Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Tibb işçiləri - kim kimdir?  | 2957 dəfə oxunub

Patalaqoanatom. Həkimlər arasında ən professionalıdır. Yalnız o bilir ki, haranız və nə üçün ağrayırdı. 


Fizioterapevt.
Sadəcə bir sadistdir. O nədənsə əmindir ki, əgər cərəyan sizi yaxşıca vursa, özünüzü daha yaxşı hiss edəcəksiniz. Görünür, bu həkimlər uşaqlıqda barmaqlarını razetkaya vururmuşlar və indi düşünürlər ki, digərləri də özlərinin nə vaxtsa keçdiyi əzablardan keçməlidirlər.
 


Endoskopist
.
Bunlara yağ-bal vermə, imkan ver sizə özlərinə lazımlığı bəlli olmayan cürbəcür şeylər dürtsünlər. Lakin bu çox təsirli metoddur. İnsan orqanizmi çox vaxt özü, endoskopistin ondan almaq istədiyi hər şeyi endoskopla bərabər xaric edir.
 


Rentgenoloq
. Bu həkimlər yaxşı yerləşiblər. Əvvəlcə onlar sizi rentgen şüaları vasitəsilə öyrənir. Sonra əvvəl öyrəndiklərinin neqativ nəticələrini öyrənir.  Prinsip etibarilə rentgenoloqda birdən öz əməyinin bəhrəsindən istifadə etmək arzusu yaransa, sizin barədə çox maraqlı şeylər öyrənə bilər.
 


Pediatr.
Çox əzazil insanlardır. Digər həkimlər bizi artıq böyüdükdən sonra incidirlərsə, onlar bizi ən gözəl günlərimiz-uşaqlığımızdan məhrum etməyə hazırdırlar.


Ortoped
. İnsanın öz orqanizminə etdiyi zülmü aradan qaldırır. Əgər pediatr bizimlə anadan olduğumuz gündən maraqlanırsa, ortopedlərin əlinə məktəbə gedən gündən düşürük. Bu planda ortopedlər təhsil nazirliyilə sıx əməkdaşlıq edirlər.

 Revmatoloq. Ən ziyansız həkimdir. Adətən sizə artıq ölüm ayağında olarkən gəlir və müalicəsinin nəticəsinin sizin üçün bir mahiyyəti olmur.  

 Farmokoloq. Əksər həkimlər orqanizminizdən artıq şeyləri çıxarmağa çalışdığı halda, farmakoloqlar əksinə, ora hər şeydən və çox miqdarda  dürtməyə çalışırlar. Sonra isə orqanizmin üzərində edilən zülmə cavabını maraqla müşahidə edirlər.

 
Toksikoloq.  Farmokoloqların hesabına bu həkimlər heç vaxt işsiz qalmırlar. Ən azından hal-hazırda farmokoloqlar onları 50% işlə təmin edirlər.


 
Virusoloq.  Çox mehriban həkimdir. Məhz ona, demək olar ki hər gün öz ünsiyyət dairəsini genişləndirmək kimi nadir xoşbəxtlik nəsib olub.


 
Epidemioloq. Eynilə virusoloqdur, lakin özündən həddsiz dərəcədə razıdır.


 
Immunoloq. Ən tənbəl həkimdir. Həmişə öz işini orqanizminizin üstünə yıxmağa çalışır.


 
Pulmonoloq.  Yeganə həkimdir ki, həmkarlarının - əgər papiros çəkməyi atsan, bütün xəstəliklər özləri keçib gedəcək kimi yalnış fikirlərilə razı deyil.


 
Uroloq. Dünya görüşü çox dar olan həkimdir. Seksopatoloq və seksoloqdan fərqli olaraq sizin kişi qürurunuza yalnız kənar funksiyalar nöqteyi nəzərdən baxır.


 
Kardioloq. Romantik hisslərdən tamamilə məhrumdur. Yalnız onda “ey ürək, heç rahatlıq bilmirsən” sözləri heç bir müsbət emosiyalar yaratmır.


 
Travmatoloq. Bu həkimlər idmanı çox sevirlər. Bəlkə də şaxmatdan başqa bütün növlərini.


 
Dermatoloq. Nahaq gülürsünüz. Adı yaxşı səslənməsə də çox lazımlı, lakin çox bədbəxt həkimdir. Unitazınızın künc-bucağında və digər əlçatmaz yerlərdə kimin yaşaması sizi maraqlandırır? Yox? O isə bütün bu murdarları simasından tanımalıdır!

Proktoloq.
Baxmayaraq ki, tibb elmi olduqca çox irəliləyib, bu həkimlər həmişə olduğu  kimi “arxada” qalıblar.


 
Anestezioloq. Çox xeyirli həkimdir. O elə edir ki, heç nə hiss etməyəsiniz. Səhv etdiyi halda isə lap yaxşı, siz daha heç vaxt, heç nə hiss etməyəcəksiniz

 
Qastroenteroloq və diyetoloq. Inkişafın tamamilə yararsız bir məsuludur. XX əsrin ortalarına kimi bu həkimləri müvəffəqiyyətlə Solovki, Varkuta, Saxalin və başqa təbii müalicə yerləri əvəz edirdi.

 
Reanimatoloq. Ən paxıl həkimdir. O heç cür yol verə bilmir ki, özü bu əziyyətli dünyada qaldığı halda, siz xoşbəxt ola biləsiniz.  

 

Narkoloq. Yox, yalan dedim. Ən paxıl həkimlər narkoloqlardır, belə ki, insanı həyatındakı yeganə sevincdən də məhrum etmək istəyirlər. 

Seksopatoloq. Allah sizi onunla tanışlıqdan saxlasın.

 

Allerqoloq. Ən fəal həkimdir. O tamamilə əmindir ki,( qeyd etmək lazımdır ki, onun buna əsası var ) bu planetin bütün sakinləri onun pasiyentləridir. Buna görə, allerqoloqun həyatda əsas məqsədi – ondan qaçmamışkən, sizdə alergiya tapmaqdır.

 

Psixiatr. Bu isə, müvafiq olaraq, ən passiv həkimdir. Allerqoloqdan fərqli olaraq o, yalnız dumanlı şəkildə güman edir ki, bu planetin bütün sakinləri onun pasiyentləridir, və həqiqəti qəbul etmək istəmir. Onun da faydası azdır. Axı deyin, xəstəyə digər xəstə necə kömək edə bilər? Çox maraqlıdır ki, psixoterapevtlər var, psixocərrahlarsa hələ də yox. 

Akuşer. Tibbdə ən hörmətli həkimdir. Məhz o bütün digər həkimləri işlə təmin edir. 

Veneroloq. Yeganə həkimdir ki, onunla görüş xoş hisslərlə bağlıdır. Məsələn, xoş xatirələr yada düşür. O ən düzgün həkimdir. O yeganə həkimdir ki, siz ona aldığınız həzz əvəzində pul verirsiniz, baxmayaraq ki, bu həzzi sizə o verməyib.

 

Nevroloq. Nəzəri olaraq bəlkə də sifilis və sınıqlardan başqa bütün xəstəlikləri müalicə edə bilər, belə ki, bütün xəstəliklər əsəbdəndir. Demək olar ki, tamamilə faydasızdır. O sizə “əsəbləşməyin” deyə bilər, lakin, elə sizin kimi buna necə nail olacağını bilmir.

 

Okulist. Bunlara isə adları azlıq etdi və özlərini oftalmoloq adlandırmağa başladılar. Çox xoşagəlməz insanlardır, belə ki, həmişə gözləriniz nəyə baxırsa onu görmənizi istəyirlər.

 

Ginekoloq. Ən ..... həkimdir, belə ki, digər həkimlərdən iki dəfə az pasiyentləri var. Maraqlıdır ki, ginekoloqlar arasında kişilərə az rast gəlinir. Çünki, ginekoloqiyada hər şey ciddidir – sən ya kişisən ya da ginekoloq. Ildə 61320 saat qadınların ən maraqlı hissələrinə baxın, zəmanət verirəm ki, onlara marağınız tez itəcək. Xobbini sənətə çevirmək olmaz. 

Otorinolarinqoloq. Bu həkimlər əməlli başlı komlekslidirlər. Əvvəl onları qulaqboğazburun həkimi adlandırırdılar. Lakin onlara bu qeyri ciddi göründü. Onda onları LOR-həkimi adlandırdılar. Lakin bu da onlara azlıq etdi. Indi onlar loqopedlərlə birləşiblər, belə ki, loqopedin köməyi olmadan insanlar onların adını tələffüz edə bilmirlər. Düzünü desək heç istəmirlər də. Bu həkimlərin köməyi o vaxt  ola bilər ki, nəhayət eşitmə aparatı olmadan, birinci dəfədən onların ixtisasının adını eşidə bilərsiniz.  Bu sizə lazımdırmı?

 

Stomatoloq. Bəzən, o saat tanınmamaq üçün özlərini dantist adlandırırlar. Ən qorxulu həkimlərdir. Orta statistik insan onların qəbulunda 32 dəfə olur. Ağıl dişi olmayanlar isə 28 dəfə. Ağıllı insanlar deyiblər axı ki, axmaqlar daha rahat (12.5%-ə qədər) yaşayırlar. Beləliklə özünüz qərar verin.

 

Terapevt. Bu həkim deyil menecerdir. Onun heç anlayışı da yoxdur ki, sizi necə müalicə etsin, lakin kimin bildiyini deyə bilər. Lakin bilmək olmaz, onun tanıdığı sizi necə müalicə edəcəyini bilir ya yox. Ümumiyyətlə, baxmayaraq ki tibb çox irəli gedib, ümidimiz yenə də Allahadır, onu da bildiyimiz kimi  hələ 1917-ci ildə ləğv eləyiblər.

 

Cərrah. Cərrah mina axtaran kimidir. Bir dəfə səhv edir. Düzdür əgər mina axtaran həyatında bircə dəfə səhv edirsə, cərrah bircə dəfə sizin həyatınızda səhv edir. Cərrahın səhvindən sonra sağ qala bilsəniz də, inanın ki, belə həyat sizə heç lazım da olmayacaq. Mina axtaran kimi cərrah da topladığı informasiyaya deyil, öz intuisiyası ilə hərəkət edir. Bəxtimiz gətirib, belə ki, tibbdə əvvəlki kimi intuisiya daha etibarlıdır.

 

Sizin şərhiniz.

Adınız 

E-mail: 


Şərh yazın




Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100