Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Süd vəzi xərçəngi  | 1787 dəfə oxunub

Süd vəzi xərçəngi

Süd  vəzi xərçənginin müalicəsi xüsusi biliklər və müxtəlif sahə üzrə çalışan mütəxəssislərin əməkdaşlığını tələb edir. Süd vəzi xəstəliyinin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq edir-ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.

 Süd vəzi xərçənginin diaqnostikası: kliniki müayinələr və həkimlə söhbət (anamnez). Xəstə ilə ilk təmasda həkim ilk əlamətləri öyrənməlidir. O, şübhə olunan şişi, qoltuqaltı nahiyəni (limfa düyünlərinin böyüməsini öyrənmək üçün) mütləq müayinə etməlidir. Anamnezlə tamamlanmış müayinə düzgün diaqnoz qoymağa və müvafiq müalicəyə başlamağa imkan verir.

 

Anamnezdə aşağıdakılar toplanır: yaş, ilkin aybaşı, menapauza dövrünün başlanğıcı, dövrün fazası, ilk hamiləlik, südlə qidalandırma tarixi, xərçəng xəstəlikləri və şüa terapiyası, xoşxassəli şişlər, süd vəzisində əməliyyatlar, hormonal terapiya, sosial- ekonomik status, irsi süd vəzi və yumurtalıq xərçəngi.

Laborator analizlər: genişlənmiş qan analizi (60 a qədər göstərici) orqan və sistemlərin finksional qabiliyyətini göstərəcək.

 Mammoqrafiya vasitəsilə süd vəzi rentgen olunur. Bu üsul hazırda xərçəngin ilkin mərhələlərində onun tapılmasına imkan verən yeganə üsuldur. Mammoqrafiya əsasında həkim  düyünlü xərçəng və ya   başqa xəstəlik olduğunu aşkarlaya bilər.

 

Ultrasəs müayinəsi (USM) bu müayinə üsulu mammoqrafiyanı tamamlamış olur. Bəzi qadınlarda xüsusilə cavan qadınlarda yalnız mammoqrafiya ilə süd vəzində olan dəyişiklikləri aşkarlamaq olmur və bu zaman USM  diaqnozun dəqiqləşdirilməsinə  kömək edir.

 Maqnit-rezonans tomoqrafiya (MRT), aparılan digər müayinələrdən sonra da şübhəli hal qalırsa, bu zaman MRT  tətbiq olunur. Bu müayinə insanı şüalanmaya məruz qoymur.

 Biopsiya: bu toxumalardan nümunə götürülməsidir. Yalnız mikroskopik analiz şişin xoş və ya bədxassəli olmasını təsdiqləyə bilər. Bu dəqiq bir üsul olub, heç bir ağırlaşması yoxdur.

 Süd vəzi xərçənginin müalicəsi: tibb elmi sürətlə inkişaf edir və məhz buna  görə hazırda hər bir xəstə üçün individual müalicə üsulu seçmək mümkündür. Bu isə öz növbəsində ağırlaşma olmadan daha effektiv müalicəyə gətirib çıxarır. Süd vəzi xərçəngi diaqnozu qoyulubsa və metastaz yoxdursa demək olar ki, hər zaman müalicə növü cərrahidir.

 Şişin yerləşməsi, süd vəzinin forma və ölçüsündən asılı olaraq, xəstənin individual istəkləri nəzərə alınaraq həkimlərin tətbiq edəcəyi bir neçə cərrahi metod var.

 Şüa terapiyası isə digər qalan xərçəng hüceyrələrini və ayrılmış lakin formalaşmamış şiş hüceyrələrini məhv edir. Şüa terapiyasının məqsədi süd vəzində hələ də qalmış və ya çapıq toxuma ətrafında (əməliyyat olan nahiyədə) olan hüceyrələri məhv etmək və nəticədə yeni yaranacaq şiş hüceyrələrinin (lokal residiv) qarşısını almaqdır.

Bundan başqa, kimyəvi terapiya, hormonal müalicə, o cümlədən bisfosfonat (osteoporozun və sümük metastazının qarşını almaq üçün) tətbiq olunur.

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100