Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Piylənmə  | 1482 dəfə oxunub

Piylənmə

Piylənmə müasir cəmiyyətin ən böyük problemlərindən biridir. Bu xəstəlik bir çox ölkələrdə yayılıb və əhalinin demək olar ki, 50%-də rast gəlinir. Piylənmə dedikdə, orqanizmdə dərialtı piy qatının və digər orqanlarda piy qatının, bədən çəkisinin normadan 20%  artıq olması nəzərdə  tutulur. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif pozğunluqlar və müxtəlif preparatların qəbulu qeyd olunur.

 İlkin və ikincili piylənmə qeyd olunur. İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır. İkincili piylənmələrdən isə ən çox rast gəlinən hipotalamik və endokrin növ piylənmələrdir.

 Piylənmənin endokrin formalarına aşağıdakılar aiddir:

Adipozgenital piylənmələr, cinsi vəzilərin tam inkişaf etməməsi ilə bağlı olaraq meydana çıxan, başqa cür hipoqanadizm adlanır. Hipofizar və ya adenopozgenital piylənmələr zamanı piy adətən, doş qəfəsi, bud əzələsi, sağrı əzələləri və qarnın aşağı hissəsində toplanmış olur. Bu xəstələr fiziki inkişafdan geri qalır-infatizim meydana çıxır, cinsi orqanların inkişafdan qalması və kişilərdə  evnuxoidizm əlamətləri, yəni qasıq və qoltuqaltı nahiyələrdə tüklərin olmaması  xarakterik əlamətlərdəndir. Bundan başqa, kəllədaxili təzyiqin qalxması müşahidə olunur ki, bu da bağ ağrıları, görmənin zəifləməsinə gətirib çıxarır. Kəllənin rentgenoqramması zamanı türk yəhərinin genişlənməsi aşkarlanır, bu da hipofizin şişi ilə əlaqədardır.

 Tireogen piylənmə: hipotireoz, miksedema  zamanı qalxanabənzər vəzin hipofunksiyası ilə əlaqədar meydana çıxır. Piy qatı bədənin hər yerində eyni dərəcədə artmış olur. Xəstədə tormozlanma, lənglik, hərəkətlərin yavaşıması, ümumi maddələr mübadiləsi və tərləmənin pozulması, bədən temperaturunun enməsi, bradikardiya müşahidə olunur. Radioaktiv yodun qalxanabənzər vəz tərəfindən udulması prosesi pozulmuş olur.

 Hipofizin ön payının şişi və ya Kuşing sindromu zamanı piylənmə. Kuşing və ya İtsenko-Kuşinq sindromu zamanı piy üzdə (ayabənzər üz əmələ gəlir), boyunda, ənsə nahiyəsində, qarında, döş qəfəsi nahiyəsi və beldə toplanır, ətraflar isə arıq qalır. Sağrı, boyun və süd vəziləri nahiyəsində bənövşəyi rəngdə striyalar (xətlər) görünür ki, bu da atrofik proseslərə əlaqədar meydana çıxır. Əlavə olaraq, bu xəstələrdə hipertoniya  müşahidə olunur, bəzən isə  şəkərli diabet xəstəliyi də meydana çıxa bilər.

 Birincili piylənmə. Demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir. Bununla bərabər, birncili piylənmə də  yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında yerləşir.

 

Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:

 Normadan artıq yemək

Azhərəkətli həyat tərzi

Endokrin sistemin pozğunluqları

Genetik konstitusiya

 Piylənmənin nəticələri xoşagələn deyil, belə ki, aşağıdakı xəstəliklər meydana çıxa bilər:

 Ürək-damar sistemi xəstəlikləri,  o cümlədən ateroskleroz, ürəyin işemik xəstəliyi, miokard infarktı, hipertoniya, hiperlipidemiya,.

Tənəffüs sisteminin xəstəlikləri

Oynaqların degenerativ xəstəlikləri

Öd daşı xəstəliyi

Onkoloji xəstəliklər, düz bağırsaq və yoğun bağırsağın xərçəngi, qadınlarda uşaqlıq, süd vəzi, yumurtalıq xərçəngi, kişilərdə isə prostat vəzin xərçəngi.

1.          Proteinuriya

2.          Endokrinoloji pozğunluqlar

3.          Qan xəstəlikləri

4          Dəri xəstəlikləri

5.          Psixoemosional pozğunluqlar

6.          Sonsuzluq

 Göründüyü kimi, piylənmə estetik görünüşü korlamaqdan əlavə çox ciddi bir xəstəlik olub, kifayət qədər də çox ağırlaşmaları var.

Diaqnostikası isə səbəbin aşkarlanması ilə bağlıdır. Müalicə isə diaqnoz dəqiqləşdirildikdən sonra, səbəbi aşkarlamaq və aradan götürməklə  aparılır. Səbəbi aradan götürməklə yanaşı, müalicə zamanı dietoterapiya, medikamentoz müalicə, lazım gələrsə, cərrahi müalicə də aparılır.

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100