Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Yumurtalıq xərçəngi  | 1214 dəfə oxunub

Yumurtalıq xərçəngi

Yumurtalıq xərçəngi bədxassəli şişlərə aid olub,  yumurtalıq toxumasından əmələ gəlir. Qadınlarda iki yumurtalıq olur, hər biri çanağın bir tərəfində yerləşir. Statistikaya görə, hər 70 qadından biri yumurtalıq xərçənginə tutulur. Bu əsasən, 50 yaşdan sonra baş verir, lakin son zamanlar bu  xəstəlik də  “cavanlaşıb”. Yumurtalar yumurta hüceyrə və hormon sintez edirlər: estrogen və progesteron. Yumurtalıqlar epitel qatla örtülü olur ki, şişlərin də əksəriyyəti məhz bu qatdan əmələ gəlir.

Bütün digər bədxassəli şişlərdə olduğu kimi, yumurtalıq xərçənginin də əsas səbəbləri tam öyrənilməyib. Statistik məlumatlara əsasən, aşağıdakılar risk faktoru kimi göstərilir:

-          İrsi faktor: ailədə yumurtalıq xərçəngindən əziyyət çəkən qadın varsa və bu çox yaxın qohum, məsələn ana, bacıdırsa, bu zaman risk daha da artır.

-          Uşaq doğmayan qadınlarda xəstəliyə tutulma riski daha yüksəkdir, nəinki doğan qadınlarda. Lakin kontraseptiv hormonal preparat qəbul edən qadınlar istisna təşkil edir.

-           Yaş faktoru: əsasən, 50 yaşdan sonrakı qadınlar xəstələnirlər, pik nöqtə isə 60 yaşa düşür.

-          İndividual tibbi anamnez: süd vəzi xərçəngindən əziyyət çəkən  qadınlar da risk qrupuna aiddir.

Təəssüflə qeyd etmək lazımdır ki, yalnız 30-35% qadın yumurtalıq xərçəngi diaqnozundan təsdiqləndikdən sonra cəmi 5 il yaşayır. Səbəbi isə erkən mərhələlərdə heç bir simptomun olmamasıdır. Xəstəliyin diaqnozu adətən, artıq müalicəyə tabe olmayan vaxtda  qoyulur, bu zaman da artıq gec olur. Lakin buna baxmayaraq  tibbi tədqiqatlarla sübut olunub  ki, simptomlar mövcuddur: qarın boşluğu nahiyəsində narahatçılıq və ağrı, ürək bulanma, qarnın köpməsi, halsızlıq, kürəyin və qarnın aşağı hissəsində ağrı. Yəni ki, bir çox xəstəlikdə müşahidə olunan simptomlardır. Lakin yumurtalıq xərçəngində bu simptomlar epizodik olaraq deyil, daimi olaraq özünü göstərir və 90-95% erkən yumurtalıq xərçəngi diaqnozu qoyulan hallarda bu simptomların biri də olsa müşahidə olunur. Ancaq çox zaman qadınlar bunu yumurtalıq iltihabı ilə əlaqələndirirlər. Buna görə də həkimə müraciət etməyin ilkin səbəbi qarnın böyüməsi olur. Qarnın böyüməsi isə şişin qarın boşluğuna yayılması, piyliyin zədələnməsi və bununla bağlı mayenin toplanması nəticəsində meydana çıxır.

Yumurtalıq xərçənginin diaqnoz və müalicəsi:

Diaqnoz: ginekoloji müayinə, transvaginal USM, qanda onkomarkerlərin CA-125-in yoxlanılması. Şiş tapıldıqda PET müayinə aparılır ki, şişin nə dərəcədə yayılması və metastazları aşkarlasın.

Müalicə: mərhələ, yaş, xəstənin ümumi vəziyyəti və  şişin növündən asılıdır. Əsas müalicə üsulu cərrahi əməliyyat və kimya terapiyasıdır.

Proqnoz: bu xəstəlik zamanı yaxşı deyil, xəstəliyin ilkin mərhələsində 5 il yaşama 80% təşkil edir, lakin ən birinci mərhələdə (yalnız bir yumurtalıq zədələnib və digər orqanlara yayılmayıbsa),bu zaman göstərici 95% ə qədər yüksəlmiş olur. Üçüncü və dördüncü mərhələlərdə isə 5 il yaşama 25-30% təşkil edir.

Yumurtalıq xərçəngi zamanı ölümə səbəb assit, bağırsaq keçməzliyinin pozulması, orqanizmin üzülməsi halıdır. Ölümə həmçinin uzaq metastazlar olan sümük, ağciyər və baş beynin metastazları səbəb ola bilər.

Erkən mərhələdə qoyulan diaqnoz zamanı proqnoz daha yaxşıdır. Məhz buna görə də qadınlar  ,xüsusilə də 50 yaşdan sonrakı xanımlar mütləq planlı şəkildə  ginekoloqun müayinəsindən keçməlidirlər.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100