Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Əslində qulaq deşmə cərrahi əməliyyatdı  | 4653 dəfə oxunub

Əslində qulaq deşmə cərrahi əməliyyatdı

Bəzən soyuq və küləkli havalarda səhlənkar yanaşdığımız qulağımız, əslində orqanizmimizdə baş verənlərin güzgüsüdür. Qulaq - orqanlarımızın “diaqnostika mərkəzi” və sağlamlığımızın göstəricisidir. Çünki, qulaq seyvanında vaxtaşırı əmələ gələn dəyişikliklər orqanizmimizdə baş verənlərdən xəbər verir.

Qulaq seyvanında insanın bütün orqanları ilə birbaşa əlaqəli olan bioloji aktiv nöqtələr yerləşir ki, bu nöqtələr vasitəsilə də orqanların işinə birbaşa təsir göstərmək mümkündür.

Hələ VII əsrdə çinli həkimlər ilk dəfə olaraq proektiv nöqtələrin topoqrafik xəritəsini tərtib ediblər. Onlar bu nöqtələr vasitəsilə xəstəliklərin düzgün diaqnozunu qoyaraq onları müalicə edə bilir, qulaq seyvanına bir baxışla insan haqqında bir çox şey deyə bilirdilər. Hesab edirdilər ki, sağlam insanın qulaqları bir-birinə simmetrik yerləşməli, rəngi çəhrayı olmalı, mərcək isə nə qədər böyük və ətli olarsa, o qədər yaxşıdı. Məsələn, Hindistanda qadınların qulağını deşib çox iri və agır sırğa asırdılar, bu ağırlıq altında da qulağın mərcəyi uzanır və böyüyürdü. Hesab olunurdu ki, uzun və ətli mərcək sağlamlıq əlamətidir.

Qulağın rəngində, formasında baş verən dəyişiklik başlamaqda olan xəstəliyə işarədir. Bioloji aktiv nöqtələr vasitəsi ilə diaqnostika və onlara müdaxilə etməklə müalicə - aurikulodiaqnostika və aurikuloterapiya – XX əsrin ortalarına kimi şərqdə geniş istifadə olunurdu.

XX əsrin ortalarından başlayaraq isə avropada fransalı alim Pol Nojye qulağın proektiv xəritəsini yenidən işlədi. Hazırda dünyanın bir çox ölkələrində bu üsuldan uğurla istifadə olunur.

Nojyenin tərtib etdiyi xəritə ana bətnində başı aşağı yatmiş körpəni xatırladır. Hər-hansı bir səbəbdən bu nöqtələrdən biri zədələndikdə, onunla bağlı olan orqanın işində qüsurlar əmələ gəlir.

Pol Nojye qulağa sırğa taxılmasının əleyhinə olub. O, iddia edirdi ki, qulaqda eyni nöqtədən keçən yad cismin qulaqla təmasına orqanizmin reaksiyası müxtəlif ola bilər. Gümüş də, qızıl da müəyyən kimyəvi xüsusiyyətləri olan metallardı. Mərcəkdə (sırğalıq) daxili qulaq, dişlər, boğaz və gözlərin işinə cavab verən nöqtələr yerləşir. Əksər hallarda deşilən nöqtə “gözün” nöqtəsi olur. Həmin nöqtədən asılmış sırğa körpənin gözünün fəaliyyətinə yaxşı təsir edə bildiyi kimi, ona zərər də yetirə bilər.

Buna baxmayaraq, balaca şahzadələrin qulağını deşdirməkdə davam edirik. Bu da təbiidi. Əvvəla, bu adətdi. İkincisi, gözəllik qurban tələb edir. Bu qurban ay parçası qızlarımızın sağlamlığına zərərli olmasın deyə sizə bir neçə məsləhət vermək istəyirik.

Uşağın qulağı nə vaxt deşilməlidir?

Mütəxəssislər hesab edirlər ki, uşağın qulağı az yaşlarında deşilməlidir. Amma az deyərkən çox tələsmək də olmaz. Qulaqdakı qığırdaq 3 yaşa kimi əmələ gəlir. Deməli 3 yaşına kimi uşağın qulağı deşilərsə hələ inkişaf etməmiş qığırdaq zədələnə bilər.

5 yaşdan sonra isə uşaq həyatında baş verənləri daha yaxşı xatırlamağa başlayır. Odur ki, 5-dən yuxarı yaşı olan uşağı da zorla qulaq deşdirməyə məcbur etmək olmaz. Əks təqdirdə, qulağının deşildiyi gün onun yaddaşında acı bir xatirə kimi qalacaq, uşaq uzun illər həkim otağına getməmək üçün əlindən gələni edəcək. Odur ki, bir az da səbr edib qızınızın özünün bunu istəməsini gözləməli olacaqsız. Bəlkə rəfiqələrinin sırğalarını görüb o da qulağını deşdirmək istəyər. Bir məqamı da unutmaq olmaz. Qulaq 11 yaşa kimi deşilməlidir. Çünki, 11 yaşdan sonra bəzi adamlarda qulaq deşmə, pilsinq dəridə çapıqlar əmlə gətirir. Deməli arada qalan ən uyğun vaxt 3-5 yaş arasıdır. Məhz, bu yaş qulaq deşdirmək üçün ən uyğun vaxt sayılır.

Göründüyü kimi, qular qeşdirmək düşündüyümüz qədər asan iş deyil. Odur ki, qulaq deşdirməyi də mütəxəssisə etibar etmək lazımdı. Bu işin ən gözəl mütəxəssisi isə refleksoterapevt (iqloterapevt) hesab olunur. Onlar insan bədənindəki bütün əsas nöqtələri yaxşı tanıdıqları üçün qulağı problemsiz deşə, ya da heç olmasa deşilə biləcək nöqtənin yerini işarələyə bilərlər. Refleksoterapevt olmadıqda bu işi cərraha etibar edə bilərsiz. Bəzən bu işin öhdəsindən pediatr özü də gələ bilir. Əsas məsələ qulaqdakı bioloji aktiv nöqtələrin yerini bilməkdir.

Qulaq deşmək üçün ən yaxşı vasitə müasir “tapança” göstərilir. Hesab olunur ki, ən pis halda “tapança” ilə zədələnmiş əhəmiyyətli nöqtə fəaliyyət qabiliyyətini itirir və onun aid olduğu orqanla əlaqəsi həmişəlik kəsilir. Halbuki, iynə ilə deşildiyi zaman həmin nöqtə fəaliyyət göstərməkdə davam edir ki, bu da zaman keçdikcə həmin orqan üçün ciddi problem yarada bilər.

Qulaq deşdirmək üçün ən uyğun vaxt payız və qış aylarıdır. Məhz bu aylarda yaraya infeksiya düşməsi riski daha az olur.


Deşilmiş qulağa qulluq

Qulaq deşildiyi gündən başlayaraq hər gün 3%-li hidrogen peroksidlə, sonra isə 70%-li spirtlə yuyulmalıdı. Bu zaman yaranın yeri yandırmasın deyə onu üfürmək lazımdı. Üfürmə həm yaranı, həm də uşağı sakitləşdirir. Əgər deşilmiş yer qızarıb agrıyırsa, şişkinlik varsa yaraya azca manqanlı suda isladılmış pambıq qoyulur. Yarada iltihab əmələ gəldiyi zaman mütləq həkimə müraciət etmək lazımdı.

Yaranın özərini uzun müddət leykoplaterlə bağlamaq olmaz. Əks təqdirdə plasterin altında yarada “infeksiyon parnik” əmələ gələr ki, bunun da nəticəsində yara dərinləşir. Ancaq uşağı çimizdirən zaman yaraya infeksiya düşməsinin qarşısını almaq məqsədi ilə onun üzərini bağlamaq məsləhət görülür. İndi apteklərdə bu cür yaranın tez sağalması üçün dərmanlar da satılır.

Uşağı geyindirib soyundurarkən də ehtiyatlı olmaq lazımdır. Yaranın yerinə toxunmaq, onu incitmək olmaz.


Uşaq üçün sırğa necə olmalıdır?

Bir çox hallarda müxtəlif metallardan, eləcə də, tibbi poladdan hazırlanmış (tapançanın üzərində qulağa keçirilən) sırğa yarada allergik reaksiya yaradır. Bu reaksiyadan qaçmaq üçün ən yaxşısı qızıl və ya gümüşdən hazırlanmış sırğa əldə etməkdir.

Sırğa seçərkən də diqqətli olun. Çox böyük, çıxıntılı, uzun sırğa uşaq üçün uyğun deyil. Bu cür sırğa tez-tez paltara, uşağın saçlarına ilişib dartılacaq və hər dəfə yaranın təzələnməsinə səbəb olacaq. Balaca, sadə və ən əsası kip bağlanan sırğa uşaq üçün daha uyğundur. Heç olmasa gündəlik taxmağa. Daha təmtəraqlı sırğanı isə yara tam sağaldıqdan sonra xüsusi hallarda taxmaq məsləhətdi.


Qulaq deşmə ilə bağlı maraqlı faktlar

Müxtəlif xalqlar, müxtəlif zamanlarda qulağı müxtəlif məqsədlərlə deşdirirdilər. Qadınların qulaqlarının deşilməsi kişilərdən daha sonra başlayıb. İlk zamanlar kişilərin qulağı sırğa asmaq üçün deşilirdi. Məsələn, zəncinin qulağındakı sırğa onun kiməsə məxsus qul olduğuna işarə idi.

Şimaldan Cənuba, Qərbdən Şərqə ayrı-ayrı dövrlərdə və dövlətlərdə bir çox hökmdarlar bəzək əşyaları taxmaq məqsədi ilə qulaqlarını deşdirirdilər. Müsəlman ölkələrində kişilərin sırğa taxma adəti İslamın başlanması ilə aradan qalxdı. Çünki, İslam qızılın kişilərə haram olduğunu göstərirdi.

Çar Rusiyası zamanı çara qulluq edən Don kazakları arasında bir qulağı deşilmiş əsgərlərə rast gəlmək mümkün idi. Bu da həmin əsgərin ailənin tək oğlu olmasına işarə idi. Bu üsul türk əskərlərinə də tətbiq olunurdu. Bir qulağında sırğa olan əsgər ailənin tək oğlu, hər iki qulağı deşilmiş əsgər isə nəslin tək oğlu demək idi. Komandanlıq bu əskərləri təhlükəli işlərə, döyüş meydanlarına göndərmirdi.

http://atlasmed.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100