Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Qan və onun komponentlərinin donorluğu haqqinda Azərbaycan Respublikasının qanunu  | 1670 dəfə oxunub

QAN VƏ ONUN KOMPONENTLƏRİNİN DONORLUĞU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun qan və onun komponentlərinin donorluğunun inkişafı ilə əlaqədar münasibətləri, qan və onun komponentlərinin donorluğunun təşkilində kompleks tədbirlərin təmin edilməsini tənzim edir, qan və onun komponentləri donorlarının statusunun əsaslarını müəyyən edir.

I FƏSİL ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qan və onun komponentlərinin donorluğu haqqında anlayış

Qan və onun komponentlərinin donorluğu — şəxsin könüllü surətdə yüksək humanizm və xeyirxahlıq göstərərək, Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunmasında şərəfli iş kimi tibbi məqsədlər üçün öz qanını və onun komponentlərini verməsi deməkdir. Qan və onun komponentlərinin donorluğu əvəzsiz və pullu ola bilər.

Maddə 2. Qan və onun komponentlərinin donorları

Qan və onun komponentlərinin donorları-qanını və onun komponentlərini tibbi məqsədlər üçün könüllü verən şəxslərdir. Milliyətindən, cinsindən, irqindən, dini əqidəsindən asılı olmayaraq Azərbaycan Respublikasının tibbi müayinədən keçmiş, qan və onun komponentlərinin donorluğuna heç bir əks göstərişləri olmayan, 18-60 yaşlı hər bir sağlam, fəaliyyət qabiliyyəti olan vətəndaşı qan və onun komponentlərinin donoru ola bilər. Öz qanını və onun komponentlərini vermək arzusunda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada səhiyyə müəssisələrində müayinədən keçərək donor ola bilərlər. Onlar Azərbaycan Respublikası donorları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər və vəzifələri yerinə yetirirlər.

Maddə 3. Qan və onun komponentlərinin donorluğu haqqında Azərbaycan Respublikasının qanun-vericiliyi

Qan və onun komponentlərinin donorluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakılar müəyyən edilir:

qan və onun komponentlərinin donorluğunun təşkilinin əsas prinsipləri;

qan və onun komponentlərinin donorlarının hüquq və vəzifələri, donorlara verilən kompensasiyalar və güzəştlər;

dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatların, səhiyyə müəssisələrinin qan və onun komponentlərinin donorluğunun təşkilində və inkişafında hüquq və vəzifələri;

qan və onun komponentlərinin donorluğunun inkişafı üçün dövlət proqramının təsdiq edilməsi və maliyyələşdirilməsi qaydası;

donor qanının, onun komponentlərinin, onlardan hazırlanan preparatların və konservləşdirici məhlulların keyfiyyətinə nəzarətin təşkili və həyata keçirilməsi qaydası;

donor qanı və onun komponentlərini tədarük edən, saxlayan və emalını həyata keçirən səhiyyə müəssisələrinin fəaliyyəti, maliyyələşdirilməsi və maddi-texniki təminatı qaydası;

qan və onun komponentlərinin donorluğu haqqında donor qanının, onun komponentlərinin və onlardan hazırlanan preparat-ların mübadiləsi, həmçinin donor qanından preparat istehsalı barədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanılması qaydası.

Maddə 4. Qan və onun komponentlərinin donorluğunun inkişaf etdirilməsi üzrə dövlət proqramı

Qan və onun komponentlərinin donorluğunun inkişaf etdiril-məsi üzrə dövlət proqramı müvafiq dövlət orqanı tərəfindən təsdiq olunur və səhiyyə üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 Maddə 5. Qan və onun komponentlərinin donorluğunun təbliği, təşkili və inkişafı üçün görülən tədbirlərin maliyyələşdirilməsi

Qan və onun komponentlərinin donorluğunun təbliği, təşkili və inkişafı üçün görülən tədbirlər respublika büdcəsi və yerli büdcələr, həmçinin qan tədarükü ilə məşğul olan müəssisələrin tibb müəssisələrinə verdikləri qan və onun komponentləri müqabilində əldə etdikləri vəsait, hüquqi və fiziki şəxslərin ianələri hesabına maliyyələşdirilir.

Maddə 6. Təşkilat rəhbərlərinin, hərbi hissələrin komandirlərinin (rəislərinin) qan və onun komponentlərinin donorluğuna köməyi

Dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri (rəisləri):

vətəndaşların donorluğa cəlb olunmasında səhiyyə müəssisələrinə kömək etməlidirlər;

qan və onun komponentlərinin donoru olmaq arzusunu əvvəlcədən rəhbərliyə bildirən şəxsləri (həmin şəxslərin qan verəcəkləri günlərdə iş, təhsil və ya xidmət yerlərində olmama-sının insanların həyat və sağlamlıqlarına, dövlətin müdafiəsinin, təhlükəsizliyinin və ictimai qaydanın pozulmasına şərait yarada-cağı, külli miqdarda maddi ziyana və digər ağır nəticələrə səbəb ola biləcəyi hallardan başqa) tibbi müayinədən keçmək üçün səhiyyə müəssisəsinə maneəsiz buraxılmalıdırlar;

qan götürülməsi üçün əvəzsiz lazımi şərait yaratmalıdırlar;

donor olan işçi, hərbi qulluqçu, yaxud tələbə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan güzəşt və kompensasiyalardan istifadə olunmasını təmin etməlidirlər.

Maddə 7. Qan və onun komponentlərinin donorluğunun təbliği, təşkili və inkişafı üzrə səhiyyə orqanları və müəssisələrinin vəzifəsi

Bütün səhiyyə orqanları və müəssisələri qan və onun komponentlərinin donorluğunun təbliği, təşkili və inkişafı üzrə tədbirlərin həyata keçirilməsini təmin etməyə borcludurlar.

Maddə 8, Qan və onun komponentlərinin donorluğunun əhali arasında təbliğində və təşkilində ictimai birliklərin iştirakı

Nizamnamələrində (əsasnamələrində) əhalinin sağlamlığının qorunmasına yardım etməyi nəzərdə tutan ictimai birliklər qan və onun komponentlərinin tibbi məqsədlər üçün əvəzsiz verilməsinin təbliğində, tədarükündə və bununla əlaqədar tədbirlərin maliyyələşdirilməsində səhiyyə orqanları ilə birlikdə iştirak edə bilərlər.

II FƏSİL DONORLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ, DONORLARA VERİLƏN GÜZƏŞTLƏR VƏ KOMPENSASİYALAR

Maddə 9. Donorların hüquqları

Donorun aşağıdakı hüquqları var:

qan və onun komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq;

qan verdiyi gün pulsuz yemək və ya yeməyin dəyərini pulla almaq;

verdiyi qan və onun komponentləri üçün haqq almaq (pullu donorluq zamanı);

donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq.

Donor donorluqla əlaqədar əlil olduqda, onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliyə bərabər tutulur.

Maddə 10. Donorların vəzifələri

Donor olmaq arzusunu bildirən şəxs keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməlidir.

Şəxsin donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısı səhiyyə üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Şəxs qəsdən öz xəstəliyini gizlətdikdə və bu hərəkətin nəticəsində resipiyentin (qan köçürülən şəxsin) sağlamlığında pozuntular, dəyişikliklər əmələ gələrsə, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyır.

Maddə 11. Donorlara verilən təminatlar və kompensasiyalar

Donorlar tibbi müayinədən keçdikləri və qan, onun komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı olma-yaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əmək haqqı saxlanılmaqla işdən azad olunurlar. Qan vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün formalarından azad olunurlar. Hər dəfə qan və onun komponentləri veriləndən sonra donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Məzuniyyət vaxtı və istirahət günləri qan və onun komponentlərini verən donorlara il ərzində istənilən vaxtda başqa istirahət günü verilir. Qan verən zaman donorlar qan tədarükü,, ilə məşğul olan müəssisələrin hesabına pulsuz yeməklə təmin olunur və ya onun dəyərini pulla alırlar. Donorlara pulsuz yemək verilməsi və ya onun dəyərini pulla almaq qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 12. Donorlara verilən güzəştlər

İl ərzində 2 dəfədən az olmayaraq qan və onun komponentlərini verən donorlara aşağıdakı güzəştlər verilir:

tələbə donorların təqaüdü 6 ay müddətində 25 faiz artırılır;

il ərzində bütün xəstəliklər zamanı əmək qabiliyyətini müvəqqəti itirdikdə iş stajından asılı olmayaraq, tam həcmdə müavinət verilir;

il ərzində iş yerindən və ya tədris müəssisəsi tərəfindən müalicə olunmaq üçün güzəştli sanatoriya-kurort müalicəsinə göndərilir. Yerli icra hakimiyyəti və özünü idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində donorlar üçün əlavə güzəştlər müəyyən edə bilərlər.

Maddə 13. "Azərbaycan Respublikasının fəxri donoru" adı verilməsi

Dəfələrlə qan və onun komponentlərini verən və donorluğa cəlb etmək üçün əhalı arasında səmərəli iş aparan donorlara "Azərbaycan Respublikasının fəxri donoru" adı verilir. "Azərbaycan Respublikasının fəxri donoru" adının verilməsi qaydası və şərtləri, "Azərbaycan Respublikasının fəxri donoru" vəsiqəsinin və döş nişanının nümunəsi müvafiq dövlət orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

Maddə 14. Çıxarılıb.

III FƏSİL QAN VƏ ONUN KOMPONENTLƏRİNİN DONORLUĞUNUN TƏŞKİLİ

Maddə 15. Donor qanı və onun komponentlərini tədarük edən, emal edən və saxlayan səhiyyə müəssisələri

Donor qanı və onun komponentlərinin tədarük edilməsi, emal edilməsi və saxlanılması səhiyyə üzrə mərkəzi icra hakimiyyəti orqanının, həmçinin Azərbaycan Respublikasının digər dövlət orqanlarının və idarələrinin tabeliyində olan səhiyyə müəssisələri tərəfmdən həyata keçirilir.

Maddə 16. Donorların tibbi müayinəsi və onlardan qan və onun komponentlərinin götürülmə qaydası

Donorlardan qan və onun komponentlərinin götürülməsi onların tibbi müayinəsindən sonra həyata keçirilir. Donorların tibbi müayinədən keçməsi, qan və onun komponentlərinin götürülmə qaydası səhiyyə üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 17. Donor qanı və onun komponentlərinin keyfiyyətinə nəzarət

Qan xidməti müəssisələrində hazırlanan donor qanı, onun komponentləri, preparatları və konservləşdirici məhlullar səhiyyə üzrə mərkəzi icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mütləq dövlət yoxlamasından keçirilməlidir. Qanın, onun komponentlərinin və onlardan hazırlanan preparatların resipiyentlərə köçürülməsini təmin edən tibb müəssisələri həmin məhsulların təhlükəsizliyinin və keyfiyyətinin göstəricilərinə əməl olunmasına nəzarəti təmin edirlər. Bu göstəricilərin siyahısı və həmin nəzarətin həyata keçirilməsi qaydası səhiyyə üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 18. Səhiyyə müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti

Səhiyyə müəssisələrinin vəzifəli şəxsləri donor qanının, onun komponentlərinin və preparatlarının tədarükündə, saxlanmasında və emalında yol verilmiş pozuntulara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

IV FƏSİL YEKUN MÜDDƏALARI

Maddə 19. Donor qanının, onun komponentlərinin və preparatlarının Azərbaycan Respublikasından kənara aparılması və mübadilə edilməsi qaydaları

Donor qanının, onun komponentlərinin və preparatlarının xarici təşkilatlarla mübadilə edilməsi, ekstremal şəraitdə təcili humanitar yardım göstərilməsi üçün donor qanının komponentlərinin və onlardan hazırlanan preparatların Azərbaycan Respublikasından kənara aparılması qaydalarını müvafiq dövlət orqanı müəyyən edir. Donor qanının, onun komponentlərinin və preparatlarının gəlir əldə etmək məqsədilə başqa dövlətlərə satılması qadağandır.

Maddə 20. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 1996-cı il

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100