Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Düz bağırsaq xərçəngi  | 1646 dəfə oxunub

Düz bağırsaq xərçəngi

Düz bağırsaq xərçənginin müayinə və müalicəsi son illərdə aktuallıq qazanıb, bu isə öz növbəsində sürətlə düz bağırsaq xərçənginin artması ilə əlaqədardır.

 

Təəssüflə qeyd etmək lazımdır ki, düz bağırsaq xərçəngi son zamanlar sürətlə artır və bütün bədxassəli şişlərin 4-6%-ni təşkil edir. Qərb dünyasında süd vəzi xərçəngi kimi kimi üçüncü yerdə durur. Əsasən 40 yaşdan sonra və kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

 Bu xəstəlikdən ən çox Amerika, Qərbi Avropa, İsrail əhalisi əziyyət çəkir. Beləliklə, bu zaman xəstəliyin ən çox yayıldığı ərazilərin iqtisadi inkişaf nəzərə alınaraq xəstəliklə  bu ölkələrdəki qidalanma arasındakı qarşılıqlı əlaqəsi öyrənilir. Belə ki, yoğun bağırsağın xərçənginə  qida məhsullarının tərkibində olan piylər və zülalların tərkibində olan konserogen maddələr səbəb olur. Sübut olunmuşdur ki, normadan artıq heyvani mənşəli piylərin qəbulu öd turşularının orqanizmdəki səviyyəsinə təsir edir. Bunlar öz növbəsində potensial konserogen maddələr hesab olunur. Onlar mikrofloranın normal aktivliyinə təsir edərək, nəticədə mikrofloranın özü tərəfindən  konserogen maddələrin sintez olunmağına gətirib çıxarır.

 Risk faktorlarına qidalanmadan başqa, aşağıdakılar da aiddir:

 -         Yaş həddi: 50 yaşdan yuxarı

-         Yaxın qohumlarda onkoloji xəstəliklərin olması, məsələn, bağırsaq və ya düz bağırsaq, yumurtalıq, uşaqlıq və süd vəzi xərçəngi

-         Xoralı kolit və ya Kron xəstəliyinin olması

-         Poliplər, xüsusilə də düz bağırsaq polipləri

-         Düz bağırsağın və ümumiyyətlə bağırsağın iltihabi prosesləri, xora, proktit, anus  çat, fistul, babasil, divertikul və s.

 

Düz bağırsaq xərçənginin ilk simptomları da digər bədxassəli şişlərdə olduğu kimi bilinmir. Şişin böyüməsi ilə əlaqədar o, bağırsaq mənfəzini tutduğundan defekasiya aktı zamanı xəstələrdə küt, xoşagəlməz  ağrılar, bəzən isə qusmaya səbəb olur. Bundan əlavə, defekasiya zamanı kaldan öncə qanın və seliyin olması, kal hissələrinin deformasiyaya uğramış şəkildə, lentvari şəkildə olması qeyd olunur. Daha sonra isə xəstələr tez-tez bayıra çıxmağa meylli olurlar və çox miqdarda üfunətli, irinli-qanlı kütlə, qəbizliklə növbələşən ishallar baş verir və nəticədə xəstə arıqlayır. Ağır hallarda bağırsaq keçməzliyi, qanaxma, iltihabi ağırlaşmalar ( abses, fleqmona, peritonit) baş verir. Şiş sidik kisəsinə və uşaqlıq yoluna sirayət etdikdə fistul yaranır və digər orqanları da sıxaraq onların funksiyasını pozmuş olur.

 Düz bağırsaq xərçənginin  diaqnostika və müalicəsi:

 -         Nəcisdə gizli qanın yoxlanılması. Bu analiz xəstəliyin başlanğıcında hələ heç bir əlamət olmadıqda və nəcisdə qan olmadıqda yoxlanılır. Həmçinin, diaqnozu çətinlik törədən xəstələrdə dəqiqləşdirmək üçün və 50 yaşdan yuxarı profilaktika məqsədilə aparılır.

-         Düz bağırsağın barmaqla yoxlanılması

-         Kolonoskopiya, rektoromonoskopiya (siqmoskopiya),lazım gəldikdə biopsiya ilə birlikdə

-          Barium-sulfatla  bağırsağın yoxlanılması

-          PET-KT müayinəsi metastazların istisna edilməsi üçün tətbiq olunur, belə ki düz bağırsaq xərçəngi mezenteriumun limfa düyünlərinə, çanaq birləşdirici toxumasına, aorta boyu olan limfatik düyünlərinə metastaz verir.

-         Hematogen metastazlar çox vaxt qaraciyər və sümüklərdə meydana çıxır. Daha aşağı nahiyələrdə yerləşən  xərçəng  isə hətta qasıq nahiyəsinin limfa düyünlərinə  metastazlar verə bilər.

 Müalicəsi mərhələsindən asılı olaraq aparılır. Erkən mərhələlərdə cərrahi əməliyyat kifayət edir, lakin  gecikmiş mərhələlərdə şüa terapiyası, kimyəvi terapiya, bioterapiya aparılır.

 Proqnoz xəstəliyin mərhələsi, metastazların olması, sağlamlıq vəziyyətindən və s. asılıdır. Erkən qoyulmuş diaqnoz və müvafiq müalicə sağalma və daha uzun müddətli yaşama şansını artırır. Vaxtında həkimə müraciət etsəniz, xəstəliyin qarşısını almaq daha asandır, nəinki onu gecikmiş mərhələlərdə müalicə etmək.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100