Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Vərəm və DOTS  | 2100 dəfə oxunub


1. VƏRƏM dünyada ən təhlükəli və geniş yayılmış yoluxucu xəstəliklərdən biridir.
2. Xəstəliyin törədicisi vərəm mikobakteriyalarıdır ki, bunları bəzən vərəm çöpləri və ya onu aşkar edən alimin adı ilə Kox Basillası da adlandırırlar.
3. Vərəm xəstəliyi insan bədəninin hər bir orqanına toxuna bilər, amma əksər hallarda bu xəstəlik ağciyəri zədələyir.
4. Vərəmin bu forması daha təhlükəlidir və havaya ifraz olunan mikrobakteriyalar xəstə adamdan sağlam adama keçir.
5. Adi insanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hallarda hava-damcı yolu ilə baş verir.
6. Vərəmin əsas əlamətləri iki həftədən artıq öskürək, tez yorulma, iştahsızlıq, arıqlama və gecə tərləmələri, eləcə də iki həftədən artıq davam edən qızdırmadan ibarətdir.
7. Vərəm irsən keçən xəstəlik hesab olunmur.
8. Vərəmə yoluxma təhlükəsi nə gəlincə, yoluxucu vərəmli xəstələr ilə mütəmadi sıx əlaqədə olan insanlar, xroniki xəstəlik, o cümlədən ağciyər xəstəliyi, şəkərli diabet, xora xəstəliyi, pis həyat şəraiti və keyfiyyətsiz qidalanma nəticəsində orqanizminin müdafiəsi zəifləmiş insanlar, İİV/QİÇS xəstəliyinə yoluxanlar, siqaret çəkən, çoxlu alkoqol, narkotik maddələr qəbul edən insanlar və miqrantlar arasında yoluxma riski daha yüksəkdir.
9. Vərəm nə qədər təhlükəli hesab olunsa da, bu gün onu tamamilə müalicə etmək mümkündür.
10. Vərəm xəstəliyi erkən aşkar olunmasa, xəstə mütəxəssisə vaxtında müraciət etməsə, müalicə çətinləşir, fəsadlar yaranır. Nəticə etibarı ilə xəstəlik yalnız xəstənin deyil, bütün cəmiyyətin probleminə çevrilir.

Rezistent VƏRƏM və onun müalicəsi – DOTS haqda nə bilirik?

Vərəm bakteriyalarına hələ 6500 illik yaşa malik arxeoloji qazıntılarda rast gəlinmişdir. Bu bakteriyaların əlamətləri qədim Misir mumiyalarında da tapılmışdır.  Vərəm haqda ilkin qeydlərə qədim Çin və Sanskrit (qədim hind dili) yazılarında təsadüf edilir. Xəstəliyin ilk tibbi təsvirini eramızdan əvvəl 460 və 375 illərdə Hippokrat verərək onu “phthisis” (zaisis) adlandırmışdır.

Məlumat üçün qeyd edek ki, vərəmin törədicisi vərəm mikrobakteriyaları - Mycobacterium (bəzən vərəm çöpləri də adlandırılır) ətraf mühit təsirlərinə dözümlü olan mikroorqanizmlərdir. Vərəmə yoluxma bu xəstəliyə düçar olmuş insanların öskürərkən, asqırarkən, yaxud ucadan danışarkən ətraf mühitə ifraz etdikləri vərəm mikrobları hesabına baş verir.

1944-cü ildə doktor Selman Vaksman streptomisini kəşf etdikdən sonra xəstəliyin dərmanla müalicə erası başlamışdır. Streptomisini vərəmin müalicəsində istifadə edilə biləcək ilk aminoqlikozid antibiotik preparat idi. Qeyd etmək lazımdır ki, bu kəşfinə görə doktor Vaksman Nobel mükafatı ilə təltif olunmuşdur.

Təəssüflə qeyd olunmalıdır ki, qısa müddətdən sonra vərəmin dərmanla müalicəsində yalnız streptomisindən istifadənin kifayət etmədiyi məlum oldu. Vərəm bakteriyalarında bir çox mikroblara xas genetik mutasiya etmək qabiliyyəti nəticəsində bu dərmana qarşı müqavimət – rezistentlik yaranmışdı. 1949-cu ildə streptomisinin PASK (para-aminsalisil turşusu) ilə istifadəsi bu preparata qarşı rezistentliyi aradan qaldırıldı. Lakin bu da uzun çəkmədi və az müddətdən sonra vərəm çöplərində bu kombinasiyaya qarşı rezistentlik yarandı. Beləliklə, 1950-ci illərdə vərəmin bir dərmanla müalicəsinin mümkünsüzlüyü tam sübut olundu. Bundan sonra vərəmin rezistent formasının müalicəsi üçün bir neçə yeni dərman preparatından istifadə olunmağa başlandı. Nəticə etibarı ilə eyni zamanda bir neçə dərmandan istifadə belə mutasiyaların qarşısını almaqla vərəm çöplərində dərmana qarşı müqaviməti də aradan qaldıra bilir və xəstəliyin rezistent formasının müalicəsini tam mümkün edirdi. Nəhayət, XX əsrin 50-60-ci illərində rezistent vərəm əleyhinə ən təsirli rifampisin və uzoniazid adlı dərmanların tapılması təbabət aləmində vərəmlə mübarizənin sona çatdığı haqda ümumi bir fikir yaratdı. Lakin az keçmədi ki, bu da özünü doğrultmadı. Buna səbəb isə birinci sıra dərman preparatlarından istifadədən sonra təkrar yoluxmanın müalicəsi zamanı multirezistent (çox saylı müqavimət) vərəmin yaranması idi. Vərəmin rezistent formasının yaranma səbəblərindən başlıcası isə onun qeyri-müntəzəm və qeyri düzgün müalicəsi idi.

Qeyri-müntəzəm və qeyri düzgün müalicəyə aşağıdakılar daxildir:

  1. xəstənin müalicəni tam başa çatdırmaması
  2. kimyəvi müalicə sxeminin düzgün qurulmaması
  3. lazımi çeşiddə və lazımi miqdarda preparatlarının olmaması
  4. təşkilati məsələlərə biganə münasibət
  5. xəstənin orqanizmində bəzi fəsadlı halların olması

Multirezistent vərəm – vərəm çöplərinin ən güclü təsirə malik olan izonazid, rifampisin və digər dərmanların kombinasiyasına eyni zamanda müqavimət göstərməsidir. Başqa sözlə multirezistent vərəm halında bu dərmanların istifadəsi belə ştamplı vərəm çöplərini zərərsizləşdirə bilmir. Bəzi ədəbiyyatlarda multirezistent vərəmə MDR (multi drug resistance – çox saylı dərmana davamlı) vərəm kimi də rast gəlmək olar.  

DOTS strategiyası:
“Adi vərəmə” yoluxmuş insan birinci sıra dərmanların tətbiqi ilə 6-12 aylıq tam kurs müalicədən sonra sağala bilir. Rezistent vərəmin müalicəsi isə 2-ci sıra dərmanlarla 18-24 aya kimi davam edir. Bu preparatlar 1-ci sıra dərmanlardan qat-qat bahadır. Təsəvvür edin ki, dərmana davamlı vərəmin müalicəsi adi vərəmdən fərqli olaraq 10-15 dəfə baha olur.

Vərəmin müalicəsində əhəmiyyətli nailiyyətlərdən biri 1994-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tətbiq olunan DOTS strategiyasıdır. DOTS birbaşa nəzarət üsulu ilə qısa müddətli müalicə kursudur. DOTS əsasən 5 elementdən ibarətdir: siyasi öhdəlik, bəlğəm nümunələrinin keyfiyyətli və zəmanətli mikroskopik müayinəsinə çıxış, birbaşa nəzarət üsulunun (DOT) daxil olduğu standartlaşdırılmış qısa müddətli kimyəvi müalicə, kəsilməz keyfiyyətli və zəmanətli dərman təchizatı, həmçinin qeydiyyat və hesabat sistemi.

Dünya Bankının son araşdırmalarına görə DOTS hazırda dünyada mövcud olan ən effektiv və qənaətli üsuldur. DOTS müalicəsi zamanı vərəmə yoluxmuş xəstə üçün fərdi müalicə sxemi təyin olunur. DOTS adi və ya minimal formalı rezistent vərəmli xəstəlik halının müalicəsində tətbiq edilərsə onun effektlilik əmsalı 95%-ə bərabərdir. Bu isə, adi vərəmlə yoluxmanın kəskin azalması və rezistent vərəm halının yaranmasının qarşını almağa tam kifayət edir.
Rezisistent vərəm xəstələrinin müalicəsində DOTS strategiyasından davamı kimi DOTS Plus tətbiq edilir. DOTS Plus 2-ci sıra dərmanların tətbiqi ilə həyata keçirilən daha sistemli və uzunmüddətli idarəetmə strategiyasıdır. 1-ci sıra dərmanlardan fərqli olaraq DOTS Plus müalicə üsulunda istifadə olunan  2-ci sıra dərmanlar daha toksik (zəhərli) təsirli və olduqca bahalıdır. Qeyd etmək lazımdır ki, DOTS Plus strategiyasında yalnız DOTS əsaslı effektiv vərəmə nəzarət proqramının mövcud olduğu zaman istifadə oluna bilər.


Unutmayın ki, adı vərəm kimi rezistent vərəm də müalicə oluna bilən xəstəlikdir.

Tam müalicə üçün tələb olunan yeganə şərt xəstənin iradəsidir. Təbii ki, keyfiyyətli müalicə kursu istisna olunmur.

VƏRƏMLƏ MÜBARİZƏDƏ BİR OLAQ!
www.gftb.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100