Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Qarın boşluğu şişləri  | 1653 dəfə oxunub

Qarın boşluğu şişləri

Qarın boşluğu və retroperitoneal sahənin şişləri  orqan və qeyri-orqan mənşəli şişlərə bölünür. Orqan mənşəli şişlərə böyrək, böyrəküstü, yuxarı sidik yollarının şişləri aiddir. Həmçinin, böyrək və yuxarı sidik yollarının şişləri qarın boşluğu şişləri arasında birinci yeri tutur. Qeyri-orqan mənşəli şişlərə ( orqan mənşəli olmayan ) piy, boş birləşdirici toxuma, əzələ, fassiya, damar, sinir, simpatik sinir düyünləri, limfa düyünləri və damarlarından yaranan şişlər aiddir. Bunlara müxtəlif kistalar, teratoma və embrional xərçəng növləri aiddir. İlkin qarın boşluğu şişləri nadir halda rast gəlinir və cəmi 3% təşkil edir. Bədxassəli şişlər təəssüflə qeyd etmək lazımdır ki, çoxluq təşkil edir və  70-80% hallarda rast gəlinir.  Onlar arasında müxtəlif histoloji xüsusiyyətlərə malik  sarkomalara rast gəlinir. Xoşxassəli şişlərə isə fibroma, lipoma, nevrinoma, leyomioma aiddir.

 Mənşəyindən asılı olaraq, qarın boşluğu şişləri aşağıdakılara bölünür:

 -         Mezenximal şişlər: mezenxima, lipoma, liposarkoma, retikulyar mənşəli şişlər, fibroma, firbosarkoma, leyomioma, leyomiomasarkoma, rabdomioblastoma, angioma, miksoma.

 -          Neyrogen mənşəli şişlərə  böyrəküstü vəzin şişləri aiddir: adrenokortikal şişlər (Kuşinq sindromunu yaradan), neyroblastoma, feoxromositoma, o cümlədən neyrofibroma və paraqanqliomalar.

 -         Embrional mənşəli şişlər: bura nəzəri olaraq xoşxassəli hesab edilən teratoma və kistalar aiddir, belə ki, teratomaların 10%-i bədxassəli olub, ağciyər, qaraciyər və limfa düyünlərinə metastaz  verir.

 Klinika: mənşəyindən asılı olaraq dəyişir. Məsələn, mezenximal şişlərin başlanğıc mərhələlərində  adətən, simptomlar olmur. Şiş çox böyük ölçülərə çatır, çünki heç bir maneəyə rast gəlmir, ətraf orqanlara sirayət edir. Uzun müddət xəstələr heç bir ağrı hiss etmirlər. Rast gəlinən əsas simptomlardan qarın boşluğunda diskomfort hissi, qarında və beldə inildəyən ağrıları göstərmək olar. Şiş bəzi hallarda  təsadüfən, qarnın palpasiyası zamanı,  qarında ağırlıq hissi yarandıqda və ya ətrafdakı orqanlar tərəfindən müxtəlif simptomlar meydana çıxdıqda aşkarlanır: ürək bulanma, qusma, köp. Hətta bağırsaq keçməzliyi, sidiyə getmədə problem yaranır.

 Amerika həkimləri  bir qadının bədənindən 64 kq ağırlığında şiş çıxarıblar. Şiş nadir hallarda rast gəlinən liposarkoma olub. Mütəxəssislərin rəyinə görə, bu şiş  10-15 yaşından inkişaf etməyə başlayıbmış. Qadın isə bunun kökəlmə ilə əlaqələndirirmiş!

 Qarın boşluğu şişlərinin gecikmiş simptomlarına bədən temperaturunun yüksəlməsi aiddir, bu da öz növbəsində şişin dağılması, venoz və limfa dövranının pozulması ilə əlaqədardır.  Bundan başqa, simptomlara assit, qida borusu venalarının genişlənməsi, aşağı ətraflarda ödem, venoz durğunluq, kişilərdə toxum kanalı venalarının genişlənməsi də daxildir. Gecikmiş mərhələdə şişin diafraqmaya təsiri və ya ağciyərə metastaz verdiyi zaman təngnəfəslik meydana çıxa bilər. Qarın boşluğu şişləri 25-30% hallarda metastaz verir.

Neyrogen mənşəli şişlərin ən nəzərəçarpan göstəricisi Kuşinq sindromudur. Kuşinq sindromu üçün xarakter əlamətlər bədəndə piyin toplanması, xüsusilə də boynun arxasında, əl və ayaqların periferik hissələrində əzələ zəifliyi və dərinin nazilməsidir. Qadınlarda üzdə tüklər və kişilərə xas  bədəni quruluşu ola bilər. Şəkərli diabetin inkişafı da mümkündür. Bu simptomlar həmçinin böyrəküstü vəzin bədxassəli şişlərində də rast gəlinir. Ən yaxşı müalicə növü isə şişin götürülməsidir. Feoxromositoma müxtəlif simptomların meydana çıxmasına səbəb olur, məsələn qəfləti tərləmə, huşun itirilməsi, döş qəfəsində xoşagəlməz hissin yaranması, ürək döyünməsinin artması, baş ağrıları, əhvalın dəyişməsi, susuzluq və tez-tez sidiyə getmə.

 Qarın boşluğu şişlərinin diaqnostika və müalicəsi

 Bu halda USM və KT müayinəsi tətbiq olunur. Metastazları aşkar etmək üçün isə PET-KT –dən istifadə olunur. Ən effektiv müalicə əlbəttə ki, operativ müdaxilədir. Bundan başqa, kimyəvi və radioterapiyadan istifadə olunur. Proqnoz şişin ölçüsündən, yerləşməsindən, pasientin ümumi sağlamlıq halı, metastazların olması, müalicənin effekti və s.dən asılıdır. Beləliklə, proqnoz individual olaraq dəyişir. Erkən mərhələlərdə diaqnostika zamanı proqnoz daha yaxşıdır.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100