Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Qalxanabənzər vəzin xərçəngi  | 2160 dəfə oxunub

Qalxanabənzər vəzin xərçəngi

Qalxanabənzər vəzin xərçəngi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. 3:1 nisbətində. Statistika göstərir ki, İsraildə hər il 500 nəfər, Amerikada isə 20000 nəfər bu xəstəliyə düçar olur. Bu xəstəlik  hər yaşda meydana çıxa bilər, ən çox isə 30 yaşdan sonra olub, vaxtında effektiv müalicə edildikdə proqnozu yaxşıdır.

 Xəstələrin 90 %-də qalxanabənzər vəzin xoşxassəli törəmələrinə rast gəlinir. Lakin bir qayda olaraq, vəzin xərçəngi xoşxassəli törəmələrin fonunda yaranır. Bununla endemik zonalarda qalxanabənzər vəz xərçənginin sayının sürətlə artmasını izah etmək olar.

 Qalxanabənzər vəz xərçənginin əlamətləri:

 Səsin xırıltılı olması

Boyunda ağrılar

Boyun limfa vəzilərinin böyüməsi

Udqunmada və nəfəsalmada çətinlik

Dərialtı damarların genəlməsi və dəridə “ulduzcuq”ların  əmələ gəlməsi

 Başlanğıc mərhələlərdə  klinik simptomatika demək olar ki, nəzərə çarpmır. Nəzərə almaq lazımdır ki, əksər bədxassəli şişlər uzunmüddətli xoşxassəli xarakterli zobdan sonra yaranır. Ən ilk və obyektiv simptomlardan biri artıq mövcud olan zobun qalınlaşması və qabarıqlaşması nəzərə çarpır. Çox hallarda xəstəyə baxış zamanı qalxanabənzər vəzidə simptomsuz keçən və sürətlə inkişaf edən düyün tapılır. Sağlam vəzidə şiş mənşəli düyün adətən bir payda rast gəlinir, ən çox onun aşağı hissələrində. Nadir hallarda isə düyün boyunda əmələ gəlib, hər iki paya yayılır. Şiş başlanğıcda dairəvi, hamar və vəzin özünün toxumasına nisbətən, daha qalın konsistensiyaya malik olur. Böyüdükcə o, qabarıq olub, sərhədlərinin kəskinliyi itir, hər iki ya bir payı əhatə etmiş olur. Bütün bunlardan sonra yuxarıda göstərilən əlamətlər özünü göstərməyə başlayır.

Histoloji təsnifata görə, qalxanabənzər vəzin xərçəngi aşağıdakılara bölünür:

 

Qalxanabənzər vəzin papillyar  ya da qarışıq-follikulyar ya da yüksəkdifferensasiyalı xərçəngi. Bu növ  78 % hallarda rast gəlinir.

Qalxanabənzər vəzin follikulyar xərçəngi, 17%-ni təşkil edib, yaşlı insanlarda daha çox rast gəlinir.  Follikulyar xərçəng  papillyar  xərçəngə nisbətən daha aqressiv  sayılır. O, qan damarlarına və daha uzaq məsafələrə yayıla bilir, əsasən də ağciyər və sümüklərə.

Vəzin medullyar xərçəngi, bütün növlərin 4%-ni təşkil edir. Bu növ erkən mərhələlərdə boyun limfa düyünlərinə, qaraciyər və beynə metastaz verir.

Qalxanabənzər vəzin anaplastik xərçəngi. Anaplastik xərçəng  ən aqressiv növ olub, cəmi 1% hallarda rast gəlinir. Ən çox  kişilərdə və 65 yaşından sonra rast gəlinir.

 Qalxanabənzər vəz xərçənginin diaqnostika və müalicəsi

Bu xəstəliyin diaqnostikasında müxtəlif metodlar tətbiq olunur, qan analizi (əsasən, vəzin funksiyası ilə bağlı), USM, PET, MRT, izotop ??????, biopsiya, larinqoskopiya, angioqrafiya və s. Bu diaqnostik metodlar şişin mərhələsindən, yaxın orqan və toxumalara  metastaz  verməsindən asılı olaraq dəyişir.

Müalicə taktikasını xərçəngin histoloji növü, aqressivlik dərəcəsi, yayılması, yaş və s. müəyyən edir. Hər bir halda müalicəyə individual yanaşılmalıdır. Diaqnoz dəqiqləşdirildikdən sonra ən müvafiq müalicə seçilir. Ən yayılmış müalicə növü  qalxanabənzər vəzin bir payının və ya bütövlükdə cərrahi əməliyyat vasitəsilə götürülməsidir. Bundan başqa, radioaktiv yodla da müalicə aparılır ki, bu da şişin dağılmasına səbəb olur. Aparılan müalicələrdən sonra pasient endokrinoloqun nəzarəti altında dispanserdə nəzarətdə olmalıdır. Xəstələrə əvəzedici hormonal terapiya təyin olunur, buna görə də qanda qalxanabənzər vəzin hormonları daimi  olaraq  yoxlanılmalıdır.

 Proqnoz prosesin mərhələsindən asılı olaraq təyin edilən müalicə növündən və şişin histoloji formasından asılıdır. Qalxanabənzər vəz xərçəngindən ölüm nadir hallarda olur. Zəif dərəcəli bədxassəli şişlərdə isə sağalma xəstələrin demək olar ki, 70-80% hallarında baş verir.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100