Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
İmmunitetin yaranma nəzəriyyələri  | 1668 dəfə oxunub
İmmunitetin yaranma nəzəriyyələri

Təbii çiçək xəstəliyinin gedişinin digər xəstəliklərdən fərqini ilk dəfə Razes həkimi müəyyən etmiş və xəstəlikdən sonra daimi immunitet yaranmasını söyləmişdir.Hipokratın davamçısı olan bu alim xəstəlik zamanı orqanizmdə olan keyfiyyət və kəmiyyət dəyişikliklərini 4 əsas şirə — qan, fleqma, sarı və qara öd ilə əlaqələndirirdi.Razesin nəzəriyyəsinə görə təbii çiçək xəstəliyi qanın «qıcqırması» ilə bağlıdır.O hesab edirdi ki, dəridə əmələ gələn yaralar partlayaraq orqanizmi qandakı artıq mayedən azad edir.


«Xaric etmə» nəzəriyyəsinə görə çiçək xəstəliyi zamanı çirkli qan qarışığı qıcqırır və qovuqcuq əmələ gətirib orqanizmdən kənar olunur.Belə təmizlənmədən sonra xəstəlik bir daha insana qayıtmır.


XI əsrdə Abu Əli ibn Sina immunitetin inkişafının digər nəzəriyyəsini təklif edir və sonralar 1546-cı ildə İtaliya həkimi Cirolomo Frakastro onu təsvir etmişdir.Bu nəzəriyyə «rüşeym» nəzəriyyəsi adlanır.Bu nəzəriyyəyə əsasən bütün xəstəliklər rüşeymə kiçik toxum axacaqları vasitəsi ilə keçir, insandan insana ötürülür və ananın menstrual qanı ilə bağlı olur, bətndaxili inkişaf dövründə rüşeymə qarışır.Həmin toxumlar orqnizmin müəyyən orqanını və ya toxumasını zədələyərək xəstəlik yaradır.Bundan başqa, hər bir xəstəliyin toxumu müəyyən insan və ya heyvan orqanizminə daha çox meyilli ola bilər və onu ilk növbədə zədələyir.Bu toxumlar xəstəlik zamanı opqanizmdən xaric olunur və heç zaman geri qayıtmırlar.


«Tükənmə» nəzəriyyəsi Andjeli Qatti tərəfindən təklif edilmişdi.Onun fikrincə xəstəliklər zamanı orqanizmdə sağlamlığın qorunması üçün vacib olan bəzi substansiyaların miqdarı əhəmiyyətli dərəcədə azalır və yenidən həmin xəstəliyin yaranması mümkün olmur.


Asiya və Afrikanın xalq təbabətində infeksiyalardan qorunmaq üçün belə bir üsul var idi: qurudulmuş və xırdalanmış təbii çiçək qabıqlarından hazırlanmış tozu gümüş boru vasitəsi ilə burundan resipiyentə üfürməyi və yaxud dəridə balaca kəsik apararaq oradan bədənə daxil etməyi məsləhət görürdülər.


1722-ci ildə şahzadə Uelski tərəfindən istifadə olunandan sonra bu metod inokulyasiyaadlandırılmış və İngiltərədə geniş yayılmışdı.Bu metod orqanizmi xəstəlikdən qoruyub, xəstələrin ölüm faizini 2-3%-ə qədər azaldıb.Bu üsul Osmanlı İmperiyasında qızların sağlamlığını və gözəlliyini qorumaq üçün hərəmxanalarda geniş istifadə edilirdi.


1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir.İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir.Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır.İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi.Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı.Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı.Edqar Cenner Londonun fəxri vətəndaşı adı aldı.Rusiyada İmperator I Aleksandrın arvadı II Yelizaveta bu üsullun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.Həmin ildə İmperator Napoleon Fransa ordusunda əsgərlər arasından təbii çiçək əleyhinə peyvənd aparılmasını məcbur etmişdir.


«Anadangəlmə mayalanma» nəzəriyyəsi XII əsrdə Tomas Füler tərəfindən formalaşmışdır.Onun fikrincə orqanizm doğulanda onda istənilən xəstəliyin rüşeymi olur ki, bu da sonralar xəstəliyin inkişafına aparıb çıxarır.Sağalma prosesi orqanizmdə xəstəliyin davamı üçün lazım olan hər hansı substansiyanın tükənməsi ilə bağlıdır.İmmunitetin bu yolla yaranma nəzəriyyəsinin tərəfdarları İtaliyada Tati və Anqelo Hatti olmuşlar.


Müəlliflər: Amalya Əyyubova


Gülnarə Nəsrullayeva


Kitab: Kliniki immunologiya

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100