Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Fiziki hərəkətlər və sağlamlıq  | 1604 dəfə oxunub
Fiziki hərəkətlər və sağlamlıq
Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.

Fiziki hərəkətlər nə üçün xeyirlidir?
-Depresiyadan çox gözəl müalicə vasitəsidir: intensiv fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya «xoşbəxtlik hormonu» yaranır;
-Streslərə davamlığı artırır: fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür;
-«Pis» xolesternin, triqliseridlərin səviyyəsi enir, “yaxşı “ xolesterinin miqdarı artır ki, buda aterosklerozdan müdafiyədir;
-Arterial təzyiqi normalaşdırır, və nəticədə insultların və ürək tutmaları riskini azaldır;
-Kalori sərfi, iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəksinin aşağı düşməsinə kömək edir.
-Sümük və oynaqların davamlılığını artırır- osteoparozun profilaktika və mülicəsi;
-Orqanizmin adaptasion imkanlarını,insanın iradəsini inkişaf etdirir.

Lakin fiziki aktivliyin bütün ustunlüklərinə baxmayaraq, bir çox insanlar oturaq həyat tərzi keçirir və nəqliyyatı piyada gəzməkdən, televizoru trenajordan, virtual həyatı real hərəkətdən üstün tuturlar. Hipodinomiya ( latınca “ hipo” – az, “ dinamo” – hərəkət deməkdir) bir çox xəstəliklərin idarə olunan risk faktoruna aid olub həyatın müddətini çoxlu illər qisaldır. 20-ci əsrin axırında aparıcı ekspertlər yaşlı insanlar üçün yeni təlimat hazırladılar ki, burada da ənənəvi “hərəkət – fiziki formada olmaqdır” modelini daha geniş “ fiziki aktivlik- sağlamlıqdır” modeli ilə əvəz etdilər. Onlar bu məqsədi məsləhət görürlər-hər bir yaşlı adam gün ərzində 30 dıqiqə mötədil fiziki fəaliyyətlə məşğul olmalıdır. Ekspertlərin məsləhətlərində belə bir vacib məqam yenidir ki- bu 30 dəqiqəlik mötədil fiziki aktivliyi gün ərzində bir neçə dəfəyə yığmaq olar.

Üç əsas komponent.

Əgər vaxt, imkan, həvəs daha intensiv fiziki fəaliyyətlə məşğul olmağa inkan verirsə onda mütəxəssislər öz şəxsi məşq proqramınıza üç kateqoriya məşqləri daxil etməyi məsləhət görürlər: aerob (dözümlülük məşqləri), gərilmə (çeviklik) və güc hərəkətləri. Əgər yalnız bir komponentlə məşğul olunarsa, digər hissələrin orqanizmdə möhkəmliyi aşağı düşəcəkdir. Məsələn, əgər güc hərəkətləri olunmazsa 60-70 yaşda gövdənin və ciyin nahiyəsinin əzələlərinin gücü kəskin azalacaqdır. Öz fiziki gücünü və çevikliyini saxlayan insanlar gündəlik işlərini daha yaxşı yerinə yetirmək qabilliyətinə malik olur, onların bellərində demək olar ki ağrı olmur, onlar qocaliqda da öz fiziki formalarını itirmirlər.

Fiziki hərəkətlərə başlayarkən, bir necə ümumi qaydaları bilmək lazımdır:
-əldən düşənə kimi məşq etmək olmaz (yeni başlayanlar üçün);
-məşq proqramı xoşa gələn olmalı, həvəslə yerinə yetirilməlidir; hec vaxt məcburən məşq etməyin;
-səhər yeməyindən 2 saat, nahardan isə 4 saat kecməmiş məşq etməyinə dəyməz;
-yuxudan qabaq intensiv məşq etməməli, məşqlər yuxudan 2 saat qabaq olmalıdır;
-məşqdən yalnız 30-40 dəqiqə sonra yemək və içmək olar (az miqdarda su maye itkisinin yerini doldurmaq ücün məşq vaxtı olar).

Şəkərli diabetdə fiziki fəaliyyət kompleks müalicə tədbirlərinə daxildir. O qanda şəkərin səviyyəsinin enməsinə (hərəkətlərdən qabaq və sonra özünə nəzarət mütləqdir), xolesterində daxil olmaqla lipidlərin qanda aşağı düşməsinə kömək edir, qan təzyiqini azaldır, qan dövranını və ürəyin ışini yaxşılaşdırır.

Əgər siz fiziki hərəkətlər ilə məşğul olmaq qərarına gəlmisinizsə mütləq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Məsələ bundadır ki, fiziki fəaliyyətin miqdarı diabetdə bir neçə faktordan: xəstənin yaşından, diabetin müddətindən, gedişindən, ağırlığından asılıdır. Fiziki fəaliyyətin miqdarı əhəmiyyətli dərəcədə ürək- damar sisteminin vəziyyəti ilə müəyyən edilir, belə ki, yaş artdıqca bu sistemin, xüsusilə də diabetli xəstələrdə funksiyasının pozulma riski artır.
Fiziki fəaliyyətinin uzunluğu və tezliyi ümumiyyətlə insanın yaxşı təlim görməsindən də asılıdır; məşqləri həftədə 3 dəfə olmaqla 10-15 dəqiqədən başlamalı və onu tədricən həftədə 4-6 dəfə olmaqla müddətini 30 dəqiqəyə çatdırtmaq lazımdır. Ahıl və qoca insanlar üçün fiziki fəaliyyətinin ən yaxşısı həftədə 3 dəfə 15-30 dəqiqəlik piyada gəzinti, həmçinin elə hərəkətlər kompleksidir ki, bu zaman nəbz dəqiqədə 100-110 təşkil etməlidir.1-ci tip şəkərli diabet xəstələrində, yaşlarının cavan olmaları ilə əlaqədar fiziki fəaliyyət öz həcminə və intensivliyinə görə yaşlı pasientlərdəkindən çox olmalıdır. Bu müalicənin vacib tərkib hissəsi olub, şəkərli diabetin gecikmiş ağırlaşmalarının qarşısını almağa və ya ləngitməyə imkan verir.

Məqsəd və Variantlar, oların Həlli

Ən yaxşı nəticələrə müntəzəm, sistematik məşqlərdən və fiziki gərginliyin tədricən, mötədil artımında nail olmaq olar. ÜST ekspertlərinin axırıncı tədqiqatlara əsəslanan məşqlər planı (fiziki hərəkətlər pramidası) məsləhət görülür:

Piramidanin əsası — ürək və damarların məşqi üçün gündəlik təmrinlərdir(gündə 30 dəqiqəyə yaxın); cəkini normada saxlamaq və aşagı salmaq üçün gün ərzində 1 saat piyada gəzmək tələb oluna bilər(bu da həftədə 2800 kkal sərfinə bərabərdir).

Piramidanin orta hssəsi — gündəlik dartılmalardır(rastyajka); xəstəlik riskini azaltmır, lakin travmalardan qaçmağa və formada qalmağa kömək edir; hər bir əzələni 10-30 saniyə dartın, gərginləşdirin, bütün kompleks hərəkətlər 5- 10 dəq. vaxt tələb edir.
http://kayzen.az

Piramidanın zirvəsi — güc hərəkətləridir; hər bir əzələ qruppasi üçün müəyyən hərəkəti 8-12 dəfə etməklə məşq kompleksi vardir ki, bunu da həftədə 2 dəfə etməklə əzələ sistemi və sümüklər möhkəmlənir, maddələr mübadiləsi yaxşılaşır.

Yenidən sizə xatirladırıq ki, öz fiziki aktivlik planınızı müalicə həkiminizlə müzakirə edəsiniz. Tibbi tədqiqatlar göstərir ki, həftədə 3 dəfə 30-40 dəqiqəlik fiziki fəaliyyət 4 aydan sonra hipertoniklərdə təzyiqin normallaşmasına kömək edir. Eyni vaxtda həddindən çox fiziki gərqinlik və məşqlər hipertoniya törədə bilər. Xüsusiilə də güc və əzələnin inkişaf məşqlərindən sui istifadə nəticəsində yarana bilər. Məşqlər üçün təmiz havalı məkan seçmək lazımdır. Bu avtomaqistraldan uzaq meşə-park zonaları, stadion olsa daha yaxşıdır. Əgər siz soyuqlamısınızsa, hərarətiniz azda olsa qalxıbsa, xroniki xəstəliyiniz kəskinləşibsə fiziki məşqləri dərhal dayandırın. Beləliklə düzgün seçilmiş fiziki fəaliyyət sağlamlaşdırırcı və müalicəvi təsirə malikdir, o adekvat, müntəzəm, dozalaşmiş və individual seçilmiş olmalıdır.
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100