Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Kuşinq sindromu və ya hiperkortisizm  | 1267 dəfə oxunub

Kuşinq sindromu və ya hiperkortisizm

Kuşinq sindromu ilk dəfə təxminən 100 il əvvəl Kuşinq Qarvi tərəfindən qeyd olunmuşdur. Bu sindrom özündə qanda kortizolun yüksəlməsi ilə əlaqədar meydana çıxan simptomları birləşdirir. Kuşinq sindromunu aşkarlamaq  çətinlik törətmir. Diaqnoz adətən, kliniki əlamətlərə görə qoyulur və laborator müayinələrə əsasən təsdiqlənir. Əksər hallarda bu sindrom uzun müddət müəyyən xəstəliklər nəticəsində  kortikosteroidlərin qəbulu nəticəsində meydana çıxır (revmatoid artrit və digər autoimmun xəstəliklər). Qeyd etmək lazımdır ki, sindromdan əlavə Kuşinq xəstəliyi və ya hipofizar AKTH asılı sindromu da mövcuddur.

 Səbəblərdən asılı olaraq, Kuşinq sindromu kəskin gedişli və ya illər ərzində yavaş inkişaf edə bilər. Simptomlar isə yuxusuzluq və zəiflik, depressiya, bədən kütləsinin artması, hirsutizm, susuzluq və buna müvafiq olaraq, poliuriyadır. Kuşinq sidromunun klassik və ya “tələbə” simptomlarına bunlar aiddir: ayabənzər sifət, mərkəzi piylənmə,periferik ödemlər. Piylənmə 90% hallarda müşahidə olunur.

Piylənmədən fərqli olaraq, Kuşinq sindromu üçün xarakterik simptomları çiyin, ayaq və sağrı əzələlərinin atrofiyaya uğramasıdır. Məhz buna görə də, xəstə ayağa qalxdıqda çətinlik çəkir. Qarın əzələlərinin atrofiyaya uğraması qarnın “qurbağayabənzər” olmasına gətirib çıxarır və beləliklə də qarnın ağ xətt yırtıqlarının yaranmasına səbəb olur. Bundan başqa, Kuşinq sindromu üçün nəzərə çarpan damar şəkilli və “mərmər” dəri xarakterikdir.

Piylənmənin proqressiv şəkildə artması və  dəridə kollagenin azalması dəridə striya və ya cırılmalara gətirib çıxarır. Striyalar tünd qırmızı və ya  bənövşəyi rəngdə olub qarın, bud əzələsinin içəri yuxarı hissəsində, süd vəzilərində, çiyinlərdə yerləşir və striyaların ölçüləri bir neçə santimetrə qədər ola bilər. Bəzən dəridə xırda səpgilər və kiçik ölçülü qansızmalar yarana bilər.

Həm Kuşinq sindromunda, həm də xəstəliyində hiperpiqmentasiya meydana çıxa bilər. 50% hallarda isə xəstələrdə osteoporoz inkişaf edir. Nəzərə çarpan dəyişikliklər onurğanın döş və bel fəqərələrində baş verir və bu  zaman fəqərələrin ölçülərində kiçilmə baş verir və nəticədə bu kompression sınıqlar əmələ gəlir. Bununla belə, çox vaxt sınıqlar güclü ağrılarla müşahidə olunur. Kürək əzələlərinin atrofiyası ilə yanaşı, bu dəyişikliklər çox hallarda skolioz və kifoskolioza gətirib çıxarır. Sindrom zamanı həmçinin ürək ritmlərinin pozğunluğu və ürək çatmazlığı ilə müşahidə olunan kardiomiopatiya müşahidə oluna bilər.

Kortizolun səviyyəsinin artması ilə əlaqədar olaraq meydana çıxan metabolik dəyişikliklər 10-20% hallarda şəkərli diabet,  hipertenziya və piy mübadiləsinin pozulmasına gətirib çıxarır.

Kuşinq sindromundan əziyyət çəkən xəstələrdə sinir sistemi tərəfindən  dəyişikliklər də olur, bu zaman tormozlanma, depressiya, hətta eyforiya və psixoz  kimi dəyişikliklərə səbəb olur. Böyrəküstü vəzilərdə sekresiyanın artması nəticəsində qadınlarda hirsutizm və ya kişilərdəki kimi tük bitmə meydana çıxır. Androgenlərin səviyyəsinin artması nəticəsində qadınlarda amenoreya meydana çıxır.

 Kuşinq sindromunun diaqnoz və müalicəsi

 Diaqnoz kliniki  əlamətlər, hormonların səviyyəsi, hipofizdə adenomanın olub-olmamasının yoxlanılması üçün MRT, böyrəküstü vəzilərin KT və MRT müayinəsi aparılır.

 

Müalicə özündə xəstəliyi yaradan səbəblərdən  asılı olaraq həm simptomatik, həm cərrahi ola bilər (hipofizin adenomasının aradan götürülməsi və adrenalektomiya).

 Proqnoza gəldikdə isə bütün xəstəliklərdə olduğu kimi  erkən aşkarlandıqda və müvafiq müalicə başlandıqda proqnoz yaxşıdır.

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100