Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Uşaqlıq boynu xərçəngi  | 2237 dəfə oxunub

Uşaqlıq boynu xərçəngi

 Uşaqlıq boynu xərçəngi bütün müasir qadınların qorxusudur. Uşaqlı boynu xərçəngi  bədxassəli şişlərdən olub, qadınların onkoloji xəstəlikləri arasında dördüncü yerdə durur (mədə, dəri və süd vəzi xəstəliklərindən sonra).

Uşaqlıq boynu xərçəngini yaradan hüceyrələr həmin nahiyəni əhatə edən normal hüceyrələrdən inkişaf edir. Hər il 600000 qadına bu xəstəliyin diaqnozu qoyulur. Adətən, uşaqlıq boynu xərçəngi 40-60 yaşarası qadınlarda rast gəlinir, lakin təəssüf ki, son zamanlar   xəstəlik xeyli “cavan”laşıb.

 Səbəb digər onkoloji xəstələrdə olduğu kimi, burada da risk faktorlarına yaş, radiasiya və kimyəvi konserogenlər aiddir. Bundan başqa, alimlər sübut ediblər ki, genital herpes və papillomavirus kimi virus xəstləlikləri ilə uşaqlıq xərçənginin arasında birbaşa əlaqə var. Məsələn, papilloma virusundan əziyyət çəkən qadınların ( Human papilloma virus- HPV)  95%-də xərçəng aşkarlanır. Hər iki virusun daşıyıcısı olan qadınlarda isə uşaqlıq boynu xərçənginə tutulma  riski  sağlam qadınlara nisbətən 2-3 dəfə çoxdur.

 Beləliklə, belə bir tendensiya yaranır ki, uşaqlıq boynu xərçəngi cinsi əlaqə vasitəsilə keçir.

Həkimlər müəyyənləşdiriblər ki, altı və daha çox tərəf müqabili olan qadınlarda uşaqlıq boynuna tutulma riski 11 dəfə çoxdur. Ən böyük risk qrupuna isə fahişələr aiddir, bakirələrdə isə bu risk demək olar ki, sıfıra bərabərdir.

 Əksər hallarda şiş aşağıdakı qrupa aid  olan qadınlarda meydana çıxır:

 -         çox gənc yaşda cinsi həyata  başlamış (16 yaşına qədər).

-         16 yaşına qədər hamiləlik və doğuş keçirən

-         düzgün  cinsi həyat sürməyən

-         çox abort elətdirən

-         iltihabi və zöhrəvi xəstəliklərdən əziyyət çəkən

-         çox siqaret çəkən

-         uzun müddət  kontraseptiv hormonal preparatlar qəbul edən

-         immun sistemi zəif olan qadınlar

 Uşaqlıq boynu xərçəngi nadir hallarda heç bir səbəb olmadan yaranır, bunlara aiddir: uşaqlığın eroziya və yastı kondilomalar zamanı, doğuş abortlarından sonrakı toxuma çapıq dəyişiklikləri, o cümlədən uzun müddətli iltihabi proseslər nəticəsində  uşaqlıq  hüceyrələrinin xüsusiyyətinin dəyişilməsi. Orta hesabla, xərçəngönü xəstəliklərlə xərçəngin yaranması arasındakı vaxt 2-15 il çəkir. Başlanğıc mərhələdən son mərhələyə qədər olan vaxt isə 1-2 ildir. Əvvəlcə şiş yalnız uşaqlıq boynunu zədələyir, sonra isə yavaş-yavaş ətraf orqan və toxumalara yayılır. Xəstəlik zamanı şiş hüceyrələri limfa dövranı vasitəsilə yayılaraq limfa düyünlərinə keçir və metastazlar yaradır (yəni yeni şiş düyünləri).

 Xəstəliyin erkən mərhələlərində çətin ki, qadın belə bir xəstəliyin yarandığını aşkarlaya bilsin, səbəb isə adətən, xəstəliyin simptomsuz keçməsidir. Əksər hallarda təsadüfən ginekoloqun müayinəsi zamanı aşkarlanır.

 Lakin qadınlar özləri də diqqətli olmalıdırlar, uşaqlıq yolundan hər hansı ağ rəngli ifrazat olarsa, az miqdarda qanla qarışıq bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Şiş nə qədər böyük olarsa və uzunmüddətli olarsa, bu zaman böyük ehtimalla cinsi əlaqədən, ağır yük qaldırdıqdan, gərginlikdən sonra qanlı ifrazat olacaq. Bu əlamətlər artıq uşaqlıq boynunda damarların partlaması ilə müşahidə olunan törəmələrin yaranmasını göstərir.

Sonrakı mərhələlərdə şişin inkişaf etməsi ilə əlaqədar kiçik çanağın  sinir kələfləri sıxılır və nəticədə oma, bel və qarnın aşağı hissəsində ağrıların əmələ gəlməsi ilə xarakterizə olunur.

 Uşaqlıq boynu xərçənginin inkişafı zamanı və kiçik çanağın orqanlarına metastaz verdikdən sonra isə kürək nahiyəsində, ayaqlarda ağrılar, ödem meydana çıxır, defekasiya aktı və sidiyə getmə pozulur. Bundan başqa, həmçinin bağırsaq və uşaqlıq arasında fistullar əmələ gələ bilər.

 Diaqnostika: uşaqlıq xərçənginin diaqnostikası ginekoloqun müayinəsindən başlayır. Müayinə zamanı həkim uşaqlıq yolunun barmaqla müayinəsi, ginekoloji güzgü vasitəsilə uşaqlığın müayinəsi, kolposkopiya ( kolposkop adlı xüsusi cihaz vasitəsilə aparılan müayinə) vasitəsilə  uşaqlığın vəziyyətini və burada  törəmənin olub-olmamasını aşkarlayır. Müayinə zamanı həmçinin biopsiya da aparıla bilər (yəni həmin nahiyədən kiçik bir hissəcik götürülərək histoloji  müayinə edilir). Əgər ginekoloqun şübhə etdiyi xəstəlik təsdiqlənsə bu zaman pasient onkoloqun konsultasiyasına göndərilir.

 Uşaqlıq boynu xərçənginin erkən mərhələlərində aşkarlanması üçün xüsusi test  mövcuddur. Bu testi ildə 2 dəfə  40 yaşını adlamış hər qadının elətdirməsi məsləhət görülür. Kiçik çubuq vasitəsilə uşaqlıq boynundan yaxma götürülür, sonra isə xüsusi rəngləndirici vasitəsilə rənglənir və mikroskop altında müayinə aparılır. Bu metodun adı “mikroskop altında uşaqlı boynundan götürülmüş yaxmanın sitoloji müayinəsi”dir. İngilisdilli ölkələrdə bu test Papanikolau, ABŞ-da isə “pap smear” adlanır.

 Bəzi hallarda həkim USM təyin edə bilər. Qarın boşluğu və çanaq orqanlarının KT və MRT müayinəsi vasitəsilə şişin ölçüsü və lokalizasiyasını , o cümlədən yerli limfa düyünlərinin də prosesə cəlb olunduğunu təyin etmək olar.

 Müalicə: uşaqlıq xərçənginin müalicəsi kompleks şəkildə aparılır: əməliyyat, kimya və şüa terapiyası. İndividual vəziyyətə , xəstəliyin mərhələsi, yanaşı gedən xəstəliklər, uşaqlıq boynunu vəziyyəti və hazırda olan iltihabi xəstəliklər nəzərə alınaraq müalicə təyin edilir.

 Əməliyyat zamanı gedişindən asılı olaraq, uşaqlığın boynu və ya onun bir hissəsi, bəzən isə tamamilə uşaqlıqla  birlikdə şişin çıxarılması mümkündür. Əgər şiş hüceyrələri  kiçik çanağın limfa düyünlərinə də yayılıbsa bu zaman əməliyyat zamanı onlar da aradan götürülür. Yumurtalıqların saxlanılması  isə vəziyyətdən asılı olaraq dəyişir, belə ki, cavan qadınlarda xərçəngin ilk mərhələlərində onları saxlamaq mümkündür.

 Əməliyyatdan sonra ehtiyac olduqda pasientlərə şüa terapiyası təyin edilir. İonlaşdırıcı şüalarla müalicə həm əməliyyatı tamamlayan bir müalicə növü kimi, həm də ayrı bir müalicə sistemi  şəklində təyin edilə bilər.

 Bundan başqa, uşaqlıq boynunun xərçəngi zamanı kimyəvi terapiya da aparıla bilər, bu preparatlar  xərçəng hüceyrələrinin böyüməsi və çoxalmasının qarşısı alır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, uşaqlıq boynu xərçəngində  kimyəvi terapiyanın imkanları çox məhduddur.

 Ümumiyyətlə, uşaqlıq boynu xərçənginin müalicəsində effektivlik qadının yaşından, terapiyanın düzgün seçilməsindən, ən əsası da erkən diaqnostikadan asılıdır. Əgər xəstəlik erkən mərhələlərdə aşkar olunursa, proqnoz müsbətdir və təkcə cərrahi metodla xəstəlik müalicə olunur.

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100