Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
İnsan İmmunçatışmazlığı virusunun ötürülmə yolları  | 1644 dəfə oxunub

İNSANDA İMMUNÇATIŞMAZLIĞI VİRUSUNUN ÖTÜRÜLMƏ YOLLARI

Dünyada aparılan epidemioloji tədqiqatlar HİV infeksiyasının üç ötürülmə yolunu aşkar etdilər:

• Cinsi;

• Qanla (parental);

• Anadan körpəyə.

Hal-hazırda bütün ölkələrdə virusun ötürülməsinin üç yolu mövcuddur. Lakin, bir qayda olaraq, konkret ölkə və region ərazisində HİV infeksiyasının fəal yayılması dövründə daha əhəmiyyətli olan bir ötürülmə yolu, həmçinin aparıcı ötürülmə yolunun həyata keçdiyi zaman daha zəif olan əhali qrupu mövcuddur. Adətən, bu müəyyən həyat tərzi keçirən və ya təhlükəli davranış forması ilə yaşayan insanlardır. Belə ki, ABŞ üçün epidemiyanın ilk dövrlərində aparıcı ötürülmə yolu cinsi əlaqə, daha zəif olan qrup isə homoseksualistlər idi. Jənub-Şərqi Asiya ölkələrində (Tayland, Sinqapur, Hindistan və s.) daha çox yoluxanlar içərisində bəzi şəhərlərdə yoluxmanın 60-80%-ə çatdığı fahişə qadınlar üstünlük təşkil edirdilər. Mərkəzi Avropa, MDB ölkələri üçün, həmçinin Belorusiya üçün aparıcı ötürülmə yolu cinsi əlaqə idi. Azərbaycanda isə narkotiklərin inyeksiya ilə daxil edilməsi – parental yol birinci yer tutur. Parental yolla yanaşı Respublikada cinsi yolla da reallaşmağa başlayır ki, bunlar da dünya təcrübəsindən irəli gələrək demək olar ki, aparıcı yol ola bilərlər.

Qanın köçürülməsinin daha təhlükəli olmasına, yəni HİV-ə yoluxmuş qanın dəfələrlə köçürülməsinin 100% hallarda yoluxmaya gətirib çıxarmasına baxmayaraq yoluxmanın bu üsulu ən az təsadüf olunan hallardandır. Bu ona görə baş verir ki, qan donorları və resipiyentlərinin sayı dünyada çox azdır. Bundan başqa hal-hazırda dünyanın bir çox ölkələrindəki bütün donor qanları HİV testindən keçir və yoluxmuş qanın köçürülmə mümkünlüyü, yəni virusun ötürülməsi yolunun yoluxma əhəmiyyəti çox azdır.

Narkotiklərin birgə qəbul edilməsi də yüksək HİV-ə yoluxma riski yaradır. Lakin inyeksiya narkomanları - əhalinin çox az bir hissəsidir və onlar arasında yoluxma riskinin böyük olmasına baxmayaraq, narkotik istifadəçisi olmayan əhali üçün yoluxmanın bu yolu o qədər də təhlükəli deyil.

Həddi-büluğa çatmış qadınlar şprislərdən istifadə edən narkomanlar və ya qan resipiyentlərlə müqayisədə hər bir cəmiyyətin əsas hissəsini təşkil edirlər, buna görə də HİV-ə yoluxmuş anadan infeksiyalı körpənin doğulması mümkünlüyü HİV-ə yoluxan narkomanlardan və ya HİV-ə yoluxmuş resipiyentlərdən çoxdur.

Cinsi əlaqə, heteroseksual və ya homoseksual üsullar HİV infeksiyasının əsas yoluxma üsullarındandır. Virusun infeksiyaya yoluxmuş cinsi partnyordan sağlam partnyora ötürülməsi mümkünlüyünün azlığına baxmayaraq (birdəfəlik cinsi əlaqə zamanı təxminən 10%), yoluxma hallarının təxminən 70%-i bu üsulun payına düşür, çünki dünya əhalisinin əsas hissəsi seksual aktiv yaşdadır və cinsi əlaqələrə girmək tezliyi çox yüksəkdir.

Ötürülmənin cinsi yolu

Cinsi münasibətlərin bütün növlərində HİV infeksiyasına yoluxma riski mövcuddur. Qoruyucu vasitə olmadan (prezervativsiz) HİV-ə yoluxan şəxslə hər bir cinsi əlaqə sağlam partnyoru yoluxma təhlükəsi qarşısında qoyur. Risk dərəcəsi bir sıra amillərdən asılıdır, məsələn:

• cinsi partnyorun zəif qrupa mənsubluğu, yəni cinsi partnyorun yoluxma mümkünlüyü;

• sağlam partnyorun cinsi və yaşı;

• cinsi əlaqənin növü;

• infeksiyaya yoluxmuş partnyorun xəstəlik mərhələsi;

• cinsi yolla keçən digər xəstəliklərin olub-olmaması

Cinsi partnyorun zəif qrupa mənsubluğu- İİV infeksiyasının yayılması əhalinin müxtəlif qruplanında və müxtəlif regionlarda müxtəlif cürdür. Cinsi partnyorun şprisdən istifadə edən narkoman olması, çox sayda cinsi partnyorları olması və homo və ya biseksual münasibətlərə girməsi hallarında cinsi yolla yoluxma riski artır.

Sağlam partnyorun cinsi və yaşı - Virusun kişidən qadına keçməsi qadından kişiyə keçməsindən iki dəfə artıqdır. Adətən qadınlar HİV infeksiyasına qarşı daha zəif olurlar. Spermada HİV-in konsentrasiyası uşaqlıqda və uşaqlıq boynundakı konsentrasiyaya nisbətən daha böyükdür.

Qadın zəifliyi üçün əsas amillərdən biri də yaşdır (20-ə yaşadək və 45 yaşdan sonrakı dövr ərzində onları İİV infeksiyasına daha həssas edir).

Cinsi əlaqənin növü - Kişi ilə qadın və ya kişilər arasında olan anal cinsi əlaqə vaginal əlaqəyə nisbətən daha güclü ötürülmə riskinə malikdir (partynoru qəbul edən düz bağırsaq toxumalarının daha çox zədələnmə mümkünlüyü səbəbindən, bu da virusun spermadan qana keçməsini əhəmiyyətli dərəcədə asanlaşdırır). Bundan başqa düz bağırsağın selikli qişasında qanın T-limfositləri – virusun əsas hədəfi kimi reseptorlara malik hüceyrələr mövcuddur. Bu hüceyrələr hətta selikli qişanın zədələnmələrinin olmadığı təqdirdə belə virusu onların sonrakı limfositlərə ötürülməsi ilə uda bilər.

Qoruyucu vasitə olmadan vaginal əlaqə zamanı yoluxma riski anal əlaqəyə nisbətən daha aşağıdır. Bu halda anal seksdə olduğu kimi qəbul edən partnyor (qadın) kişidən fərqli olaraq daha çox riskə məruz qalır.

Sperma kimi uşaqlıq ifrazının tərkibində HİV olduğundan oral seks zamanı ötürülmə riski nəzəri olaraq mövcuddur. Faktiki risk səviyyəsinin elmi metodların köməyi ilə müəyyən olunması çox çətindir: seksin bütün digər növlərindən imtina edərək yalnız oral sekslə məşğul olanlar çox azdır və əgər bu baş vermişsə, bu halda ötürülmə yolu qeyri-müəyyəndir. Lakin vaginal və anal sekslə müqayisədə oral seks daha az yoluxma riski yaradır. Bu qadınla qadın arasında baş verən seksual münasibətlərdə çox nadir HİV ötürülməsi hallarının baş verməsini izah edir.

Bütün cinsi əlaqələr zamanı dəridə və ya selikli qişada zədələr və ya yaralar varsa ötürülmə riski çox böyükdür. Oral və vaginal seksdə qadın menstruasiya olduqda risk çox yüksəkdir.

Yoluxmuş partnyorun xəstəlik mərhələsi - HİV-ə yoluxmuş insanlar ən ilk mərhələlərdə – qanda antijisimlərin yaranmasınadək, yəni xəstəliyin «serokonversion pəncərə» müddəti ərzində və daha sonralar, AIDS-in kliniki aşkar olunma halları baş verdikdə daha yoluxuju olurlar. Bu dövrlərdə qanda və digər bioloci mühitdə virusun tərkibi digər dövrlərə nisbətən daha artıqdır.

Cinsi yolla keçən digər xəstəliklərin olması (CYKX)-. Tədqiqatlar göstərir ki, cinsi yolla (yara və yara olmayan xarakterli) keçən xəstəliklərin olması yoluxma riskini dəfələrlə artırır. CYKX törədicisinin düşməsi zamanı orqanizmdə yaranan iltihab prosesi zamanı, bir qayda olaraq, cinsi orqanlarda yerləşən iltihab ocaqlarına infeksiyalar T-limfositlər və makrofaq-hüceyrələr yiyələnməyə can atır. HİV-ə yoluxmuş insanda bu hüceyrələrdən bəziləri özlərində virus daşıyacaqdır ki, bu da sağlam partnyorda ötürülmə riskini artıracaqdır. Bundan başqa, bir çox CYKX (sifilis, herpes və s.) cinsi orqanların sahəsində yaraların əmələ gəlməsinə səbəb olur ki, bu da virusun qana daxil olmasını asanlaşdırır.

HİV-in qan vasitəsilə ötürülməsi

İnfeksiyaya yoluxmuş insanın qanı çoxlu sayda virusdan ibarət olur və bilavasitə digər insanın qanına daxil olarkən sonsuz dərəcədə yoluxucu olur. Ən yüksək risk yoluxmuş donor qanının köçürülməsi zamanı baş verir. Virus həm də qan məhsulları, yəni işlənməmiş qanın ayrı-ayrı elementləri vasitəsilə ötürülə bilər (məsələn, xəstələrə hemofiliya ilə yeridilən qanın VII faktoru).

HİV-in qan vasitəsilə ötürülməsi müəyyən qan «dozasında» olan virusun miqdarından asılıdır. Buna görə də infeksiyalı iynədən, şprisdən və ya digər alətlərdən yoluxma riski qanın köçürülməsi zamanı yaranan riskdən daha yüksədir. Bununla belə venadaxili narkotiklərdən istifadə edən narkomanlar içərisində bu üsul xüsusi yer tutur, çünki onlar çox tez-tez – gündə bir neçə dəfə təhlükəyə məruz qalırlar. Nəticədə narkomanlar tərəfindən ümumi iynədən və şprislərdən istifadə bir çox ölkələrdə (həmçinin respublikamızda) HİV infeksiyasının yayılmasının əsas səbəblərində biri olmuşdur.

Zədələnməmiş dəri virus üçün yaxşı baryer ola bilər. Lakin qanın dəridə uzun müddət qalması zamanı virusun görünməz mikrotravma və çatlardan daxil olması riski mövcuddur. Virusun həm də selikli qişalar vasitəsilə (qanın gözə və ya ağız boşluğuna daxil olması zamanı) daxil olması riski də mövcuddur.

Qana bulaşmış ülgüc və ya manikür əşyaları vasitəsilə yoluxma da mümkündür. Lakin hal-hazırda bu yoluxmanın rəsmi təsdiqlənməsi olmamışdır.

 

Anadan körpəyə ötürülmə (vertikal yol).

İnfeksiyaya yoluxmuş ananın virusu körpəsinə ötürməsinin üç dövrü var:

• perinatal (uşaqlıqda və ya doğuşa qədər);

• doğuş prosesi zamanı;

• doğuşdansonrakı (doğumdan sonrakı).

Dölün infeksiyaya yoluxması ananın yoluxması zamanı baş verir – perinatal dövrdə virusun ötürülməsi anadan keçir. HİV «ananı yoluxdurmadan yoluxmuş atanın sperması ilə birgə daxil ola və embriona düşə bilməz».

Qorxu və xurafat epidemiyası

HİV/AİDS epidemiyası dünya üzrə inkişaf və yayılmasında əlavə bir epidemiyanı daha yaratdı – qorxu və xurafat epidemiyasını. Bu effektli dərman və vaksinlərin olmaması, onun əlaqəsi, cəmiyyətdən təcrid olunmuş təbəqələri (fahişələr, narkomanlar, homoseksualistlər), əhalinin böyük bir hissəsinin virusun ötürülmə yolları, ondan müdafiənin metod və vasitələri haqqında az informasiyaya malik olması ilə bağlı hal-hazırda xəstəliyin labüdlüyü ilə bağlıdır.

Laboratoriya şəraitində virusu praktiki olaraq bütün bioloji mayelərdən və orqanizm mühitindən ayırmaq mümkün olurdu. Lakin yalnız qanda, spermada, uşaqlıq mayesində, onurğa beyni mayesində və ana südündə HİV konsentrasiyalar şəklində yoluxucu olacaq dərəcədə çox olurlar. Bundan başqa virus bilavasitə qana daxil olmalı və yoluxmanın baş verməsi üçün selikli qişalarla əlaqəyə girməlidir.

BELƏLİKLƏ, HİV ÖTÜRÜLMƏSİNƏ İMKAN YARADAN ŞƏRTLƏR:

• HİV insan orqanizminin mayelərində olmalıdır.

• Yoluxmanın baş verməsi üçün İİV lazımi yerə və lazımi miqdarda düşməlidir (qana və ya selikli qişaya).

Orqanizmin yoluxma üçün kifayət dərəcədə konsentrasiyada olan virusdan ibarət mayeləri

(virusun konsentrasiyasının nəzərə alınması ilə sayılır – çoxdan aza)

• qan;

• sperma;

• vaginal sekret (bu mayelər virusun yüksək konsentrasiyasından ibarətdir və onlar yoluxma cəhətdən çox təhlükəlidir!)

HİV həm də ana südü ilə əmizdirilərkən ötürülür (qan və ya südlə).

Yuxarıda göstərilən mayelərdən başqa HİV həm də ayrılır:

• sidik;

• tüpürcək;

• göz yaşları.

(bu mayelər virusun aşağı konsentrasiyasını təşkil edir, onlar yoluxma cəhətdən yalnız böyük həcmdə təhlükəli olurlar)

HİV aşağıdakılarda ayrılmır:

• tər;

• nəcis;

• qulaq çirki.

HİV ÖTÜRÜLMƏSİNİN ƏLAVƏ FAKTORLARI

Onlar hər zaman HİV-in ötürülməsinə gətirib çıxarmır, lakin yoluxma riskini artıra bilər:

• Təkrar olunan təsirlər (HİV-ə yoluxmuş mayelərlə mümkün əlaqə) yoluxma riskini artıran əlavə faktor ola bilər.

• İnsanda digər CYKX olması HİV-ə yoluxma riskini artıran faktor ola bilər, belə ki, dəri və selikli örtüklər zədələnir və immunitet aşağı düşür.

buna görə də aşağıdakılar TƏHLÜKƏSİZDİR:

• nəqliyyatda getmək;

• ümumi tualet, hamam, qapı dəstəkləri, qab və paltardan istifadə etmək;

• AİDS-li xəstə ilə yeməyi bölüşmək, ona qulluq etmək və onu qucaqlamaq.

Həşəratların və digər qansoran cücülərin (mığmığa, birə, yataq taxtabitisi) sancmaları təhlükə yaratmır. Birincisi, ona görə ki, virus cücülərin mədəsində tez dağılır; ikincisi isə cücülərin həzm aparatı elə qurulmuşdur ki, qanın mədədən geri dönməsi praktiki olaraq qeyri-mümkündür.

Həşərat və cücülərin HİV daşıyıcısı olmamasına sübut olaraq bir faktı da göstərmək olar ki, əgər, məsələn malyariya, sarılıq və digər yoluxucu xəstəliklərdə virus həşəratlar tərəfindən ötürülərdisə, HİV infeksiyasının epidemioloji təsviri bu formada olmamalı idi. Bu xəstəliklər zamanı xəstələrin əhalinin bütün yaş qrupları arasında bərabər bölüşdürülməsi müşahidə olunur. HİV infeksiyasına çox az hallarda 15 yaşınadək olan uşaqlarda (analarından yoluxan uşaqlar istisna olmaqla) və yaşlı insanlarda, yəni seksual cəhətdən aktiv olmayanlarda rast gəlinir. Həm də HİV infeksiyasının kənd ərazilərdə yayılma səviyyəsi kənd ərazilərində həşəratların daha çox olmasına baxmayaraq şəhərlərə nisbətən çox azdır.

www.gfaids.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100