Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Dəri xərçəngi  | 1816 dəfə oxunub

Dəri xərçəngi


Dəri xərçəngi dərinin epidermal mənşəli bədxassəli şişi olub, ən çox yayılan onkoloji xəstəliklərdən hesab olunur. 70 yaşa qədər insanlarda 45-50% hallarda rast gəlinir.

Amerikada il ərzində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.

Dəri insan orqanizminin ən böyük orqanıdır. O daxili orqanların üzərini örtür ,onları zədələnməkdən qoruyur, orqan və xarici mühitin mikroorqanizmləri arasında baryer rolunu oynayır, suyun və digər mayelərin bədəndə normadan artıq çıxmasının qarşısını alır, bədən temperaturunu normallaşdırır və bədənin artıq maye və duzlardan xaric olmasına şərait yaradır. Dərinin bəzi hüceyrələri beyinlə əlaqədardır və bu da temperatur, ağrı hissi və toxunmanı hissə etməyə səbəb olur.

Dəri 3 hissədən ibarətdir: epiderma, derma və dərialtı qat. Epidermada melonosit adlanan hüceyrələr var ki, onlar da öz növbəsində qoruyucu piqment olan melanini sintez edirlər. Melaninin hesabına dəri ya sarı-qəhvəyi ya qəhvəyi rəngli olur, bu da dərinin daha dərin qatlarının günəşin ziyanlı şüalarından qoruyur.

 Dəri xərçəngi əmələ gəlməsinin risk faktorları

 Risk faktorlarına aşağıdakılar aiddir:

 orqanizmin genetik meyli

ultrabənövşəyi və ionlaşdırcı şüalanma

dəri üzərinə düşən müxtəlif konserogen maddələr

tabak tüstüsünün konserogenləri

 Beləliklə, əsas səbəb kimi xəstəliyin əsasında epitelin daimi fiziki və kimyəvi konserogenlərlə zədələnməsi və əlbəttə ki, irsi meyllilik də durur.

 Dəri xərçənginin müxtəlifliyi: indiki dövrdə dəri xərçənginin aşağıdakı formaları mövcuddur:

 Bazalhüceyrəli karsinoma

Bazalhüceyrəli karsinoma və ya bazilioma, dəri karsinoidi və s. Dəri xərçəngi içərisində 75%  təkcə bu növün payına düşür və uyğun olaraq da yayılmasına görə birinci yerdədir.

Bu xəstəliyə ən çox açıq dərili, açıq rəngli gözə və saça  malik insanlar tutulurlar. Şiş adətən, kiçik düyün şəklində başda, boyunda və ya əllərdə əmələ gəlir. Bir qayda olaraq, bu düyün çox yavaş templə  böyüyür və bir neçə ildən sonra 1 sm-ə qədər böyüyə bilər. Sonra qanaxma verir, çapıqlaşır, sağalır və hər şey yenidən təkrar olunur. Bəzən bazalhüceyləri karsinoma bədəndə qırmızı ləkələr şəklində də əmələ gələ bilər. Nadir halda metastaz verərək dəri altı toxumalara keçərək onları dağıda bilər.

Yastıhüceyrəli xərçəng- skvamoz hüceyrəli karsinoma

 Bu növ karsinoma açıq dərili adamlar içərisində dəri xərçəngi üzrə ikinci ən çox yayılmış formadır. Bu forma dərinin üzərindən bir qədər hündürlükdə yerləşən və ya soyulan qırmızı ləkə şəklində olur, bəzən çox böyük ölçülərə çatır və metastaz  verə bilir. Yastıhüceyrəli xərçəngin ən çox lokalizasiya olunduğu nahiyələr üz, dodaq, ağız boşluğu və qulağın sırğalıq nahiyəsidir.

Vaxtında qoyulan diaqnoz və düzgün aparılmış cərrahi müalicə nəticəsində bazalhüceyrəli və yastıhüceyrəli xərçəngin sağalma şansı  95% -dir.

 Melonoma

Bu xərçəng növü melanosit adlanan hüceyrələrdən inkişaf edir. Onlar embrional dövrdə dəriyə, gözə və mərkəzi sinir sisteminə miqrasiya edirlər.

Melanoma yuxarıda qeyd olunan hər iki növ xərçəngə nisbətən az rast gəlinir, lakin bu daha  ciddi xəstəlik hesab olunur. Melanoma bədxassəli şişlərə aid olub, bütün dəri şişlərinin 13%-ni təşkil edir və son illərdə bu xəstəlikdən əziyyət çəkənlər sürətlə artmaqdadır.

Melanoma əksər hallarda ağ dərili kişilərin bədənində və ağ dərili qadınların aşağı ətraflarında

rast gəlinir. Halbuki xəstəlik hər tip dəriyə malik insanlarda və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Tünd dərili insanlarda melanomaya tutulma riski daha azdır. Lakin tünd dərili adamların ovuclarında, dırnaqlarının altında və ayaqaltında inkişaf edə bilərlər.

Çox nadir halda melanoma orqanizmdə dəri olmayan nahiyələrdə, məsələn, göz, ağız boşluğu, uşaqlıq yolu və digər daxili orqanlarda inkişaf edə bilər. Xüsusilə də nəsillərində melanoma olan insanlar dəridə hər hansı şübhə doğuran ləkə və ya törəməyə rast gəlsələr, mütləq həkimə müraciət etməlidirlər. Lakin bu yalnız genetik meylli insanlara deyil, bütün insanlara aiddir.

Melanomanın diaqnostika və müalicəsi onkologiyada hələ də çətin bir problem olaraq qalır. 75 % hallarda artıq xəstələrdə yayılmış vəziyyət olur və bu zaman da cəmi 50% hallarda  xəstənin ömrü 5 ilə qədər uzadıla bilir.

Ortalama olaraq hər insan 20 anadangəlmə xala malikdir, lakin il ərzində 100000 insandan yeddisi bu xəstəlikdən əziyyət çəkir. Hər il melanomadan 30-50% insan həyatını dəyişir. Lakin melanoma da bütün bədxassəli şişlər kimi erkən mərhələlərdə müalicəyə tabe olur.

Diaqnoz biopsiyaya əsasən qoyulur. Metastazları istisna etmək üçün PET-KT aparılır.

 Müalicə isə mərhələdən, pasientin yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişilir. Üstünlük çox zaman cərrahi əməliyyat vasitəsilə şişin götürülməsinə verilir, lakin bundan əlavə radioterapiya, kimya terapiyası, immunoterapiya da tətbiq olunur.

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100