Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
QIÇS nədir və ondan necə qorunmalı?  | 1740 dəfə oxunub

QİÇS

Bu qorxulu xəstəlik haqda danışmağa QİÇS sözünün abbreviaturasından (izahından) başlayaq. Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) – İİV yəni İnsanın İmmunçatışmazlıq Virusu  tərəfindən törədilən infeksion xəstəlikdir.
Öncə immun sistem haqda bildiklərimizi xatırlayaq.
Qədim Yunanıstanda immun sözünün mənası “vergidən azad olunmuş” demək idi. Daha sonra vəba xəstəliyinə 1 dəfə yoluxmuş insanların təkrar xəstələnmədiklərini müşahidə etdikdə onlara immunitetli – yəni xəstəlikdən azad olunmuş deyilməyə başladı.
İmmun sistemin əsas “təməl daşı” limfositlərdir (ağ qan cismləri leykositlərin fərqli forması). Limfositlər yalnız qanın deyil, hüceyrə mayesinin limfanın əsas tərkib hissəsidir. 1 kub.mm qanda 800-1200 müdafiə hüceyrələri olur. Onların sayı 500 və daha az olduqda immun çatışmazlıq yaranır, orqanizm bütün infeksiyalara qarşı müdafiəsiz qalır. T-4 helperlərin sayı 200 mm3-dən aşağı olduqda immun çatışmazlıq QİÇS-ə keçir.
Deməli, İİV-in xəstəliyin törədicisi QİÇS-in isə bu virusa yoluxmuş orqanizmin patologiyası olduğunu aydınlaşdırdıq. Bəs bu virusa nə üçün digər törədicilər kimi orqanizm adekvat müdafiə reaksiyası vermir?  Bunun üçün virusun orqanizmdəki “fəaliyyətinə” nəzər salaq.
Viruslar həddən artıq kiçik, yalnız xüsusi mikroskopla görünə bilən mikroorqanizmdir. Viruslar canlı hüceyrələrin daxilində yaşayırlar. Orqanizmdə bu hüceyrələr milyardlarladır, onlar birləşərək müxtəlif funksiyalar icra edirlər.
Hüceyrənin xarici qatı membran adlanır və onu müdafiə edir. Daxildə isə hüceyrə mayesi və nüvə yerləşir. Nüvə sanki mini kompüterdir və orqanizmin bütün fəaliyyətinə cavabdehdir.
Virus orqanizmə daxil olduqda onu qəbul edən hüceyrəni axtarır, ora daxil olur. Adi halda insan müəyyən vaxt xəstələnir, lakin sonra orqanizmi müdafiə qüvvələri, yəni immun sistem virusla mübarizəyə başlayır.
İİV isə digər viruslardan fərqli olaraq, məhz immun kompitent hüceyrələrə hücum edir. Orqanizmə daxil olan virusu T-helperlər (müdafiə hüceyrələri) qarşılayırlar. Bu hüceyrələrin rolu immun sistemi işə salmaqdır. Adi halda orqanizm hər hansı virusa yoluxduqda T-helperlər onu tanıyır və orqanizmə buraxmır. Yəni müdafiə hüceyrələrinin funksiyası bu virusları yaddaşda saxlamaqdır. İİV T-helperlərin yaddaşını pozur, normal immun hüceyrələrin sayı getdikcə azalır, ümumiyyətlə immun çatışmazlıq yaranır. Beləliklə bu virusun və onun törətdiyi xəstəliyin nə dərəcədə qorxulu olduğunu anladıq. Lakin unutmamalıyıq ki, bu xəstəliyə insan diqqətsizliyi və cəhaləti üzündən yoluxa bilər. Elementar həyat normalarına, keyfiyyətli tibbi prosedurların tətbiqinə riayət etməklə bu qorxudan azad olmaq olar.
QİÇS-dən qorunmanın 4 yolu var:

  • Müdafiəsiz cinsi əlaqədən çəkinməli.
  • Narkomaniyadan uzaq olmalı.
  • İnyeksiyalar və qan köçürmə zamanı birdəfəlik şprislərdən istifadə etməli.
  • Tam müayinə olunmadan hamiləliyə qərar verməməli.


Qaynaq: www.pcr.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100