Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
İİV nədir?  | 1556 dəfə oxunub

HIV/AIDS haqqında

HIV/AIDS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS -in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür.

HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.

Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik – bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. HİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və HİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradacaq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər.

Ümid edirik ki, təqdim etdiyimiz vəsaitdə göstərilən məlumatla tanış olmaqla özünüzü və yaxınlarınızı necə qorumaq, həmçinin HİV epidemiyasının bilavasitə aid olduğu insanlara necə kömək etmək haqqında əsaslandırılmış qərar qəbul edə bilərsiniz.

HİV nədir?

İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur.

HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyinə tutulmaq – eyni şey deyil. HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV-ə yoluxanlar illərlə xəstələnmirlər. Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır.

AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin (T-xelperlərin) səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neçə opportunistik infeksiyaların (Oİ) inkişaf etdiyi zaman HİV-ə yoluxan insana qoyulur. Opportunistik infeksiyalar – zəif immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər.

HİV virusu xarici mühitdə cəmi bir neçə dəqiqə fəaliyyət göstərə bilər. Lakin şpris və iynədə HİV bir neçə gün yaşaya bilər. Buna görə də inyeksiya zamanı steril birdəfəlik şprislərdən istifadə etmək lazımdır, çünki artıq digər insanlar tərəfindən istifadə olunmuş şprislərdə canlı immunçatışmazlığı virusu ola bilər.

HİV/AİDS-lə digər yoluxucu xəstəliklər arasında əlaqə varmı?

Cinsi yolla keçən infeksiyalar (CYKİ) yoluxmuş insanlar HİV-ə yoluxma riskinə daha çox məruz qalırlar. Unutmamaq lazımdır ki, açıq yaraların əmələ gəlməsi ilə müşayiət olunan zöhrəvi xəstəliklər (məsələn, herpes) yüksək risk faktorudur. Qapalı formada mövcud olan CYKİ də həmçinin HİV-ə yoluxma riskini artırır.

Əgər immunçatışmazlığı virusu müalicə olunmazsa, orqanizm vərəm kimi digər yoluxucu xəstəliklər qarşısında müdafiəsiz olacaqdır. Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatlarına əsasən Azərbaycanda HİV-lə yaşayan insanların 50%-i vərəmə yoluxurlar. Bu xəstəlik AİDS xəstələrinin əsas ölüm səbəbidir: AİDS xəstələrinin üçdə bir hissəsi vərəmdən ölür. Vərəmin aktiv forması HİV infeksiyasının hər anında yarana bilər, lakin orta hesabla vərəm HİV-ə yoluxmadan 6-8 il sonra inkişaf edir.

Yoluxma nə zaman baş verir?

HİV infeksiyasına yoluxma-yoluxmuş insanın qanının, spermasının, uşaqlıq sekresiyasının infeksiyaya yoluxmayan insanın qanına və ya bilavasitə qana və ya selikli qişa yolu ilə keçməsi ilə baş verir. Körpənin anadan yoluxması ananın hamiləliyi dövründə (daxili bətndə), doğuş zamanı və ya döş əmizdirilməsi zamanı baş verir. Lakin bu günədək infeksiyanın tüpürcək, göz yaşı və ya əl sıxma və ya qucaqlaşma da daxil olmaqla məişət kontaktları ilə yoluxması halları qeydə alınmamışdır.

HİV-ə yoluxma riski aşağıdakı hallarda qeyri-mümkündür:

- Əl sıxması və ya digər məişət kontaktları (qucaqlaşma da daxil olma) zamanı;

- Məişət əşyalarından birgə istifadə edərkən;

- Ofis əşyalarından (telefon, kompyuter, karandaş və ya qələm də daxil olmaqla) birgə istifadə edərkən;

- Öskürərkən və ya asqırarkən;

- Saunada və ya hovuzda;

- Həşəratların sancması zamanı;

- Ev heyvanları ilə kontaktda olarkən;

- İdmanla məşğul olarkən;

- Unitazın oturacağı vasitəsilə;

- Yataq dəsti vasitəsilə.

Müxtəlif ötürülmə yolları arasında münasibət

Dünyada qeydə alınmış bütün HİV infeksiyasına yoluxma halları aşağıdakı şəkildə yoluxma yollarına bölüşdürülür:

1. Cinsi yol – 70-80%;

2. İnyeksion narkotiklərin istifadəsi zamanı – 5-10%;

3. Hamilə və ya süd əmizdirən anadan körpəyə – 5-10%;

4. Yoluxmuş qanın köçürülməsi – 3-5%;

Müxtəlif ölkələrdə və regionlarda müxtəlif yoluxma yolları (homoseksual, heteroseksual, inyeksiya narkotikləri) üstünlük təşkil edir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatlarına əsasən Azərbaycanda 1996-2007-ci illərdə yoluxmanın narkotik maddələrin inyeksiya ilə yeridilməsi yolu üstünlük təşkil edir (bütün məlum halların 58,93%).

Niyə narkotik maddələrin venadaxili qəbul edilməsi HİV-ə yoluxmayə gətirib çıxara bilər?

Ümumiyyətlə, inyeksiya zamanı qan əvvəl iynəyə və ya şprisə düşür. İynənin və ya şprisin narkotik istifadəçisi tərəfindən təkrar istifadəsi HİV-ə yoluxan xəstənin qanının qalıqlarından sağlam insanın yoluxmasına gətirib çıxara bilər.

Yoluxmuş qan daxil edilən narkotik preparatlara düşə bilər:

- Narkotiklərin hazırlanması zamanı yoluxmuş şprislərin istifadəsi yolu ilə;

- Sudan çox istifadə etdikdə;

- Narkotiklərin hazırlanması üçün şüşə qapaqlarından, qaşıqlardan və narkotiklərin hazırlanmasında istifadə olunan digər əşyalardan (məsələn, narkotiklərin suda həll olması və narkotik məhlulun qızdırılması üçün «qaşıqlardan») dəfələrlə istifadə etdikdə;

- İynədə qala biləcək hissəciklərin filtrasiyası üçün pambıq kürəciklərinin və ya siqaret filtrlərinin dəfələrlə istifadəsi zamanı;

- «küçə alverçiləri» artıq istifadə olunmuş və HİV-ə yoluxmuş şprisləri steril şpris adı ilə sata bilərlər. Buna görə də şprisləri yalnız apteklərdən alın.

Yoluxma riskini nə artırır?

Hər iki partnyor üçün yoluxma riski yanaşı gedən zöhrəvi xəstəliklər zamanı artır (CYKX).

Cinsi əlaqə vasitəsilə ötürülən xəstəlikləri haqlı olaraq «virus üçün qapılar» adlandırırlar, belə ki, məhz onlar cinsi orqanlarda yara əmələ gəlməsinə və ya onların selikli qişasının iltihabına səbəb olurlar. Bu halda selikli qişanın səthinə, xüsusən, HİV üçün hədəf olan çoxlu sayda lifositlər düşür. İltihab həm də hüceyrələr membranında dəyişikliklərə səbəb olur ki, bu da virusun daxil olma riskini artırır.

Cinsi əlaqə zamanı qadının kişidən yoluxması mümkünlüyü kişinin qadından yoluxması mümkünlüyündən üç dəfə çoxdur.

Qoruyucu vasitəsiz cinsi akt zamanı qadın orqanizminə kişinin toxumluq mayesində olan çoxlu sayda virus düşür. Virusun daxilə düşə biləcəyi səthin sahəsi qadında daha böyükdür (uşaqlıq yolunun selikli qişası). Bundan başqa uşaqlıq yolunun sekresiyalarına nisbətən toxumluq mayesində HİV daha çox toplanmışdır. Qadın üçün risk ən çox CYKX, uşaqlıq boynunun eroziyası, selikli qişanın yaralanması və ya iltihabı, menstruasiya, həmçinin qızlıq pərdəsinin deşilməsi zamanı baş verir.

Qadın-partnyorun uşaqlıq boynunun eroziyası baş verdikdə həm kişi, həm də qadın üçün yoluxma riski artır.

Qadında eroziya virus üçün «giriş qapıları» funksiyasını yerinə yetirir. Eyni zamanda uşaqlıq boynunun eroziyası zamanı kişinin yoluxma riskini artıran virusdan ibarət hüceyrələrin laylanması baş verir.

Yoluxma riski vaginal əlaqəyə nisbətən anal əlaqə zamanı daha yüksəkdir.

Çünki anusun və düz bağırsağın selikli qişasının travma alması mümkünlüyü yüksəkdir ki, bu da infeksiya üçün «giriş qapılarını» yaradır.

Yoluxma riskini necə aşağı salmalı?

- HİV müayinəsindən keçin və partnyorunuzun da həmin müayinədən keçməsini xahiş edin.

- Vaginal, anal və oral sekslə məşğul olarkən prezervativdən istifadə edin. Siz həm də oral seks üçün xüsusi prezervativlərdən istifadə edə bilərsiniz.

- Hər cür tibbi müdaxilə zamanı steril olmayan alətlərdən istifadə olunmasına imkan verməyin. Steril birdəfəlik şprislərdən istifadə edilməsini təkid edin.

- Əgər sizdə HİV statusu müsbətdirsə və siz hamiləsinizsə, xüsusi müalicə almaq üçün həkimə müraciət edin. Hamiləlik və doğuş zamanı HİV infeksiyasının anadan körpəyə keçən «vertikal ötürülmə» riskinin müəyyən dərəcədə azaldılması üsulları mövcuddur.

HİV infeksiyasının anadan körpəyə ötürülməsi

Terapiya

HİV infeksiyasına yoluxan analar HİV infeksiyasının körpəyə ötürülməsi riskini azalda bilərlər, əgər onlar:

- Hamiləlik zamanı antiretrovirus preparatlarını qəbul edirlərsə;

- Doğuş zamanını qısaldır və qeysər kəsiyi edirlərsə;

- Körpəni döşlə əmizdirmirlərsə.

Qeysər kəsiyi

Birləşdirilmiş antiretrovirus terapiyası infeksiyanın anadan körpəyə ötürülməsi riskini (25-30%-dən 1%-dək) əhəmiyyətli dərəcədə azaldır. Bir çox HİV-i müsbət olan analar qeysər kəsiyinin körpəni infeksiyadan qoruya bilməsi ilə maraqlanırlar.

- qeysər kəsiyi infeksiyaya yoluxmadan qoruya bilər. Qeysər kəsiyinin planlaşdırılmış əməliyyatı bətnətrafı suların çəkilməsindən öncə doğuşun başlanmasından qabaq həyata keçirilir (bətn kisəsi körpənin olduğu kisədir). Bu körpənin ananın qanı ilə kontakta girməsini nisbətən azaldır (Əsas onu bilmək lazımdır ki, bətnətrafı suların çəkilməsindən sonra qeysər kəsiyi infeksiyanın ötürülmə riskini azaltmır). Belə ki, qeysər kəsiyi cərrahi müdaxilə tələb edir, bu əməliyyat müəyyən risklə bağlıdır. Qeysər kəsiyinin tətbiq edildiyi qadınlar doğuşu təbii yolla həyata keçirən qadınlara nisbətən daha çox infeksiyaya yoluxma riskinə məruz qalırlar. Lakin nəzərə almaq lazımdır ki, HİV infeksiyasının ötürülməsinin qarşısının alnması məqsədilə həyata keçirilən qeysər kəsiyi hamiləliyin 38-ci həftəsində körpənin vaxtından əvvəl doğulmasının mümkün olması zamanı həyata keçirilir.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100