar linzaların birincili birtərəfli transskleral fiksasiyası.\\ Международная Конференция «Актуальные проблемы офтальмологии», посвященная 85 летию академика Зарифы Алиевой, Bakı, 29 aprel 2008il.

5.Assessment of post-op astigmatism after unilateral scleral IOL fixation.\\ XXVI Congress of ESCRS, Berlin, 17 sentyabr 2008il.

 

         Doktor Mustafayev N.N. bir neçə məqalə və ixtiraların müəllifidir:

1.Отбор больных для факоэмульсификации в Азербайджане. //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsindəki nailiyyətləri.- XI respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu. 1-ci Tom. Bakı, 2000, s.295-297

2.Наш опыт факоэмульсификации аппаратом “Universal 2”. //Neft kəşfiyyatcılarının birləşmiş xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları.- Bakı, 2001, s.378-381

3.Факоэмульсификация катаракт с плотным ядром (icmal məqaləsi). //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsində nailiyyətləri.- XIİ respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu 2-ci Tom. Bakı, 2001, s.629-640

4.Метод определения плотности хрусталика. //Azərbaycan Tibb Jurnalı, 2001, №3, s.66-68 (həmmüəllif Carulla-zadə Ç.C.)

5.Метод удаления хрусталика через малый разрез. //Vita medical journal, 2001, №1-2, s.39-41 (həmmüəllif Carulla-zadə Ç.C.)

6.Шпатель глазной и способ выбора метода экстракапсулярной экстракции катаракты. //Sənayə mülkiyyəti (ixtiralar). Rəsmi bülleten, Bakı, 2001,№2, s.40

7.Оценка результатов имплантации переднекамерных ИОЛ с открытой сгибающейся гаптикой. // Azərbaycan Tibb Jurnalı, 2005, №4, s.83-85 (həmmüəllif Quliyeva S.Ç.)

8.Контроль за астигматизмом с помощью швов при тоннельной экстракции катаракты.// Qaradəniz ölkələrinin 4-cü Beynəlxalq Elmi Konfransının məqalələr toplusu. Krasnodar, 2006, s.136-139 (həmmüəlliflər Cəfərova R.N., Quliyeva S.Ç.)

9.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.110-112 (həmmüəllif Quliyeva S.Ç.)

10.Наш опыт использования внутрикапсульных колец в хирургии катаракты с сублюксацией I, II, III степени.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.113-115 (həmmüəllif Cəfərova R.N.)

11.Имплантация переднекамерных интраокулярных линз при несостоятельности или отсутствии капсульной сумки (icmal məqaləsi).// Azərbaycan Tibb Jurnalı, 2006, №3, s.156-161

12.Служба мобильной офтальмологической помощи в населенных пунктах, не имеющих офтальмологических стационаров.// Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.200-203 (həmmüəlliflər Carulla-zadə Ç.C., Bədəlov S.A.)

13.Сравнительная оценка индуцированного роговичного астигматизма при тонельной экстракции катаракты и факоэмульсификации.//Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.216-219 (həmmüəllif Quliyeva S.Ç.)

14.Изменение положения интраокулярной линзы в послеоперационном периоде и тактика хирурга для исправления данного осложнения (icmal məqaləsi).//Oftalmolojı jurnal (Odessa), 2007, №1, s.52-57

15.Техника устранения иридодиализа при тоннельной экстракции катаракты.//”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.51-53 (həmmüəllif Cəlilova E.R.) 

16.К анализу эффективности факоэмульсификации с имплантацией асферических ИОЛ.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.59-60 (həmmüəllif Aşumova G.N.)

17.Сравнительный анализ эффективности факоэмульсификационных систем Accurus 800 и Nidek CV7000.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.61-63 (həmmüəllif Aşumova G.N.)

18.Анализ причин иридодиализа при тоннельной экстракции катаракты.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.64-66 (həmmüəllif Cəlilova E.R.)

19.Анализ степени и причин развития послеоперационного астигматизма при односторонней склеральной фиксации иол.//Oftalmoloqların XV elmi-praktiki konfransının materialları. Yekaterinburq, 2007, s.63-65 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə Ü.M.)

20.Анализ результатов первичной односторонней транссклеральной фиксации интраокулярной линзы.//Azərbaycan Tibb Jurnalı, 2008, №2, s.102-105, (həmmüəlliflər Carulla-zadə Ç.C., Cəfərova R.N., Quliyeva S.Ç.)21.Сравнительный анализ результатов первичной имплантации переднекамерных ИОЛ и заднекамерных ИОЛ с фиксацией в склере.//Материалы Международной научной конференции "Современные аспекты клиники, диагностики и лечения глазных болезней". Odessa, 2008

22.Assessment of post operative astigmatism after one side sutured IOL scleral fixation.//Book of Abstracts, XXVI Congress of the ESCRS, Berlin, 2008, s.110 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə U.M.)

 

Rasim Səmədzadə
Rasim Səmədzadə 

Travmatoloq-ortoped

2004 - bu günə kimi

Professor, cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü 
2002-2004
Cərrah-travmatoloq, Ortopedik Cərrahiyə şöbəsi, Al-BAHA reqionu, Səudi Ərəbistan
2000-2002
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü
1983-2000
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1982-1983
Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının assistenti, cərrah-travmatoloq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutunin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1977-1982
Cərrah-travmatoloq, M.Qasımov adına Azərbaycan Dövlət Hospitalın Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1975-1977
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunun kiçik elmi işçisi
1975-1977
Cərrah-travmatoloq, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1973-1975
 Aspirant, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1971-1973
Batalyonun hərbi həkimi
1965-1971
Azərbaycan Dövlət Tibb Universiteti
Elmi işləri:
Cərrahi travmatologiya və ortopediya sahəsində 18 patent və 98 elmi işlərin müəllifidir
2000
Dissertasiyanı müdafiə edib və Tibb elmləri Fəlsəfə Doktorun dərəcəsini alıb, Moskva, Russiya
1993
Professor assistenti
1982-1988
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində elmi-tədqiqat iş, Sankt-Peterburq, Russiya
1978-1982
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində assistent, Bakı, Azərbaycan
e-mail:srasim@mail.ru

Rəfadar XƏLİLOV Rəşad Sultan
Rəşad Sultan
Ginekoloq

Təhsil
1993-1999 - Azərbaycan Dövlət Tibb Universiteti
1999-2000 - Bakı ş. Azərsutikinti xəstəxanasında ümumi cərrahiyə ixtisası üzrə internatura
2004-2009 - İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsi Mama-Ginekologiya kafedrasında mama-ginekoloq ixtisası üzrə uzmanlıq təhsili
İş stajı:
2000-2002 - Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət. vəzifə- həkim,
2009-2011 - Mərkəzi Klinika Qadın Mərkəzində həkim mama ginekoloq
Hal hazırda HB-Güvən klinikasında həkim mama-ginekoloq
Samir Quliyev

Samir Quliyev

Pulmonoloq, Ftiziatr

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika
1999-2000 - Ağciyər Xəstəlikləri Elmi Tədqiqat inistitutunda internatura.
2004-ci ildən 7 saylı Ağciyər Xəstəlikləri Dispanserində ftiziatr-pulmonoloq işləyir.
2005 - təkmilləşmə kursu.
Yerli və beynəlxalq təşkilatların sertifikatlarına malikdir:
"Vərəmin Rezistent formasının müalicəsi"mövzusunda seminar, Latviya, Riqa, 2008.
"Vərəm xəstələrinin DOTS müalicəsi", AXETƏ, 2008
"Vərəm - HİV", 2009.


Sevinç Abdullayeva
Sevinç Abdullayeva

Həkim-Kosmetolog

Təhsil-Ali tibbi(Azərbaycan Tibb Universiteti,Xəzər Universiteti: fakultə - müalicə işi)
İxtisas: həkim- infeksionist,həkim-kosmetolog

Diplom RUDN peşə təkmilləşməsi üzrə - həkim dermakosmetoloq

Estetik tibb üzrə beynəlxalq diplomlar və sertifikatlar (inyeksiyalı mezoterapiya plastikası, butulotoksin tətbiqi, PRP metodikası – plazmoliftinq və başqa.)

Azərbaycanda Beynəlxalq mezoterapevtlər cəmiyyətinin SİM prezidenti postuna namizəd

Estetik tibb üzrə beynəlxalq konqresslərin məruzəçisi və iştirakçısı

Toscani Cosmetics və Dr Korman şirkətlərinin Azərbaycandakı rəsmi həkimi.
Tabu

"TABU" MMC, Hüquq Mərkəzi

 "Tabu" MMC-nin Hüquqşunasları. Əlaqə üçün (050) - 286-46-45; (050) 245-54-07; (050)-287-47-46; (055)-201-26-11

(012)-492-08-17 nömrələrə müraciət edə bilərsiniz.
Tural Melikov Zehra esgerova
 
 
Kateqoriyanı seçin
Ailə həkimiAndroloqAnestezioloq - reanimatoloqBilmirəm kimə müraciət edim?CərrahDəri-zöhrəviFtiziatrGinekoloqGənc valideyinlərHüquqşunas (new)KardioloqKombustioloqKosmetoloqLaborantLOR (qulaq - boğaz - burun)NarkoloqNevroloqOftalmoloqOnkoloqPediatrPlastik, Rekonstruktiv və Estetik cərrahPsixiatrPsixoloqQastroenteroloqQİÇS üzrə məsləhətçiStomatoloqTerapevtTravmatoloq-ortopedUroloq - Transplantoloq
 
 
Foto-müsabiqə
 
SORĞU
Saytımız barədə haradan bilgi almısınız?
İnternetdən(axtariş sistemindən)
Reklam vasitələrindən
Tanişlardan
Digər vasitələrdən
 
Digər Sorğular
 
Azərbaycanın Məşhur Həkimləri  | 4001 dəfə oxunub

 

Axundov Əbdülxalıq Hacı Abdulla oğlu 1863-cü ildə Bakıda anadan olmuşdur. 

Azərbaycanın ilk tibb elmləri doktoru, yazıçı, publisist, ictimai xadim. Mirzə Həsib Qüdsinin (1828-1908) mədrəsəsində oxuyub, sonra Bakı gimnaziyasını qurtarıb; 1888-də Almaniyanın Erlangen şəhərindəki Fridrix Aleksandr adına Universitetin tibb fakültəsini bitirib.

Burada göz bəbəyinin klinik tədqiqi mövzusunda yazdığı əsərə görə tibb doktoru alimlik dərəcəsi alıb (əsər həmin şəhərdə 1890-da kitab kimi nəşr edilib). Bakıya dönərək burada ilk göz xəstəlikləri məntəqəsi açıb.

Bakıda Şərq və Qərb əczaçılığının (farmakologiyasının) tarixini araşdırıb, klassik yunan və ərəb alimlərinin əczaçılığa dair əsərlərini almancaya çevirərək Leypsiq şəhərində çıxan «Tsaytşrift der Doyçen morgenlendişen Qazelşeft» («Zeitshrift der Deutshcen morgenlendishen Gaselsheft») qəzetində dərc etdirib.

Bakıda Bıkov soyadlı bir provizor yəhudiylə yaxınlaşaraq onun qızıyla evlənib. X yüzil əttarı Əbu Mənsur Müvəffəq bin Əli əl-Hərəvinin 466 bitki və 44 heyvan mənşəli dərmanın hazırlanmasına dair əsərini klassik ərəbcədən almancaya çevirərək ona geniş şərh yazıb və 1892-də Derpt (indiki Estoniyanın indiki Tartu şəhəri) Universitetinə təqdim edib, tibb elmləri doktoru dərəcəsi alıb.

1893-də Derpt Universitetinin əsərlərində və Almaniyanın Halle şəhərində kitab şəklində buraxılan bu əsər uzun illər rus və Avropa farmakoloqlarının stolüstü kitabı olub. XIX yüzilin sonlarında Bakıda iki aptek açıb.

O həm də həkim Məhəmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xəstəliklər müalicəxanasının yaradıcılarından biridir. O, 24.4.1892-də açılan bu xəstəxanada 1903-ədək işləyib.

1896-da tacir İsgəndər bəy Məlikov və müəllim Sultanməcid Qənizadəylə birgə Bakıda ilk kütləvi kitabxana açıb (17.3.1899-da qapanıb). Bakıda yeni tipli mətbəə yaradıb və 2 ildə (1899-1901) N.Nərimanov, N.B.Vəzirov, S.Qənizadə və Ə.Cəfərzadə, S.B.Hacıəlibəyov (Acalov) və başqalarının kitablarını nəşr edib.

Bədii yaradıcılıqla da məşğul olub. «Əvvəli hənək, axırı dəyənək» (öz mətbəəsi, 1901) adlı üç pərdəli komediyası var (səhnəyə də qoyulub). «Müsəlman xeyriyyə cəmiyyəti»nin (1905), «Nəşri-maarif» cəmiyyətinin üzvü (1906); «Səadət» xeyriyyə cəmiyyətinin (1907) qurucularındandır (onun katibi olub). «Təkamül» qəzeti (1906-1907) qəzeti redaksiya heyətinin üzvü, 1909-10-da satirik «Zənbur» jurnalının naşiri olub.

Özü burada «Palazqulaq», «Zorba», «Cümləqayğu», «Sövtüməli-Dünyamalı», «Vərzad», «Toxmaq», «Çərənçi» və b. imzalarla çıxış edib. Ümumən fəal publisist olub. Ozamankı Azərbaycan dövri mətbuatında xeyli yazısı gedib.

1914-1919-da çıxmış bu tibb kitablarının müəllifidir: «Müalicə kitabı» (1914), «Uşaq hifzi-sihhəsi» (1916), «Həzm üzvlərinin azarları» (1919) və b. Azərbaycanda universitet açmaqçün illər boyu çalışıb. Bakı Şəhər Dumasının deputatı olub (1914).

Sovet hakimiyyətinin onunla vəhşicəsinə davranışından sonra Güney Azərbaycana köçməli olub. Öncə Rəşt və Ərdəbildə, daha sonrasa Tehranda yaşayıb və həkimliklə məşğul olub.

1950-də Tehranda vəfat edib və Qumda basdırılıb.

Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağının İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, bəy nəslindən olan anası Zəhra xanım isə evdar qadın idi.

Əziz Əliyev 8 yaşında ikən rus-tatar (Azərbaycan) məktəbində oxuyub və ibtidai təhsilini həmin məktəbdə alıb. Lakin burada verilən təhsil Əziz Əliyevi qane etməyib və o, 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə başa çatdırıb. Maddi cəhətdən təhsilini davam etdirmək imkanı olmayan Əziz Əliyev məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edib və tezliklə ondan həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 manat alıb.

Elə həmin il o bu vəsaitin hesabına Sankt-Peterburqa gedib və tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçərək Rusiyanın ən öncül ali tibb müəssisələrindən sayılan Hərbi Tibb Akademiyasına daxil olub.

Ə.Əliyev elə birinci kursun əvvəllərindən Hərbi Tibb Akademiyasında təhsil almaqla bərabər, boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-təmir briqadasında işə düzəlib. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edib, həm də valideynlərinə yardım göstərib.

1918-ci ildə Əziz Əliyevin atası vəfat edib. O vaxtlar anasına və kiçik qardaşına xalası Qədimbəyova himayədarlıq edirdi.

Əziz Əliyev 1918-ci il iyun ayının yay tətilini evlərində keçirmək üçün İrəvana gəlib. Lakin burada dəhşətli mənzərə ilə üzləşib. Erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsi ilə birlikdə çətinliklə Naxçıvanın Şərur rayonuna keçə bilib (tarixi mənbələrə görə, o zaman İrəvandakı əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi). Bir müddət Şərurda qaldıqdan sonra anasını və qardaşını Şahtaxtı kəndinə aparıb.

Ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevi Sankt-Peterburqa qayıtmaq, təhsilini davam etdirmək imkanından məhrum edib. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini yerlə yeksan edərək amansız qırğınlar törədiblər.

Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi erməni zülmünə tab gətirməyərək Arazı keçib və Cənubi Azərbaycanın Ərəblər kəndində daldalanıb. Ə.Əliyev tibbi xidmətini burada da davam etdirib və həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi yardımlar göstərib.

Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edib. 1921-ci ilin iyun ayında onlar, nəhayət, Şahtaxtı kəndinə qayıda biliblər və Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışıb.

1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçüb. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edib. O bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini də BDU-nun tibb fakültəsində böyük uğurla davam etdirib. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və Daxili xəstəliklər kafedrasında saxlanılıb.

Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərib. O, eyni zamanda təhsil aldığı universitetin partiya təşkilatında işə cəlb olunub və xeyli vaxt orada çalışıb. 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunub.

Əziz Əliyev İkinci dünya müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına çalışıb və həmişə də istəyinə nail olub.

Azərbaycanın bütün həkimlərinin ustad müəllimi hesab edilən görkəmli alimin həyatının Azərbaycan Tibb Universiteti (Azərbaycan Dövlət Tibb İnstitutu) ilə bağlı parlaq səhifələri respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün nümunə olacaq böyük bir ömür yoludur.

1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması və bundan sonrakı çətin mərhələlərdə instituta rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Əziz Əliyev bu illərdə ADTİ-nin yaradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm rol oynayan əsas simalardan biri olub və 1932-ci il iyunun 1-dən etibarən həmin institutun rektoru vəzifəsində çalışmağa razılıq verib.

Həmin illərdə bir tərəfdən respublikada yüksək ixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbin bütün sahələri üzrə dərslik və dərs vəsaitlərinin yoxluğu, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmaması, institutun özünün nəşriyyatının olmaması və digər məsələlər təhsil ocağının rektorunun işinə böyük maneələr törədirdi. Bu problemlərin aradan qaldırılması üçün o, rahatlıq bilmədən çalışıb. Həmin dövrdə Tibb İnstitutu inkişaf edərək formalaşırdı.

Əziz Əliyev 1934-cü il mart ayının 30-da respublikamızda səhiyyə işlərini canlandırmaq məqsədilə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri təyin edilib. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksəkixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılıb. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanıb. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olub.

1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilib. Bu o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Ə.Əliyevin təşəbbüsü və hünərpərvərliyi ilə işıq üzü görən əsərlərdən onun özünün "Klinik analizlər" kitabı, K.Ə.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəyovanın "Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M.A.Mirqasımovun, M.A.Topçubaşovun, M.M.Mirsəlimovun, M.Ə.Əfəndiyevin, Z.M.Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir. Fərəhli haldır ki, bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu olub. Əziz Əliyev qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinə nail olub.

Onun təşəbbüsü ilə İ.Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A.Qaltıçinin "Uşaq xəstəlikləri", V.Skvortsovun "Farmakologiya kursu", E.Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunub. Ümumiyyətlə, 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunub ki, onun da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi 5 il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.

Professor Ə.Əliyev Azərbaycan Tibb Universitetinin əsaslı kitabxanasının təşkilatçısı və yaradıcısı olub. Onun qurduğu tibbi kitabxana unikal kitabxanaya çevrilib və ehtiyacı olanların hamısı istədiyi vaxt onlardan istifadə edə bilib.

Bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünüb. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayıb və institut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" yaradıb. Professorun təşəbbüsü ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşri əsaslı surətdə təkmilləşdirilib. 1933-cü ildə o, jurnalın Baş redaktoru təyin edilib. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapı qaydaya salınıb. Hazırda bu qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.

Ə.Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiyasını müdafiə edib. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilib və həmin ildə də professor elmi adı təsdiq olunub.

"Klinik analizlər" adlı dərsliyi tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb. Onun bir neçə elmi əsəri "Azərbaycan Tibb Jurnalı"nda çap edilib. Bunların ilk illərdə çap olunanlarına "Həzm zamanı qanın xloridləri" (1928), "Malyariyanın Karno metodu ilə müalicəsi" (1932), "Klinik analizlər üzrə rəhbərlik" (1933) və sairə aiddir. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib.

Ə.Əliyev məharətlə elmi işlərini pedaqoji işlərlə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Belə ki, o, 1 noyabr 1927-ci ildə ADU-nun Diaqnostika kafedrasında ordinator və aspirant, 17 oktyabr 1930-cu ildən isə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun birinci terapiya və diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.

Əziz Əliyevin Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq və xeyli namizədlik dissertasiyası müdafiə edilib. Professorun təşəbbüsü ilə kafedraların nəzdində təsis edilmiş aspiranturada 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub. O, tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib və onların yetişmələrində müstəsna rol oynayıb. Əziz Əliyev Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə dərindən maraqlanır, gənclərlə bağlı problemlər onu ciddi düşündürürdü.

1933-cü ildə Əziz Əliyevin təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə "Tibb şəhərciyi"nin inşasına başlanılıb. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib və bu iş ulu öndər Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi dövrdə uğurla başa çatdırılıb.

1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından tələbələrin güzəranı xeyli ağırlaşıb. Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. O, tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək verdirib və onları aclıqdan xilas edib. Əziz Əliyev Tibb İnstitutunda rektorluq fondu yaradıb və həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da, bir növ, gəncləri yaxşı oxumağa sövq edərdi.

Ə.Əliyev hər il Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda o özünü hərtərəfli xeyriyyəçi kimi aparar, xaricə gedən tələbələrə pul yardımı edər, onları öz hesabına geyindirərdi. Həmin gənclərin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq müəllimlərinin yolunu davam etdiriblər.

1936-1940-cı illərdə ölkəmizdə görkəmli alimin fəal iştirakı ilə malyariya və traxomaya qarşı mübarizəyə başlanılıb. Bacarıqla həyata keçirilən ciddi tədbirlər sayəsində respublikada tüğyan edən bu dəhşətli xəstəliklərin kökü kəsilib. Əziz Əliyevin başçılığı ilə ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb.

Əziz Əliyev İkinci dünya müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana yollanıb. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda olub. Onunla gedən və mədəni-maarif işi ilə məşğul olan ziyalılardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov "Vətən yolunda" qəzetinin redaksiyasında fəaliyyət göstəriblər. Əziz Əliyev Cənubi Azərbaycanda İmran Qasımov, Rəsul Rza, Mehbalı Əmiraslanov və başqaları ilə yaxın təmasda olub. Onlar Azərbaycanın ağrılarını ürəklərində çəkərək vətən üçün fədakarcasına çalışıblar.

Əziz Əliyevin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Akademik M.Topçubaşov haqlı olaraq yazırdı ki, "Əziz, Aşıq Ələsgər demişkən, "hər elmdən hali" idi. Onun hansı institutu bitirdiyini müəyyənləşdirmək çətin idi. Əziz Əliyev bütün sahələrdə özünü yüksək səviyyəli mütəxəssis kimi göstərə bilirdi".

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Ə.Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub.

Əziz Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri görkəmli həkim və alim, əla səhiyyə təşkilatçısı və səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilib. O, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, "Səhiyyə əlaçısı" döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik xatirə medalı" və çoxsaylı fəxri fərmanlarla təltif edilib.

Dağıstanda işləyərkən Dağıstan zəhmətkeşləri Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayıb və bu, xalq məhəbbətindən doğan ali duyğuların təntənəsinə çevrilib. Həmin medalyon Azərbaycanın Tarix muzeyində mühafizə olunub saxlanılır. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib. Bir müddət rektor kimi fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə bu görkəmli dövlət və elm xadiminin adını daşıyır.

Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri mehriban övladları valideyn tərbiyəsinə layiq və sadiq övladlar olmuşlar. Ən şərəflisi və əhəmiyyətlisi də odur ki, onlar atalarının himayəsinə arxalanmadan, heç kimdən kömək gözləmədən öz istedadları, bacarıqları hesabına ucalıb və hər biri öz peşəsi sahəsində uğurlu nailiyyətlər qazanıblar.

Əziz Əliyevin əbədi heykəli xalqın qəlbində çoxdan ucaldılıb. Bunu İmran Qasımovun, Süleyman Rüstəmin, Mustafa bəy Topçubaşovun, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Baxış Qəhrəmanovun, Abdulla Quliyevin, Həmid Rüstəmovun, M.S.Umaxanovun, Əhməd Musayevin, N.İ.Trufanovun, Əbdülvahab Süleymanovun, Həsən İsazadənin, Nəriman Əliyevin, Zəhra Quliyevanın, həmçinin Qurban Əliyevin, Böyükkişi Ağayevin, Həsən Sultanovun, Leyla Kərimovanın və başqalarının Əziz Əliyev haqqındakı xatirələrində də aydın müşahidə etmək olar. Akademik M.Topçubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır".

Bəli, onun kimi oğullar dünyaya hər zaman gəlmir. Onun kimi oğullar Azərbaycanı yaşadır. Onun kimi oğulları Azərbaycan yaşadır və daim yaşadacaqdır!

1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən ümummilli liderimiz Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı. Bir müddət repressiyaya məruz qalmış Əziz Əliyevin dözümü, polad iradəsinin mətin cizgiləri gözlərimiz önündə canlanmışdı.

XX əsrin 30-cu illərinin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Bu haqda danışarkən ulu öndər demişdir: "Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyalarından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxardılar.

Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Lakin xoşbəxtlikdən bu, uzun sürmədi və o, yenidən öz layiqli qiymətini aldı, onun əvvəlki şan-şöhrəti özünə qaytarıldı".

Heydər Əliyev Əziz Əliyevin yubiley gecəsində çıxış edərkən alimə xas olan xüsusiyyətlərin incəliklərinə yaxşı bələd olduğunu söyləmiş və onun insani keyfiyyətlərindən danışmışdır: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimlərilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi".

Əziz Əliyev bir evə, bir ailəyə, bir ölkəyə sığmayan bəşəri bir şəxsiyyətdir. O, dünyanın bütün tərəqqipərvər xalqlarına eyni hörmət və məhəbbətlə yanaşan humanist insan idi. Ona görə də təkcə Azərbaycan xalqı deyil, onunla təmasda olan bütün xalqların nümayəndələri bu böyük insana hörmət və məhəbbət hissləri bəsləyir. Görkəmli dövlət xadimi həyatının bütün mərhələlərində, bütün anlarında bəşəri duyğularla yaşayan, insanlara bəşəri xeyirxahlıqlar göstərərək bəşərilik rəmzinə çevrilmiş, bəşərilik zirvəsinə yüksəlmişdir.


On il bundan əvvəl Əziz Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında ulu öndər Heydər Əliyev sərəncam imzalamışdı və həmin yubiley ümummilli liderin iştirakı və rəhbərliyi altında təntənəli surətdə qeyd edilmişdi. O vaxt Heydər Əliyev yubiley təntənəsində geniş nitq söyləmiş, Əziz Əliyevin fəaliyyətinin ayrı-ayrı məqamlarından söhbət açmışdı. Tarixə qızıl hərflərlə yazılan həmin günlərin major akkordları indi də səslənməkdədir. Bu günlər Əziz Əliyevin 110 illik yubileyi ölkəmizdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamı ilə keçirilir.

2006-cı il dekabr ayının 5-də ölkə rəhbərinin Əziz Əliyevin doğum gününün 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında imzaladığı sərəncam hamının ürəyincə olmuşdur.

 

Zərifə Əliyeva
Azərbaycan Respublikasının əməkdar elm xadimi,  tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı  Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Əziz Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür (1981).

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. 

 

Məmməd ağa Vəkilov

Məmməd ağa Mənsur ağa oğlu 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur.

M. Vəkilov 1876-cı ildə I Tiflis klassik gimnaziyasının qurtardıqdan sonra, 1887-ci ildə Xarkov universitetinin tibb fakültəsinə daxil olur. 1893-cü ildə universiteti qurtaran M. Vəkilov Tiflisin Muxayovsk xəstəxanasında üç il həkim işləyir.

1896-cı ildə M. Vəkilov Qars Dəmir yolu xəttinə sərbəst işə-sahə həkimi vəzifəsinə təyin edilir. 1898-ci ildə həmin sahədə 50 çarpayılıq xəstəxana təşkil olunur və M.Vəkilov müdir təyin edilir. Sonra M. Vəkilov Bakıdakı dəmiryolu xəstəxanasına həkim-ordinator göndərilir.

1901-ci ildə Bakı şəhər tibb cəmiyyəti iki həkimi (sahə həkimi) evlə xəstələri müalicə etmək üçün seçir. Həmin məktəblərdən biri M. Vəkilov idi. Beləliklə, əhaliyə ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri M. Vəkilov olur. Bir ilə yaxın sahə həkimi işləyən M. Vəkilov əhalinin nə qədər ambulator müalicəyə ehtiyacı olduğunun şahidi olur.

Məhz buna görə o, Bakıdakı ilk poliklinika təşkil edir. Bu gözəl təşkilatçı Bakı şəhər tibb cəmiyyəti, şəhər duması qarşısında müalicəxanaların artırılması barədə dəfələrlə məsələ qaldırır və öz məqsədinə nail olur.

Beləliklə, M. Vəkilov Bakı şəhərində 10 poliklinika açır. Maraqlıdır ki, həmin poliklinikalar bu gün də fəaliyyət göstərir. Onlardan biri Bakı şəhər 2 nömrəli poliklinikasıdır ki, M. Vəkilov iyirmi il onun başçısı olub, sonra 1944-cü ilə qədər orada sahə həkimi işləmişdir.

Ümumiyyətlə, Vəkilov 50 il həkimliklə məşğul olmuşdur. 

2 nömrəli şəhər poliklinikasını «Vəkilovun poliklikası» adlandırır.

Məmməd ağa Vəkilov 1944-cü ildə vafat etmişdir.


Qəzənfər Mahmud oğlu Musabəyov 1888-ci ildə Dəvəçinin Pirəbədil kəndində doğulmuşdur. Bakıda gimnaziyanı bitirdikdən sonra, Kiyev Tibb Universitetində təhsil almışdır.

Q. Musabəyov 1917-ci ildə universiteti bitirdikdən sonra Quba Qəzasında həkim işləmişdir. Qubada İcraiyyə Komitəsinin sədri, Bakıda və Dağıstanda məhsul tədarükü komissarı olmuşdur.

Həştərxanda RK (b) P müsəlman bölməsinin sədri, "Hümmət"
təşkilatının Həştərxandakı rəhbərlərindən olmuşdur. 1919-cu ildə Moskvaya getmiş, 1920-ci ildə XI ordu ilə Bakıya gəlmişdir. Azərbaycanın ilk xalq ərzaq komissarı və xalq təsərrüfatı şurası komissarı olmuşdur.

1922-ci ildə Azərbaycan SSR XKS sədri seçilmiş 1929-cu ilə kimi bu vəzifədə olmuşdur.

O, Azərbaycan MİK və ZSFSR MİK sədrlərindən biri, ZSFSR XKS sədri (1931-37), 1925-ci ildən SSRİ MİK sədrlərindən biri olmuşdur.

Dəfələrlə V. Leninlə görüşmüşdür.

Qəzənfər Musabəyov 1937-cı ildə Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmişdir. 

Topçubaşov Mustafa Bəy Ağabəy oğlu 1895-ci ildə anadan olmuşdur. Cәrraһ,ictimai vә dövlәt xadimi. Azәrbaycan Elmlәr Akademiyasının ilk һәqiqi üzvlәrindәn biri (1945), SSRİ Tibb Elmlәri Akademiyasının akademiki (1960), Azәrbaycan әmәkdar elm xadimi (1940). Sosialist Әmәyi Qәһrәmanı (1975).

Stalin mükafatı laureatı (1943). Azәrbaycan Elmlәr Akademiyasının vitse-prezidenti olmuşdur (1951-56 vә 1969-81). Kiyev universitetinin tibb fakültәsini bitirdikdәn sonra (1919), Naxçıvan vә Bakı xәstәxanalarında cәrraһlıq etmiş, 1930 ildәn N. Nәrimanov ad. Azәrbaycan Dövlәt Tibb İnstitutunda cәrraһiyyә kafedrasının müdiri, Eksperimental Tibb İnstitutunun direktoru olmuşdur.

Topçubaşovun musiqiyә olan sonsuz marağı onu Ü.Hacıbәyov ilә yaxın dost etmişdi. Ü.Hacıbәyov onu «tәbabәtin filosofu vә bәstәkarı» adlandırırdı. Ü.Hacıbәyovun mәslәһәti ilә Topçubaşov bәzi cәrraһiyyә әmәliyyatlarını musiqinin müşayiәti ilә keçirmiş vә bunun olduqca faydalı olduğunu dәfәlәrlә qeyd etmişdi.

1981-ci ildə vəfat etmişdir


Salayeva Zəhra Məmməd qızı 15 mart 1922-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan nevropatoloqu. Tibb elmləri doktoru (1964), professor (1967).

Əməkdar elm xadimi (1981). Səhiyyə əlaçısı (1973). N. Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur (1967 ildən).

Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorrakik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir.

Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri idi (1979).

 28 noyab 2005-ci ildə Bakıda vəfat etmişdir

Əsərləri:

Nevropatologiyadan praktikum (dərslik), B., 1962; Beyin qan-damar xəstəlikləri, B., 1964; Neyrogenetika (dərslik), B., 1977; Sinir xəstəlikləri, B., 1982; Qemorraqiçeskiy gnüefalit v Azerbaydcane, B., 1968.

Mənbə: "Azərbaycanın görkəmli şəxsiyyətləri" səhifəsindən

Dünya şöhrətli azərbaycanlı alim doktor Cavad Heyət.

Yer üzündə tək-tək insanlar var ki, onlara dünyanın hər bir yerində ehtiyac duyulur. Sevgi və hörmətin dərəcəsindən asılı olmayaraq onlar hər zaman əvəzedilməz hesab olunurlar.

Belələrindən biri də Azərbaycanın görkəmli alimi və ictimai xadimi, doktor Cavad Heyətdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, o, təkcə güneyli - quzeyli Azərbaycanın deyil, həm də bütün türk dünyasının sayılıb - seçilən alimlərindən biridir.

Doktor Cavad Heyət - Beynəlxalq cərrahlar cəmiyyətinin idarə heyətinin və Paris Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, İstanbul Universitetinin fəxri türkoloji doktoru, həmin universitetin İstanbul Tibb fakültəsinin tibb elmləri doktoru və Türk dili qurumunun fəxri üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru, dünya şöhrətli cərrah, alim, qüdrətli nasirdir. Tibb sahəsindəki elmi yazıları ilə yanaşı, o, dünyada azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi ilə bağlı yüksək səviyyəli əsərlərin müəllifi kimi də tanınır. Doktor Cavad Heyət artıq 30 ilə yaxındır ki ədəbi-mədəni "Varlıq" dərgisini İranda türk dilində çap etdirir.

Professor Cavad Heyət 1925-ci il mayın 24-də Təbriz şəhərində dünyaya göz açmışdır. Onun atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından biri, Azərbaycanın məhşur maarifpərvəri, "İttihadi-islam" cəmiyyətinin qurucusu  idi. Əbəs yerə deyil ki,  doktor Cavad Heyət indiyədək atasını özünün ustadı hesab edir.

Doktor Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə isə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin Universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Fransada Paris Universitetində davam etdirmişdir. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıtmış və orada öz xüsusi kilinikasını açmışdır.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışır. Məhz doktor Cavad Heyət 1954-cü ildə  qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunmuşdur. Doktor Cavad Heyət 1963-cü ildən Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın təmsilçisi olub.

1983-cü ildə isə cərrahiyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyə kafedrasına rəhbərlik etmişdir. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Bunlar "Tromboflebit və müalicəsi" monoqrafiyası, "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" və s.  Həmin kitablar bu gün də İranda tibbi təhsil alan tələbələrin dərs vəsaitidir.

O, cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alır.

Cavad Heyət çoxşaxəli fəaliyyətə malik bir şəxsiyyətdir. O, dünya təbabətinə xidməti ilə yanaşı, Güney azəri türklüyünə və ümumtürk dünyasına tarixi xidmətlər göstərib. 1979-cu il İran İslam İnqilabından dərhal bəhrələnərək Güney türklərinin ilk mətbu orqanı kimi məşhur "Varlıq" dərgisini nəşr etdirməyə başlayıb. Professor Cavad Heyət 26 ildən artıqdır ki, türk və fars dillərində dərc olunan ədəbi-mədəni dərgi "Varlıq"-ın baş redaktorudur. Qeyd etmək lazımdır ki, “Varlıq” dərgisi ildə 4 nömrə olmaqla 2 min nüsxə çıxır. Dərgi Azərbaycan, Türkiyə, ABŞ və Avropa ölkələrinə də yayılır. "Varlıq" dərgisini qürbətdə yaşayan həmyerlilərimiz üçün bir məktəb hesab etsək heç də yanılmarıq. Ona görə ki, bu dərgi azərbaycanlılara ədəbi dilini, dilimizin ədəbi qaydalarını, qrammatikasını, ədəbiyyatmızı, onun müasir vəziyyətini, tariximizi öyrədir.

Doktor Cavad Heyətin sözlərinə görə dərgidə bu mövzuda silsilə məqalələr dərc olunur. Dərgi İranda uzun müddət təkbaşına çıxmasına baxmayaraq  indi ana dilimizdə artıq 50-dən çox qəzet və dərgi dərc olunur. Təbriz, Urmiyə, Tehran və Ərdəbil universitələrində "türk dili və ədəbiyyatı" kafedraları fəaliyyət göstərir.

Lakin "Varlıq" jurnalının dərc olunması onun mədəni-maarifçi xidmətlərinin yalnız bir hissəsini təşkil edir. Belə ki, doktor Cavad Heyət həm də ədəbiyyatımızın böyük tədqiqatçısı, ümumtürk ədəbiyyat tarixinin araşdırıcısı, Güneydə Azərbaycan ədəbi dilini formalaşdıranlardan biridir. Filologiya və türkologiya elminə "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kimi dəyərli kitablar bəxş edib. Amma doktor Cavad Heyət yalnız Azərbaycan dili, ədəbiyyatı və onun tarixi ilə məşğul deyil.

O, eyni zamanda, bütün dünya türklərinin tarixi, dilləri və qədim ədəbiyyatına da nəzər yetirmiş, bir çox məqalələr çap edib, kitablar yazmışdır. Doktor Cavad Heyət 6 – dan çox monoqrafiyanın və 100 - dən artıq elmi əsərlərin müəllifidir. O, azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilir.

Professor Cavad Heyət təkcə İran İslam Respublikasında, təhsil aldığı Türkiyə Cümhuriyyətində, ürəyi və canıyla bağlı olduğu Azərbaycan Respublikasında deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin elm və mədəniyyət mərkəzlərində də tanınmış və xalqımızın fəxr etdiyi nadir şəxsiyyətlərdən biridir.

Görkəmli alim Azərbaycan elm və mədəniyyətinin inkişafındakı, İran - Azərbaycan ədəbi-mədəni, ictimai əlaqələrinin möhkəmləndirilməsindəki böyük xidmətlərinə görə Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin "M.F.Axundov adına mükafat"ına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, doktor Cavad Heyət həmin mükafatlardan aldığı pulu qaçqınlara paylamışdır. Bu bir daha  onu göstərir ki, Cavad Heyət öz vətəninə və onun vətəndaşlarına biganə qalmır. Onların problemləri ilə yaxından maraqlanır və öz yardım əlini heç vaxt əsirgəmir. Bundan başqa o, həmişə Azərbaycanı xarici ölkələrdə təmsil etməyi özünə şərəf  bilir və azərbaycanlı olduğu üçün hər zaman gürur hissi duyur.

Həqiqət, məhəbbət və vəfa doktor Cavad Heyətin sevdiyi məfhumlardır. Yalan, riyakarlıq və yaltaqlıq isə onun qəbul etmədiyi və insanlığa yaraşdırmadığı əməllərdir. Doktor Cavad Heyət yalanı "Bütün fəsadların başlanğıcı" kimi qəbul edir.

Görkəmli həkim, gözəl insan, tanınmış türkoloq, doktor Cavad Heyətin adı demək olar ki, bu gün bütün dünyada məşhurdur. Bütün bu sahələri özündə birləşdirən doktor Cavad Heyət bunu belə əsaslandırır ki, əsl həkim İbn Sina kimi həm tarixi, həm ədəbiyyatı, həm də fəlsəfəni gözəl bilməlidir. 

Bir cərrah kimi adı kifayət qədər şöhrətlidir. Doktor Cavad Heyət bütün həyatını və fəaliyyətini əsas sənəti olan cərrahlığa, elmi araşdırmalara, millətinin və xalqının sağlamlığını qorumağa, eyni zamanda xalqının dilinin və mədəniyyətinin dirçəlməsinə həsr etmiştir. Türk dünyası doktor Cavad Heyət kimi oğullarıyla həmişə fəxr edib və belə nadir insanları dünyaya bəxş etdiyi üçün məmnunluq hissi duyub. Çünki, doktor Cavad Heyət kimi alimlər, ictimai xadimlər, nasirlər bu gün də türk dünyasının adını uca tutan şəxsiyyətlərdir.

  Назим Миркасим оглы Эфендиев (1926-1998).

Н.М.Эфендиев в 1948 году окончил с отличием лечебно-профилактический факультет Азербайджанского Государственного медицинского института им. Н.Нариманова, в 1950-1952гг. прошел подготовку в аспирантуре Азербайджанского НИИ офтальмологии, в 1952 году стал научным сотрудником института, в 1954 – заместителем директора института по научной работе, а в 1957 году возглавил институт офтальмологии.
В 1966 году Н.М.Эфендиев защитил кандидатскую диссертацию на тему «Изменения некоторые биохимических показателей стекловидного тела при контузионных кровоизлияниях и экспериментальном введении аутокрови в среды глазного яблока», а в 1993 – докторскую диссертацию на тему «Роль перекисного окисления липидов в структурно-функциональных изменениях стекловидного тела при экспериментальном внутриглазном кровоизлиянии». В 1993 году он был удостоен ученого звания профессора.
Н.М.Эфендиев является автором более 150 научных трудов, в том числе 3 монографий, 3 изобретений, более 20 рацпредложений. Его научно-исследовательские работы посвящены в основном биохимическим, биофизическим и морфологическим особенностям стекловидного тела при различной патологии глаза, а также разработке новых методов оптико-реконструктивных микрохирургических операций на глазном яблоке реабилитационного характера с использованием искусственных оптических конструкций и пластических материалов. Идеи Н.М.Эфендиева, касающиеся этих областей офтальмологии, стали основой для создания целой научной школы, занимающейся проблемами клинических и физико-химических изменений стекловидного тела при внутриглазных кровоизлияниях. Под руководством проф. Эфендиева были защищены 1 докторская и 13 кандидатских диссертаций.
Высококвалифицированный офтальмохирург, Н.М.Эфендиев первым в республике применил методы микрохирургии глаза в своей практике. За годы работы он произвел тысячи операций на глазном яблоке при катаракте, глаукоме, травмах глазного яблока, воспалительных заболеваниях глаза, врожденных аномалиях, новообразованиях и другой патологии органа зрения.
Н.М.Эфендиев был и замечательным организатором здравоохранения в сфере офтальмологии. Он был одним из организаторов борьбы с трахомой в республике. По его инициативе и при его непосредственном участии в институте были созданы Республиканский Офтальмологический Лазерный Центр и Республиканский Центр Микрохирургии Глаза, а также целый ряд лабораторий и кабинетов, позволивших осуществлять биохимические, гистохимические, электронно-микроскопические, иммунологические, цитологические, ультразвуковые, электрофизические и контрастные методы исследования при различной глазной патологии.
Большая роль принадлежит Н.М.Эфендиеву в подготовке офтальмологических кадров для республики. Он создал в институте самые благоприятные условия для роста научных и практических кадров. За годы его руководства в институте были защищены 11 докторских и 65 кандидатских диссертаций. По его инициативе и под его непосредственным руководством с 1976 года в институте была начата подготовка кадров микроофтальмохирургов.
Наряду с научно-практической работой проф. Н.М.Эфендиев занимался и общественной деятельностью, более 25 лет он являлся главным офтальмологом Министерства здравоохранения Азербайджанской республики, членом правления Ученого медицинского совета Министерства здравоохранения, председателем Республиканской аттестационной комиссии по офтальмологии. В 1969-1973гг. Н.М.Эфендиев являлся членом Специализированного совета по офтальмологии при Азербайджанском Государственном институте усовершенствования врачей им. А.Алиева, с 1993 года – членом Специализированного совета при Азербайджанском медицинском университете, с 1996 году занимал пост председателя Специализированного совета по офтальмологии.
Многие годы проф. Н.М.Эфендиев был членом правления Всесоюзного научного общества офтальмологов, членом Научного совета по офтальмологии при АМН Российской Федерации.
За многолетний безупречный труд проф. Н.М.Эфендиев награжден орденом «Знак почета», нагрудным знаком «Отличник здравоохранения», Почетными грамотами Министерства здравоохранения Республики, а в 1989 году был удостоен звания заслуженного врача республики. В 1991г. Н.М.Эфендиев был награжден почетным нагрудным знаком Военно-медицинской академии Турции.

Əhliman Əmiraslanov

Akademik Əhliman Tapdıq oğlu Əmiraslanov 1947-ci il noyabrın 17-də qədim Azərbaycan torpağı olan Ermənistanın Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olmuşdur.

O, 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Ə.T.Əmiraslanov hələ tələbə ikən 1969-1971-ji illərdə Bakı şəhər onkologiya klinikasında orta tibb işçisi kimi əmək fəaliyyətinə başlamışdır.

O, 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək 1974-cü ilə kimi Bakı şəhər onkologiya klinikasının cərrahiyyə şöbəsində əvvəl ordinator, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır.

Ə.T.Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin /ÜOEM/ nəzdində aspiranturaya daxil olmuşdur.

1977-ci ildə aspirantura müddəti başa çatmamış, vaxtından əvvəl "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin rehabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Ə.T.Əmiraslanov aspiranturanı qurtardıqdan sonra ÜOEM-də kiçik elmi işçi vəzifəsində saxlanılmış, sonra isə orada baş elmi işçi, professor kimi fəaliyyət göstərmişdir. O, 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Moskva şəhərində işlədiyi müddətdə Ə.T.Əmiraslanov dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Dayaq hərəkət aparatı şişləri olan xəstələrin rehabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik etmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif edilmişdir.

1985-ci ildə Ə.T.Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafata layiq görülmüşdür. O, 1986-cı ildə "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi" haqqındakı silsilə işlərinə görə elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatının laureatı olmuşdur.

Ə.T.Əmiraslanov 1987-ci ildə ÜOEM-nin ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq olunmuş, 1988-ci ildə dayaq hərəkət aparatı şişləri şöbəsində professor vəzifəsinə seçilmiş və 1992-ci ilə kimi həmin vəzifədə işləmişdir.

O, hələ Moskvada işlədiyi müddətdə 12 nəfər tibb elmləri namizədinin və 5 nəfər tibb elmləri doktorunun yetişməsinə bilavasitə rəhbərlik etmişdir.

Əməkdar elm xadimi, akademik Ə.T.Əmiraslanov 1992-ci xidməti dəyişdirmə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilmiş,

1993-cü ildə müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

Ə.T.Əmiraslanov 1990-1995-ci illərdə müstəqil Azərbaycan Respublikasının deputatı vəzifəsini yerinə yetirərək seçicilərin etimadını qazanmışdır.

Akademik Ə.T.Əmiraslanov 230 elmi əsərin , 11 monoqrafiyanın, 9 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 15 ixtira və səmərələşdirici təklifin, 8 metodik tövsiyyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Onun rəhbərliyi altında 6 nəfər tibb elmləri doktoru və 22 nəfər tibb elmləri namizədi hazırlanmışdır.

Akademik Ə.T.Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Majarıstan, Avstriya, Çexiya, İran, Sinqapur, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxışlar etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirmişdir.

Alimin dayaq-hərəkət aparatının və süd vəzisinin bədxassəli şişlərinə onların müalicə metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri ona dünya şöhrəti qazandırmışdır.

Professor Ə.T.Əmiraslanov Azərbaycana qayıdıb onkologiya kafedrasına rəhbərlik etdikdən sonra qısa müddətdə kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar elmi və praktik işlərə cəlb edilmişdir. Professorun rəhbərlik etdiyi klinikada texniki cəhətdən mürəkkəb olan bir sıra operasiyalar müvəffəqiyyətlə yerinə yetirilir.

Bunlara bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz, bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi operasiyalar aiddir. Kafedrada bədxassəli sümük şişlərinin, süd vəzisinin, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, dəri şişlərinin epidemiologiya, müayinə və müalicəsinə dair elmi-tədqiqat işləri aparılır. Sümük şişləri olan xəstələrdə hormonal-metabolik pozğunluqlar və onların korreksiya yolları istiqamətində elmi-tədqiqat işləri genişləndirilir, bu sahədə doktorluq və namizədlik dissertasiyaları yazılır.

Akademik Ə.T.Əmiraslanov Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Majarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasyia Komissiyası Plenumunun üzvü, N.Nərimanov adına ATU-nun elmi şurasının və doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış elmi şuranın sədri, Türkdilli ölkələrin Rektorlar Şurasının həmsədri, Azərbaycan Respublikası Rektorlar Şurasının sədr müavinidir.

Akad. Ə.T.Əmiraslanovun adı Kembricdə çapdan çıxan "XX əsrin 2000 görkəmli şəxsiyyəti” məcmuəsinə daxil edilmiş, Amerika Bioqrafiya İnstitutunun "Qızıl Statuya" mükafatına layiq görülmüş, 1998-ci ilin yanvar ayında "Avrasiya" qəzetinin apardığı sorğuya əsasən "1997-ci ilin elm adamı" fəxri adına layiq görülmüşdür.

1999-cu ilin may ayında professor Ə.T.Əmiraslanova Polşanın paytaxtı Varşava şəhərindəki Kral sarayında dünya tibb aləmindəki yüksək xidmətlərinə görə Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü diplomu təqdim edilmiş və dünya şöhrətli Azərbaycan alimi elmi-tədqiqat işlərinin uğurlarına görə həmin akademiyanın Albert Şvaytzer adına "Böyük qızıl medalı"na layiq görülmüşdür.

SSRİ Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, akademik Ə.T.Əmiraslanov Azərbaycana dəvət olduğu 1992-ci ildən yenicə müstəqillik qazanmış respublikamızın əsas təhsil ocaqlarından biri olan N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə rəhbərlik etdiyi qısa müddətdə professor-müəllim və tələbə heyətinin, şəfa verdiyi yüzlərlə xəstələrin, bütövlükdə elin rəğbətini qazanmışdır.

Tibb Universitetində onun rəhbərliy altında bir sıra islahatlar və yeniliklər aparılır. Həmçinin tədris binası tikilib tam istifadəyə verilib. Yeni tədris binasında 10 nəzəri kafedra, tibbi kitabxana, "Təbib" nəşriyyatı yerləşdirilib.

Binada 750 yerlik geniş akt zalı vardır. Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar müasir tələbata cavab verən avadanlıqlarla təchiz edilmişdir.

Hal-hazırda əczaçılıq fakültəsində bakalavr və magistrlərin hazırlanması, tibbi-biologiya, müalicə-profilaktika, pediatriya, tibbi-profilaktika, stomatologiya fakültələrində kliniki fənnlərdən dərs saatlarının artırılması, tədrisin yenidən qurulması və elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, onların elmi nəticələrinin səhiyyə praktikasına tətbiqi və s. uğurla həyata keçirilir.

Akademik Ə.T.Əmiraslanovun rəhbərlik etdiyi ali məktəb 1996-cı ildə dünya təhsil birliyinin beynəlxalq reyestrinə, 1999-cu ildə isə Qara dəniz hövzəsiətrafı ölkələrin ali məktəblər birliyinə daxil edilmişdir.

Mirməmməd  Cavad oğlu Cavadzadə 1927-ci ildə mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə 1 №-li lənkəran şəhər orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakultəsini bitirmişdir.

1951-ci ildə II Moskva Tibb Institutundakı urologiya kafedrası asperanturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmagla, Krım Vilayətinin baş uroloqu işləmişdir.

1962-ci ildə M.C.Cavadzadə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adını alır. 1963-cü ildə M.C.Cavadzadə Bakıya də'vət olunur və mısabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə Institutunun urologiya və operativ nefrelogiya kafedrasına müdir seçilir.

Doğma Azərbaycana qayıtdıqdan sonra o, böyük çətinlikləri dəf edərək, yüksək səviyyəli elmi-klinik müəssisə yaratdı. Beləliklə də müasir klinika özünün məktəbini və urologiya elmində istiqamətinin təməlini qoydu. M.Cavadzadənin rəhbərliyilə bir neçə xəstəxananın urologiya şö'bələri birləşdirildi və respublikada urologiya və onunla əlaqədar elmlərin inkişafına təkan verildi.

M.C.Cavadzadənin elmi tədqiqatları xarici çlkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.

Mirməmməd Cavad oğlu Cavadzadə 1964-cu ildən professor, 1967-ci ildən əməkdar elm xadimidir.

M.C.Cavadzadə dərin elmi intuisiyaya, analitik düşüncəyə, fenomenal yaddaşa, heyrətlandirici əməksevərliyə və xüsusi təşkilatçılıq bacarığına malikdir. 

18 may 2007-ci ildə prezident İlham Əliyev Mirməmməd Cavadzadənin «İstiqlal» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 80 yaşını qeyd edən M.Cavadzadə bu ordenə tibb elminin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Mirməmməd Cavadzadə 7 avqust 2008-ci ildə 82 yaşında vəfat etmişdir. 

Ağabəy Sultanov 1938-ci ildə Bakıda anadan olmuşdur.

1954-ci ildə orta məktəbi bitirib, Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə daxil olmuşdur.  1960-cı ildə ali təhsil müssisəsini bitirib, il ərzində Bakıda psixiatr işləmişdir, sonra isə Moskvaya gedir,orada aspiranturaya daxil olur.

1967-ci ildə Moskvada namizədlik dissertasiyasını, 1973-cü ildə isə doktorluq dissertasiyasını professor Serbskiy adına olan məhkəmə ekspertiza üzrə Doktorantura İnstitutunda müdafiə etmişdir.

1990-cı ildən Azərbaycan Tibb Universirsitetin psixiatriya kafedrasının müdiri olumuşdur. Tibb elimləri doktoru, professor, əməkdar elm xadimi, respublikanın baş psixiatrı, Ümumdünya psixiatrlar federasiyasının həqiqi üzvü, Azərbaycanda  BMT-nin psixiatriya üzrə koordinasiyaçısı, etika və ruhi xəstələrin hüquqlarının müdafiəsi üzrə Azərbaycan psixiatrların Birliyin (İttifaq, Cəmiyyət) vitse-prezidenti. 200-ə yaxın elmi məqaləsi var idi, onlardan 32-si xaricdə çap edilmişdir.

23 dəfə azərbaycan psixiatriyasını xaricdə - Finlyandiyada, İspaniyada, İngiltərədə, İtaliyada, Hollandiyada, Avstriyada, Türküyədə, İsveçrədə təmsil edib. Akademik Məmmədəliyev adına və “Humay” mükafatları laureatı idi.

Uzun sürən xəstəlikdən sonra tanınmış həkim, respublikanın baş psixiatrı Ağabəy Sultanov 12 iyun 2007-ci ildə vəfat etmişdir.


www.adam.az

 

Sizin şərhiniz.

Adınız 

E-mail: 


Şərh yazın




Vərəm


Məqalələr
Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
İnfomərkəz
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




Saytımızın Qonağı
            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 








Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100