Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Disbakterioz  | 6977 dəfə oxunub

Disbakterioz

Bifidobakteriya           109 – 1010
Laktobakteriya            107 – 108
Bakteroid                 109 – 1010
Enterokokk                105 – 108
E.Coli                    107 – 108
E.Coli (laktozoneqativ) < 105

Bağırsağın normal mikroflorası tərkibində obliqat (əsas mikroflora) və fakultativ (saprofit və şərti patogen) mikroorqanizmləri cəmləyir.
Obliqat mikrofloraya: Bifidobakteriya, laktobakteriya, E.Coli, Bakteroid, Peptostreptokokk, Enterokokk və s. aiddir.
Fakultativ floraya: Anaerob kokk, stafilokokk, streptokokk, basillər, fuzobakteriya və s. aiddir.

Normal mikroflora orqanizm üçün xüsusi əhəmiyyət kəsb edən bir çox funksiyaları özündə birləşdirir.

  • Rezistentlik – Sitokinin-stimuləedici aktivlik də daxil olmaqla immun sistemin aktivliyi.
  • Detoksikasion – Zülal, lipid, karbohidrat, histamin metobolizmi məhsullarının hidrolizi.
  • Sintetik – Vitamin(vit K, pantoten turşusu, B qrupu vitaminlər, fol turşusu və s.) hormon, aminturşu, zülal sintez etmək.
  • Qidalandırıcı – Mədə-bağırsaq traktı fizioloji aktivliyinin güclənməsi.

Insan orqanizminin  mikrob ekologiyasının  (xüsusilə də bağırsaqların) disbalansı, daha doğrusu normal və atipik mikroflora arasında tarazlığın pozulması ilə müşayət olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri disbakterioz adlanır. Disbakteriozu müasir koloproktologiyanın geniş yayılan problemi hesab etmək olar. Belə ki,  90% hallarda yaşlılarda, 95% hallarda isə uşaqlarda bu xəstəliyə rast gəlinir. Disbakterioz əsasən nazik və yoğun bağırsaqlarda qeyd edilir.

Nazik bağırsaq disbakteriozu sərbəst nazoloji forma kimi deyil, yalnız  hər hansı bir xəstəliyin fonunda meydana gəlir.

  • Ağır xəstəliklər (mədənin hipo və axloridiyası, bağırsaq keçməməzliyi, xroniki pankreatit və s.) intoksikasiya, qeyri rasional qidalanma, immun sistemdə baş verən hər hansı dəyişiklik və s.
  • Axiliya və ileosekal klapanın funksiyasının patalogiyaları zamanı mikroorqanizmlərin nazik bağırsağa izafi şəkildə daxil olması baş verir. Nazik bağırsaqda mikrobların poliferasiyasının yüksəlməsi sidik turşusunun vaxtından əvvəl dekonyuqasiyasına və onun nəcis vasitəsilə itirilməsinə səbəb olur. Bu isə yoğun bağırsağın motorikasını gücləndirir, diareya və steatoreyaya gətirib çıxarır. Sidik turşusu defisiti yağda həll olan vitaminlərin sorulmasını pozur və sidik daşının meydana çıxmasına zəmin yaradır.

Bundan başqa bakterial toksinlər və metobolitlər (məs: fenol, biogen aminlər) B 12 ilə birləşə bilirlər. Bir çox mikroorqanizmlər sitotoksik təsir göstərirlər və nazik bağırsağın  epitelisini zədələyirlər. Bu isə xovların hündürlüyünün azalmasına və kriptlərin məhfinə səbəb olur. Elektron mikroskopu vasitəsilə mikroxovların, mitoxondrilərin, endoplazmatik şəbəkənin degenerasiyası müşahidə edilir.
Yoğun bağırsağın disbakteriozu-normal mikrofloranın müxtəlif səbəblərindən: orqanizmin müdafiə qüvvələrinin zəifləməsindən (ekstremal klimatogeoqrafik şərait,biosferin kimyəvi maddələrlə çirklənməsi), həzm traktı xəstəlikləri, qeyri düzgün qidalanma nəticəsində, o cümlədən yaterogen faktorların ( antibiotiklər, sulfanilamid preparatları, immunodepressantlar, steroid hormonlar, rentgenoterapiya və s) təsirilə baş verə bilər.

Yenidoğulmuşlarda isə aşağıdakı səbəblərdən meydana gələ bilər:

  • Anada mastit və bakterial vaginoz.
  • Ananın körpəni gec əmizdirməsi.
  • Malabsorbsiya sindromu.
  • Bağırsağın motor funksiyasının fizioloji “yetişməməsi”

Disbakteriozun simptomları:
4 əsas əlamət müşahidə edilir; ishal,  steatoreya, çəki azlığı, anemiya. Bunlardan əlavə iştahanın azalması, ağızda xoşagəlməz dad hissiyatı, ürəkbulanma, qarında köp və s. qeyd edilir. Xüsusi ağır hallarda sepsis və ya bağırsağın xora xəstəliyi meydana çıxa bilər.

1991-ci ildə K.S.Ladodo və İ.B.Kuvaeva disbakteriozun kliniki mərhələlərinin təsnifatını vermişlər.
I – Disbiozun latent fazası – bağırsaqlarda disfunksiya müşahidə olunmur. Orqanizmin reaksiyası praktik olaraq normaldır.
II – İkinci faza – Bağırsaq çöplərinin kəmiyyət və keyfiyyət disbalansı baş verir.Bağırsaq mikrobiosenozunun qoruyucu komponentlərinin  defisiti fonunda stafilokokk, protey,Candida cinsli göbələklərin artması baş verir.Xəstədə ürəkbulanma qeyd edilir.Nəcis yaşılımtıl,pis qoxulu olur.
III – Aerob floranın aqresiya fazası – Qızılı stafilokokklar, protey, hemolitik enterokkoklar say etibarilə on milyona qədər artır. Nəcis duru olur. Xəstənin iştahası azalır.
IV – Assosiativ disbioz fazası – Bağırsaq mikrobiosenozunda dərin dəyişikliklər müşahidə olunur,toksik metobolitlərin toplanması baş verir. Bədən çəkisinin azalması müşahidə edilir. Nəcis duru, selikli, bəzən qanlı və pis qoxulu olur.

Disbakteriozun nəticəsi:

  • Orqan və sistemlərdə xəstəliklər:
    • Ekzema.
    • Bronxial astma.
    • Yoğun bağırsağın xərçəngi.
    • Şəkərli diabet.
    • Qaraciyər sirrozu.
    • Avitaminoz.
    • Allergiya.
    • İmmunodefisit və s.
  • Fiziki vəziyyətdə bir çox xoşagəlməz hallar:
    • Meteorizm – Qarında köp.
    • Hətta qida qəbulundan sonra belə aclıq hissiyatı.
    • Ağızda xoşagəlməz dad hissiyatı.
    • Saçların tökülməsi və dırnaqlarda deformasiya.
    • Ürək-damar sisteminin işində qüsurlar.
    • Dərinin hamarlığının pozulması.
    • Ümumi zəiflik və başgicəllənməsi.
  • Psixi vəziyyətdə də bəzi hallar baş verir:
    • Səhərlər yuxudan qəfil oyanmaq.
    • Yüksək aqressivlik.
    • Səbəbsiz qorxu və narahatlıq hissiyatı.
    • Tez yorulma.

Disbakteriozun profilaktikası:
Əsasən alkoqol qəbulu dayandırmaq, xroniki stress faktorlardan uzaq olmaq, qidalanma rejiminə nəzarət etmək və s.aiddir. Əsasən də süd və südturşulu məhsulların qəbulu məsləhət görülür. Bundan əlavə digər profilaktik qaydalara əməl etmək lazımdır; antibiotik və digər preparatların rasional qəbulu, infeksiyaların (əsasən də cinsi yolla ötürülən və bağırsaq infeksiyalarının) vaxtlı vaxtında müalicəsi, düzgün qidalanma və s.
www.pcr.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100