Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Uşaqlarda diş çıxarma  | 2179 dəfə oxunub
DİŞLƏR NƏ VAXT ÇIXAR?
Təqribi olaraq ilk diş 7.ay ortalarında meydana çıxar. Ancaq bəzən ilk diş üçüncü ayda tez ortaya çıxarkən, bəzən də on ikinci ay, hətta sonrasına qədər uzana bilər. Dişlərin çıxması adətən irsi xarakter daşıya bilər, yəni sizin və ya yoldaşınızın dişləri erkəndən çıxmışsa körpənizdə də eyni şəkildə olması təbiidir. Altdakı şəkildə süd dişlərinin təqribi çıxma vaxtını görə bilərsiniz:


DİŞLƏR ÇIXARKƏN NƏLƏR OLAR?
Diş çıxarma əlamətləri dişlərin özündən iki-üç ay əvvəl ortaya çıxa bilər. Bu simptomlar uşaqdan uşağa dəyişər və əslində bunların nələr olduqları və nə qədər ağrı verdikləri mövzusundakı fikirləri də həkimdən həkimə dəyişə bilər. Adətən diş çıxaran bir körpənin aşağıdakı bu əlamətləri yaşaya biləcəyi təbiidir:

Ağız suyu axıtmaq : Bir çox körpə iki yarım-üç aylıqdan başlayaraq tüpürcək axıdar. Diş çıxarma zamanı bəzi körpələrdə ağız suyu daha çox artır.

Çənə ya da üzdə qızartı : Bol ağız suyu axıdan bir körpədə ,çənədə və ağız ətrafında tüpürcək təmas ilə bağlı olaraq dəridə qızartı ya da çatların meydana gəlməsi təəccüblü deyil. Bunun qarşısını almaq üçün gün boyunca periodik olaraq tüpürcəyi səliqə ilə silin ,körpəniz yatarkən axan tüpürcəyi əmməməsi üçün də yastığının altına bir dəsmal qoyun. Dəridə quruma meydana çıxdığında yumşaq bir dəri kremi ilə o bölgəni daima nəmli tutun.

Yüngül öskürək : Həddindən artıq ağız suyu körpənin vaxt keçdikcə tıxanmasına və öskürməsinə yol aça bilər. Körpəniz soyuqdəymə ya da allergik əlamətləri göstərmirsə bunda narahat olunacaq bir vəziyyət yoxdur. Körpələrin diqqət çəkmək ya da səs repertuarlarını zənginləşdirmək üçün öskürəyi davam etdirmələri sıx görülən bir vəziyyətdir.

Dişləmə : Bu vəziyyətdə bir dişlək düşmənlik əlaməti deyil. Diş çıxaran bir körpə əlinə keçən hər şeyi - bu öz əli ,anasının məməsi ,xarici birinin barmağı ola bilər - ağızına salaraq diş ətlərini rahatlaşdırmağa çalışar.

Ağrı : Çıxmaqda olan bir dişin təzyiqi altında diş ətində şişkinlik meydana gəlir. Bu vəziyyət bəzi körpələrdə dözülməz ağrılara gətirib çıxararkən bəzilərində heç problem meydana gətirməyə bilər. İlk diş və azı dişləri çıxarkən körpələrdə çox çətinlik yaradır.

Narahatlıq : Şişkinlik artdıqca və iti diş səthə yaxınlaşdıqca körpənin diş ətindəki ağrı davamlı bir hal ala bilər. Xroniki ağrısı olan hər kəs kimi çətinlikli ola bilər və öz normal halından uzaqlaşa bilər. Bu narahatlıq bəzən həftələr boyunca çəkə bilər.

Bəslənməyi rədd etmə : Diş çıxarmaqda olan bir körpə bəslənməyi rədd edə bilər. Bərk yeməklərə başlamış olan bir körpə bir müddətə bu yeməklərə qarşı olan əlaqəsini itirə bilər. Ancaq bu sizi narahatlandırmamalıdır. Çünki körpəniz maye qidalardan da lazımlı vitaminləri götürər və dişi çıxdıqdan sonra iştahı yerinə gələcəkdir.

İshal : Bunun diş çıxarma ilə olan əlaqəsi çox şübhəlidir. Bəzi analar hər diş çıxardığında körpələrinin ishal olduğunu söyləyərlər. Bəzi həkimlər böyük ehtimalla artmış ağız suyu ifrazatı səbəbiylə diş çıxarmaqla bağırsaq hərəkətləri arasında bir əlaqə olduğunu düşünürlər. Bəzi həkimlər isə belə bir əlaqənin olduğunu qəbul etmək istəməzlər ; bəlkə də anaların hər ishalı diş çıxarmağa bağlayaraq əhəmiyyətli qastointestinal pozuntuların ehtimalından çəkindikləri üçün belə davranarlar. Diş çıxardığı dövrdə körpənizin nəcisinin sulu ola biləcəyini bilin ,amma iki dəfədən daha çox davam edən ishalı mütləq həkiminizə bildirin.

Temperatur : Temperatur də eyni ilə ishal kimi həkimlərin diş çıxarmaqla əlaqəli olduğu mövzusunda tərəddüdlə yaxınlaşdıqları bir əlamətdir. Diş ətlərindəki şişmə səbəbiylə 38 C°'nin altındakı bir temperatur diş çıxarmağa köməklik edə bilər. Yenə də körpənizin temperaturu varsa digər zamanlarda nə edirsinizsə elə davranın və iki gündə azalmazsa həkiminizə xəbər verin.

Yuxusuzluq : Gecə boyunca oyanmayan körpələr belə diş çıxararkən gecə oyanmağa başlaya bilər. Bu vəziyyətdə dərhal onu qidalandırmağa çalışmayın. Bunun yerinə öz-özünə təkrar yatmasını təmin edin. Digər problemlərdə olduğu kimi ilk diş və azı dişləri çıxarkən gecə oyanmalara daha tez-tez rast gəlinir.

Diş əti hematomu : Bəzən çıxan bir diş diş ətində qanamağa səbəb ola bilər ,bu da maviyəçalan bir ləkə olaraq görsənir. Bu hematomlar üçün narahatlanmağa ehtiyac yoxdur və tibbi cəhd tələb etmədən özbaşlarına düzələrlər. Soyuq kompres ağrını azaldıb yaxşılaşmağı sürətləndirə bilər.

Qulaq çəkişdirmə , yanaq qaşıma : Diş ətlərindəki ağrı ,sinir yolları boyunca qulaq və yanağa əks oluna bilər. Körpələrin qulaq infeksiyası olduğunda da qulaqlarını çəkişdirdiklərini unutmamaq lazımdır. Körpəniz diş çıxarsa belə qulaq infeksiyasından şübhələnirsinizsə həkiminizə müraciət edin.


DİŞ ÇIXARKƏN NƏLƏR ETMƏLİ?
Onlarla sınanmış müalicə üsulu vardır. Bəziləri işə yarayar, bəziləri yaramaz. Aşağıdakılardan bəzilərini siz də təcrübə edə bilərsiniz:

Dişləyəcək bir şeylər vermək : Burada qida dəyərindən çox diş ətlərindəki təzyiqi rahatlaşdırmaq məqsəd qoyulmaqdadır.Bu səbəblə də dişlənən şey soyuq olsa faydası artar. Dondurulmuş kökə, soyuq bir banan, və ya kök, bir tənzifə sarılmış buz parçası, rezin bir diş halqası. Körpənizə dişləməsı üçün nə versəniz verin mütləq yanında olun və oturaq vəziyyətdə olmasını təmin edin.

Dişlərini qaşıya biləcəyi şeylər : Bəzi körpələr başlanğıcdakı ağrı səbəbiylə etiraz edə bilər. Lakin bir müddət sonra ağrılı yerini rahatlamağa buraxar.

Soyuq içkilər : Körpənizə bir əmzik soyuq su verin. Əmziyi rədd etsə stəkanla verməyə çalışın. Bu sayədə körpənizin su ehtiyacını da qarşılamış olar və ishal və ya artmış tüpürcəklə itirdiyi mayeni yerinə qoyarsınız.

Soyuq yeməklər : Soyuducuda soyudulmuş şaftalı püresi, alma püresi, qatıq, körpənizə otaq istiliyindəki yeməklərdən daha cazibədar gələ bilər.

Ağrını azaldacaq bir şeylər : Başqa heç bir şey işə yaramazsa parasetamol işinizi asanlaşdıracaq. Doza nizamlaması üçün həkiminizlə məsləhətləşin. Həkiminiz təklif etmədiyi müddətcə körpənizin diş ətlərinə başqa bir şey vurmayın. Bunun içinə spirtli içkilər də daxildir.



http://www.estetikdis.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100