Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Antigen və onun quruluşu  | 1481 dəfə oxunub
Antigen və onun quruluşu

Orqanizmə daxil olduqda immun sistemi tərəfindən spesifik əkscisimlərin və sensibilizə olunmuş limfositlərin əmələ gəlməsinə səbəb olan və onlarla immun reaksiya yaradan genetik yad maddələr antigen (AG) adlanır.
Antigenin spesifik əkscisimlə birləşən sahəsi epitop və ya antigen determinantı, əkscismin buna uyğun sahəsi isə paratop adlanır.Epitop antigenin əkscisimlə birləşə bilən ən kiçik hissəsidir.Antigenlər bir və ya bir neçə antigen determinatı daşiya bilər.Çoxlu sayda determinata malik molekul multideterminantlar antigen adlanır.Eyni bir molekul üzərində olan determinatlar həm eyni, həm də fərqli ola bilər.Antigen üzərində olan determinantların sayı və xüsusiyyətləri molekulun avidliyini — valentliyini müəyyən edir.
Molekulyar çəkinin artması ilə mütənasib olaraq antigenin valentliyi də artır.Məsələn, kiçik ölçülü disaxarid
AG — in valentliyi mürəkkəb heyvan mənşəli zülalların valentliyindən bir neçə dəfə azdır.Mürəkkəb zülallar, polisaxaridlər, qlikoproteidlər, nuklein turşuları, lipidlər və bəzi süni iri molekullu birləşmələr antigenlik xassəsinə malikdir.
Maddənin antigenlik xassəsi bir neçə faktordan asılıdır.Bu faktorlara aşağıdakılar aiddir:
-maddənin suda həll olmaq qabiliyyəti
-antigenin təbiəti
-molekulyar çəkisi və fəza quruluşu
Antigen orqanizmə müxtəlif yollarla daxil ola bilər: parenteral (dəri altı, əzələ daxili, vena daxili), həzm və tənəffüs yolları vasitəsilə və s.Orqanizmə daxil olduqdan sonra AG müxtəlif immun cavab reaksiyaları yaratmaq qabiliyyətinə mailkdir:
-müxtəlif sinif spesifik əkscisimlər (ƏC) — immunqlobulinlərin əmələ gəlməsi
-ləng tipli allergik reaksiya (LTAR) ilə nəticələnən limfositlərin həssaslaşmış vəziyyəti
-immunoloji tolerantlıq — antigen daxil edildikdə immun cavabın yaranmamasına səbəb olan immun refrakter vəziyyət.


Antigenin növləri və xassələri

Təbiətdə iki cür antigen: tam antigenlər və natamam antigenlər — haptenlər mövcuddur.

Bəzi kiçik molekul çəkili maddələr antigenlik xassəsinə malik olmur.Bu maddələr başqa strukturla — daşıyıcılarla birləşdikdən sonra çəkilərini artırmaqla antigenlik xassəsi əldə edir.Belə maddələr haptenlər adlanır.Haptenlərə misal olaraq dərman preparatlarını, üzvi maddələri (oliqosaxaridlər), qeyri — üzvi birləşmələri (brom) və metalları (nikel) göstərmək olar.
Antigen aşağıdakı xassələrə malikdir:
-yadlıq
-antigenlik
-spesifiklik
-immunogenlik
-tolerogenlik
-allergenlik
Yadlıq — AG — nin daxil olduğu orqanizmə genetik cəhətdən yad olmasıdır.
Antigenlik -antigenin spesifik immun cavab reaksiyası törətmək qabiliyyətidir.Bu qabiliyyət antigenin bir çox xassəsindən asılıdır.Antigenlik gücünə görə antigenlər zəif və güclü olmaqla iki qrupa bölünür.
İmmunogenlik — antigenə qarşı orqanizmin davamlı spesifik immun cavab yaratmaq qabiliyyətidir. İmmungenliyə bir neçə faktor təsir edir.Bu faktorlara aşağıdakılar aiddir:
-Madddənin yadlıq dərəcəsi.
-AG — nin molekulyar çəkisi.Belə ki, zülalların molekul çəkisi artdıqca onların immungenliyi artır.
-Antigenin kimyəvi tərkibi — zülal AG — ləri güclü immunogen, qlikoproteidlər — orta güclü, polisaxaridlər və lipidlər isə zəif immunogen və ya hapten kimi fəaliyyət göstərirlər.
-Antigenin quruluşu.Hüceyrə quruluşlu antigenlər humoral antigenlərə nisbətən daha güclüdür.
-Makroorqanizmin immun vəziyyəti.
-İmmunizəedilmiş orqanizmin növü.
-Antigenin daxili edilmə dozası.
-Antigenin daxil edilmə yolu.Peroral yeridilmə zamanı antigenlər öz xassələrini həzm prosesində qismən itirir, parenteral və venadaxili yeridilmə zamanı isə AG — lər immunogenlik xassələrini saxlayır.
-Antigenin parçalanma sürəti.
-Adyuvantların təsiri.Bəzi maddələr AG — nin kimyəvi tərkibinə təsir etmədən onun immunogenliyini gücləndirir, məsələn, Freynd adyuvantı.
Spesifiklik — antigenlərin ona spesifik sintez olunan əkscisim və ya müəyyən limfosit reseptorları ilə qarşılıqlı təsirini göstərir.Spesifikliyin bir neçə tipləri mövcuddur:
Növ spesifikliyi — bu spesifikliyə əsasən müxtəlif növlərin fərdləri bir-birindən fərqlənir.
Qrup spesifikliyi — eyni növün fərdləri arasındakı fərqləri müəyyən edir.Bu xüsusiyyət ilk dəfə 1901-ci ildə Landşteyner tərəfindən O, A, B, AB qan qrupları ilə əlaqədar kəşf edilmişdir.
Tip spesifikliyi — qrup spesifikliyinə  analoji olaraq yalnız mikroorqanizmlər üçün səciyyəvidir.Məsələn, stafilokokklar aşağıdakı növlərə bölünür:
-qızılı
-epidermal
-ağ stafilokokk
Funksional spesifiklik — müəyyən orqab və toxumanın funksiyası ilə bağlı olan AG spesifikliyidir.
Pataloji spesifiklik — toxumalardakı patoloji dəyişikliklərlə (yanıq, şiş, nekroz) əlaqədardır.
Heterospesifiklik — müxtəlif növ fərdlər üçün səciyyəvidir.Məsələn, Forsman antigeni qoyun, at, pişik, it, siçan eritrositlərində olub insanda təyin edilməmişdir.
Toleragenlik — antigenin immun cavab yaratmamaq və ya onu zəiflətmək qabiliyyətidir.
Allergenlik — allergiyaya meyilli insanlarda həssaslığı gücləndirmək və sensibilizasiyadan sonra allergik reaksiya törətmək qabiliyyətidir.

Müəlliflər: Amalya Əyyubova


Gülnarə Nəsrullayeva


Kitab: Kliniki immunologiya

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100