Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
AİDS nədir?  | 1592 dəfə oxunub

AIDS nədir?

AIDS (QİÇS), qəbul edilmiş immunçatışmazlığı sindromu – orqanizmin immun sistemində yaranan xəstəlikdir ki, bu xəstəlik də onun tamamilə dağılmasına gətirib çıxarır.

Bu xəstəliyin simptomları ilk dəfə 1978-ci ildə ABŞ və İsveçin bir neçə pasiyentlərində (homoseksual kişilərdə), həmçinin Tanzaniya və Haitidə (hər iki cinsin heteroseksuallarında) qeydə alınmışdır. 1983-cü ildə isə Paster İnstitutundan (Fransa) Lyuk Montanye AIDS-ə səbəb olan insanın immunçatışmazlığı virusunu (HİV) kəşf etdi. Bu günədək məlum olmuşdur ki, virusun vətəni Qərbi Afrikadır, onun təbiəti və strukturu müəyyən olunmuş, virusun ötürülmə yolları və həyat qabiliyyəti tədqiq edilmişdir, lakin bütün bunlar hələ də alimlərə HİV-in müalicəsi üçün dərman yaradılmasına kömək edə bilmədi. HİV infeksiyasının yayılma statistikası dəhşətlidir – hal-hazırda artıq 40 milyon insan HİV-ə yoluxmuş və ya AIDS xəstəliyinə tutulmuşlar.

Bu nəyin nəticəsində baş verir?

HİV infeksiyasına yoluxmanın bir neçə yolları vardır:

• qoruyucu vasitəsiz (prezervativsiz) cinsi əlaqə;

• şpris, iynə və digər inyeksiya alətlərindən birgə istifadə olunması;

• tatu və pirsinq üçün qeyri-steril alətlərdən istifadə olunması;

• başqasının ülgücündən, üzərində görünən qan qalıqları olan diş fırçasından istifadə edilməsi;

• infeksiyaya yoluxmuş qanın köçürülməsi zamanı;

• hamiləlik, doğuş və əmizdirmə zamanı virusun HİV-pozitiv anadan körpəyə keçməsi.

HİV qan, sperma, uşaqlıq yolu ifrazı və ana südü vasitəsilə keçir, bu zaman orqanizmin digər mayelərdən (tüpürcək, tər, göz yaşı, sidik və nəcis) yoluxması təhlükəsi olmur. Bu ona görə baş verir ki, yoluxma üçün virusun hər hansı minimal yığılması zəruridir. Belə ki, virusun yoluxması üçün lazım olan miqdar tikiş iynəsinin ucundakı qədər bir qan damlasından ibarətdir, həmin miqdarda virusun olduğu tüpürcəyin həcmi isə 4 litr təşkil edir.

Nə baş verir?

 

HİV yalnız insan orqanizmində yaşayır və onun xaricində mövcud ola bilməz – havaya düşərkən o demək olar ki, həmin an dağılır. HİV RNT (ribonuklein turşusu) formasında genetik informasiyaya malik olan viruslara aiddir ki, bu da onlara sərbəst çoxalma imkanı vermir. HİV-in çoxalması üçün kiminsə onun gen informasiyasını yeridəcək DNT-si tələb olunur. Bundan sonra DNT-yə məxsus olan hüceyrə virusların istehsalı üzrə «fabrik» kimi işləyir. Nəticədə o zəifləyərək ölür. Buna görə də HİV özünün çoxalması üçün bizim immun sistemimizin müəyyən hüceyrələrindən istifadə edir. Məhz elə bu da HİV-in bu dərəcədə təhlükəli olmasını göstərir – o hüceyrələrdən özünün istehsalı üçün istifadə etməklə bizim müdafiə sistemimizi zədələyir.

Bir çox insanlar elə düşünürlər ki, HİV və AİDS eyni anlayışdır. Lakin bu belə deyil. İnsan HİV-ə yoluxarkən virus orqanizmin xəstəliklər qarşısında cavabdehlik daşıyan immun sistemini dağıtmağa başlayır. HİV-lə yaşayan insan uzun müddət yaxşı görünə və özünü yaxşı hiss edə bilər və infeksiyaya yoluxduğundan xəbərsiz ola bilər. Lakin vaxt keçdikcə virus immun sisteminin hüceyrələrini dağıtmağa davam edir və hüceyrələrin sayının kritik səviyyədən aşağı düşdüyündə insan (bir çoxlarının qarşısını ala bilsə də) bütün xəstəliklərə qarşı zəif olur. HİV yoluxmasından bir neçə il keçdikdən sonra insanda bir və ya bir neçə xəstəliyin inkişaf etdiyi bir dövrdə AİDS-in (QİÇS) (Qazanılmış İmmunçatışmazlığı Sindromunun) diaqnozu qoyulur. Məsələn, HİV infeksiyasının inkişaf etməsinin ilkin əlamətlərinə, yəni immunçatışmazlığının artmasına ağız boşluğu yarası, bədən temperaturunun qeyri-müəyyən səbəbdən artması, gecələr tərləmə, ishal, arıqlama, tez-tez baş verən kəskin respirator infeksiyalar, bütün bədəni əhatə edən dəmrov (herpes) və s. daxildir.

Beləliklə, HİV və AİDS eyni anlam ifadə etmir. HİV – immun sistemini sarsıdan virusdur, AİDS isə – aşağı səviyyəli immunitet fonunda HİV-li insanlarda yaranan kompleks xəstəliklərdir.

Diaqnoz

 

Yoluxmadan sonrakı və HİV anticisimlərinin qanda yaranmasından öncəki mərhələ «pəncərə mərhələsi» adlanır. Buna görə də orqanizmdə HİV-in aşkar edilməsi yoluxmadan təxminən 3-6 ay arasında virus anticismi üzə çıxaran xüsusi HİV infeksiyasının yoxlanılması üçün qan analizinin köməyi ilə mümkündür. HİV-in yoxlanılması üçün qan analizini hər bir xəstəxanada anonim olaraq da həyata keçirmək olar. Qanda HİV virusu anticisminin aşkar edilməsi ilə müayinə nəticəsi müsbət kimi qiymətləndirilir. Lakin bu tam cavab deyil, belə ki, əldə olunmuş nəticə digər təsdiq olunmuş testlə mütləq yenidən yoxlanılmalıdır. Yalnız təkrar müsbət nəticənin əldə olunmasından sonra həkim İİV infeksiyasının olması barədə xəstəyə məlumat verir. Bu halda müayinənin nəticəsi həkim tərəfindən xəstəyə şəxsən bildirilir və bu informasiya tam məxfi saxlanılır.

HİV-ə yoluxma məsələləri və analizin nəticələri haqqında zəruri hallarda müalicə yaza biləcək həkim-immunoloq və ya veneroloqdan məsləhət almaq olar.

Müalicə

HİV-in müalicəsində tətbiq olunan dərman preparatları virusu öldürmür, sadəcə olaraq HİV-in çoxalma prosesini və onun fəallığını pozaraq onu təcrid edir. HİV-in fəallığının aşağı salınması immun hüceyrələrinin sayının bərpa olunmasına gətirib çıxarır. Üç və ya dörd dərman preparatlarının eyni zamanda qəbuluna yüksək aktiv antiretrovirus terapiyası deyirlər, belə ki, bu müalicə nəticəsində qanda virus tərkibinin qeyri-müəyyən səviyyəyədək azaldılmasına nail olunur. Lakin bu, insanın tamamilə virusdan azad olması demək deyil, çünki HİV nəinki qanda, həmçinin limfa düyünlərində və insanın digər orqanlarında da mövcud ola bilər.

HİV statusu haqqında (yəni qanda virusun olub-olmaması haqqında) bilmək insana vaxtında tibbi yardım almağa kömək edə bilər ki, bu yardım da ciddi və həyat təhlükəsi yaradan xəstəliyin qarşısını almaq iqtidarındadır. HİV aşkar edildiyi zaman bir çox yoluxucu xəstəliklər, məsələn, sifilis kimi xəstəliklər başqa üsulla müalicə olunmalıdır. Həm də HİV daşıyıcısı olarkən immun statusuna və digər göstəricilərə diqqət yetirmək lazımdır ki, bu da virusa qarşı lazımi müalicənin təyin olunmasına və AİDS-in inkişafının qarşısının alınmasına imkan yaradır.

Həmçinin unutmamaq lazımdır ki, HİV-ə yoluxan insan uzun ömür yaşaya bilər. Və bu uzun həyatın onun üçün cəhənnəm olmaması üçün hal-hazırda hər bir şəhərdə HİV-ə yoluxan insanlara psixoloji yardım mərkəzləri, etimad telefonları və anonim klinikalar fəaliyyət göstərir.

www.gfaids.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100