Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Kampilobakterioz  | 1751 dəfə oxunub
Kampilobakterioz
Kampilobakterioz — intoksikasiya, mədə-bağırsaq pozğunluğu, artralgiya, bəzən sepsis əlamətləri, uşaqlarda bədənin susuzlaşması ilə gedən infeksion xəstəlikdir.
İlk vaxtlar ev heyvanlarında balasalma verən xəstəlik kimi məlum olmuşdur.Törədicisini xəstə adamlardan R.Vinsentəməkdaşları (1947) əldə etmişlər.
Etiologiyası.İnsanda kampilobakteriyaların üç növündən Campylobacter fetus-un fetus, intestinalisjejuni yarım növləri tapılır.İnsan C.jejuni qrupundan C.jejuni, C.coli, C.laridis, az hallarda C.fetus fetus xəstələndirir. Kampilobakterilər (campilo-əyri) — qram (-), 1-2 qamçısı ilə hərəkət edən çubuqvari mikroblardır.O və H antigeninə görə C.jejuni onlarla biovarlara bölünür.Bəzi ştamları enterotoksin ifraz edir.Xüsusi qida mühitlərində yetişirlər.Xarici mühitdə davamlıdır, torpaqda, suda, süddə uzun müddət yaşaya bilirlər.
Epidemiologiyası.İnfeksiya mənbəyi və rezervuarı təsərrüfat heyvanları, quşlar, bəzən gəmiricilər və vəhşi heyvanlardır.İnsan alimentar yolla infeksiyalaşmış ət, süd məhsulları bişirmədikdə yoluxur.Meyvə-tərəvəz, su vasitəsilə, dölün transplasentar yoluxması mümkündür.Kənd təsərrüfatı işçiləri, baytarlar, 10 yaşa qədər uşaqlar, qastroektamiya olunmuşlar, immunodepresant alanlar xəstələnir.Sporadik, bəzən epidemik alovlanma şəklində alovlanma verir.
Patogenezi və patoloji anatomiyası.Kampilobakteriozla yoluxmanın xəstələnməyə keçməsi orqnanizmin rezistentliyindən asılıdır.Müqavimətli şəxslərdə yoluxma ancaq bakteriya gəzdirmə ilə nəticələnir.Digər hallarda mikrob nazik, bəzən həm də yoğun bağırsağın selikli qişasına adgeziya edərək çoxalır və enterotoksinlə iltihabi dəyisikliklər törədir.Mikrobun yüksək dozası orqanizmə düşdükdə bakteremiya, ürəkdə, MSS-də, ağciyərlərdə, qaraciyərdə, yumşaq beyin toxumalarında ikincili ocaqlar əmələ gəlir.Hamilələrdə plasenta ilə dölün yoluxması abort və ya vaxtından əvvəl doğuş verir.İmmundefisitli şəxslər xəstəliyin xroniosepsis formasına tutulur.Bağırsaqların selikli qişasında hiperemiya, ödem, bəzən qansızma, nekroz ocaqları tapılır.Selikli forma daxili orqanlarda, əzələlərdə çoxlu mikroabses əmələ gətirir.
Klinikası.İnkubasion dövr 1-6 gündür.Kampilobakteriozun 4 kliniki forması rast gəlinir:
1)mədə-bağırsaq — qastrointestinal forma
2)yayılmış,setiki forma
3)xroniki forma
4)subkliniki-bakterya ifrazetmə
Qastrointestinal forma üstünlük təşkil edir.O, intoksikasiya əlamətləri — qızdırma, əzələ-oynaq ağrısı, baş ağrısı, ümumi zəifliklə başlayır.Tezliklə dispepsiya, ürəkbulanma, qusma, epiqastriumda ağrı, qarında sancı verən diareya qoşulur.Duru, pis iyli, sonra su kimi nəcis ifrazı gündə 10 dəfəyə qədər təkrar olunur.Qusma və ishal, xüsusilə bir yaşa qədər uşaqlarda susuzlaşma, mineral itgisi və asidoz əlamətləri verir.2-3-cü günlərdən kolit sindromu — qan və selik qarışıqlı çoxlu nəcis ifrazı, qarında tutma şəkilli ağrı başlayır.Xəstəliyin ağır formasında intoksikasiya əlamətləri üstünlük təşkil edir, leykositoz olur.Yüngül forma 2-3 günlük enterokolitlə getsə də xəstə seyli zəifləyir.Bu forma iki həftə çəkir, bəzən residiv verir.Bu xəstələrdə terminal ileit, mezadenit, artrit, ekzantema, kardiopatiya kimi gecikmiş dəyişikliklər də tapılır.Oynaqlardan biri, məs., diz oynağı, ya bir neçəsi — baldır-daban, mil-bilək, kiçik oynaqlar zədələnə bilər.
Yayılmış, septiki forma 1 yaşa qədər uşaqlarda, ya da yaşlı zəif şəxslərdə təsadüf edilir.Xəstəlik ümumi intoksikasiya, qızdırma, huş pozğunluğu, təkrar üşütmə, titrətmə, çoxlu tərləmə, qarında ağrı, qusma, arıqlama əlamətləri ilə gedir.Taxikardiya, hipotoniya, qaraciyərin böyüməsi;sarılıq, pnevmoniya, peritonit, abseslər xəstəliyin ağırlığını artırır, bəzən İTŞ inkişaf edir.
Subkliniki formada kliniki əlamətlər olmur, diaqnoz nəcisdə mikrobun tapılmasına əsasən qoyulur.Bakteriya ifrazı 3 aya qədər çəkərək qanda anticisim titrinin artmasına səbəb olur.
Xroniki forma subfebril qızdırma, ümumi zəiflik, kefsizlik, tərləmə, vaxtaşırı qarında ağrı, ürəkbulanma, qusma və ishalla özünü göstərir.Ocaqlı əlamətlər — artrit, keratit, konyuktivit, endokardit, plevranın empieması, vaginit, endoservisit də aşkar olunur.Xəstə getdikcə arıqlayır, bəzən meningit inkişaf edir.
Diaqnozu.Bakteriyaloji müayinə üçün qan, likvor, punktatlar əkilir.Bakterioskopda mikrobun hərəkəti izlənilir.
Seroloji reaksiyalardan — MAR, İFA, KBR, PHAR qoşa zərdabla 10 gün ərzində qoyulur.
Differensial diaqnozu.Kliniki formalarından asılı olaraq kampilobakteriozu kəskin bağırsaq infeksiyaları, septiki və bakteremiya xəstəlikləri və uzun sürən infeksiyalardan — bruselloz, toksoplazmoz, bağırsaq yersiniozu və psevdovərəmlə differensə etmək lazımdır.
Müalicəsi.Kampilobakterilərə levomisetin, tetrasiklin, erotromisin, furazolidon, ampisillin güclü təsir göstərir.Etiotrop müalicə 7 gün, yayılmış formada 10 günə qədər, xroniki gedişdə təkrar kurslarla aparılır.Bəzən antibiotiklər kombinə edilir, klinik formalara uyğun patogenetik müalicə və immunokorreksiya əlavə olunur.
Profilaktikası.Profilaktikada əsas yeri sanitar-gigyenik və sanitar-baytar tədbirlər tutur.

Müəllif: Ələsgər Vəliyev



Kitab: İnfeksion xəstəliklər



Erkən differensial diaqnozu, müalicəs

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100