Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
HLA antigenlər  | 1686 dəfə oxunub
 Antigenlərin təsnifatı.HLA antigenlər.
Antigenlərin təsnifatı

Antigenlər müəyyən meyarlara görə bir neçə növə bölünür:
A.Yerləşməsinə görə:
1.Hüceyrə AG — ləri (membran, nüvə, sitoplazmatik)2.Humoral AG — ləri (hüceyrə xarici)
3.Stromal AG — ləri (kollagen, elastik və digər liflərin antigenləri)
B.Yadlığa görə:
Autoantigenlər — müəyyən şəraitdə spesifik əkscisimlərin sintezinə səbəb olan orqanizmin özünəməxsus antigenləri.
İzoantigenlər — genetik cəhətdən eyni olan orqanizmlərin antigenləri (bir yumurta əkizlərində).
Singen — bir genetik xəttə aid olan orqanizmlərin antigenləri.Məs., donor və resipient genetik cəhətdən bir nəslə aid olduqda (baba, ata, oğul və nəvə).
Allogen — eyni növün ayrı — ayrı fərdləri üçün səciyyəvi antigenlərdir.Məsş, insanlarda əsas histouyğunlaşma kompleksinin antigenləri — HLA.
Heterogen — müxtəlif növ orqanizmlərə (heyvan, mikroorqanizm növləri) aid ola AG.Bu antigenlər əsasən lipid və polisaxaridlər mənşəli olur.
C.İmmun cavab yaratma mexanizminə görə:
1.Timusdan asılı antigenlər.
Bu antigenlər T-limfositlərin (T-helperlərin) iştirakı ilə immun cavab yaradır, B limfositləri aktivləşdirir, İgM və İgG-nin sintezini stimulyasiya edir.
2.Timusadan asılı olmayan antigenlər.
Bu antigenlər isə T-limfositlərin istirakı olmadan birbaşa B limfositlərini aktivləşdirir və humoral immun cavabın yaranmasına təkan verir.


HLA antigenlər

Əsas histouyğunlaşma kompleksi — ƏHK (MHC — Major Histocompatibility Complex) haqqında anlayış XX əsrin 40-cı illərində George Snell tərəfindən toxuma uyğunluğunun qanunları müəyyən olunduqdan sonra meydana çıxmışdı.Bu kompleks bütün onurğalılarda mövcuddur.İnsanda bu kompleks 6-cı xromosomun kiçik qolunda yerləşərək HLA (Human Leucocyte Antigen) adlanır.HLA-antigenləri qlikoproteinlər olub, ilk dəfə leykositlərdə, daha sonra isə bütün nüvəli hüceyrələrin və trombositlərin plazmatik membranlarında tapılmışdır.

Quruluş və funksional cəhətlərinə görə bu antigenlər aşağıdakı siniflərə bölünür:
I sinif — klassik HLA-A, HLA-B, HLA-C lokuslarında yerləşən antigenlər.
Bütün siniflər içərisində ən geniş yayılanı I sinif antigenləridir.Bu antigenlər nüvəli hüceyrələrin, demək olar ki, hamısında, nadir hallarda isə beyin və epitelial hüceyrələrdə yerləşir.Yalnız eritrositlərdə MHC antigenləri təyin edilmir.I sinif MHC genləri — membran zülallarını kodlaşdırır və daha çox leykositlərdə və limfositlərdə yerləşir.
MHC I sinifin hər lokusu 44000 D molekul çəkisi olan α-polipeptid zəncirini kodlaşdırır.α-zəncirin 3 hüceyrə xarici domeni (α1, α2, α3), transmembran yüngül β2-mikroqlobulinlə bağlıdır.α1 və α2 domenlərin arasında T-limfositlər tərəfindən tanınan xüsusi sahə (cleft) var.
II sinif — bir sahə ilə əlaqələnən antigenlər (insanda HLA-DR, DQ, DP, siçanda-Ia).II sinif antigenlər əsasən B-limfositlərdə, makrofaqlarda, kapilyarların endotelində və epiteial hüceyrələrdə yerləşir.Bunlar membranlarda yerləşən heterodimer molekullar olub α zəncirindən (molekulyar çəkisi 34000 D) və β zəncirdən  (molekulyar çəkisi 29000 D)ibarətdir.Hüceyrə xaricində hər bir zəncirin 2 domeni yerləşir.α1vəβ1domenlərin iştirakı ilə T-limfositlər tanıyan sahə formalaşır.
III sinif -  komplementin C4, C2 və B komponentinə aid olan qlikoproteidlərdir.
I və II sinif antigenlər immun sistemin yad antigenləri tanımasını təmin edir.Belə ki, mikroblar və onların həyat fəaliyyəti məhsulları T-limfositlər tərəfindən tanınmır.Yalnız müəyyən işlənmədən — denaturasiya və peptidlərə qədər proteolizədən sonra antigen hüceyrə səthindəki I və II sinif antigenlərlə birləşir və T-limfositlərin tanınması üçün uyğun olur.Bundan sonra antigenin B-limfositlər tərəfindən tanınması və əkscisim sintezi baş verir.
MHC I sinif molekullar T-limfositlərə hüceyrədaxili sintaz olunmuş peptid AG-ni təqdim edir.Bu mexanizm ilk növbədə viruslara və hüceyrədaxili törədicilərə qarşı müdafiə yaradır.CD8+  T-limfositlər MHC I sinif antigenləri ilə birlikdə virus əleyhinə immun cavabda rol oynayır.
HLA-antigenləri anormal mutant hüceyrələrin sitotoksik limfositlər tərəfindən tanınmasında və məhv edilməsində mühüm əhəmiyyət kəsb edir.Onlar konvertazaların əmələ gəlməsini və komplementin aktivləşməsini təmin edir, hüceyrələrin diferensiasiya və proliferasiyasını sürətləndirir, transplantatın tanınmasında və kənar edilməsində iştirak edir.Bundan başqa bəzi HLA antigenləri (I sinif antigenləri) timositlərin və hormonal reseptorların tərkibinə daxildir.
MHC II sinif molekulları antigenlərlə və T-limfositlərlə başqa cür əlaqə yaradır.Bəzi yolxucu törədicilər «superantigen» adlı maddələr sintez edir.«Superantigenlər» öz kimyəvi xüsusiyyətlərinə görə antigen tanıdan hüceyrələrin xarici səthi ilə birləşir və T-limfositlərin aktivləşməsinə gətirib çıxarır.Bu zaman AG — spesifik aktivləşmənin yerinə poliklonal aktivləşmə baş verir.Adətən «superantigenlər» periferik CD4+  T-limfositlərin 2-20%-ni aktivləşdirə bilər.Bunlar isə öz növbəsində sitokinlər sintez edir və ifraz edərək orqanizmdə ümumi intoksikasiya sindromu yaradır.Bu prosesdən sonra aktivləşmiş T-limfəsitlər apoptoz yolu ilə məhv olur.Bu fenomen AİCD (Activatin İnduced Cell Death) — «aktivləşmədən sonra hüceyrə məhvi fenomeni» adlandırılır.Beləliklə, limfositlərin poliklonal aktivləşməsi apoptozla və sonrakı immundefisitlə nəticələnir.
«Superantigenlərə» stafilokokk enterotoksini (SE), endotoksik şok yaradan toksin, QİÇS, Epşteyn-Barr və quduzluq virusları aiddir.

Müəlliflər: Amalya Əyyubova



Gülnarə Nəsrullayeva



Kitab: Kliniki immunologiya

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100