Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
HIV/AIDS və İnsan hüquqları  | 1188 dəfə oxunub

HIV/AIDS və İnsan hüquqları

İnsan hüquqlarının müdafiəsi şəxsi, milli və qlobal səviyyələrdə AIDS epidemiyasına qarşı effektli təsir göstərilməsinin əsas hissəsini təşkil edir. AIDS nəticələri adətən insan hüquqlarının daha az müdafiə olunduğu yerlərdə, xüsusən də, ictimaiyyətdən «kənarda» yaşayan insanlar və icmalar, həmçinin seks-biznes işçiləri, narkotik maddədən inyeksiya ilə istifadə edən narkomanlar və kişilərlə sekslə məşğul olan kişilər arasında daha ağırdır. Və əksinə, əsas insan hüquqlarının müdafiəsi onların özlərini və başqalarını HİV infeksiyası riskindən qorumaq bacarığını artırır, HİV-ə qarşı onların zəifliyini minimum səviyyəyə endirməyə kömək edir və epidemiyanın nəticələri ilə mübarizədə onları dəstəkləyir.

Son zamanlar belə bir fikir də mövcud idi ki, AİDS epidemiyasına cavab tədbirlərinin miqyasının artırılması məqsədilə insan hüquqlarına riayət olunmasına əsaslandırılmış HİV profilaktikasına yanaşmalar nisbətən daha əməli praktiki üsulları təqdim edən ictimai səhiyyənin rolunu aşağı salmışdır. Lakin təcrübə göstərir ki, ictimai səhiyyə ilə insan hüquqlarının müdafiəsinin qarşı qoyulması işi zəiflədir. İctimai səhiyyə və insan hüquqları müdafiəsinin strategiyası bir-birini qarşılıqlı gücləndirir. Onların birləşməsi HİV ötürülməsinin azaldılmasında və HİV/AİDS-lə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında maksimum effekt verir.

İnsan hüquqlarına riayət olunması nəticəsində əldə olunan uğurlar

İnsan hüquqlarına riayət olunmasına əsaslandırılmış AİDS epidemiyasına yanaşmalar aşağıdakı müsbət nəticələri verir:

• İctimai səhiyyənin işinin effektivliyinin gücləndirilməsi. Fiziki və psixoloji sağlamlığın maksimum yüksək standartlarına nail olunmasına yönəldilmiş ayrı-ayrı insanların, xüsusən də, əgər HİV-lə yaşayan insanların insan hüquqlarının müdafiəsi səhiyyə sistemlərinə olan inamın artmasına gətirib çıxarır. Öz növbəsində bunun sayəsində çox sayda insan HİV-lə bağlı profilaktika, məsləhət və qulluq haqqında müvafiq informasiya axtarmağa və əldə etməyə başladı.

• Pasiyent və tibb işçilərini birləşdirən bütün maraqlı tərəflərin iştirakı prosesinin təmin olunması, bu da ictimai səhiyyənin strategiyalarının aktuallığını və qəbul oluna bilməsini artırır.

• Yüksək HİV infeksiyası riskinə məruz qalan ümumiləşdirilmiş qruplardan ibarət qeyri-ayrıseçkilik proqramlarının yaradılması. Məsələn, Banqladeşdə «Bilik və təlim yolu ilə HİV/AİDS-lə mübarizə üzrə təşəbbüslər», Kolkatada (Hindistan) Sonaqaçi Layihəsi seks-bizneslə məşğul olan insanların AİDS üzrə bütün müvafiq proqramların planlaşdırılmasında, həyata keçirilməsində və qiymətləndirilməsində iştirakını təmin etməklə onların insan hüquqlarını nəzərə alır.

• İnsanlara HİV profilaktikası və qulluq üzrə xidmətlərə girişin alınmasının tələb olunması mümkünlüyünü təqdim etmək yolu ilə AİDS epidemiyasına cavab fəaliyyətində genişlənmələr. Braziliya, Kosta-Rika, Meksika, Panama və Salvador kimi ölkələr də daxil olmaqla Latın Amerikasının bir neçə ölkəsində HİV-lə yaşayan insanlar üçün müalicə və digər tibbi xidmətlərə sərbəst giriş sayəsində buna zəmanət verilir.

• İctimai səhiyyə sahəsində aparılan siyasətin mənfi nəticələri üçün konpensasiya tələb edən insanların hərəkətləri nəticəsində dövlətlərin məsuliyyətliliyinin artırılması. İnsan hüquqlarına əsasən məhkəmə iddiası antiretrovirus terapiyası da daxil olmaqla tibbi xidmətlərə girişin alınmasında insan hüquqlarının həyata keçirilməsinin üsullarından biri oldu. Məsələn, Cənubi Afrikada «Tritment ekşn kempeyn» müalicəsinə girişin təmin olunması üzrə şirkət məhkəmə qətnaməsinin qəbul olunmasına nail oldu ki, həmin qətnamə HİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası üzrə hərtərəfli milli proqramın mərhələlər üzrə reallaşdırılması çərçivəsində dövlət tibb müəssisələrində HİV-li hamilə qadınlara nevirapin antiretrovirus preparatının hökümət tərəfindən verilməsinin təmin edilməsini məcbur edirdi.

Milli səviyyədə tərəqqi

Bir çox çətinliklərə baxmayaraq son zamanlar insan hüquqlarının milli səviyyədə təmin olunması sahəsində bir sıra irəliləyişlər müşahidə olunur. Bütün maraqlı iştirakçıların işə cəlb olunması AİDS sahəsində milli siyasət, strategiyalar və qanunvericilik çərçivəsi kimi proqramlara insan hüquqlarının HİV-lə bağlı məsələrini, xüsusən, qeyri-ayrıseçkilik prinsiplərini daxil etməyə imkan yaratmışdır. Məsələn, 2003-cü ilin yanvar ayında Kambocada HİV/AİDS haqqında Qanun qəbul edilmişdir; 2004-cü ilin yanvar ayında Malavi parlamenti insan hüquqlarına riayət edilməsi əsasında HİV/AİDS-lə mübarizə Strategiyasını qəbul etmişdir; buna bənzər siyasi və hüquqi islahatlar Belorusiyada, Hindistanda, Lesotoda, Liberiyada və Rusiya Federasiyasında elan olunmuşdur.

Bu zaman ərzində elm, təhsil və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı və YUNEYDS tərəfindən yaradılmış kiçik qrantlar Proqramının dəstəyi ilə Malavi, Şri-Lanka, Mozambik, Zambiya və Banqladeş kimi ölkələrin gəncləri stiqma və ayrıseçkiliyin aradan qaldırılmasına yönəldilmiş proqramlar işləyib hazırlamış və həyata keçirmişlər.

İnsan hüquqları və AİDS haqqında informasiyaya və onun profilaktikasına giriş

İnformasiyanın axtarılması, əldə olunması və yayılması hüququ əsas insan hüquqlarından biridir və HİV-in effektli profilaktikasının və AİDS müalicəsinin təmin olunması üçün mütləq şərtdir. İnsanların özünü HİV infeksiyasından neəə qorumaq mümkün olduğunu bilmək hüququ var. Onlar həm də əgər yoluxmuşlarsa, HİV statusu barədə bilmək, müalicə, qulluq və dəstəyin haradan almaq mümkün olduğunu bilmək haqqı var. Adekvat informasiya, testdən keçmə və məsləhət buna möhtac olan hər bir kəs üçün mümkün olmalıdır və bunlar insan hüquqlarına riayət olunması və etik və praktik normaların nəzərə alınması ilə təqdim edilir. Dünyanın müxtəlif ölkələrində insan hüquqlarının reallaşması nümunələrinə daxildir: kişilərlə sekslə məşğul olan kişilər, narkotik maddədən inyeksiya ilə istifadə edən narkomanlar, tibb işçiləri və həbsxanalardakı məhkumlar kimi əhalinin konkret qruplarına yönəldilmiş informasiya kampaniyalarının keçirilməsi (Qvineya, İtaliya, Küveyt, Portuqaliya); AİDS məsələlərinin məktəb tədris proqramlarına daxil edilməsi (Argentina, Kuba, Mavrikiy, Sent-Visent, Çexiya); icmalarda ümumtəhsil və profilaktik proqramların inkişafı (Livan, Tayland); yerli əhali, qaçqınlar, sığınacaq axtaran insanlar və miqrantlar üçün yerli mədəni xüsusiyyətlərin nəzərə alınması ilə təhsil və profilaktik proqramların işlənib hazırlanması (Kanada, Niderland, Norveç). 2004-cü ilin mart ayında BMT-nin HİV/AİDS üzrə Tematik qrupları Kamboca, Nepal, Tayland və Ficidə insan hüquqları və AİDS məsələləri üzrə bir sıra ümummilli məsləhətlər keçirmişlər. Bundan başqa YUNEYDS, BMT-nin insan hüquqları üzrə Ali komissar İdarəsinin (BMT İHAKİ), BMT-nin Uşaq Fondunun (YUNİSEF), Beynəlxalq Əmək Təşkilatının (BƏT), BMT-nin İnkişaf Proqramının (BMTİP), Birləşmiş Millətlər Təşkilatının narkotik və cinayətkarlıq İdarəsinin (YUNODK) və «Polisi» Layihəsinin dəstəyi ilə AİDS və insan hüquqları mövzusu üzrə Asiya-Sakit Okean regionunda iclas keçirilmişdir. Həmin iclasda regionun 20 ölkəsinin nümayəndələri, həmçinin dövlət məmurları, AİDS üzrə Milli Şura əməkdaşları, hüquqşünaslar, həkimlər, HİV-lə yaşayan insanlar, narkotik maddədən inyeksiya ilə istifadə edən narkomanlar, hər iki cinsdən olan seks-biznes işçiləri, kişilərlə sekslə məşğul olan kişilər, gənclərin, əhalinin və etnik azlıq təşkil edənlərin qrup nümayəndələri iştirak etmişlər. Bu məsləhətlər nəticəsində əldə olunmuş Tövsiyələr xüsusən Asiya-Sakit Okean regionu ölkələri Liderlərinin Forumunun təbliğatçı fəaliyyətinə kömək edir. Onlar regionda HİV/AİDS-lə bağlı insan hüquqları problemlərinin anlaşılmasının artırılmasına yönəldilmiş tədris keyfiyyətinin və rəhbərliyin yaxşılaşdırılmasına imkan yaradır və qabaqcıl təcrübə nümunələrinin müəyyən olunmasına kömək edirlər. Digər regionlarda YUNESKO və YUNEYDS gənclər üçün AİDS və insan hüquqları məsələləri üzrə dərslərin keçirilməsində dəstək göstərirlər. Belə dərslər Yaxın Şərqdə və Şimali Afrikada (Beyrut, Livan); Afrikanın fransızdilli ölkələrində (Yaunde, Kamerun); Şərqi Avropada (Horvatiya) keçirilmişdir. Dərs zamanı tələbələr müsbət davranış hərəkətlərinin formalaşması üçün zəruri olan bilik və bacarıqlara yiyələnirlər. Bundan əlavə dərslərdə həmçinin kütləvi informasiya vasitələrinin və rabitənin insan hüquqları əsasında informasiya məlumatlarında roluna, həmçinin HİV/AİDS-lə bağlı stiqma və ayrıseçkiliyi formalaşdıran və bəzən onu gücləndirən uydurma və qorxulara da diqqət yetirilmişdir. 2003-cü ilin sonunda 60-dan çox ölkədə bu cür dərslər keçirilmişdir.

Problem hələ də mövcuddur

Bu nailiyyətlərə baxmayaraq dünyanın ayrı-ayrı hissələrində insanların AİDS-lə bağlı hüquqlarının kobud şəkildə pozulması davam edir. Bundan başqa qanunların qəbul olunması və hökümət strategiyaları ilə onların faktiki həyata keçirilməsi arasında çox vaxt keçir. Nisbətən az ölkələr insan hüquqlarına riayət olunması üzrə öhdəliklərini yerinə yetirə bilirlər.

İnsan hüquqlarına əsaslandırılmış yanaşmanın təmin olunması

Bütün dünyada AİDS epidemiyasına cavab fəaliyyətinin miqyasının artması ilə insan hüquqlarına hörmət, hüquqların müdafiəsi insan hüquqları norma və standartlarının reallaşdırılmasını təmin etməklə ictimai səhiyyənin əvvəlcədən işlənib hazırlanmış təcrübəsi əsasında həmin fəaliyyətin həyata keçirilməsi zəruriliyi yaranır. Bu, xüsusən, müalicəyə girişin genişləndirilməsinin ilkin şərtləri kimi HİV testləşməsinin aparılması zamanı çox vacibdir («Profilaktika» bölməsinə baxın).

Könüllü HİV testləşməsinin təmin olunması konsepsiyası bütün HİV infeksiyası ilə mübarizə proqramlarının və strategiyalarının əsasını təşkil edir. Testləşmədə könüllülük insan hüquqları prinsipinə uyğundur və ictimai səhiyyə üçün üstünlüyü təmin edir. Aşağıdakı qarşılıqlı gücləndirici əsas amillərin məcmusunun təmin olunması üçün işi təşkil etmək vacibdir:

• Testləşmə zamanı etik prinsiplərə riayət olunması: bura testləşmənin məqsədinin və həmin testdən keçən insanların üstünlüyünün müəyyən edilməsi, həmçinin testi həyata keçirən müəssisə ilə müalicə, qulluq və digər xidmətlər göstərən müvafiq müəssisələr arasında əlaqənin təmin olunması daxildir. Bundan başqa test bütün tibbi informasiyanın məxfi qorunmasını təmin edə biləcək şəraitdə həyata keçirilməlidir

• Test nəticəsində müsbət cavabın alınması ilə yaranan halların aradan qaldırılması: HİV testi nəticəsindən müsbət cavab alan insanlar ayrıseçkiliyə məruz qalmamalı və güclü müalicə üçün hər cür girişə malik olmalıdırlar

• Bütün səviyyələrdə, xüsusən də, tibb müəssisələrində AİDS-lə bağlı stiqmanın və ayrıseçkiliyin aşağı salınması

• AİDS-lə bağlı xidmətlərə müraciət edən insanların hüquqlarının müdafiəsi də daxil olmaqla cavab fəaliyyətinin genişləndirilməsi üçün dəstəkləyici hüquqi və siyasi mühitin təmin olunması

• Yuxarıda göstərilən məsələlərin genişləndirilməsi və testdən keçmə, müalicə və digər müvafiq xidmətlərə yüksək tələbatın öhdəsindən gəlmək iqtidarında olan kifayət qədər təlim almış personalın artırılması üçün tibbi infrastrukturun adekvat səviyyəsinin təmin olunması

 

Cəza qanunlarının və siyasətinin təkrar meydana çıxması

Son illər HİV/AİDS-lə yaşayan və ya yoluxduğu güman edilən insanların insan hüquqlarını məhdudlaşdıran bir sıra qanuni və siyasi qərarlar qəbul edilmişdir.

Təcrübə göstərir ki, insan hüquqlarının müdafiəsi insanların HİV-ə qarşı zəifliyini daha da aşağı salır və HİV/AİDS-in mənfi nəticələrini azaldır. Bu sahədə əhəmiyyətli dərəcədə tərəqqiyə nail olunmuşdur, lakin dünya insan hüquqlarına qarşı etinasızlıq göstərmiş təcrübənin yenidən geri qayıtmasının qarşısını almaq üçün hər an hazır olmalıdır.

www.gfaids.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100