Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
Araz Bayramov
Araz Bayramov
MD FEBU
Uroloq - transplantoloq Cərrah

Avropa Uroloq Mütəxəssisi

1999-2005  Həkim Fərqlənmə Diplomu
                   Müalicə - Profilaktika Fakultəsi
                   Cərrahi Bölüm – M.Topçubaşov adına Təqaüdçü
                   Azərbaycan Tibb Universiteti

2005-2009  Cərrahi Urologiya Rezident  
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                                                    Lyon, Fransa
2009-2010  Uroloq Transplantoloq Cərrah
                   Urologiya və Cərrahi Transplantasiya Mərkəzi 
                   Edouard Herriot Mərkəzi Hospitalı
                   Lyon, Fransa
 01.11.2010 Uroloq Transplantoloq Cərrah 
                   Urologiya Şöbəsinin Rəisi
                   Mərkəzi Gömrük Hospitalı                   
Diplomlar:   

  • Laparoskopik Uroloji Cərrahiyyə (Strasburq, Fransa)
  • Orqan Transplantasiyası ( Lyon, Fransa)
  • Laparoskopik  Cərrahiyyə (Montpellier, Fransa)
  • Mikrocərrahiyyə (Lyon, Fransa)
  • Kliniki Andrologiya ( Lyon, Fransa)

2008-2010  Master Elmi Dərəcəsi ( Paris, Fransa)

09.09.2010  Avropa Uroloq Mütəxəssisi

Professional Cəmiyyətlər:
Aktiv Uzv          Avropa Uroloqlar Assosiasiyası   ( EAU )   
Aktiv Uzv          Avropa Orqan Transplantasiya Cəmiyyəti  ( ESOT )
Aktiv Uzv          Fransa Uroloqlar Assosiasiyası      ( AFU )

Uroloji Cərrahi Əməliyyatlar:

  • Azərbaycanda ilk  Laparoskopik Nefrektomiya əməliyyatı 03.11.2010 ( Kəsiksiz büzüşmüş böyrəyin çıxarılması)
  • Laparoskopik Canli Donor Nefrektomiya , Parsial Nefrektomiya (Böyrək xərçəngi)
    Laparoskopik Radikal Prostatektomiya ( Prostat xərçəngi), Promontofiksasiya
  • Endo Urologiya: Kəsik olmadan Böyrək daşlarının çıxarılması  FibroRenoskop və Perkutan yolla (Holmium Lazer),
  • Prostat vəzinin adenomasının Lazer və ya TUR ilə rezeksiyası
  • Androloji Cərrahiyyə : Protez ( AMS 700) , Plastik  Əməliyyatlar
  • Kişi inkontinansı ( sidik saxlamaq qabiliyyətinin pozulması) : Protez  Malesling, AMS 800
  • Böyrək Transplantasiyası : Canli Donor Böyrək köçürmələri

Rəsmi adresi: Urologiya Şöbəsinin Rəisi
Mərkəzi Gömrük Hospitalı
K,Kazımzade küç. 118
AZ 1065 BAKI 
Telefon:  (012) 537 01 83 
Fax :        (012) 510 86 90
Mob:        050 234 55 60
Mob :       050 365 82 02
Email : araz_bayramov@yahoo.fr, araz.bayramov@customshospital.az

Azər Abdullayev

Azər Abdullayev

Dəri-zöhrəvi həkimi

Təhsil-Ali tibbi (ATU)
Fakultə-müalicə-profilaktika
İxtisas-dəri-zöhrəvi həkimi
İş  stajı-15 il.
Dəri-zöhrəvi sahəsi üzrə ixtisaslaşdığını təsdiq edən beynəlxalq sertifikatları var.
ABŞ, Böyük Britaniya və Türkiyədə təcrübə keçmişdir.
İş yeri-Turkish American Medical Center.
Həmçinin dermatoloq kateqoriyasında konsultasiyalar verir.


Elgün Ağamalıyev

Elgün Ağamalıyev

Nevroloq

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas -nevroloq.
İş yeri -Respublika Klinik xəstəxanası,
Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutu, Nevrologiya kafedrası.
A.Kazımov adına 1 saylı şəhər poliklinikası
e-mail:dr.woland@inbox.ru


Elman Kazımzadə

Elman Kazımzadə

Androloq
(Sankt-Peterburq)

Təhsil-Ali tibbi (ATU)
Fakultə-pediatriya
İxtisas-androloq
İş stajı - 10 il
1999-2000 - reanimatologiya üzrə DİN-nin hospitalında ; və neonatal renimasiya üzrə 5 saylı doğum evində internatura.
2000-2002 - Hərbi qulluq, ümumi təcrübə həkimi.
2003-2005 - urologiya və andrologiya üzrə klinik ordinatura. Медицинскaя Академия Последипломного Образования, Санкт-Петербург
2006-ci ildən - Urologiya və andrologiya kafedrasının aspirantı. СПбМАПО
Sertifikatlar:
2009 "Seksologiya. Seksual disfunksiyaların müalicə metodları" sikli.
2008 andrologiya üzrə ixtisas artırma kursu.
2008 "endokrinologiya və andrologiyada cinsi vəzilərin xəstəlikləri"sikli.
2008 "Diplomdan sonrakı tibb təhsilində müasir texnologiyalar"sikli
2007 "Andrologiya və üzvi seksual pozuntuların cərrahi müalicəsi"kursu
2007 urologiya üzrə ixtisas artırma kursu
2006 "Elmi tədqiqatlarda tibbi informatika və statistika"silsiləsi
2005 ftiziourologiya sikli
2005 reanimasiya üzrə sikl
2003 urologiya üzrə ixtisas artırma kursu

Elmi işlər:
Andrologiya üzrə 10 və daha çox dərc edilmiş elmi məqalə, andrologiya üzrə 8 beynəlxalq və rusiya qurultay və konferensiyalarda iştirak, "Kişilərdə obstruktiv sonsuzluğun müalicə və diaqnostikasının mükəmməlləşdirilməsi"mövzusu üzrə elmi dissertasiya üzərində iş.


Fikrət Əfəndiyev

Fikrət Əfəndiyev

Аnestizioloq-reanimatoloq

Tibb elmləri namizədi, hal hazırda tibb elmləri doktoru adını almaq üzərində işləyir.
Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika .
İxtisas - anestizioloq-reanimatoloq .
1975-1978 - 2 saylı şəhər Klinik Xəstəxanası - медбрат.
1978-1979 - 2 saylı şəhər Klinik Xəstəxanası - həkim-interna.
1979-1985 - S.Nəzərli adına 6 saylı doğum evi- reanimasiya-anesteziologiya şöbəsinin müdiri.
1985-ci ldən - Mərkəzi Neftçilər Xəstəxanası - intensiv terapiya, аnesteziologiya və renimasiya şöbəsinin müdiri işləyir.

Azərbaycan Prezidentinin Göstərişilə "Тərəqqi" nişanı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Dəfələrlə dünyanın aparıcı klinikalarında iş səfərində olmuşdur (ABŞ, Hyuston (1998); Almaniya, Мünhen (2001), Reqensburq (2002); Тürkiyə, İstambul (2001); İran, Теhran (1996); Rusiya, Моskva (1994,2000))


Fuad Səmədov Fərman Fərmanov
Fərman Fərmanov

Həkim-narkoloq

Təhsil-Ali (ATU)
Fakültə:müalicə-profilaktika
İxtisas:həkim-narkoloq
2007-2008 :ƏN TBİ MM internatura
2010-dan :ƏN TBİ İMM həkim-narkoloq

Huseyn Memmedov Lalə Seyfullayeva
Lalə Seyfullayeva

LOR

Təhsil-Ali tibbi (ATU,1998-2004)
Fakultə-pediatriya
İxtisas-uşaq otorinolarinqoloqu
2005-2007-otorinolarinqoloqiyə üzrə klinik ordinatura(MAПO,Sankt-Peterburg)
Iş yeri:"HB" klinika,həkim-otorinilarinqoloq
Namiq Mustafayev

Mustafayev Namiq

Oftalmoloq

Tibb elmləri namizədi
, oftalmoloq-cərrah. Avropa Katarakta və Refraksiya Cərrahları Cəmiyyətinin üzvü (ESCRS). Fəaliyyətinin əsas istiqamətləri – kataraktanın mikrocərrahiyəsi (fakoemulsifikasiya və tikişsiz tunel texnikası üsulları ilə), qlaukoma və refraksiya cərrahiyəsi. 4,5 mindən çox mikrocərrahiyə əməliyyatı aparıb.
1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (müalicə-profilaktik fakultəsini) bitirib. 1995-1996-cı illərdə Zərifə Əliyeva adına Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda internaturanı keçib və həkim-oftalmoloq diplomunu alıb. 1996-1997-ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz şöbəsində oftalmoloq kimi fəaliyyət göstərib. 1998-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına aspiranturaya qəbul olunub. 2000-ci ildə Moskva şəhərində Svyatoslav Fyodorov adına MNTK “Mikroxirurgiya qlaza” kompleksində “Göz mikrocərrahiyəsi” kursu üzrə təkmilləşmədə olub. 2001-2002-ci illərdə “Xəzər Qayğıkeşlik Cəmiyyəti” humanitar göz klinikasında işləyib və amerika həkimlərinin rəhbərliyi ilə 400-dən artıq göz cərrahiyə əməliyyatı aparıb. 2002-ci ildə professor Çingiz Carulla-zadənin rənbərliyi ilə “UNIVERSAL II fakoemulsifikatorunun və alternativ üsulların sərt nüvəli kataraktaların cərrahiyəsində istifadəsinin imkanları” adlı namizədlik dissertasiyasını müdafiə edib və 14.00.08 –“Göz Xəstəlikləri” ixtisası üzrə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 2000-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzində fəaliyyət göstərir. Bir neçə beynəlxalq konqress və konfransların iştirakçısıdır.

Doktor Mustafayev N.N. oftalmoloji konqress və konfranslarda məruzələrlə çıxış etmişdir:

1.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.\\ I Научная Конференция Молодых Офтальмологов Азербайджана, Bakı, Dekabr 2006il.

2.Fakoemulsifikasiya zamanı implantasiya olunan asferik intraokulyar linzaların effektivliyinin təhlili.\\ I Съезд Молодых Офтальмологов Азербайджана, Bakı, 2 Dekabr 2007il.

3.Односторонняя склеральная фиксация ИОЛ при нарушении целостности капсульного мешка.\\ XV Научно-Практическая Конференция Офтальмологов, Yekaterinburq, 27 dekabr 2007il.

4.Büllurun arxa kapsulasının tamlığının pozulması zamanı intraokulyar linzaların birincili birtərəfli transskleral fiksasiyası.\\ Международная Конференция «Актуальные проблемы офтальмологии», посвященная 85 летию академика Зарифы Алиевой, Bakı, 29 aprel 2008il.

5.Assessment of post-op astigmatism after unilateral scleral IOL fixation.\\ XXVI Congress of ESCRS, Berlin, 17 sentyabr 2008il.

 

         Doktor Mustafayev N.N. bir neçə məqalə və ixtiraların müəllifidir:

1.Отбор больных для факоэмульсификации в Азербайджане. //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsindəki nailiyyətləri.- XI respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu. 1-ci Tom. Bakı, 2000, s.295-297

2.Наш опыт факоэмульсификации аппаратом “Universal 2”. //Neft kəşfiyyatcılarının birləşmiş xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları.- Bakı, 2001, s.378-381

3.Факоэмульсификация катаракт с плотным ядром (icmal məqaləsi). //Azərbaycanın tibb elmi və praktik səhiyyə sahəsində nailiyyətləri.- XIİ respublika elmi konfransının materialları əsasında elmi işlərin məcmuəsu 2-ci Tom. Bakı, 2001, s.629-640

4.Метод определения плотности хрусталика. //Azərbaycan Tibb Jurnalı, 2001, №3, s.66-68 (həmmüəllif Carulla-zadə Ç.C.)

5.Метод удаления хрусталика через малый разрез. //Vita medical journal, 2001, №1-2, s.39-41 (həmmüəllif Carulla-zadə Ç.C.)

6.Шпатель глазной и способ выбора метода экстракапсулярной экстракции катаракты. //Sənayə mülkiyyəti (ixtiralar). Rəsmi bülleten, Bakı, 2001,№2, s.40

7.Оценка результатов имплантации переднекамерных ИОЛ с открытой сгибающейся гаптикой. // Azərbaycan Tibb Jurnalı, 2005, №4, s.83-85 (həmmüəllif Quliyeva S.Ç.)

8.Контроль за астигматизмом с помощью швов при тоннельной экстракции катаракты.// Qaradəniz ölkələrinin 4-cü Beynəlxalq Elmi Konfransının məqalələr toplusu. Krasnodar, 2006, s.136-139 (həmmüəlliflər Cəfərova R.N., Quliyeva S.Ç.)

9.Действительное время ультразвука при использовании различных техник факоэмульсификации.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.110-112 (həmmüəllif Quliyeva S.Ç.)

10.Наш опыт использования внутрикапсульных колец в хирургии катаракты с сублюксацией I, II, III степени.// Azərbaycan gənc oftalmoloqlarının 1-ci konfransının tezislər toplusu. Bakı, 2006, s.113-115 (həmmüəllif Cəfərova R.N.)

11.Имплантация переднекамерных интраокулярных линз при несостоятельности или отсутствии капсульной сумки (icmal məqaləsi).// Azərbaycan Tibb Jurnalı, 2006, №3, s.156-161

12.Служба мобильной офтальмологической помощи в населенных пунктах, не имеющих офтальмологических стационаров.// Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.200-203 (həmmüəlliflər Carulla-zadə Ç.C., Bədəlov S.A.)

13.Сравнительная оценка индуцированного роговичного астигматизма при тонельной экстракции катаракты и факоэмульсификации.//Mərkəzi Neftçilər Xəstəxanasının 50 illik yubileyinə həsr olunmuş еlmi əsərlərin məcmuəsi. Bakı, 2006, s.216-219 (həmmüəllif Quliyeva S.Ç.)

14.Изменение положения интраокулярной линзы в послеоперационном периоде и тактика хирурга для исправления данного осложнения (icmal məqaləsi).//Oftalmolojı jurnal (Odessa), 2007, №1, s.52-57

15.Техника устранения иридодиализа при тоннельной экстракции катаракты.//”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.51-53 (həmmüəllif Cəlilova E.R.) 

16.К анализу эффективности факоэмульсификации с имплантацией асферических ИОЛ.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.59-60 (həmmüəllif Aşumova G.N.)

17.Сравнительный анализ эффективности факоэмульсификационных систем Accurus 800 и Nidek CV7000.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu.  Bakı, 2007, s.61-63 (həmmüəllif Aşumova G.N.)

18.Анализ причин иридодиализа при тоннельной экстракции катаракты.// ”Oftalmologiyanın aktual problemləri” Azərbaycan gənc oftalmoloqlarının 1-ci qurultayının tezislər toplusu. Bakı, 2007, s.64-66 (həmmüəllif Cəlilova E.R.)

19.Анализ степени и причин развития послеоперационного астигматизма при односторонней склеральной фиксации иол.//Oftalmoloqların XV elmi-praktiki konfransının materialları. Yekaterinburq, 2007, s.63-65 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə Ü.M.)

20.Анализ результатов первичной односторонней транссклеральной фиксации интраокулярной линзы.//Azərbaycan Tibb Jurnalı, 2008, №2, s.102-105, (həmmüəlliflər Carulla-zadə Ç.C., Cəfərova R.N., Quliyeva S.Ç.)21.Сравнительный анализ результатов первичной имплантации переднекамерных ИОЛ и заднекамерных ИОЛ с фиксацией в склере.//Материалы Международной научной конференции "Современные аспекты клиники, диагностики и лечения глазных болезней". Odessa, 2008

22.Assessment of post operative astigmatism after one side sutured IOL scleral fixation.//Book of Abstracts, XXVI Congress of the ESCRS, Berlin, 2008, s.110 (həmmüəlliflər Quliyeva S.Ç., Əlizadə U.M.)

 

Rasim Səmədzadə
Rasim Səmədzadə 

Travmatoloq-ortoped

2004 - bu günə kimi

Professor, cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü 
2002-2004
Cərrah-travmatoloq, Ortopedik Cərrahiyə şöbəsi, Al-BAHA reqionu, Səudi Ərəbistan
2000-2002
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının müdürü
1983-2000
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1982-1983
Azərbaycan Dövlət Təkmilləşmə Mərkəzinin Cərrahi travmatologiya və Ortopediya kafedrasının assistenti, cərrah-travmatoloq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutunin Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1977-1982
Cərrah-travmatoloq, M.Qasımov adına Azərbaycan Dövlət Hospitalın Cərrahi travmatologiya və Ortopediya kafedrasının baş həkimi
1975-1977
Cərrah-travmatoloq, Azərbaycan Dövlət Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunun kiçik elmi işçisi
1975-1977
Cərrah-travmatoloq, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1973-1975
 Aspirant, Ambulator Travmatoloji Mərkəz, Uşaq şöbəsi
1971-1973
Batalyonun hərbi həkimi
1965-1971
Azərbaycan Dövlət Tibb Universiteti
Elmi işləri:
Cərrahi travmatologiya və ortopediya sahəsində 18 patent və 98 elmi işlərin müəllifidir
2000
Dissertasiyanı müdafiə edib və Tibb elmləri Fəlsəfə Doktorun dərəcəsini alıb, Moskva, Russiya
1993
Professor assistenti
1982-1988
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində elmi-tədqiqat iş, Sankt-Peterburq, Russiya
1978-1982
Cərrahi travmatologiya və Ortopediya Mərkəzində assistent, Bakı, Azərbaycan
e-mail:srasim@mail.ru

Rəfadar XƏLİLOV Rəşad Sultan
Rəşad Sultan
Ginekoloq

Təhsil
1993-1999 - Azərbaycan Dövlət Tibb Universiteti
1999-2000 - Bakı ş. Azərsutikinti xəstəxanasında ümumi cərrahiyə ixtisası üzrə internatura
2004-2009 - İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsi Mama-Ginekologiya kafedrasında mama-ginekoloq ixtisası üzrə uzmanlıq təhsili
İş stajı:
2000-2002 - Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət. vəzifə- həkim,
2009-2011 - Mərkəzi Klinika Qadın Mərkəzində həkim mama ginekoloq
Hal hazırda HB-Güvən klinikasında həkim mama-ginekoloq
Samir Quliyev

Samir Quliyev

Pulmonoloq, Ftiziatr

Təhsil -Ali tibbi (ATU)
Fakultə -müalicə-profilaktika
1999-2000 - Ağciyər Xəstəlikləri Elmi Tədqiqat inistitutunda internatura.
2004-ci ildən 7 saylı Ağciyər Xəstəlikləri Dispanserində ftiziatr-pulmonoloq işləyir.
2005 - təkmilləşmə kursu.
Yerli və beynəlxalq təşkilatların sertifikatlarına malikdir:
"Vərəmin Rezistent formasının müalicəsi"mövzusunda seminar, Latviya, Riqa, 2008.
"Vərəm xəstələrinin DOTS müalicəsi", AXETƏ, 2008
"Vərəm - HİV", 2009.


Sevinç Abdullayeva
Sevinç Abdullayeva

Həkim-Kosmetolog

Təhsil-Ali tibbi(Azərbaycan Tibb Universiteti,Xəzər Universiteti: fakultə - müalicə işi)
İxtisas: həkim- infeksionist,həkim-kosmetolog

Diplom RUDN peşə təkmilləşməsi üzrə - həkim dermakosmetoloq

Estetik tibb üzrə beynəlxalq diplomlar və sertifikatlar (inyeksiyalı mezoterapiya plastikası, butulotoksin tətbiqi, PRP metodikası – plazmoliftinq və başqa.)

Azərbaycanda Beynəlxalq mezoterapevtlər cəmiyyətinin SİM prezidenti postuna namizəd

Estetik tibb üzrə beynəlxalq konqresslərin məruzəçisi və iştirakçısı

Toscani Cosmetics və Dr Korman şirkətlərinin Azərbaycandakı rəsmi həkimi.
Tabu

"TABU" MMC, Hüquq Mərkəzi

 "Tabu" MMC-nin Hüquqşunasları. Əlaqə üçün (050) - 286-46-45; (050) 245-54-07; (050)-287-47-46; (055)-201-26-11

(012)-492-08-17 nömrələrə müraciət edə bilərsiniz.
Tural Melikov Zehra esgerova
 
 
Kateqoriyanı seçin
Ailə həkimiAndroloqAnestezioloq - reanimatoloqBilmirəm kimə müraciət edim?CərrahDəri-zöhrəviFtiziatrGinekoloqGənc valideyinlərHüquqşunas (new)KardioloqKombustioloqKosmetoloqLaborantLOR (qulaq - boğaz - burun)NarkoloqNevroloqOftalmoloqOnkoloqPediatrPlastik, Rekonstruktiv və Estetik cərrahPsixiatrPsixoloqQastroenteroloqQİÇS üzrə məsləhətçiStomatoloqTerapevtTravmatoloq-ortopedUroloq - Transplantoloq
 
 
Foto-müsabiqə
 
SORĞU
Saytımız barədə haradan bilgi almısınız?
İnternetdən(axtariş sistemindən)
Reklam vasitələrindən
Tanişlardan
Digər vasitələrdən
 
Digər Sorğular
 
DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  | 1456 dəfə oxunub
DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

I FƏSİL

 Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. dərman vasitələri - xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatları. Xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi məqsədi ilə istifadə edilən tibb vasitələri (tibb cihazları, məmulatları, əşya və materialları, alətləri, avadanlıqları, tibbi reaktivlər və optik ləvazimatlar) bu Qanunun məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur;
1.0.2. dərman maddələri (dərman substansiyaları) - insan orqanizminin vəziyyətini və fizioloji funksiyalarını dəyişə bilən və dərman vasitələrinin istehsalında istifadə edilən bioloji fəallığa malik olan təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik və biotexnoloji mənşəli maddələr;
1.0.3. təsiredici maddə - dərman vasitələrinin istehsalında istifadə olunan əsas dərman maddəsi (dərman substansiyası);
1.0.4. orijinal dərman vasitələri - patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri;
1.0.5. orijinal dərman vasitələrinin analoqları (generiklər) - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələri;
 1.0.6. dərman vasitələri ilə davranış - dərman vasitələrinin (onların substansiyalarının) elmi axtarışı, hazırlanması, istehsalı, qablaşdırılması, saxlanması, daşınması, idxalı və ixracı, dövlət qeydiyyatı, sertifikatlaşdırılması, keyfiyyətinə, səmərəliliyinə və təhlükəsizliyinə nəzarət edilməsi, satışı, tətbiqi, yararlılıq müddəti bitdikdə və yararsız hala düşdükdə məhvi, habelə dərman vasitələri ilə bağlı digər əməliyyatların həyata keçirilməsi;
1.0.7. əczaçılıq fəaliyyəti - dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satışı ilə bağlı fəaliyyət;
 1.0.8. dərman vasitələrinin dövlət qeydiyyatı - tibbi praktikada istifadə məqsədi ilə dərman vasitələrinin müvafiq sənədlər əsasında ekspert qiymətləndirilməsi və (və ya) aparılmış sınaqların nəticələrinə görə Azərbaycan Respublikasında sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini və müəyyən olunmuş qaydada uçota alınmasını nəzərdə tutan tədbirlər sistemi;
1.0.9. farmakopeya məqaləsi – dərman vasitələrinin keyfiyyəti, qablaşdırılması, saxlanma şəraiti və müddəti, habelə keyfiyyətinə nəzarət üzrə tələbləri müəyyənləşdirən sənəd;
1.0.10. topdansatış əczaçılıq müəssisəsi – bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin topdansatışını həyata keçirən hüquqi şəxs;
1.0.11. aptek təşkilatı – bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin pərakəndə satışını (dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da daxil olmaqla) həyata keçirən fiziki və hüquqi şəxs;
 1.0.12. dərman vasitələri istehsalçısı – bu Qanunun və Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs;
 1.0.13. dərman vasitələrinin keyfiyyət sertifikatı – dərman vasitələrinin müvafiq dövlət keyfiyyət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd;
1.0.14. dərman vasitələrinin keyfiyyəti – dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu;
1.0.15. dərman vasitələrinin təhlükəsizliyi – dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan xarakteristikası;
1.0.16. dərman vasitələrinin səmərəliliyi – dərman vasitələrinin xəstəliyin müalicəsinin gedişinə müsbət təsirinin dərəcəsinin göstəricisi.

Maddə 2. Dərman vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Dərman vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Dərman vasitəsi kimi tibbdə istifadə edilən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə davranışın xüsusiyyətləri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələri
3.1. Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
3.1.1. əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi;
 3.1.2. əhalinin dərman vasitələri ilə təminatı sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
3.1.3. dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair standartların və müvafiq normativ-texniki sənədlərin hazırlanması və təsdiq edilməsi;
3.1.4. dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətinin təşkil edilməsi;
3.1.5. keyfiyyətli, səmərəli və təhlükəsiz dərman vasitələrinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılması;
 3.1.6. qanunvericilikdə müəyyənləşdirilmiş qaydada vətəndaşların ayrı-ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımı göstərilməsinə təminat verilməsi;
 3.1.7. dərman vasitələri üçün xammal olan təbii ehtiyatların qorunub saxlanması və artırılması;
 3.1.8. dərman vasitələrinin istehsalının stimullaşdırılması, həyati vacib dərman vasitələrinin istehsalı üzrə dövlət sifarişlərinin verilməsi;
3.1.9. xüsusi təhlükəli yoluxucu xəstəliklərin immunoprofilaktikasını, müalicəsini təmin etmək üçün lazım olan immunobioloji dərman vasitələrinin tədarükünün həyata keçirilməsi; 3.1.10. əczaçılıq fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. II fəsil Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi

Maddə 4. Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları
 4.1. Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:
4.1.1. əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması; 4.1.2. dərman vasitələrinin dövlət qeydiyyatı;
 4.1.3. dərman vasitələrinin sertifikatlaşdırılması;
4.1.4. dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi.
4.2. Müvafiq icra hakimiyyəti orqanı dərman vasitələri ilə davranışın tənzimlənməsi məqsədi ilə:
4.2.1. dərman vasitələrinin dövlət qeydiyyatını həyata keçirir;
 4.2.2. dövlət qeydiyyatına alınmış dərman vasitələrinin reyestrini aparır və dərman vasitələrinə dair məlumat bankının yaradılmasını təmin edir; 4.2.3. dərman vasitələrinin idxalına icazə verir;
4.2.4. Azərbaycan Respublikasının ərazisində istehsal olunan yeni dərman vasitələri üçün farmakopeya məqaləsini ekspertizadan keçirir və təsdiq edir;
4.2.5. mövcud dərman vasitələrinin keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Respublikasında yaradılmış yeni səmərəli analiz üsullarını ekspertizadan keçirir;
 4.2.6. dövlət farmakopeyasını işləyib hazırlayır və dərc edir;
4.2.7. “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”nı və “Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısı”nı təsdiq edir;
4.2.8. dərman vasitələrinə dair normativ-texniki sənədləri və dövlət standartlarını hazırlayır və öz səlahiyyətləri daxilində təsdiq edir.
 4.3. Dərman vasitələrinin istifadəsi təlimatlarında onların əlavə təsirləri və digər dərman vasitələri ilə qarşılıqlı əlaqəsi barədə istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək hüququna malikdir.
 4.4. Dövlət sifarişi əsasında dərman vasitələri, onların istehsalı üçün yarımfabrikatlar hazırlayan müəssisə və təşkilatlar müvafiq icra hakimiyyəti orqanının razılığı və əvvəl buraxılan məhsulun əvəzedicisi olmadan onların istehsalını dayandıra və ya istehsaldan çıxara bilməzlər.

Maddə 5. Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması
5.1. Əczaçılıq fəaliyyəti bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Xüsusi razılıq (lisenziya) əczaçılıq fəaliyyətinin aşağıdakı növləri üzrə verilir:
5.1.1. dərman vasitələrinin istehsalı;
5.1.2. dərman vasitələrinin topdansatışı;
 5.1.3. dərman vasitələrinin pərakəndə satışı.
 5.2. Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər.
5.3. Bu Qanunun 5.1-ci maddəsi dövlət mülkiyyətində olan topdansatış əczaçılıq müəssisələrinə və aptek təşkilatlarına şamil edilmir.

 Maddə 6. Dərman vasitələrinin dövlət qeydiyyatı
6.1. Bu Qanunun 6.5-ci və 9.3-cü maddələri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
6.2. Dərman vasitəsi kimi tibbdə istifadə edilən və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılara daxil edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövlət qeydiyyatı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun və digər müvafiq qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla aparılır.
 6.3. Aşağıdakı dərman vasitələri dövlət qeydiyyatına alınır: 6.3.1. orijinal dərman vasitələri;
 6.3.2. dərman vasitələrinin analoqları (generiklər);
 6.3.3. dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları;
 6.3.4. dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri;
6.3.5. dərman vasitələrinin istehsalında təsiredici maddə kimi istifadə olunan dərman maddələri (dərman substansiyaları).
 6.4. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qeydiyyat sənədlərində əks olunan məlumatlarda hər hansı dəyişiklik edilərsə, həmin dəyişikliklər dövlət qeydiyyatına alınır.
6.5. Aşağıdakı dərman vasitələri dövlət qeydiyyatına alınmır:
6.5.1. sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan dərman və tibb vasitələri (sərgi nümunələri);
 6.5.2. dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələri;
6.5.3. epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda istifadə məqsədi ilə idxal olunan dərman vasitələri;
6.5.4. elmi tədqiqatların, klinikaya qədər tədqiqatların və klinik sınaqların aparılması üçün nəzərdə tutulan dərman vasitələri. Bu dərman vasitələrinin istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol verilir.
6.6. Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir.
6.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilir.
6.8. Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Dərman vasitələrinin sertifikatlaşdırılması
7.1. Azərbaycan Respublikasında istehsal olunan və ölkəyə idxal edilən dərman vasitələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılır.
 7.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin sertifikatlaşdırılmasına yol verilmir.

Maddə 8. Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərində (dərman vasitələri üçün xammal tədarükü, dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı və s.) onların keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.

Maddə 9. Dərman vasitələrinin idxalı və ixracı
9.1. Dərman vasitələrinin idxalı və ixracı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
 9.2. Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən keyfiyyətinə təminat verilməyən dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı qadağandır.
9.3. Epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin idxalına onların istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.
9.4. Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
 9.5. Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını onların istehsalçıları, topdansatış əczaçılıq müəssisələri həyata keçirirlər. Elmi tədqiqat müəssisələri də dərman vasitələrinin hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədi ilə onların idxalını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda və qaydada həyata keçirə bilərlər.
 Maddə 10. Dərman vasitələrinin dövriyyəsi sahəsində gigiyena və sanitariya nəzarəti
10.1. Dərman vasitələrinin dövriyyəsi sahəsində gigiyena və sanitariya normaları “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
10.2. Dərman vasitələrinin dövriyyəsi sahəsində gigiyena və sanitariya normalarına əməl olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 11. Dərman vasitələrinin istifadəsi təlimatlarına tələblər
11.1. Azərbaycan Respublikasında istehsal olunan və ya ölkəyə idxal edilən dərman vasitələrinin istifadəsi təlimatları Azərbaycan dilində aşağıdakı məlumatları əks etdirməlidir: 11.1.1. dərman vasitəsinin ticarət və patentləşdirilməmiş adını;
11.1.2. dərman vasitəsini istehsal edən ölkənin adını; 11.1.3. dərman vasitəsinin istehsalçısının adını və hüquqi ünvanını;
 11.1.4. hazırlanma tarixi və seriya nömrəsini;
11.1.5. tətbiq olunma qaydasını, dozasını, formasını, qablaşmada olan dozaların sayını;
 11.1.6. yararlılıq müddətini;
 11.1.7. saxlanma və buraxılma şərtlərini;
 11.1.8. dərman vasitəsinin tətbiqi zamanı təhlükəsizlik tədbirlərini;
11.1.9. dərman vasitəsinin tərkibindəki komponentlər haqqında məlumatı;
 11.1.10. tətbiq sahəsini, əksgöstərişləri, əlavə təsirləri və digər dərman vasitələri ilə qarşılıqlı əlaqəsini.
 11.2. Dərman vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 12. Dərman vasitələrinin saxlanması, daşınması və məhv edilməsi
12.1. Dərman vasitələrinin saxlanması və daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilir.
12.2. Bu Qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz, yararlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada götürülür və sanitariya normalarına uyğun məhv edilir.

Maddə 13. Əhaliyə dərman vasitələrinin buraxılması
13.1. Əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır.
 13.2. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı»na daxil edilmiş dərman vasitələrinin olması məcburidir.
13.3. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır.
 13.4. Həkim resepti təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır.
 13.5. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 Maddə 14. Aptek təşkilatlarında tibbi yardım Aptek təşkilatlarında xəstə qəbul etmək qadağandır. Yalnız həyat üçün təhlükəli olan hallarda aptek təşkilatlarına gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər.

III fəsil Dərman vasitələri haqqında informasiyanın əldə edilməsi və yayımlanması

Maddə 15. Dərman vasitələri haqqında informasiya əldə etmək hüququ Hər bir şəxs dərman vasitəsinin səmərəliliyi, onun əlavə təsirləri, müxtəlif dərman vasitələrinin birgə istifadəsi zamanı qarşılıqlı əlaqəsi, habelə təyin edilmiş dərman vasitəsindən istifadə olunması qaydası barədə ətraflı məlumat almaq hüququna malikdir.
Maddə 16. Dərman vasitələri haqqında informasiyanın yayımlanması
16.1. Həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda yayımlana bilər.
16.2. Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış nəşrlərdə yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim oluna bilər.
16.3. Dərman vasitələrinin istehsalçıları tibb işçilərini dərman vasitələrinin bütün tətbiqi xassələri barədə tam məlumatla təmin etməyə borcludurlar. 16.4. Azərbaycan Respublikasında dərman vasitələrinin reklamına yol verilmir.

 IV fəsil Yekun müddəaları Maddə

17. Dərman vasitələrinin istifadəsi nəticəsində insanın sağlamlığına vurulmuş zərərin ödənilməsi
17.1. Dərman vasitələrinin tətbiqi və dövriyyəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərin qanunazidd hərəkətləri nəticəsində insan sağlamlığına vurulmuş zərər qanunvericilikdə müəyyən olunmuş qaydada həmin şəxslər tərəfindən ödənilir.
 17.2. Dərman vasitələrinin tətbiqi nəticəsində insanın sağlamlığına vurulmuş zərər aşağıdakılar sübut olunduğu halda istehsalçı tərəfindən ödənilməlidir: 17.2.1. dərman vasitəsi təyinatı üzrə, istifadə təlimatına müvafiq surətdə tətbiq edilmişdir və onun insan sağlamlığına zərərli təsiri istehsal zamanı yol verilmiş səhvlərin nəticəsində baş vermişdir;
 17.2.2. dərman vasitəsinin insan sağlamlığına zərərli təsiri istehsalçı tərəfindən dərc edilmiş istifadə təlimatında yol verilmiş səhvlərin nəticəsində baş vermişdir.
17.3. Dərman vasitəsinin insan sağlamlığına zərərli təsiri dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrində və ya aptek təşkilatlarında saxlanma qaydalarının pozulması səbəbindən yararsız hala düşməsi nəticəsində baş verərsə, vurulmuş zərər həmin topdansatış əczaçılıq müəssisələri və ya aptek təşkilatları tərəfindən ödənilməlidir.
Maddə 18. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
 Maddə 19. Qanunun qüvvəyə minməsi
19.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
19.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1996-cı il 5 noyabr tarixli 189-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 228; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 11, maddə 698; 2004-cü il, № 4, maddə 202) qüvvədən düşmüş hesab edilir. 

                                                                                                        İLHAM ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 dekabr 2006-cı il
Vərəm


Məqalələr
Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
İnfomərkəz
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




Saytımızın Qonağı
            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 








Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100