Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Mədəaltı vəzin şişləri  | 1487 dəfə oxunub

Mədəaltı vəzin şişləri

Ekzokrin şişlər. Adenokarsinoma.

 Adenokarsinoma üçün orta yaş həddi 55-dir, xəstəlik kişilərdə qadınlara nisbətdə 2 dəfə çox rast gəlinir, lakin ahıl dövrdə şəkərli diabet xəstəliyi də varsa, qadınlar da xəstəliyə tutula bilir. Klinik simptomları bədən kütləsinin itirilməsi və qarında ağrıların olmasıdır. Mədəaltı vəzin xərçəngi çox vaxt vəzin başında lokalizasiya olunaraq obturasion sarılığa gətirib çıxara bilər. Bundan başqa, dalaq venalarının obturasiyası, mədə və qida borusu venalarının genişlənməsi və mədə-bağırsaq qanaxmalarına gətirib çıxara bilər. 90% hallarda diaqnoz şiş regionar limfa düyünlərinə, qaraciyər və ağciyərə metastaz verdikdən sonra təsdiqlənir.

 Diaqnoz: USM, KT, PET-KT, endoskopik retroqrad  pankreotoqrafiya, dəri vasitəsilə punksion biopsiya, qanın biokimyəvi analizi, qanda onkomarkerlərin təyininə əsasın qoyulur, bəzən isə diaqnostika məqsədilə laparotomiya aparılır.

 Müalicə: kimyəvi terapiya, cərrahi yolla və radioterapiya vasitəsilə aparılır.

 Sistadenokarsinoma: bu mədəaltı vəzin nadir şişlərindən olub, qarnın yuxarı hissəsində yerləşir və palpasiya zamanı hiss edilərək ağrı verir. Xəstəliyin gedişi adenokarsinomaya nisbətən daha az aqressivdir, proqnoz da adenokarsinomaya nisbətən daha yaxşıdır.

 

Endokrin şişlər

 Endokrin şişlər aşağıdakılara bölünür:

 

1.         Hormonal aktiv olmayan şişlər (öd yollarının və ya 12 barmaq bağırsağın obturasiyasına səbəb olur, mədə-bağırsaq traktında qanaxmalar baş verir)

2.          Hormonal aktiv şişlər: insulin (insulinoma), qastrin (qastrinoma), qlükaqon (qlükaqonoma) və s. kimi  hormonların  hipersekresiyası ilə müşahidə olunur.

 İnsulinoma

Bu şiş insulinin hipersekresiya ilə xarakterizə olunan şişdir. Baş ağrıları, huşun aydın olmaması, görmənin pozulması, əzələ zəifliyi, iflic, ataksiya kimi əlamətlərlə xarakterizə olunur.

 Diaqnoz: testlə və USM vasitəsilə qoyulur. Müalicə simptomatik və cərrahi yolladır.

 Qastrinoma və ya Zolinger-Ellison sindromu

Bu xəstəlik nəzərə çarpan hiperqastrinemiya, mədə şirəsinin hipersekresiyası və peptik xoraların yaranması ilə xarakterizə olunur. Əksər xəstələrdə şişlər çoxsaylı olub, onların demək olar ki, yarısı bədxassəlidir. Törəmələrin diametri 1sm-ə qədər olur. On iki barmaq bağırsağın soğanaq hissəsində yerləşən aqressiv xoralı diatez nəticəsində perforasiya, qanaxma və keçməməzlik yaranır. 30% hallarda ilk simptom ishal ola bilər. Diaqnozun təsdiqlənməsində qanda qastrinin miqdarının təyini, arterioaqrafiya, süni surətdə düzəldilmiş testlər  əsas rol oynayır.

Müalicə simptomatikdir, əgər bu müalicə  effekt vermirsə, bu zaman total qastroektomiya aparılır.

 Vipoma və ya Verner-Morrison sinndromu

Bu xəstəlik şiddətli sulu ishal, hipokaliemiya və dehidratasiya ilə xarakterizə olunur. Xəstələr bundan başqa, əzələ ağrısı, yuxululuq, ürəkbulanma, qusma, qarında ağrılardan şikayət edirlər. Cərrahi əməliyyat 50 % hallarda tam müalicəyə gətirib çıxarır.

 Qlükoqonoma

50-60 yaşarası qadınların 80%-də rast gəlinən bir xəstəlik olub, bədən kütləsinin itirilməsi, anemiya və ətraflarda xroniki səpgilərlə xarakterizə olunur. Diaqnoz qanda immunoreaktiv qlükaqonun səviyyəsinin artmasına əsasən və laparatomiya vasitəsilə qoyulur. Müalicə isə kimyəvi terapiya və cərrahi əməliyyatdan ibarətdir.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100