Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Beyin-damar problemlərində tibbi yardım  | 1195 dəfə oxunub
Beyin-damar problemlərində tibbi yardım
İNSULT («beyin zərbəsi») — beyni qanla təchiz edən arteriyalar sistemində kəskin qan dövranı pozğunluğu. Çox vaxt insulta səbəb beyin damarlarının aterosklerozu və arterial hipertoniyadır. İnsult, adətən, iti inkişaf edir, bərk baş ağrısı, baş gicəllənməsi, qusma baş verir, şüur itirilir. Ayrı-ayrı nevroloji pozğunluq ocaqları (sifətin asimmetriyası, nitq pozğunluğu, parezlər, ətrafların iflici) əmələ gəlir. Geniş inkişaf etmiş insultlar komatoz vəziyyətin inkişafı (beyin koması) ilə müşayiət olunur.
Kəskin insulta məruz olmuş xəstə üçün tam rahatlıq təmin edilməli və təcili surətdə həkim çağırılmalıdır. Həkimin təyin etməsi üzrə xəstəyə beyin qan dövranını yaxşılaşdırıcı dərmanlar: eufillin, maqnezium-sulfat, papaverin yeridilir.
KOLLAPS — arterial təzyiqin kəskin surətdə aşağı düşməsi və periferik qan dövranının kobud pozğunluğu ilə fərqlənən iti damar çatışmazlığı. Kollaps əksəriyyətlə çoxlu qan itirilməsi, travmalar, miokard infarktı, zəhərlənmələr, kəskin infeksiyalar və s. hallarda inkişaf edərək, ən təhlükəli mürəkkəbləşmələrdən, bəlkə də xəstənin ölməsinin vasitəsiz səbəblərindən biridir.
Xəstə səciyyəvi xarici görünüşü ilə fərqlənir: onun gözləri aşağı batmış, dərisi solub-saralmış və kiçik tər damcıları ilə örtülmüş, ətrafları soyuq və göyümtül olur: xəstə əzgin hafda və hərəkətsiz yatır, onun hərəkətləri tormozlanmışdır, nadir halda isə onun narahat olması qeyd edilir. O, tez-tez və səthi nəfəs alır, nəbzi yumşaq olub, tez-tez döyünür, nəbzi dolğunluğu isə zəifdir. Arterial təzyiq aşağı düşür. Onun aşağı düşmə dərəcəsi kollapsın ağırlıq dərəcəsini göstərir.
Simptomların aydınlığı əsas xəstəliyin xarakterindən asılıdır. Belə ki, kəskin qan itirmə zamanı dərinin və aydın görünən selikli qişaların solğunluğu gözə çarpır: miokard infarktı zamanı isə çox vaxt sifətin dərisini göyümtül rəng alması, akrosianoz və s. müşahidə olunur.
Kollaps baş verdikdə xəstəni uzandırmaq (başının altındakı yastıqları götürmək), ətrafları isitqac qoymaq lazımdır. Dərhal həkim çağırılmalıdır. Lakin o gələnə qədər xəstənin dərisi altına ürək-damar dərmanları (kordiamin, kofein) yeridilməlidir.
Həkimin təyin etməsi üzrə, kollapsın səbəblərindən asılı olaraq müxtəlif tədbirlər kompleksi, məsələn qan saxlayıcı müalicə, qan itirildiyi zaman — qan köçürülmə, miokard infarktı zamanı qlükozidləri ağrıkəsici dərmanlar yeridilməsi və s. tətbiq edilir.
MİQREN — adətən, başın yarısında hiss olunan bu ağrı tutması çox vaxt göz yuvası, yuxarı çənə və boyun nahiyəsinə də yayılır. Ağrı qırıq-qırıq xassəli (pulsasiyalı) olur, qıcıqlanma (səs, işıq, iy və s.) təsiri nəticəsində şiddətlənir, çox vaxt ürəkbulanması, bəzən qusma ilə müşayiət olunur. Miqren tutması arterial təzyiqin artmasından və ya kəskin surətdə azalmasından, qlaukomadan, kəllədaxili təzyiqin artmasından asılı deyildir.
Adətən, xəstənin obyektiv müayinəsində əhəmiyyətli patologiyanın olması aşkar edilmir.
İlk yardım: maksimum istirahət verilir, ayaqlara isti vanna edilir, kofeinlə (0,1 q) birlikdə analgin (1 q), isti və şirin çay verilir, ənsə nahiyəsinə xardal yaxması qoyulur.
Müəllif tibb elmləri namizədi B.L. Borodulin
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100